Ana səhifə »  Siyasət »  2018-ci ildə Azərbaycan xalqı əmin-amanlıq, sabitlik şəraitində yaşayıb
A+   Yenilə  A-
2018-ci ildə Azərbaycan xalqı əmin-amanlıq, sabitlik şəraitində yaşayıb

Prezident İlham Əliyev: Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir
Hazırda dünyanın mənzərəsi ilk növbədə inkişafa və sabitliyə ciddi təhdidlər yaradan ziddiyyətli məqamlarla diqqəti cəlb edir. Qlobal miqyasda müşahidə olunan iqtisadi və siyasi kataklizmlər, milli-dini zəmində tez-tez baş qaldıran münaqişələr, Yaxın Şərqə “ixrac” edilən müharibələr son nəticədə ayrı-ayrı ölkələri gücdən salır, onların öz potensiallarını inkişafa yönəltmələrinə imkan vermir. Biz görürük ki, sabitlik pozulanda xarici müdaxilə baş verir, dövlətlər idarəolunmaz vəziyyətə düşür, qardaş qanı tökülür və ölkələrin gələcəyi böyük sual altına düşür. Belə vəziyyətdə, təbii ki, insanlar, ələlxüsus da uşaqlar, qadınlar, yaşlılar sonsuz məşəqqətlərlə üzləşirlər.
Yaxın-uzaq coğrafiyalardakı belə arzuolunmaz vəziyyətlə müqayisədə müstəqil Azərbaycanın mənzərəsi tamam fərqli rakursdan diqqəti cəlb edir. Ölkəmiz Prezident İlham Əliyevin inamla reallaşdırdığı məqsədyönlü siyasət sayəsində sabitlik və inkişaf adası kimi fərqlənir. Ölkəmizdə dövlət başçısının qətiyyəti sayəsində daxili risklərin hamısı aradan qaldırılıb, eyni zamanda, Azərbaycan xarici risklərdən də özünü qoruya bilib, bu gün də qoruyur və heç bir şübhə yoxdur ki, bundan sonra da qoruyacağıq. Deyilənlər baxımdan artıq tarixə dönən 2018-ci il də istisna təşkil etməyib. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində respublikamızın nikbinlik doğuran mənzərəsinə xüsusi diqqət çəkərək vurğulayıb ki, 2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb.
Xalq-iqtidar birliyi Azərbaycandakı sabitliyi və inkişafı şərtləndirən əsas amildir
Müstəqil Azərbaycanın dünyada böyük maraqla izlənən nümunəvi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri odur ki, ölkəmizdə aparılan məqsədyönlü siyasət xalq-iqtidar vəhdəti prinsipinə əsasən müəyyənləşdirilir. Azərbaycan iqtidarı reallaşdırdığı siyasətdə bir qayda olaraq milli maraqları əsas götürür, daim xalqın mənafeyindən çıxış edir. Öz növbəsində, cəmiyyət də iqtidarın siyasətinə yüksək səviyyədə dəstək verir. Bəhs olunan təbrikində bu məqama diqqət çəkən Prezident İlham Əliyev vurğulayıb: “Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir”.
Həqiqətən də, son 15 ildə keçilən yola diqqət yetirdikdə Prezident İlham Əliyevin daim xalqın arzu və istəkləri ilə üst-üstə düşən və reallıqla səsləşən təşəbbüslərlə çıxış etdiyinin şahidi oluruq. Ölkədə aparılan praqmatik siyasət ilk növbədə xəlqi mahiyyəti ilə fərqlənir. Dövlət başçısı mütəmadi qaydada ictimaiyyətin nümayəndələri ilə görüşür, tez-tez bölgələrə səfərlərə gedir. Bu görüşlər və səfərlər isə izsiz ötüşmür. Dövlət başçısı insanları narahat edən məsələlərlə yerindəcə tanış olur, həmçinin əvvəllər verilən tapşırıqların müvafiq qurumlar tərəfindən necə icra edildiyi ilə maraqlanır. Beləliklə, bir tərəfdən nəzarət möhkəmlənir, məmurların məsuliyyəti artır, digər tərəfdən isə dövlət siyasətinin prioritetləri müəyyənləşdirilərkən yerlərdə insanların qaldırdıqları məsələlər mütləq nəzərə alınır. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev 2018-ci ildə də regionlara çoxsaylı səfərlərə gedib və yüksək standartlar səviyyəsində tikilən sosial-iqtisadi təyinatlı obyektlərin açılışında iştirak edib, Özünün dəyərli tövsiyələrini verib, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri ilə görüşlər keçirib.
Eyni zamanda, Azərbaycanda son 15 ildə Prezident İlham Əliyevin iradəsi ilə bilavasitə insanların mənafeyinə yönələn dərinməzmunlu sosial siyasət həyata keçirilib. Sosial dövlət olan Azərbaycanda reallaşdırılan məqsədyönlü dövlət siyasətinin mərkəzində vətəndaşların maraqları dayanır. Respublikada davamlı iqtisadi inkişaf, aparılan islahatlar dərinməzmunlu sosial siyasətlə tamamlanır. Ölkədə insanların həyat şəraitinin yaxşılaşması, gəlir imkanlarının artırılması məqsədilə ardıcıl şəkildə reallaşdırılan proqramlar, genişmiqyaslı tədbirlər bunu əyani şəkildə təsdiqləyir. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, son 15 ildə respublikamızda maaşlar və pensiyalar mütəmadi qaydada artırılıb.
Azərbaycanda reallaşdırılan sosial siyasət özünün son dərəcə geniş spektri ilə diqqəti cəlb edir. Ölkədə dövlət qayğısına ehtiyacı olan bütün insanlar dövlət dəstəyindən bəhrələnirlər. İnsanlar arasında ədalətli resurs bölgüsü təmin edilir ki, bu da aparılan dərinməzmunlu sosial siyasətin əlamətidir.
Deyilənlərdən də göründüyü kimi, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Öz növbəsində, dövlət başçısının apardığı praqmatik və sosial məzmunlu siyasət cəmiyyətdə Ona böyük inam formalaşdırıb. 2018-ci il aprelin 11-də keçirilən prezident seçkiləri isə respublikamızda xalqın Azərbaycana son 15 ildə rəhbərlik edən və ölkəmizə böyük uğurlar qazandıran dövlət başçısı İlham Əliyevə etimadını bir daha bütün dünyaya nümayiş etdirdi. Konstitusiya Məhkəməsinin məlumatına əsasən, etibarlı hesab edilmiş səslərin 3 milyon 394 min 898-i və ya 86,02 faizi seçkilərə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi kimi qatılan İlham Heydər oğlu Əliyevin lehinə verilib. Prezident İlham Əliyev bəhs olunan təbrikində seçkilərdə xalqın Ona etimad göstərməsini yüksək dəyərləndirərək bundan sonra da Azərbaycanın inkişafı, xalqın rifahının yaxşılaşması üçün əlindən gələni əsirgəməyəcəyini bildirib: “Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir. Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.
Azərbaycan regionda sabitliyin təmin olunmasına, əməkdaşlığın dərinləşməsinə özünün sanballı töhfələrini verir
Heç şübhəsiz, ayrılıqda götürülmüş heç bir ölkə özünün uğurlu inkişafını təmin edə bilməz. Hər bir dövlətin bu və ya digər sahədə uğurlar qazanması öz qonşuları ilə münasibətlərdən, bütövlükdə yerləşdiyi coğrafiyadakı vəziyyətdən çox asılıdır. Çoxvektorlu xarici siyasətində bir qayda olaraq xoş məram nümayiş etdirən Azərbaycan da regionda sabitliyin möhkəmlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə daim öz töhfəsini verməyə çalışır. Bu gün Azərbaycan regionda işğalçı Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə strateji tərəfdaşlıq münasibətlərini uğurla inkişaf etdirir və bundan bütün tərəflər fayda götürür. “Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək səviyyəyə qalxıb. Bu, hər bir ölkə üçün çox önəmlidir, o cümlədən Azərbaycan üçün. Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir”, - deyə Prezident İlham Əliyev bildirib.
Qonşu dövlətlər olan Azərbaycanla Gürcüstanın siyasi və iqtisadi maraqları üst-üstə düşür. Gürcüstan regionda respublikamızın moderatorluğu ilə reallaşdırılan enerji və nəqliyyat layihələrində yer alır. Azərbaycanın enerji resursları bu ölkədən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Supsa xətləri ilə daşınaraq dünya bazarlarına çıxarılır. 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi Asiya ilə Avropanı birləşdirir. İki ölkə Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarını Avropa bazarlarına daşıyacaq Cənub Qaz Dəhlizi çərçivəsində də sıx əməkdaşlıq edirlər. Azərbaycan Gürcüstana sərmayə qoyan xarici ölkələrin arasında birinci yeri tutur.
Türkiyə və Azərbaycan dünyada bir-birinə ən yaxın olan ölkələrdir. Yer üzündə iki qardaş xalqın və ölkənin dostluğuna xələl gətirə biləcək güc, qüvvə yoxdur. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Qardaş Türkiyə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb. Öz növbəsində Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır.
Türkiyə ilə Azərbaycanı, eyni zamanda, müxtəlif layihələrdə fəal təmsilçilik, ortaq maraqlar birləşdirir. Yuxarıda sadalanan enerji və nəqliyyat layihələri buna misaldır. 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəmərinin istifadəyə verilməsi də çox əlamətdar hadisədir. Cənub Qaz Dəhlizinin mühüm seqmenti olan TANAP-ın istifadəyə verilməsi Türkiyə-Azərbaycan dostluğunun zirvəsi hesab olunur.
Azərbaycanla İran arasında münasibətlərin möhkəmlənməsi regional əməkdaşlığın dərinləşməsinə yaxşı nümunədir. 2018-ci ildə Prezident İlham Əliyevin İran Prezidenti və bu ölkənin digər yüksək səviyyəli rəsmiləri ilə keçirdiyi görüşlərdə ilk növbədə regional təhlükəsizlik, iqtisadi bloka aid məsələlər müzakirə olunub, bölgədə və daha geniş coğrafiyada sabitliyin təmin olunmasında, terrorizm, separatizm və digər bu kimi bəşəriyyəti təhdid edən hallarla mübarizədə birgə əməkdaşlığın inkişaf etdirilməsinin və səylərin gücləndirilməsinin zəruriliyi vurğulanıb.
Son illərdə Azərbaycanla İran arasında ticarət dövriyyəsinin 70 faizədək artması məmnunluq doğurur. Eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu genişlənir. Azərbaycanın Pirallahı Sənaye Parkında İranın “TPİCO Holdinq” Şirkətlər Qrupunun iştirakı ilə “Caspian Pharmed” əczaçılıq zavodunun təməli qoyulub. Azərbaycan və İran şirkətlərinin müştərək layihəsi əsasında Neftçala Sənaye Məhəlləsində avtomobil zavodu yaradılıb və 2018-ci ildə müəssisədə avtomobil istehsalına başlanılıb. Enerji sektorunda əməkdaşlıq Azərbaycanla İran arasında münasibətlərin ənənəvi istiqamətidir. İki ölkə həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasında fəal əməkdaşlıq edir.
Azərbaycan-Rusiya əlaqələri çoxşaxəli səciyyə daşıyır. Bura həm siyasi, həm də iqtisadi və humanitar sferalar daxildir. Həyatın elə bir sahəsi yoxdur ki, Azərbaycanla Rusiya sıx əməkdaşlıq etməsinlər.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, iki ölkə arasında ikitərəfli iqtisadi əlaqələr çox uğurla inkişaf edir. Hazırda Azərbaycan bazarında təxminən 700 birgə müəssisə var ki, onlardan da üçdəbiri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir.
Öz növbəsində Azərbaycan da qonşu ölkədə investisiya qoyuluşunu getdikcə artırır. Hazırda Azərbaycan Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib.
Azərbaycan, eyni zamanda, öz imkanlarını təqdim edərək Xəzər hövzəsi regionunun qarşılıqlı əməkdaşlıq regionuna çevrilməsinə böyük səy göstərir. Xəbər verildiyi kimi, 2018-ci il avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Beləliklə, artıq Xəzəryanı ölkələr arasında möhkəm hüquqi bazanın olduğunu söyləmək mümkündür ki, bu platformanın yaradılmasında və funksionallığının təmin olunmasında Azərbaycanın rolu əvəzsizdir.
Ölkədəki davamlı sabitlik şəraitində Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı təmin olunur
Davamlı sabitlik Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı baxımından fundamental amil qismində çıxış edir. Qeyd olunduğu kimi, hər bir ölkə məhz sabitlik və təhlükəsizlik şəraitində iqtisadi potensialından səmərəli şəkildə istifadə edə və insanların rifah halının yaxşılaşması üçün davamlı tədbirlər həyata keçirə bilər. Müstəqil Azərbaycan özünün dinamik inkişafını məhz sabitlik və təhlükəsizlik şəraitində təmin edir. Biz ölkə daxilində sabitliyin yüksək səviyyədə təmin edildiyi Azərbaycanda daim yeni inkişaf paradiqmalarının müəyyənləşdirildiyinin və qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü siyasi iradə sərgiləndiyinin, maddi dəstək tədbirlərinin görüldüyünün şahidi oluruq. Son 15 ildə respublikamızda iqtisadi məsələlərə xüsusi diqqət yetirilib, neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi potensialının artırılmasına yönələn məqsədyönlü siyasət həyata keçirilib, bütövlükdə milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafını təmin etmək məqsədilə genişmiqyaslı islahatlar aparılıb, Dövlət proqramları, strateji yol xəritələri qəbul edilib. Son 15 ildə bütün dünya miqyasında iqtisadi baxımdan Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı çox az olub. Bəhs olunan dövrdə milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib ki, bu da kifayət qədər yaxşı göstəricidir. Hazırda respublikamız Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan dövlətdir. Azərbaycanın qısa müddətdə öz investisiyalarını ixrac edən ölkəyə çevrilməsi son dərəcə qürurverici haldır.
Son 15 ildə Azərbaycanda iqtisadi inkişaf dövlət siyasətinin prioriteti kimi müəyyənləşdirilərkən Prezident İlham Əliyevin belə bir fundamental tezisi əsas götürülüb ki, ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilərlər. Bu mənada Azərbaycanın vəziyyəti nikbinlik üçün ciddi əsaslar yaradır. Güclü iqtisadi dayaqlar quran və iqtisadi müstəqilliyini təmin edən respublikamızın özünə inam hissi də artıb. Öz gücünə arxalanan Azərbaycan tam müstəqil siyasət həyata keçirir, milli maraqları qətiyyətlə qoruyur və bütün dünyada ləyaqətli ölkə kimi tanınır. Bu kimi məqamlara diqqət çəkən Prezident İlham Əliyev “Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir”, - deyə vurğulayıb.
Əlbəttə, bəhs olunan dövrdə milli iqtisadiyyatın inkişafında neft amili xüsusi yer tutub. Bu da təbiidir. Çünki Azərbaycan karbohidrogen ehtiyatları ilə zəngin olan ölkədir. Ancaq bununla bərabər, ölkəmizin qeyri-neft ixracı 15 il ərzində dörd dəfədən çox artıb. Bu da onu göstərir ki, respublikamızda neftdənkənar iqtisadiyyatın inkişafının müxtəlif vasitələrlə dəstəklənməsi, bu məqsədlə aparılan islahatlar böyük səmərə verir.
Son 15 ildə ölkəmizin valyuta ehtiyatları təxminən 24 dəfə artıb və hazırda 45 milyard dollara bərabərdir. Respublikamıza 250 milyard dollardan çox sərmayə qoyulub. Ölkəmizdə çox gözəl investisiya iqlimi var və investorlar bundan bəhrələnirlər. Ölkəmizin investisiya cəlbediciliyinin artmasına müsbət təsir göstərən amillər sırasında daxili sabitliyin getdikcə daha da möhkəmlənməsinin önəmini ayrıca vurğulamaq lazımdır. Dünya təcrübəsindən də bəlli olduğu kimi, investorlar öz sərmayələrini ancaq davamlı daxili sabitliyə malik ölkələrə yönəldirlər. Yeri gəlmişkən, artıq tarixə dönən 2018-ci ildə də respublikamızın investisiya cəlbediciliyi kifayət qədər yüksək olub. İl ərzində daxili və xarici mənbələrdən ölkəmizə 10 milyard dollar sərmayə yönəldildiyini diqqətə çatdıran dövlət başçısı vurğulayıb: “İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur. Dünya Bankının “Doing Business” proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir”.
Beynəlxalq miqyasda Azərbaycana böyük inam yaranıb
Biz yuxarıda respublikamızın regionda sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfələr barədə söhbət açdıq. Möhkəm daxili sabitlik şəraitində inamlı inkişafını təmin edən Azərbaycan uzaq coğrafiyalarda yerləşən dövlətlərlə də əlaqələrini getdikcə genişləndirir. Qısa müstəqillik tarixində respublikamızın 155 dövlətin dəstəyini qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi son dərəcə qürurverici haldır. Son illərdə Azərbaycan mötəbər beynəlxalq tədbirlərin, o cümlədən humanitar və mədəniyyətlərarası dialoq forumlarının, nüfuzlu idman yarışlarının keçirildiyi məkana çevrilib ki, bu da beynəlxalq birliyin ölkəmizə olan yüksək inamını ifadə edir. Qeyd etmək yerinə düşər ki, təkcə 2018-ci ildə Azərbaycan Prezidenti 16 dəfə xarici ölkələrə səfərə gedib, eyni zamanda, 16 xarici ölkənin dövlət və hökumət başçıları respublikamıza səfərə gəliblər. Prezident İlham Əliyev beynəlxalq miqyasda Azərbaycanın nüfuzunun artmasından məmnunluğunu bildirərək deyib: “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib”.
Əlamətdar haldır ki, Azərbaycan həm Avropa İttifaqına, həm də İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə əlaqələrini möhkəmləndirir. Cənubi Qafqaz coğrafiyasının lider dövləti səviyyəsinə yüksələn Azərbaycanın Avropa ölkələri və ABŞ üçün də önəmi getdikcə artır. Amerika Birləşmiş Ştatları respublikamızın terrorizmə qarşı mübarizə tədbirlərində fəal iştirakını yüksək qiymətləndirir.
Avropa İttifaqı ilə Azərbaycan perspektivdə münasibətlərin daha da dərinləşməsinə siyasi iradə ortaya qoyurlar. Bunu tərəflərin yeni Saziş üzərində işləməsi bir daha təsdiqləyir. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında Tərəfdaşlıq Prioritetləri sənədinin paraflanması əməkdaşlığın gələcək inkişafı üçün çox önəmlidir. Belə bir diqqətəlayiq faktı da vurğulamaq yerinə düşər ki, Azərbaycanla Avropa İttifaqına daxil olan 9 dövlət arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
Azərbaycan özünün çoxvektorlu xarici siyasətində İslam aləmi ilə sıx münasibətlər qurulmasına xüsusi önəm verir. Əlamətdar haldır ki, müstəqil Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlayıb, dövlətimiz qısa zamanda bütün müsəlman dünyasını birləşdirən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fəal üzvünə çevrilib. Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı kimi çıxış edib. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurub. Bu çərçivədə həyata keçirilən bir çox layihələr Azərbaycanla İslam ölkələri arasında qarşılıqlı münasibətlərin möhkəmlənməsinə xidmət edir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6540  |  
  • Tarix:  11-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23