Ana səhifə »  Siyasət »  Milli Məclisin növbəti iclası keçirilib
A+   Yenilə  A-
Milli Məclisin növbəti iclası keçirilib

Millət vəkilləri iclasda “Lazarev klubu”nda Azərbaycana qarşı səsləndirilən fikirlərə kəskin etirazlarını bildiriblər
Dekabrın 7-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəlik barədə məlumat verib. O bildirib ki, iclasın gündəliyinə 21 məsələ daxildir. Dekabrın 7-də Azərbaycanın ilk parlamentinin ilk iclasının keçirilməsindən 100 il ötdüyünü deyən Milli Məclisin sədri bu münasibətlə deputatları təbrik edib. Onun sözlərinə görə, Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı yubiley medalı hazırdır. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində həmin medallar millət vəkillərinə təqdim ediləcək.
Sonra millət vəkilləri cari məsələləri müzakirə ediblər. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan-Rusiya Parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Əli Hüseynli deyib ki, Azərbaycanla Rusiya arasında münasibətlər bütün sahələr üzrə inkişaf etməkdədir: “Son zamanlar Rusiya elitasının üzvləri, siyasətçilər, diplomatlar, hərbi ekspertlər Azərbaycanda olub və Dağlıq Qarabağın Azərbaycanın tarixi torpaqları olduğu haqqında fikirlər söyləyiblər. Konstantin Zatulinin “Lazarev klubu”nda çıxışı isə Rusiyanın rəsmi dairələrinə uğursuz cavab cəhdidir”.
Ə.Hüseynli bildirib ki, Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirmək mümkün deyil. Onun sözlərinə görə, Zatulinin bu addımı Ermənistanla Rusiya arasında soyuq münasibətlərə neqativ ruh verməkdən başqa bir şey deyil. “Lazarev klubu”nda siyasi korrupsiyaya qoşulmuş ekspertlərin təmsil olunduğunu deyən komitə sədri söyləyib ki, İrəvanda keçirilən iclas Rusiyanın rəsmi mövqeyi deyil: “Amma rəsmi Bakı bununla bağlı fikirlərini bildirib və bu addıma qarşı öz narazılığını ifadə edib. Uzun illərdir ki, Zatulin erməni lobbiçiliyi ilə məşğul olur. O, sıravi deputat olsaydı, bizi narahat etməzdi. Lakin Dumada təmsilçiliyini nəzərə alsaq, belə halların baş verməsi qəbuledilməzdir. Hazırda hər iki ölkənin siyasətlərinə uyğun olaraq parlamentlərarası münasibətlər yüksələn xətlə inkişaf edir. Bu baxımdan Rusiya Dövlət Dumasına müraciət göndərilməlidir. Bu, belə davam edə bilməz”.
“Bu gün Rusiya-Azərbaycan münasibətləri yüksələn istiqamətdə, strateji tərəfdaşlıq səviyyəsində inkişaf edir, ölkə prezidentlərinin mütəmadi qarşılıqlı səfərləri, görüşləri bunu bir daha göstərir. Lakin təəssüflər olsun ki, bəzi qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirməyə, təsir göstərməyə çalışırlar”. Bu fikirləri isə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib. B.Əliyev bildirib ki, K.Zatulin bu ilin yazında İrəvanda Paşinyana qarşı şüarlarla çıxış edib, indi isə guya Rusiya-Ermənistan münasibətlərini düzəltməyə çalışır: “Bu gün Ermənistanda 3-4 min rus millətindən olan insan qalıb, halbuki vaxtilə Ermənistanda 100 mindən artıq rus yaşayıb. Onlar hamısı çıxıb gedib, qalanlar isə iş adamlarıdır. Reallıq bundan ibarətdir ki, bu gün Ermənistanda siyasi rejim dəyişir və bu fürsətdən istifadə edərək Zatulin və onun kimi bulanıq sudan nəsə əldə etmək istəyənlər hər zamankı kimi yenə də öz məqsədlərini güdürlər”.
Deputat vurğulayıb ki, bu cür hərəkətlərə Rusiya tərəfindən də münasibət bildirilməlidir: “Biz tələb etməliyik ki, Zatulinin hərəkətlərinə lazımi siyasi qiymət verilsin”.
“Ermənistanda hər zaman iqtisadi, siyasi vəziyyət ağırlaşan kimi dərhal Naxçıvan məsələsi ortaya atılır. Vaxtilə Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ermənilərin Naxçıvana qarşı iddialarına birdəfəlik son qoyuldu və Qars müqaviləsinin uzadılması ilə bağlı razılığa gəlindi”. Bu fikirləri isə YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, bu gün Azərbaycanla Rusiya arasında çox gözəl münasibətlər var: “Lakin bundan ən çox bəhrələnən kimlərdir? Əlbəttə, Rusiyada yaşayan və biznes fəaliyyəti göstərən azərbaycanlılar. O zaman sual olunur, niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmirlər?”.
Onun sözlərinə görə, İrəvanda keçirilən məlum tədbir erməni diasporunun fəaliyyətidir: “Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirliyimiz, Heydər Əliyev Fondunun nümayəndəliyi və Rusiya Azərbaycanlı Gənclər Təşkilatından (AMOR) başqa, digərləri orada tədbirlər təşkil etmirlər. Axı siz Rusiya ilə Azərbaycan arasında yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz”.
S.Novruzov söyləyib ki, ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələr Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir: “Rusiya parlamentində bir Zatulin var, amma yüzlərlə başqa deputatlar var. Onlar müxtəlif tədbirlərə cəlb edilməli, Azərbaycanı dəstəkləyən mövqe ortaya qoymalarına nail olunmalıdır. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz vətəni, xalqı qarşısında məsuliyyətlərini dərk etməlidirlər”.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, “Lazarev klubu” radikal erməni klubudur. Onun sözlərinə görə, klub millətçilik və düşmənçilik ideyaları yaymaqla məşğuldur: “Zatulin, Kazimirov kimi adamların fikirləri isə regionda, ölkələr arasında gərginlik yaratmağa xidmət edir. Bu, Rusiya dövlətinin də maraqlarına uyğun deyil. Azərbaycanla Rusiya münasibətləri möhkəm təməllər üzərində inkişaf edir. Biz də bu əlaqələrin inkişafında maraqlıyıq”.
Naxçıvana qarşı iddialara gəlincə, millət vəkili bildirib ki, 13 oktyabr 1921-ci ildə imzalanmış Qars müqaviləsi beynəlxalq müqavilədir və bu müqavilədə beş dövlətin imzası var: “Beynəlxalq müqavilənin şərtlərindən biri də budur ki, tərəflərdən yalnız birinin narazılığı olarsa, bu müqavilə ləğv oluna bilməz. Ona görə də “Lazarev klubu”nda səslənən iddiaların heç bir əsası yoxdur. Qars müqaviləsi bu gün də regionda sülhün, sabitliyin təmin olunmasına öz töhfəsini verir. Naxçıvan ərazi etibarilə qədim türk-Azərbaycan torpağıdır, qədim oğuz yurdudur. Burada ermənilərin heç bir izi yoxdur. Ermənilərin bəyanatları əsassızdır, təcavüzkar xarakter daşıyır və nə elmə, nə də siyasətə söykənir”.
Millət vəkili Cavid Qurbanov isə bildirib ki, belə tədbirlərin məqsədi iki dövlət arasında münasibətləri korlamaqdır: “İkitərəfli münasibətlər son dövrlər daha da yüksəlib. Təkcə dəmir yolunda yükdaşımalar 9 faiz artıb. Yəni söhbət ondan gedir ki, ölkəmiz gücləndikcə belə məsələlər olacaq. Amma ermənilər bilməlidirlər ki, biz öz torpaqlarımıza sahib çıxacağıq”.
Məsələyə münasibət bildirən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, Konstantin Zatulin Rusiya Dövlət Dumasının üzvü olmadığı zamanda da Azərbaycana düşmən mövqe tutan şəxs idi. O, erməni diasporunun dəstəyi ilə Rusiya Dövlət Dumasına üzv seçilib. O.Əsədov bildirib ki, Zatulin MDB-yə dəxli olmayan, amma bu təşkilatın adına uyğun institut yaratmışdı ki, həmin institut erməni diasporu tərəfindən maliyyələşir: “Mən həmin siyahıya baxanda burada ruslardan başqa, Rusiyada olan erməni mənşəli vəzifəli adamların adını gördüm. Lazarevin kökü də ermənidir. Vaxtilə Azərbaycanda qırğın törədən də Lazarev idi. Məsələ bizə aydındır”.
Spiker qeyd edib ki, belə cılız münasibətlərlə Rusiya-Azərbaycan əlaqələrini pozmaq mümkün deyil: “Mən Rusiya Dövlət Dumasının sədri Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək”.
Çıxışı zamanı spiker Ermənistan tərəfinin Naxçıvanla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən deputatlara xitabən: “Naxçıvanla bağlı məsələyə fikir verməyin. Naxçıvandan İrəvana 60 kilometr məsafə olduğu üçün Ermənistan hər zaman bundan narahatdır”, - deyib.
Daha sonra gündəlikdəki məsələlərə baxılıb. İlk olaraq Milli Məclis sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə sənədi ikinci səsverməyə təqdim edib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentdə üçüncü oxunuşda müzakirəyə çıxarılmış “Aviasiya haqqında”, “Dövlət borcu haqqında”, “İnzibati icraat haqqında” qanunlara, eləcə də Cinayət Prosessual və İnzibati Xətalar məcəllələrinin müvafiq maddələrinə təklif olunan dəyişikliklərə dair məsələləri şərh edib. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Psixoloji yardım haqqında” qanun layihəsini üçüncü oxunuşda təqdim edib. Bildirilib ki, layihə Milli Məclis rəhbərliyinin tapşırığı və Səhiyyə komitəsinin təşəbbüsü ilə yaradılan işçi qrupu tərəfindən hazırlanıb. Ölkədə psixologiya sahəsinin tanınmış mütəxəssisləri iş prosesində yaxından iştirak ediblər. Dünya ölkələrinin bu sahədə təcrübəsi öyrənilib. Sənədə parlamentin plenar iclasında birinci və ikinci oxunuşda baxılıb və təqdim olunan bir sıra təkliflər nəzərə alınıb.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Sənəd səsvermə yolu ilə təsdiq olunub.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı “Uşaq hüquqları haqqında” və “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, qanunda edilməsi nəzərdə tutulan dəyişikliklər “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli Qanununa uyğunlaşdırma məqsədi daşıyır.
Sonra Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov “Sahibkarlıq fəaliyyəti haqqında” və “Çayçılıq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri ilə bağlı məlumat verdikdən sonra sənədlər qəbul olunub.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Avtomobil yolları haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumatında vurğulayıb ki, sənədin 6, 21, 27 və 59-cu maddələrində dəyişiklik edilməsi zərurəti Azərbaycan Prezidentinin “Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 2 aprel tarixli Fərmanının icrası məqsədilə hazırlanıb. Milli Məclisin deputatları həmin dəyişiklikləri müsbət qarşılayıblar.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi ikinci oxunuşda təqdim edərkən bildirib ki, təklif edilən dəyişikliyin məqsədi məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyin elektron qaydada qeydiyyata alınmasının hüquqi mexanizminin müəyyən edilməsindən ibarətdir. Sənəd səsə qoyularaq təsdiq olunub.
Komitə sədri Əli Hüseynli, həmçinin Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında sənədlə bağlı məlumatında deyib ki, 2016-cı ilin sentyabrında ölkəmizdə keçirilmiş referenduma əsasən Konstitusiyada bir sıra dəyişikliklər edilməsi nəticəsində Seçki Məcəlləsində mövcud olan 178.1-ci maddə ilə ziddiyyət meydana gəlib. Belə ki, növbədənkənar prezident seçkilərində seçilmiş Prezidentin səlahiyyət müddəti oktyabr ayında yox, 7 il əvvəl Prezident seçildiyi tarixdə bitir. Həmin ziddiyyətin aradan qaldırılması üçün məcəllədə dəyişiklik edilməsi zərurəti yaranıb. Milli Məclisin deputatları Seçki Məcəlləsində dəyişikliyə dair qanun layihəsini ikinci oxunuşda məqbul sayıblar.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, məcəllənin dərman vasitələri haqqında qanunvericiliyin pozulması ilə bağlı 221-ci maddəsinə bir sıra əlavələr nəzərdə tutulub. Əlavələrə əsasən, dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına, eləcə də topdan satışına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilirlər. Sənəd ikinci oxunuşda səsə qoyularaq təsdiq olunub.
Qeyd edək ki, iclasda bir sıra digər qanunlara da dəyişikliklər edilib.
Nardar BAYRAMLI

 
  • Oxunub:  3330  |  
  • Tarix:  08-12-2018  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir

19 Fevral 16:44
Avropadaxili Vergi Administrasiyaları Təşkilatı ilə Vergilər Nazirliyi Bakıda beynəlxalq forum təşkil edib
19 Fevral 16:38
Vüqar Bayramov: Azərbaycan Prezidenti bu Fərmanla “çoxillik həllolunmaz problem”ə son qoydu
19 Fevral 16:23
Əli Əhmədov: Birgə iqtisadi layihələr Türkiyə-Azərbaycan qardaşlığını daha da gücləndirir
19 Fevral 15:46
Aydın Hüseynov: Prezidentin bu Fərmanından sonra Azərbaycanda sənədsiz və qeydiyyatsız bina qalmayacaq
19 Fevral 15:24
Statistika Komitəsi ilə UNICEF-in əməkdaşlığının prioritetləri müzakirə edilib
19 Fevral 15:21
Azərbaycan ABŞ-ın ən böyük turizm sərgisində təmsil olunub
19 Fevral 14:55
Dövlət gerbinin istifadəsi qaydalarına dair qanun layihəsi parlamentin iclasında sonuncu oxunuşda qəbul olunub
19 Fevral 14:44
Milli Məclisin gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilib
19 Fevral 14:40
Həştərxanda RAGB-nin təşəbbüsü ilə keçirilən “Xəzər-2019 mükafatı” festivalının qalibləri elan edilib
19 Fevral 14:30
Səttar Möhbalıyev: Bəzi müxalifət nümayəndələri Prezident İlham Əliyevin gördüyü işlərə kölgə salmağa cəhd edirlər
19 Fevral 14:18
Siyavuş Novruzov: Bəziləri dövlət başçısı tərəfindən atılan addımları öz adlarına çıxırlar
19 Fevral 14:06
Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilir
19 Fevral 13:37
Milli Məclisdə Dövlət himnimizin istifadəsi qaydaları ilə bağlı qanun layihəsi sonuncu oxunuşda qəbul edilib
19 Fevral 12:27
Prezident İlham Əliyev Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 Fevral 12:24
“Nəsimi kəlamının işığında” adlı ədəbi-bədii gecə olub
19 Fevral 12:20
Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupunun ilk iclası keçirilir
19 Fevral 12:17
Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb
19 Fevral 12:15
Bu gün UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin daha iki oyunu keçiriləcək
19 Fevral 12:11
Xələf Xələfov: Xəzərin statusu barədə Konvensiya Xəzəryanı ölkələrin tarixində yeni səhifədir
19 Fevral 12:06
Milli Məclisin növbəti plenar iclası keçirilir
19 Fevral 11:54
Prezident İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib
19 Fevral 11:48
Şirvanda yeddi gündə 8 min nəfərdən çox sakin kütləvi tibbi müayinədən keçib
19 Fevral 11:39
Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
19 Fevral 11:36
Mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqi müzakirə olunub
19 Fevral 11:12
Sabah Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısı keçiriləcək
19 Fevral 11:10
Fevralın 26-sı ümumtəhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr ediləcək
19 Fevral 11:09
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin yaradılmasının 20 illiyi qeyd olunub
19 Fevral 11:08
ADU-nun kollektivi: Təqaüdlərin artırılması təhsil alan gənclərin daha yaxşı yaşamasına istiqamətlənib
19 Fevral 10:56
Asiya İnkişaf Bankı Azərbaycanda bərpaolunan enerji layihələrinə maliyyə dəstəyi göstərməyə hazırdır
19 Fevral 10:39
Azərbaycandan Avropa İttifaqına üzv ölkələrə 729 milyon dollarlıq məhsul göndərilib
19 Fevral 10:38
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
19 Fevral 09:58
Sumqayıt Kimya Sənaye Parkı Azərbaycanda gedən sənayeləşmə siyasətinin gözəl nəticəsidir
19 Fevral 09:58
Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb
19 Fevral 09:56
Siyavuş Novruzov: Bələdiyyələr ələbaxımlılıqdan qurtulmalıdır
19 Fevral 09:53
Azərbaycan-Rusiya münasibətlərinin inkişafında dinlərarası dialoqun xüsusi rolu var
19 Fevral 09:50
Hikmət Babaoğlu: Ermənistan çalışır ki, danışıqları mümkün qədər uzatmaqla status-kvonu saxlasın, ancaq bu, mümkün deyil
19 Fevral 09:50
Prezident İlham Əliyevin vətəndaşların fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə göstərişlərinə uyğun olaraq mühüm layihələr icra edilib
19 Fevral 09:48
Bakıda “Vergilər. Şəffaflıq. İnkişaf” mövzusunda forum keçirilib
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıtın kompleks inkişafı daim diqqət mərkəzindədir
19 Fevral 09:45
Prezident İlham Əliyev: Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir
19 Fevral 09:44
Prokurorluq orqanlarına işə qəbulla bağlı müsabiqə elan edilib
19 Fevral 09:43
Azərbaycanın regionlarında sahibkarlara çoxşaxəli dəstək tədbirləri həyata keçirilir
18 Fevral 21:27
Rusiya-Azərbaycan: Mədəniyyət ustaları dostluq körpüləri salırlar
18 Fevral 21:09
Dünyanın bir sıra ölkələrinin vətəndaşları Xocalıya ədalət istəyiblər
18 Fevral 21:02
Milli Məclisin deputatları BMT-nin parlament dinləmələrində iştirak edəcəklər
18 Fevral 20:35
Ombudsman təsisatında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə görüş olub
18 Fevral 20:30
Qətər qəzetləri Azərbaycan həqiqətlərindən yazır
18 Fevral 20:28
Azərbaycanın yanvarda ən çox məhsul idxal etdiyi ölkələr açıqlanıb
18 Fevral 20:25
Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi ölkəyə çevrilir
18 Fevral 19:13
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti “IDEX-2019” beynəlxalq müdafiə sərgisində iştirak edir
18 Fevral 19:05
Xocalı soyqırımı qurbanlarının xatirəsi İsraildə yad olunacaq
18 Fevral 19:02
Kürdəmir: ümumi məhsul buraxılışının 39,9 faizi kənd təsərrüfatının payına düşüb
18 Fevral 18:50
Azərbaycan və Avstriya dəmir yolları arasında əməkdaşlıq əlaqələri müzakirə edilib
18 Fevral 18:28
Azərbaycan nümayəndə heyəti ATƏT PA-nın qış sessiyasında iştirak edəcək
18 Fevral 18:00
Nazir: Ölkədəki əlverişli mühit sahibkarlara biznesin istənilən sahəsi ilə məşğul olmağa imkan verir
18 Fevral 17:29
Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 Fevral 17:28
İsa Həbibbəyli: Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində uğurlu sosial siyasət həyata keçirilir
18 Fevral 17:19
Hikmət Babaoğlu: İşğalçı ölkə Azərbaycanın verdiyi dərsi unuda bilmir
18 Fevral 17:16
Müxalifətçilik missiyası və Azərbaycanın milli maraqları
18 Fevral 17:01
Azərbaycanla Böyük Britaniyanın enerji sahəsində əməkdaşlığı müzakirə olunub
18 Fevral 17:00
Prezident İlham Əliyev: Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur
18 Fevral 16:55
Teodore Doriç: Beynəlxalq Multikulturalizm Qış Məktəbi layihəsi tolerantlıq barədə nəzəri biliklərimizi artırdı
18 Fevral 16:47
Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb
18 Fevral 16:42
“Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin iştirakçıları qanunvericilik prosesi barədə məlumatlandırılıb
18 Fevral 16:37
“Məcburi əməyin və insan alverinin qarşısının alınması” mövzusunda maarifləndirici tədbir keçirilib
18 Fevral 16:33
Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
18 Fevral 16:29
Qorxmaz Hüseynov: Regional inkişaf proqramları çərçivəsində bölgələrdə 11 min km-dən çox magistral və paylayıcı su, 6 min km kanalizasiya xətləri çəkilib
18 Fevral 16:23
YAP Nizami rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
18 Fevral 16:17
Azərbaycan Prezidenti: “SOCAR Polymer” qeyri-neft ixracını 15 faiz artıracaq
18 Fevral 15:55
Prezident İlham Əliyev: “SOCAR Polymer”in tam gücü ilə işə başlaması əlamətdar hadisədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+2 +3
gecə+2 +3