Ana səhifə »  Siyasət »  Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir
A+   Yenilə  A-
Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir

Prezident İlham Əliyev: Güclü nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək
Azərbaycan artıq tarixə dönən 2018-ci ildə də özünün yol-nəqliyyat və logistika imkanlarının genişləndirilməsi istiqamətində işləri intensiv şəkildə davam etdirib ki, bu da təsadüfi deyil. Məlumdur ki, son illərdə Xəzər-Qara dəniz coğrafiyasında baş verən mühüm geosiyasi dəyişikliklər və meydana çıxan yeni çağırışlar fonunda Avropa ilə Asiya arasında kifayət qədər əlverişli coğrafi mövqedə yerləşən respublikamızın tranzit daşımaları üçün önəmi xeyli dərəcədə artıb. Respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bütün bu deyilənlərə dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirildiyini də əlavə etsək, onda Azərbaycanın müxtəlif istiqamətlərdə tranzit daşımaları üçün necə əlverişli ölkə olduğu barədə konkret təsəvvür yaranar.
Respublikamız bu kimi məqamlardan bəhrələnərək özünün tranzit imkanlarını genişləndirməyə çalışır və yol-nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyədə yenidən qurulmasına böyük həcmlərdə sərmayələr yönəldir. Son 15 ildə ölkəmizdə müasir yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, 2004-cü ildən bu günə qədər Azərbaycanda təxminən 15 min kilometr avtomobil yolu tikilib, 443 körpü, 6 beynəlxalq hava limanı istifadəyə verilib. Bu gün Azərbaycanın çox böyük yük təyyarəsi parkı var. Azərbaycan Xəzər dənizində ən güclü dəniz donanmasına malikdir - 260 gəmidən ibarət donanma Xəzərdə yükdaşımalarının təşkili üçün xüsusi rol oynayır. Eyni zamanda, Prezident İlham Əliyevin siyasi iradəsi əsasında respublika ərazisində beynəlxalq yük və sərnişin daşımalarının mexanizmi dünya təcrübəsi əsasında daha da optimallaşdırılır və bu sahədə müvafiq hüquqi baza yaradılır. Ölkənin tranzit imkanlarının genişləndirilməsi məqsədilə həyata keçirilən maddi və siyasi dəstək tədbirləri öz müsbət nəticəsini verir. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində vurğuladığı kimi, Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir.
Ölkə ərazisində Şərq-Qərb və Şimal-Cənub dəhlizləri üzrə yaradılan müasir infrastruktur Azərbaycana böyük üstünlüklər qazandırır
Azərbaycan ölkə ərazisindən keçən istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərinin funksionallığının artırılmasına böyük diqqət göstərir. İndiyədək ölkə ərazisində hər iki dəhliz boyunca yaradılan yüksəksəviyyəli infrastruktur respublikamıza böyük üstünlüklər qazandırır. “Şimal-Cənub, Şərq-Qərb dəhlizləri bizim ərazimizdən keçir. Çox güclü nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək”, - deyə Prezident İlham Əliyev yuxarıda bəhs olunan təbrikində bildirib.
Qeyd edək ki, respublikamızda Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin funksionallığının daha da artırılması, nəqliyyat imkanlarının genişləndirilməsi məqsədilə görülən işlərin miqyası kifayət qədər genişdir. Ölkəmizdə qədim İpək Yolunun bərpasına dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirilir. İndiyədək respublikamız qədim İpək Yolunun bərpası ilə bağlı müxtəlif məsələlərin müzakirə edildiyi bir sıra beynəlxalq səviyyəli tədbirə uğurla ev sahibliyi edib. Bu tədbirlərdə iştirakçı tərəflər ölkəmizin geniş tranzit imkanları barədə məlumat alıblar. Respublikamız həmçinin Çin tərəfindən irəli sürülən “Bir kəmər - bir yol” layihəsinə də dəstək nümayiş etdirir. O cümlədən indiyədək respublikamızda İpək Yolunun Azərbaycandan keçən hissəsinin yenidən qurulması, bütövlükdə Şərq-Qərb marşrutu üzrə böyük iş həcmi yerinə yetirilib. Prezident İlham Əliyev Azərbaycan-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasını ciddi nəzarətdə saxlayır. İndiyədək dövlət başçısı bəhs olunan yolun yenidən qurulması üzrə ayrı-ayrı layihələrin tamamlanması mərasimlərində şəxsən iştirak edib və Özünün dəyərli tövsiyələrini verib. Vurğulamaq yerinə düşər ki, ölkəmizin ərazisindən keçərək Şərqdən Qərbə doğru uzanan və Avropa, Qafqaz, Orta Asiya ölkələrini əlaqələndirən Şərq-Qərb nəqliyyat dəhlizi istər iqtisadi səmərəlilik, istərsə də mükəmməl infrastruktur baxımından olduqca əlverişli marşrutdur. Bu marşrutun potensialından səmərəli istifadə etməklə bəhs olunan geniş coğrafiyada yerləşən ölkələr arasında iqtisadi-ticarət əlaqələrini gücləndirmək, bütövlükdə regionun inkişafına əlavə impuls vermək mümkündür.
Respublikamızın ərazisində həmçinin Şimal-Cənub dəhlizinin ayrı-ayrı seqmentlərini təşkil edən magistralların yenidən qurulması da uğurla həyata keçirilir. İndiyədək respublikamız istər Rusiya sərhədinə, istərsə də İran sərhədinədək olan magistralların yenidən qurulmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldib. 2018-ci il sentyabrın 18-də Şimal-Cənub dəhlizinin mühüm seqmentlərindən biri olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub. Prezident İlham Əliyev regionlara növbəti səfəri çərçivəsində bəhs olunan magistralın açılışına qatılıb. Açılış mərasimində bildirilib ki, mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 15 metr, hərəkət zolaqlarının sayı 4 olan yol müasir səviyyədə və bütün tələblərə uyğun inşa olunub.
Xatırladaq ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun 31 kilometrlik Ələt-Yenikənd hissəsi 2006-2009-cu illərdə inşa edilib. Yolun 23,4 kilometrlik Yenikənd-Salyan hissəsinin, həmçinin Kür çayı üzərində 363 metrlik körpünün və 1,2 kilometrlik yanaşma yollarının tikintisi isə 2016-cı ildə başa çatdırılıb və dövlətimizin başçısının iştirakı ilə istifadəyə verilib.
Yolun 24,8 kilometrlik Salyan-Şorsulu, 30,1 kilometrlik Şorsulu-Cəlilabad və 39,2 kilometrlik Lənkəran-Astara hissələrində isə tikinti işləri 2018-ci ildə yekunlaşdırılıb. Yeni hissələrin açılışı ilə Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni magistral avtomobil yolunun daha 150 kilometrlik hissəsi istismara verilib. Bununla da Ələtdən Astarayadək 204 kilometrlik məsafədə tam yeni və müasir yolun inşası başa çatdırılıb.
Bütövlükdə, 2018-ci ildə respublikamızın ərazisində bir sıra magistral yolların yüksək standartlar səviyyəsində yenidən qurulması uğurla davam etdirilib. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol da bu qəbildəndir. Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm seqmentlərindən olan yol 1B texniki dərəcəyə uyğun inşa edilir. Dörd hərəkət zolaqlı olacaq yolun layihəsi 4 lotdan ibarətdir.
Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm bir seqmentini isə Azərbaycanın və İranın dəmir yolu xətlərinin birləşdirilməsi təşkil edir. Layihə çərçivəsində Azərbaycan 8,4 km dəmir yolu xəttinin çəkilməsini, hər biri 1050 metr olan 4 stansiya yolunun tikintisini həyata keçirməyi öz öhdəsinə götürmüşdü və ölkəmizin ərazisində bütün işlər yüksək keyfiyyətlə tamamlanıb.
Azərbaycan, eyni zamanda, İran ərazisində Astara-Rəşt dəmir yolunun tikintisində yaxından iştirak edir. Qeyd edək ki, İran ərazisində 35 hektarlıq ərazi 1,4 kilometr yol və terminallar tikilməsi üçün Azərbaycana uzunmüddətli icarəyə verilib. Respublikamız 2018-ci ildə bəhs olunan ərazidə layihə üzrə nəzərdə tutulan bütün işləri uğurla davam etdirib.
Azərbaycanın qonşu dövlətlərlə birgə reallaşdırdığı layihələr Avrasiyanın yeni yol-nəqliyyat-logistika xəritəsini formalaşdırır
Azərbaycan qısa müstəqillik tarixində işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə yüksəksəviyyəli münasibətlər qurmağa nail olub. Respublikamız region dövlətləri ilə qarşılıqlı maraqlar əsasında həm ikitərəfli, həm də çoxtərəfli platformalarda əməkdaşlıq edir. Bu məqama diqqət çəkən Prezident İlham Əliyev “Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək səviyyəyə qalxıb. Bu, hər bir ölkə üçün çox önəmlidir, o cümlədən Azərbaycan üçün. Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir”, - deyə vurğulayıb.
Eyni zamanda, Azərbaycanın qonşu dövlətlərlə birgə reallaşdırdığı layihələr Avrasiyanın yeni yol-nəqliyyat-logistika xəritəsini formalaşdırır. Biz yuxarıda respublikamızın qonşu dövlətlər olan İran və Rusiya ilə Şimal-Cənub dəhlizinin yaradılması istiqamətində intensiv iş apardığı barədə söhbət açdıq. Prezident İlham Əliyevin 2018-ci ildə Rusiyaya səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında rəqəmsal nəqliyyat sistemləri sahəsində əməkdaşlıq haqqında Memorandum” ölkələrimiz arasında nəqliyyat sahəsində mövcud münasibətlərin genişləndirilməsinə və hüquqi bazanın daha da möhkəmləndirilməsinə hesablanıb.
Deyilənlər kontekstində ölkəmizin güclü siyasi iradəsi və böyük maddi dəstəyi ilə inşa edilərək 2017-ci il oktyabrın 30-da Azərbaycanın, qardaş Türkiyənin, Gürcüstanın, Özbəkistanın, Qazaxıstanın dövlət və hökumət başçılarının, həmçinin Tacikistanın və Türkmənistanın yüksəksəviyyəli rəsmilərinin iştirakı ilə açılış mərasimi keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu da böyük aktuallıq daşıyır.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə dair Saziş 2007-ci il fevralın 7-də Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib. Ümumi uzunluğu təxminən 850 kilometr olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin 504 kilometrlik hissəsi Azərbaycanın ərazisinə düşür. Dəmir yolu xəttinin 263 kilometri Gürcüstandan keçir. Yolun 79 kilometri isə Türkiyə ərazisindədir.
Proqnozlara görə, Bakı-Tbilisi-Qars dəmir yolu ilə üçüncü istismar ilində 3-5 milyon ton, beşinci istismar ilində 6-8 milyon ton yük, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu marşrutla yükdaşımalarda zaman fərqi iki dəfəyədək azdır.
İstifadəyə verilməsindən az vaxt ötsə də, beynəlxalq miqyasda Bakı-Tbilisi-Qars dəmir yoluna böyük maraq yaranıb. Artıq bu yoldan yalnız iştirakçı dövlətlər deyil, həmçinin Qazaxıstan da istifadə edir. Özbəkistan bəhs olunan marşrutun imkanlarından istifadə etməklə bağlı niyyətini ifadə edib. Əfqanıstan da Azərbaycandan keçməklə “Lapis Lazuli” nəqliyyat marşrutu ilə Avropaya yük daşımalarına böyük maraq göstərir. Beləliklə, Türkmənistandan keçən yüklər Bakı-Tbilisi-Qarsla Avropaya daşınacaq.
Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi regionun tranzit imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək
Yola saldığımız 2018-ci il Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi baxımından əlamətdar oldu. Belə ki, ötən il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.
Bəhs olunan Konvensiya sahil dövlətlərinin dənizin resurslarından bərabərhüquqlu əsaslarla bəhrələnmələrinə zəmin yaradan çox mühüm bir sənəddir. Bununla da Xəzər dənizinin ümumi hüquqi rejimi müəyyən edilib. Sənədə əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı sahil dövlətləri arasında uzun illərdən bəri mövcud olan ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Bundan sonra dondurulmuş və mübahisəli yataqlar birgə işləniləcək ki, bu da Xəzəryanı dövlətlərə və xalqlara fayda gətirəcək. Konvensiyanın önəmindən bəhs edən Prezident İlham Əliyev “Bu il Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi öz həllini tapdı. Bu, hesab edirəm ki, tarixi nailiyyətdir. Çünki bildiyiniz kimi, uzun illər ərzində bu məsələ həll olunmamış qalmışdı. Ancaq bu, hazırda öz həllini tapıb və Azərbaycan bu məsələnin həllində öz dəyərli töhfəsini vermişdir”, - deyə vurğulayıb.
Bəhs olunan Konvensiyanın imzalanması Xəzər hövzəsi regionunun tranzit imkanlarından istifadə edilməsi baxımından da böyük önəm daşıyır. Məlumdur ki, Avropa ilə Asiyanı birləşdirən Xəzər hövzəsi regionunun geoiqtisadi və geosiyasi önəmi yalnız enerji amili ilə məhdudlaşmır. Regionun həmçinin müasir qlobal çağırışlar baxımından böyük önəm daşıyan geniş nəqliyyat-logistika imkanları mövcuddur. Sahilyanı dövlətlərin nəqliyyat sahəsində fəaliyyətini uzlaşdırmaqla, xüsusilə də zəruri infrastruktur yaratmaqla və rentabelli vahid daşıma tarifləri müəyyənləşdirməklə mövcud imkanlardan daha səmərəli istifadə etmək mümkündür. Təsadüfi deyil ki, sahilyanı ölkələrin dövlət başçılarının imzaladıqları Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəqliyyat və daşımalarla bağlı məsələlər də təsbit olunub. Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyən edən bu fundamental sənəd sahilyanı dövlətlər arasında münasibətlərin geniş spektrini əhatə etməklə yanaşı, iqtisadi və nəqliyyat məsələlərinin həlli üçün də yeni perspektivlər açır. Mütəxəssislərin ümumi qənaəti belədir ki, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi regionun tranzit imkanlarının genişlənməsinə müsbət təsir göstərəcək.
Xəzər hövzəsi regionunun nəqliyyat sahəsində imkanlarına həmçinin sənədlərin imzalanması mərasimindən sonra prezidentlərin mətbuata verdikləri bəyanatlarda da diqqət çəkilib. Eyni zamanda, Zirvə görüşü çərçivəsində dövlət başçılarının keçirdikləri görüşlərdə regionun tranzit imkanlarından daha geniş miqyasda istifadə edilməsinin zəruriliyi ilə bağlı müzakirələr aparılıb. Sammitin gedişində Qazaxıstan, Türkmənistan və Rusiya sahilyanı limanların inkişaf etdiriləcəyini bildiriblər. Azərbaycan 2018-ci ildə Xəzərdə Ələt limanını istifadəyə verməklə bu sahədə də liderlik keyfiyyəti nümayiş etdirib və qonşu ölkələrə nümunə olub.
2018-ci ildə Ələt limanının istifadəyə verilməsi Azərbaycanın regionda nəqliyyat-logistik infrastrukturunun inkişafına növbəti sanballı töhfəsidir
Regionun tranzit imkanlarının genişləndirilməsi baxımından Azərbaycanın Ələtdə inşa etdiyi və ötən il istifadəyə verilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti kifayət qədər böyükdür. Çox haqlı olaraq Ələt limanının istifadəyə verilməsi Azərbaycanın regionda nəqliyyat-logistik infrastrukturunun inkişafına növbəti sanballı töhfəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyev Ələtdə tikilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanını tarixi layihə kimi səciyyələndirib: “Bu il Ələt Ticarət Limanının açılışını qeyd etdik. Bu da tarixi layihədir”.
Bəhs olunan liman Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə birlikdə Şərq-Qərb nəqliyyat dəhlizinin çox mühüm seqmentini təşkil edir. Qeyd edək ki, Xəzərdə ən böyük və ən müasir ticarət limanı olan Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Baş planı və layihəsi Niderlandın “Royal Haskoning” şirkəti tərəfindən həyata keçirilib. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Limanın illik yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın yükaşırma imkanları 25 milyon tona çatdırıla bilər.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncama əsasən başlanılıb. 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə yeni liman kompleksinin təməli qoyulub. 2014-cü ilin sentyabrında liman qurğularından biri - iki körpüdən ibarət bərə terminalı, 2018-ci ilin yanvarında iki körpüdən ibarət olan Ro-Ro terminalı istifadəyə verilib. 2018-ci il mayın 14-də isə Prezidenti İlham Əliyevin iştirakı ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı keçirilib.
Azərbaycanın tranzit imkanlarının genişlənməsi üçün böyük imkanlar açan liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz olunub ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir. Limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya eyni zamanda 11 gəmi yan ala bilər.
Kompleksdə yükləmə-boşaltma əməliyyatlarının səmərəliliyinin yüksəldilməsi məqsədilə Almaniya istehsalı olan 80, 40 və 32 tonluq 6 yeni portal kran quraşdırılıb. Layihə çərçivəsində limanın əməliyyat binası, yük sahələri və anbarlar, sərhəd və gömrük xidməti məntəqələri, bütövlükdə müxtəlif təyinatlı 72 bina və qurğu inşa olunub, sərnişinlər üçün beynəlxalq terminalın layihələndirilməsi davam etdirilir.
Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının “Yaşıl liman” konsepsiyasına uyğun tikilməsi diqqətəlayiq haldır. Kompleksin inşası zamanı ən yüksək ekoloji tələblər nəzərə alınıb, çirkab suların təmizlənməsi üçün 3 müxtəlif qurğu inşa edilib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6060  |  
  • Tarix:  05-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA