Ana səhifə »  Siyasət »  2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib
A+   Yenilə  A-
2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib

Prezident İlham Əliyev: Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır
Milli maraqlara əsaslanan və ölkənin hərtərəfli inkişafını hədəfləyən məqsədyönlü daxili siyasət həyata keçirən Azərbaycan, eyni zamanda, çoxvektorlu fəal xarici siyasət kursuna malikdir. Ölkəmiz öz ənənəsinə sadiq qalaraq çoxvektorlu fəal xarici siyasət kursunu 2018-ci ildə də inamla davam etdirir. Belə ki, cari ilin 9 ayı ərzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra xarici ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli rəsmiləri ilə müxtəlif formatlarda çoxsaylı görüşlər keçirib, onlarla regional və qlobal əməkdaşlığa dair aktual müzakirələr aparıb. Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında söylədiyi nitqində Prezident İlham Əliyev ölkəmizin xarici siyasətdə qazandığı uğurlara xüsusi diqqət çəkib. “2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanın qonşu ölkələrlə əlaqələri keyfiyyətcə yeni pilləyə yüksəlib
Azərbaycanın xarici siyasət kursunda regional əməkdaşlıq platformalarının yaradılmasına və praktiki müstəvidə onların səmərəli fəaliyyətinin təmin edilməsinə göstərdiyi səyləri xüsusi qeyd etmək lazımdır. Bu gün Azərbaycan regionda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir və bundan bütün tərəflər fayda götürür. Respublikamızın qonşu dövlətlərlə əlaqələrinin yeni pilləyə yüksəldiyini nəzərə çatdıran Prezident İlham Əliyev deyib: “Hesab edirəm ki, bu il qonşu ölkələrlə əlaqələrimiz yeni pilləyə qalxıbdır. Mənim qonşu ölkələrin dövlət, hökumət başçıları ilə çoxsaylı görüşlərim olub. Əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir” .
Qeyd edək ki, qonşu dövlətlər olan Azərbaycanla Gürcüstanın siyasi və iqtisadi maraqları üst-üstə düşür. Gürcüstan regionda respublikamızın moderatorluğu ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində yer alır. Azərbaycanın enerji resursları bu ölkədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa xətləri ilə daşınaraq dünya bazarlarına çıxarılır. 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu Asiya ilə Avropanı birləşdirir. İki ölkə Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarını Avropa bazarlarına daşıyacaq Cənub Qaz Dəhlizi çərçivəsində də sıx əməkdaşlıq edir. İki ölkə arasında ticarət dövriyyəsi getdikcə artır. Eyni zamanda, respublikamız Gürcüstanda genişmiqyaslı investisiya layihələri həyata keçirir. Cari ildə Prezident İlham Əliyevlə Gürcüstan rəsmiləri arasında keçirilən görüşlərdə də vurğulandığı kimi, Azərbaycan Gürcüstana sərmayə qoyan xarici ölkələrin arasında birinci yeri tutur. Respublikamız 2012-ci ildən bu birinciliyi qoruyub saxlayır. Bundan başqa, Azərbaycanın dünya brendinə çevrilən SOCAR şirkətinin Gürcüstanda çoxlu sayda pərakəndə yanacaqdoldurma məntəqəsi açılıb. SOCAR həmçinin dost ölkənin “mavi yanacaq”la təchizatında, o cümlədən də burada paylayıcı şəbəkənin qurulmasında və istismarında mühüm rol oynayır.
Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir. Yer üzündə bu iki qardaş xalqın və ölkənin dostluğuna xələl gətirə biləcək güc, qüvvə yoxdur. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Qardaş Türkiyə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq bu ölkə ilə bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən işğalçı ölkə ilə sərhədlərini bağlayıb. Öz növbəsində Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır.
Türkiyə ilə Azərbaycanı, eyni zamanda, müxtəlif layihələrdə fəal təmsilçilik, ortaq maraqlar birləşdirir. Yuxarıda sadalanan enerji və nəqliyyat layihələri buna misaldır. Cari il iyunun 12-də isə Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi də çox əlamətdar hadisədir.
Azərbaycanla digər qonşumuz İran arasında münasibətlərin möhkəmlənməsi də regional əməkdaşlığın dərinləşməsinə yaxşı nümunədir. Cari ildə Prezident İlham Əliyevin İran Prezidenti və bu ölkənin digər yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşlərdə ilk növbədə regional təhlükəsizlik, iqtisadi bloka aid məsələlərin geniş spektri müzakirə olunub.
Son illərdə Azərbaycanla İran arasında qarşılıqlı investisiya qoyuluşu genişlənir. Məlumat üçün bildirək ki, Azərbaycanın Pirallahı Sənaye Parkında İranın “TPİCO Holdinq” Şirkətlər Qrupunun iştirakı ilə “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub. Azərbaycan və İran şirkətlərinin müştərək layihəsi əsasında Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu yaradılıb və cari ildə müəssisədə avtomobil istehsalına başlanıb. Enerji sektorunda əməkdaşlıq Azərbaycanla İran arasında münasibətlərin ənənəvi istiqamətidir. İki ölkə həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal əməkdaşlıq edir.
Ölkəmizin qonşu dövlətlərlə əməkdaşlığından danışarkən vurğulamaq yerinə düşər ki, Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Bura həm siyasi, həm də iqtisadi və humanitar sferalar daxildir. Həyatın elə bir sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsinlər. Bu gün Azərbaycanda təhsil prosesinin tamamilə rus dilində olduğu 340-dan çox məktəb var. Paytaxtımızda Azərbaycan Dövlət Rus Dram Teatrı, Slavyan Universiteti, Rusiyanın aparıcı ali məktəblərinin filialları uğurla fəaliyyət göstərir.
Eyni zamanda, hazırda Rusiyada 11 mindən çox azərbaycanlı tələbə təhsilini davam etdirir. Onlardan minə yaxını Rusiya Federasiyasının Federal büdcəsi hesabına təhsil alır.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələr çox uğurla inkişaf edir. 2017-ci ilin yekununa görə, Azərbaycanla Rusiya arasında əmtəə dövriyyəsi təxminən 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Hazırda Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var ki, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək verib. Hazırda iki ölkənin ayrı-ayrı regionları arasında əlaqələr kifayət qədər yüksək səviyyədədir. Qeyd edək ki, Rusiya Federasiyasının 70-dən artıq subyekti Azərbaycanla iqtisadi əlaqələr saxlayır.
Öz növbəsində Azərbaycan da qonşu ölkədə investisiya qoyuluşunu getdikcə artırır. Hazırda Azərbaycan Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib. Şübhə yoxdur ki, cari ilin sentyabrında Azərbaycan Prezidentinin Rusiyaya və döst ölkənin dövlət başçısının respublikamıza səfərləri çərçivəsində imzalanan sənədlər ikitərəfli münasibətlərin inkişafına yeni təkan verəcək.
Respublikamız Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın hazırlanmasına sanballı töhfələr verib
Azərbaycan öz imkanlarını təqdim edərək Xəzər hövzəsi regionunun qarşılıqlı əməkdaşlıq regionuna çevrilməsinə də böyük səy göstərir. Xəbər verildiyi kimi, 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Beləliklə, artıq Xəzəryanı ölkələr arasında möhkəm hüquqi bazanın olduğunu söyləmək mümkündür ki, bu platformanın yaradılmasında və funksionallığının təmin olunmasında Azərbaycanın rolu əvəzsizdir. Məlumdur ki, Xəzərin hüquqi statusu ilə bağlı sahil dövlətlərinin görüşləri 1992-ci ildən etibarən keçirilir. Bəhs olunan Konvensiyanın imzalanması ilə Xəzəryanı dövlətlərin keçirdikləri ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yaxınlaşıb, çünki indiyədək Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşırdı. Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsünü təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağlı razılaşma əldə edilməsinə imkan vermirdi.
Sözügedən sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında “Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi” haqqında üçtərəfli saziş imzalanıb və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıblar. 2010-cu ildə Bakıda keçirilən III Zirvə toplantısı ölkələr arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə xüsusi töhfə verib. Həmin toplantıda regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanması baxımından mühüm əhəmiyyət daşıyan “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Bu sənəd qaçaqmalçılığa, brakonyerliyə, qanunsuz miqrasiyaya, insan alverinə, mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizə sahəsində sərhəd xidmətləri və digər dövlət qurumları arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin mühüm mexanizmini özündə ehtiva edir. Bakı sammitində imzalanan Sazişdə ilk dəfə konseptual olaraq suverenlik və balıqçılıq zonaları yüksək səviyyədə razılaşdırılıb. Sammitdə həmçinin Xəzəryanı dövlətlərin Xəzər dənizində əməkdaşlığının əsas prinsipləri barədə anlaşma əldə olunub. Bu prinsiplər dövlətlərin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörməti, Xəzərin sülh, mehriban qonşuluq və dostluq zonasına çevrilməsini ehtiva edir. Qeyd edilməlidir ki, həmin prinsiplər Aktauda imzalanan “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”da da öz əksini tapıb.
Sonrakı mərhələdə Azərbaycan Xəzər dənizinin hüquqi statusu ilə bağlı müzakirələrin aparıldığı digər zirvə görüşlərində də fəal iştirak edib və özünün beynəlxalq normalara əsaslanan konstruktiv təkliflərini irəli sürərək əsaslandırıb. Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.
Əksər ekspertlərin vurğuladıqları kimi, Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında imzalanan Konvensiya sahil dövlətlərinin dənizin resurslarından bərabərhüquqlu əsaslarla bəhrələnmələrinə zəmin yaradan çox mühüm bir sənəddir. Konvensiya fundamental normativ sənəd kimi Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edir. Prezident İlham Əliyev sənədin önəminə diqqət çəkərək bildirib: “Bu il bizim iştirakımızla bir neçə önəmli beynəlxalq hadisə baş vermişdir. Onların arasında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsini mən xüsusilə qeyd etmək istərdim. Hesab edirəm ki, bu, tarixi sənəddir və bu sənəddə Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb”.
2018-ci ildə Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı istiqamətində növbəti ciddi addım atılıb
Məqsədyönlü siyasət sayəsində Cənubi Qafqaz coğrafiyasının lider dövləti səviyyəsinə yüksələn Azərbaycanın Avropa ölkələri üçün də önəmi getdikcə artır. Avropa İttifaqı ilə Azərbaycan perspektivdə münasibətlərin daha da dərinləşməsinə siyasi iradə nümayiş etdirirlər. Bunu tərəflərin yeni Saziş üzərində işləməsi bir daha təsdiqləyir. Cari ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün önəmlidir. Bəhs olunan sənədin paraflanması Azərbaycanın Avropa ilə əlaqələrə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləyir. Prezident İlham Əliyev sənəddə Azərbaycanın ərazi bütövlüyünün Avropa İttifaqı tərəfindən dəstəkləndiyini nəzərə çatdıraraq deyib: “Bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmışdır və hesab edirəm ki, bu, çox önəmli addımdır, önəmli sənəddir. Bu sənəddə bir çox önəmli məsələlər öz əksini tapır. O cümlədən bu sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan müddəalar həm ədalətlidir, həm də bizim mövqeyimizi və maraqlarımızı tam şəkildə ifadə edir”.
Respublikamız, eyni zamanda, NATO-nun etibarlı tərəfdaşıdır. Azərbaycan əsgərləri 2002-ci ildən NATO qüvvələri tərkibində Əfqanıstanda sülhyaratma əməliyyatlarında iştirak edirlər. Bu yaxınlarda isə Azərbaycan Əfqanıstandakı hərbi kontingentini 120 hərbçiyə qədər artırıb. Qeyd edək ki, NATO Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda iştirakını yüksək qiymətləndirir.
Azərbaycanla Avropa ölkələri arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində qarşılıqlı səfərlərin və imzalanan yeni müqavilələrin də böyük rolu var. Xatırladaq ki, 2018-ci ilin aprel ayında Prezident İlham Əliyevin Böyük Britaniyaya səfəri baş tutub. Səfər çərçivəsində Prezident İlham Əliyevin və Baş nazir Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti - SOCAR, “BP Exploration (Azerbaijan) Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Cari ilin iyul ayında Prezident İlham Əliyevin Fransaya səfəri də böyük uğurla keçib. Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Emmanuel Makronun görüşündə aparılan müzakirələr zamanı Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi bildirilib, Azərbaycanda Fransız Liseyinin və Azərbaycan-Fransız Universitetinin fəaliyyət göstərməsindən məmnunluq ifadə olunub, vurğulanıb ki, Fransanın aparıcı şirkətləri Azərbaycanda fəaliyyətlərini daha da genişləndirməkdə maraqlıdır.
Cari ilin iyul ayında həmçinin İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycanda səfərdə olub. Azərbaycan Prezidenti İlham Əliyevlə İtaliya Prezidenti Sercio Mattarella arasında keçən ikitərəfli görüşdə, həmçinin çoxtərəfli görüşdə, eləcə də prezidentlərin mətbuata bəyanatlarında iki ölkə arasında siyasi və iqtisadi münasibətlərin dərinləşməsindən məmnunluq ifadə olunub.
Hazırda Azərbaycanla Avropanın önəmli dövləti olan Almaniya arasında siyasi və iqtisadi münasibətlər yüksək səviyyədədir. Azərbaycan Almaniyanın regionda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizdə 150 alman şirkəti uğurla fəaliyyət göstərir. Ekspertlərin qənaətinə görə, siyasi nüfuzu və iqtisadi çəkisi baxımından bütün dünyada önəmli mövqe tutan Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Cənubi Qafqaza səfəri çərçivəsində cari il avqustun 25-də Bakıya gəlməsi iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verəcək.
Azərbaycanın Xorvatiya ilə münasibətləri hər iki ölkənin qarşılıqlı maraqları əsasında uğurla inkişaf edir. İki ölkə arasında siyasi dialoq kifayət qədər yüksək səviyyədədir. 2018-ci il sentyabrın əvvəlində Prezident İlham Əliyevin dost ölkəyə növbəti səfəri baş tutub. Prezident İlham Əliyevin Xorvatiyaya səfəri çərçivəsində aparılan müzakirələrdə, həmçinin dövlət başçılarının mətbuata verdikləri bəyanatlarda iki ölkənin iqtisadi sahədə əməkdaşlığının genişləndirilməsinə xüsusi diqqət çəkilib.
Müsəlman ölkələri ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet məsələlərindən biridir
Azərbaycan özünün çoxvektorlu xarici siyasətində İslam aləmi ilə sıx münasibətlər qurulmasına da xüsusi önəm verir. Prezident İlham Əliyev vurğulayıb ki, müsəlman ölkələri ilə bizim əlaqələrimiz həmişə olduğu kimi diqqət mərkəzindədir. Bu, bizim xarici siyasətimizin prioritet məsələlərindən biridir.
Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda bütün müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvünə çevrilib. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurub. Bu çərçivədə həyata keçirilən bir çox layihələr Azərbaycanla İslam ölkələri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir.
Azərbaycan dünyada İslam həmrəyliyinin möhkəmləndirilməsinə davamlı olaraq səy göstərir. Respublikamızda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ildə elan olunan “İslam Həmrəyliyi İli” çərçivəsində çoxsaylı tədbirlər keçirilib. 2017-ci ilin birinci yarısında Bakıda əksər İslam ölkələrinin təmsilçilərinin iştirakı ilə baş tutan IV İslam Həmrəyliyi Oyunlarının başa çatmasından xeyli müddət ötsə də, bu möhtəşəm tədbirlə bağlı təəssüratlar hələ də yaddaşlarda qalmaqdadır. Azərbaycan İslam aləminə böyük rəğbətinin ifadəsi olaraq Oyunların yüksək səviyyədə keçməsinə nail olmaq üçün hər şeyi etdi. Təsadüfi deyil ki, Bakıda əsl idman bayramına çevrilən Oyunlar İslam həmrəyliyinin güclənməsinə sanballı töhfə kimi dəyərləndirilir. Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. “İslam aləmində həmrəyliyin, birliyin möhkəmlənməsi üçün səylərimizi davam etdirəcəyik, eyni zamanda, İslam dəyərlərini dünyaya çatdırmaq üçün bundan sonra da addımlar atılacaqdır”, - deyə dövlət başçısı vurğulayıb.
Azərbaycanın dünyada İslam həmrəyliyinin möhkəmlənməsinə verdiyi töhfələr müsəlman ölkələri tərəfindən yüksək dəyərləndirilir. Təsadüfi deyil ki, 2018-ci il Azərbaycanın daha bir şəhəri, Bakıdan sonra bu dəfə Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı elan olunub. Bu, bütün müsəlman aləminin Azərbaycana olan böyük hörmətinin təzahürüdür.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  5040  |  
  • Tarix:  12-10-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan dünyada mövqeyi nəzərə alınan güc amilinə çevrilir

17:05
20 Oktyabr
Pərviz Şahbazov: İtaliyada TAP-ın tikintisi ilə bağlı görülən işlərdən razıyıq
17:00
20 Oktyabr
Azərbaycan Prezidenti dəniz nəqliyyatı işçilərini təltif edib
16:54
20 Oktyabr
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
16:49
20 Oktyabr
Budapeştdə güləş üzrə dünya çempionatı başlayıb
16:37
20 Oktyabr
Van Çen: Azərbaycanın seçdiyi inkişaf yolunu dəstəkləyirik
16:32
20 Oktyabr
Hadi Rəcəbli: Azərbaycanın sosial-iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlər milli iqtisadiyyatın dinamik tərəqqisini şərtləndirib
16:29
20 Oktyabr
Əli Əhmədov: Azərbaycan Çin ilə əlaqələrin bütün sahələrdə inkişafına xüsusi əhəmiyyət verir
13:44
20 Oktyabr
Akif Əlizadə: AMEA-da elmlə təhsilin inteqrasiyası istiqamətində uğurlu addımlar atılır
13:40
20 Oktyabr
Biləsuvar rayonunda Azərbaycan Gənclərinin VIII Forumu çərçivəsində zona toplantısı keçirilib
13:30
20 Oktyabr
Elman Məmmədov: Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir
13:20
20 Oktyabr
“Star” neft emalı zavodu Türkiyənin ilk Xüsusi Sənaye Zonası elan olunub
13:15
20 Oktyabr
Ekspert: İnvestisiya mühitinin daha da yaxşılaşdırılması sahibkarlığın inkişafı üçün zəmin formalaşdırır
12:57
20 Oktyabr
Türkiyə KİV-ləri “Star” zavodunun açılışını Türkiyə-Azərbaycan birliyinin, qardaşlığının göstəricisi kimi qiymətləndirir
12:47
20 Oktyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Bolqarıstanın Plovdiv şəhərində qeyd olunub
12:35
20 Oktyabr
Qida Təhlükəsizliyi Agentliyində sahibkarlarla görüş keçirilib
12:28
20 Oktyabr
Aydın Hüseynov: “Star” layihəsinin reallaşması Azərbaycan və Türkiyə liderlərinin güclü siyasi iradəsi nəticəsində mümkün olub
10:57
20 Oktyabr
Kamilə Əliyeva: Regionun lider dövləti olan Azərbaycan bütün sahələrdə möhtəşəm uğurlar qazanıb
10:31
20 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 30 dəfə pozub
10:29
20 Oktyabr
Bakıda Çingiz Aytmatovun 90 illiyi qeyd olunub
10:24
20 Oktyabr
Prezident İlham Əliyev: “Star Rafineri”nin açılışı Türkiyə-Azərbaycan birliyinin, həmrəyliyinin, dostluğunun əlamətidir
10:19
20 Oktyabr
Türkiyə Prezidenti: Azərbaycan torpaqlarının 20 faizinin əsrin dörddəbiri qədər işğal altında qalması qəbul edilə bilməz
10:12
20 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: “Star” zavodunun açılışı ilə dünyaya örnək olan əlaqələrimizi bir addım da inkişaf etdiririk
10:03
20 Oktyabr
20 oktyabr - Azərbaycanda Energetiklər Günüdür
17:50
19 Oktyabr
Şəkidə yaş barama istehsalı ötən illə müqayisədə 2,7 dəfə artıb
17:43
19 Oktyabr
Bakı Beynəlxalq Animasiya Filmləri Festivalı çərçivəsində “ReAnimasiya” sərgisi açılıb
17:37
19 Oktyabr
Avropa Komissiyasının ali təhsil üzrə nümayəndələri ADNSU-da
17:28
19 Oktyabr
“Sağlam məktəbli” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib
17:24
19 Oktyabr
Kənd təsərrüfatı naziri Masallıda cənub bölgəsinin vətəndaşlarını qəbul edib
17:21
19 Oktyabr
Dövlət Komitəsində Türkiyə və Azərbaycan diasporlarının birgə fəaliyyəti müzakirə olunub
17:19
19 Oktyabr
Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
17:15
19 Oktyabr
Vətəndaş məmnunluğuna və şəffaflığa nail olmaq başlıca məqsədə çevrilməlidir
17:14
19 Oktyabr
Sevinc Fətəliyeva: Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu deyil
17:04
19 Oktyabr
