Deprecated: Function ereg_replace() is deprecated in /data/yeniaz/public_html/sis/deyishen.php on line 51

Deprecated: Function ereg_replace() is deprecated in /data/yeniaz/public_html/sis/deyishen.php on line 56
Hikmət Hacıyev: MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü işgüzar və səmimi şəraitdə keçdi
Ana səhifə »  Siyasət »  Hikmət Hacıyev: MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü işgüzar və səmimi şəraitdə keçdi
A+   Yenilə  A-
Hikmət Hacıyev: MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü işgüzar və səmimi şəraitdə keçdi

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçirilmiş MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakı və tədbirin əhəmiyyəti barədə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.
- Dekabrın 6-da MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində qeyri-rəsmi Zirvə toplantısı keçirildi. Prezident İlham Əliyev Zirvə toplantısında iştirak etdi. Bu tədbirin əhəmiyyəti və müzakirə olunan məsələlər barədə nə deyərdiniz?
- Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə dekabrın 6-da Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirak etdi. Keçən il isə MDB dövlətlərinin qeyri-rəsmi Zirvə toplantısı Moskvada keçirilib. Bu qəbildən olan zirvə toplantılarında MDB çərçivəsində il ərzində görülən işlər barədə geniş fikir mübadiləsi aparılır və gələcək fəaliyyət istiqamətləri ətraflı müzakirə olunur. Bu dəfə də keçirilən qeyri-rəsmi Zirvə toplantısı əsnasında eyni məqsədlər güdülürdü. MDB dövlət başçılarının qeyri-rəsmi Sankt-Peterburq görüşü də işgüzar və səmimi şəraitdə keçdi, dövlət başçıları birlikdə nahar etdilər və sonra Mariinski Teatrında “Şelkunçik” balet tamaşasına baxdılar. Bir məqama da toxunmaq istərdim ki, tamaşa zamanı Prezident İlham Əliyev tədbirə ev sahibliyi edən Prezident Vladimir Putinin yanında sağda əyləşmişdi. Bu, dövlətimizin başçısına və Onun şəxsiyyətinə xüsusi hörmətin və ehtiramın əlamətidir.
Zirvə görüşündə Prezident İlham Əliyevin tədbirdə iştirak edən bütün dövlət başçıları ilə qarşılıqlı maraq kəsb edən məsələlər ətrafında məzmunlu söhbəti və müzakirələri oldu.
- Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də müzakirələr aparıldımı?
- Bəli. Tədbir əsnasında Prezident İlham Əliyevin Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ilə də söhbəti oldu. Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə fəal danışıqların davam etdirilməsi və atəşkəs rejiminin möhkəmləndirilməsi ətrafında müzakirələr aparıldı. Nəzərə almaq lazımdır ki, bu iki amil bir-biri ilə sıx şəkildə bağlıdır və biri digərini tamamlayacaq şəkildə davam etdirilməlidir. Son dövrlərdə qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur. Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır. Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir. Qəti mövqeyimiz ondan ibarətdir ki, işğala əsaslanan status-kvo tezliklə dəyişdirilməlidir. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də dövlət başçıları səviyyəsində status-kvonun dəyişdirilməsinin vacibliyini dəfələrlə vurğulayıblar. Münaqişənin həlli üzrə danışıqlar nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi bərpa olunmalıdır.
Eyni zamanda, söhbət çərçivəsində Ermənistan və Azərbaycan arasında saxlanılan şəxslərin qarşılıqlı şəkildə dəyişdirilməsi məsələsi də müzakirə olundu.
- Azərbaycanın bu məsələdə humanist xarakter daşıyan və “hamının hamıya” prinsipinə söykənən mövqeyinə Ermənistanın münasibəti necədir?
- Prezident İlham Əliyev Azərbaycanın bu məsələdə mövqeyini vurğulayaraq bildirib ki, “hamının hamıya” prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır. Humanist xarakter daşıyan bu kimi addımlar danışıqlar prosesinə müsbət təsir göstərə bilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də bu mövqeyi dəstəkləyir və ona görə də Ermənistan tərəfi bunu nəzərə almalıdır.
Soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi və Azərbaycana qaytarılması məsələsini dövlətimizin başçısı ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik və digər tərəf-müqabilləri ilə görüşlərdə hər dəfə qaldırır.
Xüsusilə qeyd etmək lazımdır ki, dövlətimizin başçısı Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün böyük səylər göstərir və bu məsələni daim diqqətdə saxlayır.
- Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iki ölkə arasında rabitənin yaradılması barədə danışır. Bu barədə nə deyərdiniz?
- Düşənbədə dövlətimizin başçısı ilə Ermənistan baş naziri arasında olan söhbət əsnasında razılıq əldə edilmişdi ki, zəruri hallarda əlaqə yaratmaq üçün imkanlar təmin edilsin. Bu əlaqələr müntəzəm xarakter daşımır, dövlət başçıları, xarici işlər və ya müdafiə nazirləri səviyyəsində olan təmaslar deyil, aşağı səviyyədə və lazım olan hallarda həyata keçirilir.
- Kütləvi informasiya vasitələrində verilən məlumata görə, Belarus Prezidenti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının növbəti baş katibinin Belarusdan olacağını bildirib. Ermənistan tərəfi isə bunu təkzib edərək fərqli fikir səsləndirib. Bu barədə nə demək olar?
- Sözügedən məsələ ilə bağlı biz də kütləvi informasiya vasitələrindən məlumat almışıq. Kuluarlarda gedən söhbətlər onu deməyə əsas verir ki, MDB ölkələrinin qeyri-rəsmi Zirvə görüşündən əvvəl Avrasiya İqtisadi İttifaqının Sammitində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi məsələsi müzakirə olunub. Çox dərinə getmək istəməzdim, amma bəzi mənbələrdən aldığımız məlumata görə KTMT-nin baş katibi məsələsi ilə bağlı iclasda gərgin vəziyyət yaranıb. Bizdə olan məlumata əsasən, tam əminliklə deyə bilərik ki, Ermənistan KTMT-nin baş katibi vəzifəsini itirib və Ermənistanın rəyi və fikri nəzərə alınmadan böyük ehtimalla yaxın gələcəkdə bu vəzifəyə Belarusun nümayəndəsi təyin olunacaq. Ermənistanın baş katib vəzifəsini özündə saxlamaqla bağlı bütün səyləri iflasa uğrayıb. Bu, ümumilikdə, Ermənistanın siyasəti və diplomatiyasının növbəti məğlubiyyətidir.
- Hadisələrin bu məcrada inkişafını Azərbaycanın növbəti qələbəsi kimi qəbul etmək olarmı?
- Bildiyiniz kimi, Azərbaycan KTMT-nin üzvü deyil və ölkəmiz təşkilat daxilində gedən proseslərə müdaxilə etmək fikrində deyil. Prezident İlham Əliyevin bu ilin noyabrında Belarusa səfərindən öncə bu ölkənin səfirini qəbul edərkən səsləndirdiyi fikirlərə istinad etmək istərdim. Dövlətimizin başçısı bildirmişdi: “Ermənistan Azərbaycan ərazilərini işğal edən ölkədir və əlbəttə ki, biz hərbi-siyasi təşkilat olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına hansı ölkənin nümayəndəsinin rəhbərlik etməsinə biganə deyilik. Bu məsələlərin tərəfdaşlar və dostlar arasında müzakirəsi təbiidir”. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmək üçün KTMT-nin arxasında gizlənməyə çalışır. Ermənistanın üzləşdiyi aprel məğlubiyyətinin təcrübəsi də bunu göstərdi.
Heç kimə sirr deyil ki, yeni baş katibin təyinatı məsələsini Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, KTMT-yə üzv olan bütün ölkələrin dövlət başçıları ilə bu və ya digər formada müzakirə edib.
Sözsüz ki, işğalçı dövlət olaraq, Ermənistanın çoxsaylı xarakter daşıyan hər bir siyasi, diplomatik, iqtisadi və digər müstəvilərdə olan məğlubiyyəti Azərbaycanın qələbəsi kimi dəyərləndirilə bilər. Çünki bu məğlubiyyətlərin şərtləndirilməsində Azərbaycanın rolu kifayət qədər böyükdür. Nəticə etibarilə, Ermənistanın tamhüquqlu üzv olduğu KTMT-də növbəti dəfə alçaldıcı məğlubiyyəti bu sıradan olan nümunələrdən biridir.
Prezident İlham Əliyev bəziləri kimi deklarativ deyil, dərin strateji düşüncə və praqmatik baxışlar əsasında yüksək məharətlə və müdrikliklə “strateji diplomatiya” adlandırılan siyasət yürütmək iqtidarında olan şəxsiyyətdir. Bu “strateji diplomatiya” Azərbaycanın qələbəsini təmin edir, milli maraqlarımızın qorunmasına, ölkəmizin beynəlxalq münasibətlərdə mövqeyinin və rolunun gücləndirilməsinə xidmət edir.

 
  • Oxunub:  4440  |  
  • Tarix:  08-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva iftar mərasimində iştirak edib

24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24 May 20:44
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” açılıb
24 May 20:43
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24 May 20:40
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24 May 20:38
Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib
24 May 20:34
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
24 May 19:31
Donald Tramp: ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24 May 19:14
Vergilər Nazirliyində məcburi dövlət sosial sığortasına dair müzakirələr aparılıb
24 May 19:11
Metropoliten könüllüləri Avroliqanın xidmətində
24 May 19:07
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
24 May 18:55
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq
24 May 18:13
Qafqazşünasların II Beynəlxalq Forumu başa çatıb
24 May 17:49
Bahar Muradova: İdmandan siyasi məqsədlər üçün istifadə olunması yolverilməzdir
24 May 17:42
Əfqanıstan SOCAR-ın bu ölkəyə neft məhsullarının idxalını artırmağı təklif edib
24 May 17:38
Pərvin Kərimzadə: “Amnesty İnternational” təşkilatının bir sıra ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə olunduğu da hamıya məlumdur
24 May 17:36
Vitali Kliçko: Bakı şəhərində həyata keçirilən layihələri Kiyevdə tətbiq edirik
24 May 17:34
Bakıda “Caspian Power” idman festivalının təntənəli açılış mərasimi olub
24 May 17:31
Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımının göstərilməsi haqqında Sərəncam imzalayıb
24 May 17:25
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Monakoda keçirilən iqtisadi forumda təmsil olunub
24 May 17:23
Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
24 May 17:19
Bakıda Azərbaycan ilə Belarus arasında hərbi inspeksiya sahəsində əməkdaşlığa dair işçi görüşü keçirilib
24 May 17:06
Baş prokuror Gəncədə vətəndaşları qəbul edib
24 May 17:03
Zakir Həsənov: Ermənistanda baş verən daxili siyasi qarşıdurma qoşunların təmas xəttindəki vəziyyətin gərginləşməsinə səbəb ola bilər
24 May 17:01
Filarmoniyada “Vətən uzaqda deyil” adlı konsert keçiriləçək
24 May 16:59
Baronessa Emma Nikolson: Azərbaycan-Böyük Britaniya əlaqələri yüksək səviyyədədir
24 May 16:51
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda olub
24 May 16:49
Birinci vitse-spiker: Ermənistan Türkiyənin ATƏT-in Minsk qrupunun üzvü olmasına qarşı çıxır
24 May 16:41
Biləsuvar rayonunda ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçirilib
24 May 16:35
Ziyafət Əsgərov: Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildən başlayan münaqişə deyil
24 May 16:29
Təhsil müəssisələrində "İnsan hüquqları aylığı" çərçivəsində tədbir keçirilir
24 May 16:28
Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açılıb
24 May 16:21
BŞTİ əməkdaşları üçün ikigünlük təlim keçirib
24 May 16:05
Luiş Fiqu futbol həvəskarlarına müraciət edib: Bakıda möhtəşəm final oyununu qaçırmayın
24 May 16:02
Prezident: Ölkə qarşısında duran bütün problemlərin həlli üçün bizdə həm güclü siyasi iradə, həm də cəmiyyət tərəfindən böyük dəstək var
24 May 15:59
Bakıda Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının Dövlət Borcu üzrə İşçi Qrupunun toplantısı başa çatıb
24 May 15:57
Dünya Bankı ilə Azərbaycan Sahibkarlar Konfederasiyası əməkdaşlığın perspektivlərini müzakirə edib
24 May 15:55
Prezident: Bu gün Azərbaycan dünya miqyasında dinlərarası dialoqun aparılması üçün bir mərkəzə çevrilib
24 May 15:49
Peşəkar mühasib sertifikatının verilməsi və sertifikat almış şəxslərin dövlət reyestrinin aparılması Qaydaları təsdiq edilib
24 May 15:46
Prezident İlham Əliyev: Biz dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurmuşuq
24 May 15:41
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Cəlilabadda vətəndaşları qəbul edib
24 May 15:36
“DOST” mərkəzlərinin Nümunəvi Nizamnaməsi” təsdiq olunub
24 May 15:32
Mədəniyyət naziri və müavinləri regionlarda vətəndaşlarla görüşüblər
24 May 15:29
İstək olarsa, hər şey mümkündür
24 May 15:24
Gənclər və idman naziri Masallıda vətəndaşları qəbul edib
24 May 15:20
Rektor Ceyhun Məmmədov beynəlxalq simpoziumda Azərbaycanda din təhsilinin perspektivlərindən danışıb
24 May 15:03
Azərbaycan Prezidenti: Bizim gücümüz birliyimizdədir
24 May 14:55
Azərbaycanla Rusiya arasında əmək, məşğulluq və sosial müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
24 May 14:48
Azərbaycan velosipedçisi “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanıb
24 May 14:44
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Tərtər və Goranboyda vətəndaşları qəbul edib
24 May 14:32
Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
24 May 14:30
Bakı Media Mərkəzi Beynəlxalq Velosipedçilər İttifaqı ilə əməkdaşlığı davam etdirir
24 May 14:23
Avropa Çempionatının iştirakçıları olan erməni əsilli gimnastlar: Bakıda hər şey çox yaxşıdır, təhlükəsizdir və heç bir təzyiq yoxdur - VİDEO
24 May 14:18
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi və Respublika Günü münasibətilə Seulda rəsmi qəbul keçirilib
24 May 14:14
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 May 14:09
Sevinc Fətəliyeva: Azərbaycana qarşı qərəzli yanaşmalar uğursuzluğa məhkumdur
24 May 13:58
“myGov” portalının təqdimatı olub
24 May 13:56
Akademik Akif Əlizadənin Pekində məruzəsi maraqla qarşılanıb
24 May 13:36
Kiyevdə mütəfəkkir şair İmadəddin Nəsiminin heykəlinin rəsmi açılış mərasimi keçirilir
24 May 13:11
Valeh Ələsgərov: Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda mövcud problemlər öz həllini tapdı
24 May 13:04
Görkəmli alim Afad Qurbanovun 90 illik yubileyinə həsr edilmiş elmi konfrans

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA