Ana səhifə »  Siyasət »  Cənubi Qafqaz və Mərkəzi Asiya: “Stratfor”un risklərlə dolu proqnozları
A+   Yenilə  A-
Cənubi Qafqaz və Mərkəzi Asiya: “Stratfor”un risklərlə dolu proqnozları

Amerikanın “Stratfor” qlobal strateji təhlil mərkəzi 2019-cu il üçün Cənubi Qafqaz və Mərkəzi Asiya ilə bağlı proqnozlar verib. Onlara nəzər saldıqda, bir sıra düşündürücü məqamları görmək mümkün olur. Hər şeydən öncə, aydın olur ki, bu iki regionda cərəyan edən geosiyasi proseslər bir-biri ilə əlaqədə götürülür. Ekspertlər hesab edirlər ki, hər iki region üçün 2019-cu il geosiyasi aspektdə mürəkkəb il olacaq. Burada qeyri-müəyyənliklər və risklər özünü göstərəcək. Dünyanın böyük gücləri olan ABŞ, Rusiya və Çinin həmin regionlar uğrunda mübarizəsi daha da intensivləşəcək. Proqnozlara görə, bu mübarizə Əfqanıstandan başlayaraq geniş məkanda terror və narkoticarəti canlandıra bilər. Bundan sadə insanlar daha çox ziyan görəcəklər. Eyni zamanda, böyük güclərin antiterror əməliyyatları adı altında müxtəlif fəaliyyətləri ola bilər. Bununla da Yaxın Şərqlə yanaşı, başqa bir məkanda da silahlı qarşıdurmalar özünü göstərər. “Stratfor”un proqnozları kontekstində yuxarıda vurğulanan məqmların geosiyasi analizi üzərində geniş dayanmağa ehtiyac görürük.
Cənubi Qafqaz: geosiyasi mənzərə qarışır
ABŞ-ın tanınmış beyin mərkəzlərindən olan “Stratfor”un 2019-cu il proqnozları içərisində Qafqaz və Mərkəzi Asiya ayrıca yer tutur. Hesab olunur ki, bu il həmin regionlar geosiyasi proseslərin ən intensiv özünü göstərəcəyi məkanlardan biri olacaq. Proqnozlarda bu regionlar qarşılıqlı əlaqədə təqdim olunur. Ümumi məntiq ondan ibarətdir ki, Cənubi Qafqazla eyni səviyyədə Amerika ilə Rusiya arasında geosiyasi savaş Mərkəzi Asiyada baş verəcək. Bu prosesə Çin də ciddi surətdə qarışacaq (bax: 2019 Annual Forecast / worldview.stratfor.com, 3 dekabr 2018)
“Stratfor” Cənubi Qafqazı tamamilə ABŞ və Rusiyanın nüfuz uğrunda mübarizə məkanı kimi tədqim etməyə çalışır. Yəni burada region dövlətlərinin öz maraqlarının aparıcı rol oynayacağı tezisi qəbul edilmir. Bütün proseslərə Amerika, yaxud Rusiyanın üstünlüyü müstəvisində baxılır. Bu, özlüyündə mənfi haldır, ancaq reallıqdırsa, hadisələrə də həmin prizmadan baxmaq lazım gəlir.
Öncə belə çıxır ki, Vaşinqtonla Moskva Cənubi Qafqazda ən yaxın müttəfiqlərini müəyyənləşdirməyə çalışacaqlar. Maraqlıdır ki, məhz bu bənd onların ən sərt toqquşma yeri ola bilər. Çünki “Stratfor”a inansaq, hər iki böyük güc Ermənistanı yaxın müttəfiq kimi seçmək niyyətindədir. Daha doğrusu, Rusiya artıq orada tam hakimdir və ABŞ başlıca olaraq oranı Rusiyanın əlindən almağa çalışacaq (bax: əvvəlki mənbəyə). Bunun müxtəlif səbəbləri qeyd edilir. Ancaq əsas odur ki, Cənubi Qafqazda dəqiq mövqeyi olmayan və daim havadar axtaran ölkə məhz Ermənistandır. Konkret desək, Vaşinqton Ermənistanın bu zəifliyindən istifadə edərək regionda özünün maraqları uğrunda daha sərt mübarizə aparmaq niyyətindədir.
Vaşinqtonun planlarında Ermənistana ayrıca yer verilməsi həm də İran probleminə görədir. Belə ki, Amerika İrana qarşı daha sərt mövqe tutmaq niyyətindədir. Cənubi Qafqazda isə daha çox Ermənistan İrana ümid edir. Əgər Amerika Ermənistana müəyyən yardımlar etməsə, İrəvan İranla əlaqələri dərinləşdirmək üçün bəhanə əldə edər. Yəni ABŞ Ermənistana diqqəti artırmaqla həm də onun İranla olan münasibətlərində uçurum yaradır. Zəif və asılı Ermənistan buna asanlıqla getməkdədir.
Əgər Amerika Ermənistanı Rusiyanın təsiri altından çıxara və ya Moskvanın mövqeyini xeyli zəiflədə bilsə, onda Cənubi Qafqazda vəziyyəti tarazlıqdan çıxarmağa daha şanslı olur. Çünki Gürcüstan öncədən Qərbi seçib və orada hər hansı işlər görməyə ehtiyac yoxdur. Azərbaycan isə müstəqil siyasət yeridən ölkə kimi kimsəyə boyun əymir. Bu səbəbdən ancaq Ermənistan marionet rolunu oynaya bilər.
Görünür, “Stratfor”un analitikləri bütün bunları nəzərə alaraq, 2019-cu ildə Rusiya ilə Amerika arasında Cənubi Qafqazda forpost uğrunda daha amansız mübarizə apara bilərlər. Lakin burada bir geosiyasi məqam meydana gəlməkdədir. Məsələ ondan ibarətdir ki, Amerika Suriyadan hərbi kontingentini çıxarmaqla bağlı qərar verib və bu, Moskvanın əlini Yaxın Şərqdə xeyli gücləndirib. Bütövlükdə Moskva ilə getdikcə daha çox sayda dövlətlər geosiyasi əməkdaşlıq etməyə başlayıblar. Bu da ABŞ-ın Ermənistan uğrunda mübarizədə uğur qazanmaq şansını minimuma endirir.
Əfqanıstan faktoru: Mərkəzi Asiya üçün iki təhlükə
Digər tərəfdən, ABŞ-ın özünün Yaxın Şərq, Qafqaz, Mərkəzi Asiya və Uzaq Şərq məkanında fəaliyyət üsulunu yeniləşdirmək qərarına gəlməsi yeni mənzərəni ortaya qoyur. İndi Vaşinqtonun Suriya, İraq və Əfqanıstanda necə davranacağı məlum deyil. Belə ki, D.Tramp Suriyadan çıxmağa tələsmədiklərini artıq ifadə edib, İraqa səfəri zamanı buradan hərbi gücü çəkməyəcəklərini bəyan edib və Əfqanıstanda da hərbi mövcudluğu davam etdirəcəklərini bəyanlayıb. Onda Amerika haradan və nə miqdarda hərbi güc çəkir? Belə çıxır ki, mahiyyətcə heç yerdən çəkilmə yoxdur, sadəcə qüvvələrin konfiqurasiyası yeniləşdirilir. Bəlkə də D.Trampın Suriya ilə bağlı dedikləri kontekstində “yenidən siyasi şəkillənmə zamanı” ifadəsi həmin məqama aiddir.
Bunlardan belə qənaətə gəlmək olar ki, “Stratfor” Cənubi Qafqaz ilə Mərkəzi Asiyanı və Əfqanıstanı bir-biri ilə sıx bağlı götürməkdə səhv etməyib. Mərkəzi Asiyada analitik mərkəzin proqnozuna görə, Amerika iqtisadi və hərbi cəhətdən Qazaxıstanla Özbəkistana daha çox diqqət yetirəcək. “Stratfor” yazır: “Vaşinqton bütün Mərkəzi Asiya ilə, öncəliklə Qazaxıstan və Özbəkistanla iqtisadi əlaqələrin yaxşılaşmasına can atacaq” (bax: əvvəlki mənbəyə). Bunun fonunda Amerika Mərkəzi Asiyaya Əfqanıstanda cərəyan edən proseslərlə eyni məntiqdə yanaşmağı planlaşdırır (təbii ki, “Stratfor”a görə). Bu da pərdəarxası bir sıra məqamlara əlavə diqqət yetirməyi tələb edir.
İlk növbədə, belə təxmin edilir ki, terrorçular Əfqanıstana daha çox üz tuta bilərlər. Oradan Çin və Rusiya istiqamətində hərəkət etmək imkanları çoxdur. Rusiya Federal Təhlükəsizlik Xidməti bu barədə bir neçə dəfə informasiya yayıb. ABŞ-ın Suriyadan çəkilməsi ilə terrorçuların başqa məkanlara keçməsi arasında bir əlaqənin olduğunu düşünənlər də vardır.
Digər tərəfdən, Əfqanıstandan narkoticarət yolları dünyanın hər tərəfinə yayılır. Son zamanlar Mərkəzi Asiya ölkələri üçün bu, daha ciddi problemə çevrilib. İndi ekspertlər ehtiyat edirlər ki, ABŞ-ın Əfqanıstandakı hərbi kontingentinin yeni komandanı Skott Miller öz sərt və güzəştsiz mövqeyi ilə vəziyyəti daha da gərginləşdirə bilər. Məsələ ondan ibarətdir ki, S.Miller terrora qarşı təxribatçı əməliyyatları ilə məşhurdur. Burada bir sıra hallarda məqsəd terror qruplarını maliyyə ilə təmin etməkdən ibarət olur. Yəni əməliyyat sözdə narkoticarətə qarşı aparılır, reallıqda isə gəlirlər terror qruplarına yönəldilir.
Bunu Moskvada və Pekində yaxşı anlayırlar. Deməli, Rusiya və Çin də Əfqanıstanda antiterror əməliyyatları apara bilərlər. Bu isə o deməkdir ki, geniş bir geosiyasi məkanda ABŞ, Rusiya və Çinin toqquşduğu və sözdə “antiterror əməliyyatları” adlanan gərginlik meydanı yarana bilər. Ekspertlər bunun acı nəticələr verə biləcəyini istisna etmirlər.
Dolayısı ilə Mərkəzi Asiyada ABŞ-la Çin arasında geosiyasi savaşın artacağını gözləmək olar. Əslində, “Stratfor”un proqnozlarına görə, bu proses bütün dünyada intensivləşəcək. Müxtəlif regionlarda Amerika-Çin qarşıdurması öz təsirini göstərəcək. 2019-cu ilin ilk günlərində bunun əlamətlərindən biri özünü büruzə verdi. Çinli general xəbərdar etdi ki, Pekin Cənubi Çin dənizində Amerikanın iki hərbi gəmisini batıra bilər. Bu isə 10 min ABŞ əsgərinin həlak olması deməkdir. Təbii ki, xeyli təhlükəli fikirdir və birbaşa Vaşinqtonu qıcıqlandırır. Bu kimi qarşılıqlı təhdidlərin davam etdiyi halda ciddi problemlərin yaranma ehtimalı yüksəkdir.
Yuxarıda vurğulanan məqamlardan belə görünür ki, “Stratfor” 2019-cu ildə Cənubi Qafqaz və Məkəzi Asiyada geosiyasi qeyri-müəyyənliyin artmasını proqnozlaşdırır. Bu, bir tərəfdən, Amerikanın dünya liderliyi iddiasını davam etdirməsi, digər tərəfdən isə böyük bir geosiyasi məkanda ABŞ-Rusiya və ABŞ-Çin qarşıdurmasının yüksəlməsi ilə şərtlənir. Ümumilikdə mürəkkəb və riskli geosiyasi mənzərə meydana gəlir ki, burada da sabitliyə nail olmaq çətin iş ola bilər.
Bunlarla yanaşı, “Stratfor” faktiki olaraq Vaşinqtonun ata biləcəyi addımlardan bəhs edir. Onlar kifayət qədər təhlükəli görünür. Deməli, 2019-cu ildə dünya üzrə geosiyasi dinamikanın sabitlik yarada biləcəyi barədə danışmaq reallığa uyğun gəlmir. Burada hansı qüvvənin üstün gəlməsindən asılı olmayaraq, son nöqtə qoyulmur. Bu baxımdan 2019-cu il müəyyən geosiyasi proseslərin sonudursa da, bütövlükdə digər riskli və qeyri-müəyyən aktorların da başlanğıcı ola bilər. Konkret desək, Amerika Rusiya sərhədinə təhlükələri yaxınlaşdırmağa çalışdığı kimi, Moskva da onu əks tərəfə ötürməyə cəhd edəcək. Bu qarışıqlıqda isə zərər görən region xalqları və bütövlükdə təhlükəsizlik sistemi olacaq.
Newtimes.az

 
  • Oxunub:  4260  |  
  • Tarix:  09-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 17:54
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
19 May 16:06
Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb
17 May 17:20
Çexiya Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA