Ana səhifə »  Siyasət »  Bakıda “Bərabər hüquqların təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir” mövzusunda beynəlxalq konfrans keçirilib
A+   Yenilə  A-
Bakıda “Bərabər hüquqların təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir” mövzusunda beynəlxalq konfrans keçirilib

Dekabrın 7-də Bakıda Azərbaycan Respublikası ombudsmanının təşkilatçılığı ilə “Bərabər hüquqların təmini sülh və dayanıqlı inkişafın əsas təməlidir” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, insan hüquqları üzrə müvəkkil Elmira Süleymanova beynəlxalq konfransın Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin qəbul edilməsinin 70 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunduğunu söyləyib.
Azərbaycanda insan hüquqlarının qorunması sahəsində görülən işlərdən danışan müvəkkil qeyd edib ki, Ombudsman Aparatı insanların hüquq və azadlıqlarının qorunması istiqamətində BMT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar ilə əməkdaşlıq şəraitində çalışır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 64 əfv sərəncamı imzalanıb, 11 amnistiya aktı qəbul edilib və bunlar on minlərlə insana şamil olunub. Dövlətimizin ali məqsədinin insan hüquqlarının müdafiəsi olduğunu deyən ombudsman vurğulayıb ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kurs ölkədə dayanıqlı inkişafa, insanların həyat səviyyəsinin yüksəlməsinə, hüquq bərabərliyinin təmininə imkan yaradıb. Ölkəmizdə hüquqla bağlı çoxsaylı qanunvericilik aktları qəbul olunub. Bu gün özlərini demokratiyanın beşiyi hesab edən ölkələrdə ksenofobiya, dini, irqi ayrı-seçkilik halları baş versə də, Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələri bərabər şəkildə yaşayırlar.
Milli Məclisin sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd edib ki, bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsini təmin edən çox mükəmməl qanunvericilik bazası var. Azərbaycanın qanunvericilik bazası insanların hüquqlarının bərabər şəkildə təmin edilməsini gerçəkləşdirən mühit formalaşdırır. Bugünkü nailiyyətlər bu uğurların əldə edilməsinə töhfə verən Azərbaycan vətəndaşlarının iştirakı ilə əldə olunub. Xalqın mütləq dəstəyi olmadan hər hansı ideyanı gerçəkləşdirmək qeyri-mümkündür. Bu gün insan hüquqlarının təminindən, ədalətdən danışılır. Müstəqil dövlət olmasa və insan hüquqlarının təmini üçün lazım olan şərait yaradılmasa, bütün bunları etmək olmaz. Azərbaycan ötən illərdə çox böyük uğurlara imza atıb. Bu gün bizim hər birimiz belə bir ölkənin vətəndaşı olduğumuz üçün qürur duyuruq, eyni zamanda, bunun məsuliyyətini daşımalıyıq. Azərbaycanın əsas qanunu olan Konstitusiyada hüquq bərabərliyi və onun dövlət tərəfindən təmin edilməsi öz təsbitini tapıb. Dünyada gündəlik hüquqpozmalar, məişət zorakılığı, mənsubiyyətə görə fərqqoyma kimi mənfi hallarla üzləşdiyimiz bir dövrdə beynəlxalq təşkilatlar koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidirlər. Bunun üçün də geniş maarifləndirmə işləri aparılmalıdır.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai diqqətə çatdırıb ki, Azərbaycan insan hüquqlarının qorunması sahəsində çox fəaldır və Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn öhdəlikləri yerinə yetirir. Azərbaycan insan haqları ilə bağlı tövsiyələrə əməl edir, insan haqlarına hörmətini nümayiş etdirir, bir çox beynəlxalq sazişlərə qoşulub.
Qulam İshaqzai əlavə edib ki, dünyada vətəndaş cəmiyyətinin insan hüquqlarının qorunması ilə bağlı atdıqları addımlar getdikcə daralır. Hər bir şəxsin hüquqlarının qorunması hamımızdan asılıdır. Dayanıqlı inkişaf üçün yoxsulluğun aradan qaldırılması insan hüquqlarının yaxşılaşmasına yönəlmiş addımdır. İnsanlar dünyada baş verən proseslərdən, dəyişikliklərdən, qeyri-müəyyənliklərdən əziyyət çəkirlər. İnsan hüquqlarının qorunması bu mənada çox vacibdir. Azərbaycan bu sahədə də uğurlar qazanıb, çox fəal şəkildə müntəzəm olaraq aidiyyəti qurumlara hesabatlar təqdim edir. BMT Azərbaycana bu istiqamətdə dəstək verir.
UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib ki, Azərbaycan 26 il bundan əvvəl BMT-nin Uşaq Hüquqları Konvensiyasına qoşulub. Azərbaycan hökuməti konvensiyadan irəli gələrək uşaqların ibtidai təhsil almaları, ölüm hallarının azaldılması və erkən nikahların qarşısının alınması istiqamətində işlər görüb. Azərbaycan hökuməti və parlamenti birgə fəaliyyətlə həssas ailələrdəki uşaqlara xüsusi diqqət yetirir.
Bundan başqa, E.Karvardin Azərbaycanda qız uşaqlarının təhsilə cəlb edilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib. Əlavə edib ki, qızların təhsil almaları gələcək nəslin savadlı olmasına yol açır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib ki, Azərbaycan hökuməti qadınların və uşaqların müdafiəsi sahəsində gələcəkdə görüləcək işləri və hədəfləri müəyyən edib. Həmin tədbirlərin ən vacibi ailə institutunun gücləndirilməsi, reproduktiv sağlamlıq, qadınların və uşaqların zorakılığına qarşı tədbirlərin görülməsidir. O deyib ki, məişət zorakılığı bu gün aktualdır, amma məişət zorakılığı ilə bağlı vəziyyətə baxış fərqlidir. Bu gün zorakılıq qurbanlarının hüquqlarının müdafiəsi üçün tədbirlər görülür. Ölkədə hər bir işdə davamlılığın təmin edilməsi üçün tədbirlər həyata keçirilir. Ötən müddət ərzində qadınların hüquqlarının müdafiəsi sahəsində iki mühüm qanun - “Gender siyasəti haqqında” və “Məişət zorakılığı haqqında” qanunlar qəbul edilib.
Sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Əmir Əliyev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni insan hüquqlarının müdafiəsi sahəsində tədrisin rolu və insan hüquqları və vətəndaş cəmiyyəti mövzularında çıxış ediblər.
Tədbirin sonunda Ombudsman Aparatının “Hüquqlar - hamı üçün” və “Mən və hüquqlarım” mövzularında təşkil olunan yazı və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.

 
  • Oxunub:  4620  |  
  • Tarix:  08-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Cümhuriyyəti quranlar bugünkü Azərbaycanla fəxr edərdilər

25 May 19:43
Milli Məclisin deputatları Bişkekdə TÜRKPA-nın komissiya iclasında iştirak edəcəklər
25 May 19:40
Aerobika gimnastikası üzrə XI Avropa çempionatının ikinci günü maraqlı idman mübarizəsi ilə yadda qalıb
25 May 19:37
Maykl Ouen: Bakı çox inkişaf edib, gözəlləşib və müasirləşib
25 May 19:34
Parisdə AŞPA-nın Mədəniyyət komitəsinin iclası keçiriləcək
25 May 18:47
İyulda Bakıda Azərbaycan-Əfqanıstan Birgə İşçi Qrupunun ilk iclası keçiriləcək
25 May 18:28
Qusarda “Oxu günü” təşkil olunub
25 May 18:11
Kiyevdə Nəsiminin heykəlinin rəsmi açılış mərasimi Ukrayna mətbuatında işıqlandırılıb
25 May 18:10
28 May - Respublika Günü İstanbulda qeyd edilib
25 May 18:01
Almaniyalı məşqçi: Bakıda özümüzü doğma vətənimizdəki kimi hiss edirik
25 May 17:48
Respublika Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilir
25 May 17:21
Leyla Abdullayeva: Monoetnik ölkə olan Ermənistanın Azərbaycanı irqçilikdə ittiham etməsi absurddur
25 May 16:17
Avroliqanın final oyunu ilə əlaqədar 450-dək avtobus ayrılacaq
25 May 15:47
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov: “Azərbaycan-İsrail strateji münasibətləri bütün regionda sülhə və təhlükəsizliyə xidmət edir”
25 May 15:45
Qeyri-formal məşğulluqla mübarizədə icbari tibbi sığortanın tətbiqindən effektiv istifadə məsələləri müzakirə edilib
25 May 15:26
Dövlət Gömrük Komitəsinin sədri “Mazımçay” gömrük postunda mövcud vəziyyətlə tanış olub
25 May 15:19
Azərbaycan-Fransa parlamentlərarası münasibətləri müzakirə edilib
25 May 14:43
Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib
25 May 14:41
Gömrük Komitəsinin rəhbərliyi Balakən, Zaqatala və Qaxda vətəndaşları qəbul edib
25 May 14:39
“Intermountain Jewish News” qəzeti Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrindən yazır
25 May 14:30
Əli Əhmədov: Azərbaycanın güclü ordusu, xalqın iradəsi, cənab Prezidentin qətiyyəti torpaqlarımızın işğaldan azad olunması üçün əminlik yaradır
25 May 14:25
Eldəniz Səlimov: Hər hansı “qarayaxma” kampaniyaları ilə ölkəmizin nüfuzuna ziyan vura bilməyəcəklər
25 May 14:24
Taleh Ziyadov: Bakı Limanının daşıma əməliyyatlarında artım proqnozlaşdırılır
25 May 14:01
Əli Əhmədov: Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində əlamətdar və şanlı səhifələrdən birini təşkil edir
25 May 13:57
Rauf Əliyev: Ölkəmizdə qeyri-neft sənayesi uğurla inkişaf edir
25 May 13:55
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun 75 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilir
25 May 13:53
Bakı Limanının əməliyyatlarının 85 faizi tranzit əməliyyatlarıdır
25 May 13:45
YAP-ın Mərkəzi qərargahında 28 May Respublika Günü münasibətilə Azərbaycan Xalq Cümhuriyətinə həsr olunmuş “Son iclas” filminin təqdimatı keçirilib
25 May 13:30
“Made in Azerbaijan” məhsulları Çindao sərgisində nümayiş olunur
25 May 13:21
Bakıda ilk dəfə “Port Festival” keçirilir
25 May 13:06
Əbülfəs Qarayev: Repressiyaya məruz qalanların sırasında böyük ədiblərin, şəxsiyyətlərin, ziyalıların adları daha çoxdur
25 May 13:02
Baş nazirin müavini: Məcburi köçkünlər yeni və müasir qəsəbələrə köçürülənə qədər onların yaşadığı ictimai binalarda təhlükəsizliyin təmin edilməsi aktuallıq kəsb edir
25 May 13:00
Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” sərgisi açılacaq
25 May 12:59
Hüseynbala Mirələmov: “Erməni havasına oynayan” təşkilatlar heç nə əldə etməyəcəklər
25 May 12:54
Mədət Quliyev: Dövlət başçısı sükanı düzgün saxlamasa, heç bir hüquq-mühafizə orqanı əmin-amanlığı saxlamağı bacarmaz
25 May 12:37
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25 May 11:41
Giorgi Volski: Gürcüstan ilə Azərbaycan arasında danışıqlar strateji tərəfdaşlıq əsasında aparılmalıdır
25 May 11:26
ABŞ-ın Mayami-Deyd dairəsinin və Hallandeyl Biç şəhərinin merləri Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi ilə bağlı bəyannamələr imzalayıblar
25 May 11:02
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat-taktiki təlimləri başa çatıb
25 May 10:36
“SÖZ” layihəsi yeni təqdimatda
25 May 10:30
“Şəhər ekologiyası” layihəsi uğurla davam edir
25 May 10:28
Bakıda “Müasir abdominal cərrahiyyənin aktual problemləri” mövzusunda elmi-praktiki konfrans keçirilir
25 May 10:26
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində “Könüllü fəaliyyət” layihəsinin təqdimatı olub
25 May 10:24
UEFA-nın prezidenti Avroliqanın final oyununun Bakıda keçirilməsi qərarını müdafiə edib
25 May 10:22
YAP Nərimanov rayon təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
25 May 10:17
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
25 May 10:15
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatında tədbir keçirilib
25 May 10:08
“Nar”-ın da dəstəyi ilə ADA Universitetində uğurlu innovativ layihələr seçilib
25 May 10:06
Azərbaycanın bölgələrində yeni xalçaçılıq müəssisələri yaradılır
25 May 10:03
“Fədaiyyə əl-Misriyyə” dövlət televiziya kanalında Azərbaycan-Misir mədəni əlaqələrindən danışılıb
24 May 21:52
Görkəmli alim Afad Qurbanovun xatirəsi yad olunub
24 May 21:50
Azərbaycanın BMT yanında daimi nümayəndəsi Təhlükəsizlik Şurasında silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsindən danışıb
24 May 21:48
Azərbaycan nümayəndə heyəti İstanbulda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib
24 May 21:45
Milli Dram Teatrında növbəti tədbir Xalq şairi Vaqif Səmədoğluya həsr edilib
24 May 21:39
Gənclər təşkilatlarının II respublika forumunun açılışı olub
24 May 21:35
BSU-da tədbir: Azərbaycan Xalq Cümhuriyyəti və onun ənənələri
24 May 21:23
Rusiya Əmək və Sosial Müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti “DOST” mərkəzi ilə tanış olub
24 May 21:18
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
24 May 21:16
28 May - Respublika Günü Uruqvayda qeyd edilib
24 May 21:13
Azərbaycanla Rusiyanın nüvə və radiasiya texnologiyaları sahəsində əməkdaşlıq imkanları müzakirə edilib
24 May 21:04
Qars şəhərində Azərbaycan-Türkiyə qardaşlıq yürüşü keçirilib
24 May 20:44
Dövlət Sərhəd Xidmətinin inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi” açılıb
24 May 20:43
“Anatolian Phoenix-2019” təlimləri başa çatıb
24 May 20:40
Nursultan Nazarbayevə Türk Şurasının Fəxri prezidenti statusu verilib
24 May 20:38
Azərbaycan ilə Gürcüstan arasında Dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə komissiyaların 12-ci iclası keçirilib
24 May 20:34
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar
24 May 19:31
Donald Tramp: ABŞ ilə Azərbaycan arasında bir çox ortaq maraqlar üzərində qurulmuş güclü tərəfdaşlıq mövcuddur
24 May 19:14
Vergilər Nazirliyində məcburi dövlət sosial sığortasına dair müzakirələr aparılıb
24 May 19:11
Metropoliten könüllüləri Avroliqanın xidmətində
24 May 19:07
Respublika Günü və Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə Londonda rəsmi qəbul keçirilib
24 May 18:55
Dmitri Savelyev: Rusiya ilə Azərbaycan arasında münasibətləri korlamaq cəhdləri baş tutmayacaq

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA