Ana səhifə »  Siyasət »  Dilimizin saflığının qorunması və inkişafı həmişə dövlətimizin diqqət mərkəzindədir
A+   Yenilə  A-
Dilimizin saflığının qorunması və inkişafı həmişə dövlətimizin diqqət mərkəzindədir

Ekspertlərin fikrincə, yeni yaradılacaq Monitorinq Mərkəzi Azərbaycan dilinin tətbiqinə nəzarət edəcək, bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcək
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanda göstərilir ki, müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılıb. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilib. Bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin olmaması dil pozuntularının azaldılması və aradan qaldırılması istiqamətində təsirli tədbirlər görməyə imkan vermir. Məhz bu təsirli tədbirləri görmək üçün ölkə başçısı tərəfindən imzalanan sözügedən Fərmana əsasən Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılacaq.
Yeri gəlmişkən, noyabrın 5-də Ağdam Muğam Mərkəzinin açılışından sonra rayon ictimaiyyətinin nümayəndələri və Ağdam rayonundan olan incəsənət xadimləri ilə görüşdəki çıxışında bu məqama toxunan Prezident İlham Əliyev bildirib ki, bizim çox zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir: “Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirdən qorumalıyıq. bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm digər sahələrdə dilimizə yad kəlmələr daxil edilir. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün bu fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq”.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Jalə Əliyeva imzalanan Fərmanın böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan dilinin saflığının qorunması, imkanlarının inkişaf etdirilməsi və gələcək nəsillərə olduğu kimi ötürülməsi olduqca vacibdir. Millət vəkili qeyd edib ki, bu gün qloballaşan dünyada xalqların, millətlərin öz dillərini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaları çətin olduğu qədər həm də əhəmiyyətli amildir: “Dilimizin qorunması, inkişaf etdirilməsi hər zaman dövlət siyasətimizin prioritetlərindən olub. Ulu öndərimiz Heydər Əliyev hələ sovet dönəmində Azərbaycan dilinin rəsmi şəkildə dövlət dili statusu almasına nail olmuşdu. Bu gün ana dilimizə diqqət və qayğı siyasəti böyük uğurla davam etdirilir. Bir neçə gün öncə Prezident İlham Əliyev tərəfindən imzalanan Fərman da bunu təsdiqləyir. Bu, tarixi və əhəmiyyətli bir addımdır. Dilimizin xarici müdaxilələrdən qorunması, bütün təsirlərdən arınmış bir şəkildə qorunub yaşadılması olduqca vacibdir. Zaman-zaman bununla bağlı ictimai müzakirələr, fikir mübadiləsi aparılırdı. Möhtərəm Prezidentimiz bu problemin həlli ilə bağlı olduqca mühüm bir qərar qəbul etdi. Artıq bu məsələyə qanunvericiliklə nizam-intizam gətiriləcək və şəxsən cənab Prezidentimiz bunu nəzarətində saxlayır. Bunun üçün biz cənab Prezidentimizə minnətdarıq”.
Millət vəkili yeni yaradılacaq Monitorinq Mərkəzinin effektiv fəaliyyəti üçün iş mexanizminin müəyyənləşdirilməli olduğunu bildirib. Onun sözlərinə görə, yeni yaradılacaq qurum işini yüksək səviyyədə qura bilmək üçün bütün ölkə üzrə monitorinq keçirməlidir: “Dəfələrlə bu istiqamətdə müzakirələr aparılıb, bir sıra təkliflərlə çıxış etmişik. Bu gün şəhərimizdə mənasız, Azərbaycan dilinin orfoqrafiyasına zidd olan reklam çarxlarına, lövhələrinə təsadüf olunur. Dil qaydalarına mütləq şəkildə riayət olunmalıdır və dilimizi qorumalıyıq. Yaradılan Monitorinq Mərkəzi, sadəcə, ədəbiyyat və ya mətbuat sahəsində deyil, eyni zamanda, internet resurslarında və küçə reklam lövhələrində ədəbi dil normalarının qorunmasını təmin etməlidir. Bütün bunlara nəzarət edilməsi həmin qurumun fəaliyyətinin bir hissəsinə çevrilməlidir. Yəqin ki, qurumun daha çevik fəaliyyəti ilə bağlı layihələr də hazırlanacaq. Bu sahədə mütəxəssislər bu mərkəzə cəlb edilməli və ümumi işimizə öz töhfələrini verməlidirlər”.
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyasının üzvü, filologiya üzrə elmlər doktoru, professor Buludxan Xəlilov da imzalanan Fərmanın bir sıra əhəmiyyətli məsələlərin həlli baxımından mühüm rol oynadığını diqqətə çatdırıb. Komissiya üzvü bildirib ki, müasir Azərbaycan dili zəngin lüğət tərkibinə və mükəmməl qrammatik quruluşa malik olsa da, bu imkanlardan yetərincə istifadə olunmur. Azərbaycan dilinin imkanlarından düzgün istifadə edilmir, eyni zamanda, dilin tətbiq olunduğu sahələrdə dil qaydaları pozulur. Dil qaydalarının pozulduğu sahələrdə ciddi və təsiredici tədbirləri həyata keçirmək gündən-günə öz əhəmiyyətini artırır: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən imzalanmış Fərman və sərəncamlar dilimizin hüquqi statusunu qorumaqla yanaşı, onun işlənməsi ilə bağlı şəraiti daha da əlverişli edir. Dilimizin hüquqi statusunun qorunması ilə bağlı 2001-ci ildən indiyə qədər imzalanmış Fərman və sərəncamlar həm də dilçilik elminin inkişafı üçün geniş imkanlar yaradır. İmzalanan Fərman da doğma ana dilimizə diqqət və qayğının bariz nümunəsidir və hər bir vətəndaşa anladır ki, dilimizin saflığının qorunması, onun tətbiqi və inkişafı həmişə dövlətimizin diqqət mərkəzindədir”.
B.Xəlilovun fikrincə, həm şifahi, həm də yazılı ədəbi dilimizin imkanlarından düzgün istifadə edilmir. Xüsusilə, orfoqrafiya qaydalarından başlamış qrammatik qayda-qanunlara qədər dilin normaları tez-tez pozulur. Televiziya və radio kanallarında çalışan bəzi aparıcıların nitqi qüsurludur. Onların bir çoxu Azərbaycan dilində düzgün, dəqiq danışmağı bacarmır, ədəbi dil, habelə orfoepiya normalarına riayət etmirlər: “Dövlət Dil Komissiyası yanında yaradılacaq Monitorinq Mərkəzi publik hüquqi şəxs KİV-lərdə, internet resurslarında, reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək. Yeni yaradılacaq qurum “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayacaq, ədəbi dil normalarının qorunmasını təmin edəcək, Azərbaycan dilinin tətbiqinə nəzarəti artıracaq”.
“Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev də ana dilinin hər bir xalqın qürur mənbəyi olduğunu, dilin millətin varlığının əsas şərtlərindən, göstəricilərindən biri olduğunu deyib. B.Quliyevin sözlərinə görə, Azərbaycanın ziyalıları hər zaman dili xalqın yaşaması üçün ən mühüm atribut hesab edib, özünün bu dəyərli milli sərvətini kənar dillərin təsirindən qoruya bilib, inkişafına öz töhfələrini veriblər. Bu gün də dilimizin təkmilləşdirilməsi və inkişafı naminə mühüm addımlar atılmaqdadır: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq Fərman və sərəncamlar dilimizin hüquqi statusunu, onun işlənməsi, qorunması və inkişafı üçün zəruri olan tədbirləri müəyyənləşdirib, ana dilinə dövlət qayğısının artırılması, dilçilik sahəsində fundamental və tətbiqi araşdırmaların keyfiyyətinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradıb. “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli Fərmanı mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malik Azərbaycan dilinin tətbiqi sahəsində hüquqi tənzimləmənin və daimi nəzarətin təmin edilməsi, mövcud nöqsanların və pozuntuların aradan qaldırılması məqsədi daşıyır. Məhz bu Fərman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ana dilimizin istifadəsi, təbliği, onun saflığının qorunması və inkişafına diqqət və qayğısının bariz nümunəsidir. Bu gün Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları da geniş yayılıb. Məsələn, hazırda cəmiyyətimizdə, KİV-lərdə ana dilindən istifadə sahəsində müəyyən nöqsanlar var. Çox təəssüflər olsun ki, bir sıra hallarda ədəbi dilin normalarına, leksik və qrammatik qaydalara əməl edilmir. Bəzi televiziyalarda, radiolarda məişət danışığından istifadə olunur, əcnəbi söz və ifadələr yersiz işlədilir. Bu mənada haqlı olaraq da ictimaiyyət bu cür hallara qarşı kəskin münasibətini ortaya qoyur. Mövcud vəziyyət bu sahədə hüquqi tənzimləmənin və daimi nəzarətin həyata keçirilməsini tələb edir. Prezidentin Fərmanı ilə yeni yaradılacaq “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs Azərbaycan dilinin tətbiqinə nəzarət, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edəcək. Düşünürəm ki, yeni yaradılacaq qurum fəaliyyətini yüksək səviyyədə həyata keçirəcək, bu sahədəki problemlərin aradan qaldırılmasına öz töhfəsini verəcək. İnanıram ki, yeni qurum ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi hallarının aradan qaldırılması üçün təsirli tədbirlər görəcək”.
Bəhruz Quliyev onu da bildirib ki, bu işdə KİV-lərin də üzərinə müəyyən öhdəliklər düşür. Ona görə media da mövcud neqativ halların aradan qaldırılması üçün məqsədyönlü tədbirlər həyata keçirməlidir.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  4020  |  
  • Tarix:  07-11-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı

16:37
15 Dekabr
Prezident Müdafiə Sənayesi Nazirliyinin bir qrup əməkdaşını təltif edib
16:33
15 Dekabr
Ziyad Səmədzadə: Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinə bir çox ölkələrdən daha tez nail olacaq
16:31
15 Dekabr
Suraxanı rayonunda keçirilən növbəti aksiya zamanı 500-dən çox ağac əkilib
16:28
15 Dekabr
AQTA nümayəndələri Şəkidə işlə təmin olunmaq üçün müraciət edən vətəndaşlarla görüşüblər
16:26
15 Dekabr
Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində əsgərlər üçün bayram şənliyi təşkil edilib
16:19
15 Dekabr
Milli Məclisin sədri Gürcüstanda səfərdə olacaq
16:17
15 Dekabr
“China Daily”: Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan müasir ölkəyə çevrilib
15:55
15 Dekabr
Baş nazir Novruz Məmmədov Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə tanış olub
14:32
15 Dekabr
Məlahət İbrahimqızı: Azərbaycan bir çox sahələrdə beynəlxalq əməkdaşlıq və dialoq platforması kimi özünü təsdiqləyib
14:00
15 Dekabr
Xalq artisti Emin Ağalarov Heydər Əliyev Sarayında geniş konsert proqramı ilə çıxış edib
13:50
15 Dekabr
Zahid Oruc: Bu görüşün Azərbaycanda keçirilməsi ölkəmizin nüfuzunun göstəricisidir
13:40
15 Dekabr
Politoloq: Ermənistanda bütün hakimiyyət siyasi korrupsiya ilə məşğuldur
13:15
15 Dekabr
Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzeti: “Prezident Heydər Əliyev... Azərbaycan tarixində canlı xatirə”
13:09
15 Dekabr
Kamilə Əliyeva: Təhsil infrastrukturunun yenilənməsi davamlı xarakter daşıyır
13:08
15 Dekabr
Baş prokuror Xızı rayonunda vətəndaşları qəbul edib
13:00
15 Dekabr
Birinci Xəzər İqtisadi Forumu 2019-cu ildə Türkmənistanda keçiriləcək
12:57
15 Dekabr
ADNSU-da üçüncü startap və innovasiya festivalı keçirilir
12:55
15 Dekabr
Dekabrın 19-da ASK-nın V qurultayı keçiriləcək
12:45
15 Dekabr
BMT Baş Assambleyası humanitar təşkilatların əməkdaşlarına hücumları pisləyən qətnamə qəbul edib
12:32
15 Dekabr
“Şahdəniz” qaz-kondensat yatağından hasilata başlanmasından 12 il ötür
12:28
15 Dekabr
“Veçerni Nyu-York” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub
11:42
15 Dekabr
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan konfrans və sərgi keçirilib
11:37
15 Dekabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
11:04
15 Dekabr
Teodor Meleşkanu: Rumıniya-Azərbaycan əməkdaşlığının mövcud regional imkanlar vasitəsilə möhkəmləndirilməsi vacibdir
11:00
15 Dekabr
Bakıda Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransı davam edir
20:24
14 Dekabr
Azərbaycan və Rusiya gömrük xidmətlərinin nümayəndə heyətləri arasında işçi görüş keçirilib
20:00
14 Dekabr
Sloveniyada Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyi münasibətilə tədbirlər keçirilib
19:38
14 Dekabr
Antidopinq mövzusunda maarifləndirici seminar keçirilib
19:07
14 Dekabr
Gömrük Komitəsində Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndə heyəti ilə görüş keçirilib
18:54
14 Dekabr
Gələn il Moskvada Azərbaycanın iki şərab evi açılacaq
18:48
14 Dekabr
Autizm sindromlu uşaqlar haqqında filmin təqdimatı keçirilib
18:42
14 Dekabr
Azərbaycan ilə Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində protokol imzalanıb
18:36
14 Dekabr
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallıda təşkil etdiyi ikigünlük seminar-müşavirə başa çatıb
18:28
14 Dekabr
Mədəniyyət nazirinin müavini UNESCO-da görüşlər keçirib
18:19
14 Dekabr
AIDA Argentinada fiziki məhdudiyyətli uşaqlara yardım göstərib
18:14
14 Dekabr
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclası keçirilib
18:11
14 Dekabr
Nazir: TANAP Türkiyənin təbii qaza olan tələbatının problemsiz təminatına kömək edəcək
18:04
14 Dekabr
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti yaradılır
18:01
14 Dekabr
Azərbaycan muğamının UNESCO-nun siyahısına daxil edilməsinin 10 illiyi Berlində qeyd olunub
17:53
14 Dekabr
Azərbaycan hökuməti ilə USAID arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
17:51
14 Dekabr
Prezident İlham Əliyev Kürdəmirdə yol tikintisinə ilkin olaraq 2,82 milyon manat ayırıb
17:50
14 Dekabr
Bərdədə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış olub
17:43
14 Dekabr
İmişlinin Qızılkənd kəndi qazlaşdırılıb
17:40
14 Dekabr
Rusiya XİN Sergey Lavrovun Bakıya səfəri barədə KİV üçün məlumat yayıb
17:31
14 Dekabr
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
17:28
14 Dekabr
Əmək və əhalinin sosial müdafiəsi naziri Bərdədə vətəndaşlarla görüşüb
17:23
14 Dekabr
YAP Gənclər Birliyinin ofis rəhbəri Ho Şi Min adına Kommunist Gənclər Birliyi Mərkəzi Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin müdiri ilə görüşüb
17:20
14 Dekabr
Rauf Əliyev: Avropa Parlamentinin qətnaməsi Azərbaycan diplomatiyasının növbəti uğurudur
17:19
14 Dekabr
Fərid Cəfərov: Azərbaycan gənclərə yaradılan şərait baxımından dünyanın ən qabaqcıl ölkələrindəndir
17:17
14 Dekabr
Ağacan Abiyev: Azərbaycan idman sahəsində böyük nailiyyətlər qazanır
16:29
14 Dekabr
Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyevanın bir qrup rusiyalı qadının məktubuna cavabı
16:27
14 Dekabr
Bakı-Tbilisi-Qars marşrutunda hərəkət edəcək sərnişin vaqonlarının Almaniyada sınaq testləri keçirilir
16:24
14 Dekabr
Müdafiə Nazirliyinin baş idarələrinin birində komanda idarəetmə məntəqəsi istifadəyə verilib
16:10
14 Dekabr
Müqəddəs Taxt-Tacın apostol nunsisi: Azərbaycan multikulturalizmi bütün dünyaya parlaq nümunədir
16:07
14 Dekabr
Prezident İlham Əliyev İranın informasiya və milli təhlükəsizlik nazirini qəbul edib
16:04
14 Dekabr
UEFA Avropa Liqasının final matçı ilə əlaqədar könüllülərin cəlb olunması prosesinə start verilib
15:58
14 Dekabr
ASK Özbəkistanda Beynəlxalq Əmək Təşkilatının tədbirlərində iştirak edib
15:51
14 Dekabr
Dövlət Sərhəd Xidmətinin 2018-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
15:48
14 Dekabr
Azad Rəhimov: Son 10 il ərzində ölkəmizdə 41 gənclər mərkəzi yaradılıb
15:47
14 Dekabr
Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası Şəkidə humanitar aksiyaya start verib
15:41
14 Dekabr
Ekspert: Azərbaycan-Rusiya strateji əməkdaşlığı bundan sonra da səmərəl effekt verəcək
15:38
14 Dekabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Biləsuvarda vətəndaşlarla görüşüb
15:36
14 Dekabr
Bərpaolunan enerji sahəsində dövlət-özəl sektor münasibətləri müzakirə olunub
15:26
14 Dekabr
Tovuzun iki kəndi “mavi yanacaq”la təmin edilib
14:59
14 Dekabr
Bakı şəhərinin Baş Planının hazırlanması işinin ilkin mərhələsi başa çatdırılıb
14:39
14 Dekabr
Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindəki döyüş postları DSX tərəfindən təhvil alınıb
14:29
14 Dekabr
Dövlət Komitəsinin sədri Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb
14:27
14 Dekabr
Baş katib Maykl Kristides: QDİƏT-ə sədrliyi dövründə əldə edilən irəliləyişlərə görə Azərbaycana təşəkkürümü bildirirəm
14:24
14 Dekabr
Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının iclası keçirilib
14:19
14 Dekabr
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31
HAVA HAQQINDA