Azərbaycan “Qlobal Rəqabətlilik Hesabatı-2018”də rəqəmsal bacarıqlar üzrə 140 ölkə arasında 15-ci yeri tutub
16:55
19 Oktyabr
Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimi keçirilir
16:55
19 Oktyabr
Bakıda “Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolu” mövzusunda konfrans keçirib
16:51
19 Oktyabr
AZAL və “Belavia” aviaşirkəti Bakı-Minsk marşrutu üzrə kod-şerinq sazişi imzalayıb
16:48
19 Oktyabr
Lerikdə dini radikalizmlə mübarizəyə dair seminar-müşavirə işini davam etdirib
16:42
19 Oktyabr
UNEC Biznes Məktəbinin magistrləri Avropa əmək bazarına birbaşa çıxış imkanına malikdirlər
16:41
19 Oktyabr
MM-n deputatı: Azərbaycanla Türkmənistan arasında əlaqələrin inkişaf dinamikası artır
16:32
19 Oktyabr
Azərbaycan və Latviya bələdiyyələri arasındakı əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafında mühüm yer tutur
16:13
19 Oktyabr
İtaliya Senatının sədri Heydər Əliyev Mərkəzində olub
16:06
19 Oktyabr
Qanunsuz tikintinin qarşısının alınması üçün yeni qanunvericilik təşəbbüsləri hazırlanır
15:56
19 Oktyabr
Latviyalılar Azərbaycan narını xüsusi dəyərləndirirlər
15:54
19 Oktyabr
Rəcəb Tayyib Ərdoğan: Azərbaycan hər zaman Türkiyənin yanında olub
15:50
19 Oktyabr
Son doqquz ayın nəticələri ölkəmizin qarşıya qoyulan strateji hədəflərə doğru inamla irəlilədiyini bir daha təsdiqləyir
15:48
19 Oktyabr
“İnternet istifadəçiləri” göstəricisinə görə Azərbaycan digər MDB ölkələri ilə müqayisədə liderdir
15:39
19 Oktyabr
Hikmət Hacıyev: “Star” layihəsi Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin strateji xarakter daşımasının nümunəsidir
15:33
19 Oktyabr
Gəmiçilər ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
15:31
19 Oktyabr
Tahir Mirkişili: Azərbaycan iqtisadiyyati gələcək dövrün çağırışlarına cavab vermək üçün hazırlanır
14:45
19 Oktyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib
14:43
19 Oktyabr
Batika parça üzərində nəqqaşlıq sənətidir
14:39
19 Oktyabr
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
14:34
19 Oktyabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda vətəndaşları qəbul edəcək
14:18
19 Oktyabr
Azərbaycanın müdafiə naziri “Czechoslovak Group” holdinqin rəhbərliyi ilə görüşüb
14:12
19 Oktyabr
“Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışının qalibləri ilə Dövlət Sərhəd Xidmətində görüş keçirilib
14:08
19 Oktyabr
İsrailin səfiri Dan Stav: Naxçıvan Muxtar Respublikası ilə İsrail arasında geniş əməkdaşlıq imkanları mövcuddur
14:05
19 Oktyabr
Bioloji fəallığa malik qida əlavələri və qida təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu imzalanıb
14:03
19 Oktyabr
“Buenos-Ayres 2018” Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına yekun vurulub
14:01
19 Oktyabr
"The Guardian": Xınalıq kəndi Avropanın 10 ən yaxşı turizm məntəqəsindən biridir
12:12
19 Oktyabr
Murmanskın “TV-21” telekanalında Azərbaycan və azərbaycanlılar haqqında süjet göstərilib
12:08
19 Oktyabr
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzində ixracın hüquqi prosedurları üzrə seminar keçirilib
11:45
19 Oktyabr
Naxçıvanda Dövlət Müstəqilliyi Günü silsilə tədbirlərlə qeyd olunub
11:37
19 Oktyabr
Vyetnamda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilmiş ibtidai məktəbin açılışı olub
11:34
19 Oktyabr
QHT-lərə Dövlət Dəstəyi Şurası Ucarda ictimai müzakirə keçirib
11:23
19 Oktyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
11:16
19 Oktyabr
2019-cu il Formula 1 yarışlarının mövsümqabağı testlərinin cədvəli məlum olub
11:07
19 Oktyabr
Samir Vəliyev: TANAP-la Türkiyəyə 415 milyon kubmetrdən çox Azərbaycan qazı göndərilib
11:02
19 Oktyabr
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir
10:56
19 Oktyabr
Nazir müavini: TAP layihəsi üzrə işlərin 79 faizi icra edilib
10:48
19 Oktyabr
“Azərbaycanda gender əsaslı cinsi sistemin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA