Ana səhifə »  Siyasət »  Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar beynəlxalq qurumlara bəyanat ünvanlayıb
A+   Yenilə  A-
Azərbaycan ombudsmanı 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar beynəlxalq qurumlara bəyanat ünvanlayıb

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova 1990-cı il 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanatla çıxış edib.
Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, bəyanat BMT-nin baş katibinə, Təhlükəsizlik Şurasına, insan hüquqları üzrə ali komissarına, Qaçqınlar üzrə ali komissarına, İnsan Hüquqları Şurasına, UNICEF-ə, UNESCO-ya, Avropa İttifaqına, Avropa Şurasına, ATƏT-ə, beynəlxalq və Avropa ombudsmanlar institutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.
Bəyanatda deyilir: 1990-cı il qanlı 20 Yanvar faciəsindən artıq 29 il keçir. Unudulması mümkün olmayan, insanlığa qarşı törədilmiş bu qatı cinayət hər dəfə ürəkağrısı ilə yad edilir. Yaddaşlara Qara Yanvar gecəsi kimi həkk olunmuş həmin qanlı tarix həm şəhidlərimizin anım günü, həm də Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan xalqımızın birliyi, fəxr və şərəf günüdür. Bu hadisələr bir daha nümayiş etdirdi ki, xalqımız müstəqilliyinin, pozulmuş hüquqlarının bərpa olunması naminə savaşmaq əzmindədir.
Belə ki, 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ Muxtar Vilayətində baş qaldıran erməni separatizminə keçmiş SSRİ rəhbərliyi tərəfindən dəstək verilməsi və ölkəmizə qarşı qərəzli mövqe nəticəsində adı çəkilən vilayətin idarə və təşkilatlarının tədricən respublikamızın tabeliyindən çıxarılması, azərbaycanlıların Ermənistandakı tarixi-etnik torpaqlarından deportasiya edilməsi, soydaşlarımızın ağır işgəncələrə, zorakılıqlara məruz qalması xalqımızın səbrini tükəndirmişdi. Həmin dövrdəki Sovet hökumətinin göstərişi ilə xalqımızın haqlı etirazını boğmaq, Azərbaycanda genişlənən milli-azadlıq hərəkatının qarşısını almaq üçün 20 Yanvar qırğını törədildi.
Rəsmi faktlara əsasən bildiririk ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə, dinc əhalini atəşə məruz qoymuş, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-in konstitusiyalarının müvafiq müddəaları, fundamental insan hüquqları kobudcasına pozulmuş, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı insanlıq əleyhinə qatı cinayət törədilmişdir.
Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib. Həmin hadisələr zamanı hətta yaralıları çıxaran təcili tibbi yardım maşınlarına və həkimlərə də atəş açılıb, nəticədə tibb işçiləri şəhid olub, yaralanıblar. Qadağan edilmiş silah və sursatdan istifadə etməklə ölçüyəgəlməz dağıntılar törədilib. Hadisə ilə bağlı məlumatın əhalidən gizlədilməsi məqsədilə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təşkil etdiyi təxribat nəticəsində respublika televiziyasının enerji bloku partladılıb.
O dövrdə bu qanlı hadisələrlə bağlı Azərbaycan xalqı adından Ümummilli lider Heydər Əliyev Moskva şəhərində sərt bəyanat verib, 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.
Qeyd olunmalıdır ki, həmin hadisələr xalqımızın iradəsini qıra bilməyib və azadlıq mübarizəsi 1991-ci ildə Azərbaycanın öz müstəqilliyinin bərpası ilə nəticələnib.
Ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının Milli Məclisi xüsusi sessiya keçirib və bu qanlı hadisəyə siyasi-hüquqi qiymət verilib. 20 Yanvar tarixi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd olunur və həmin gün yüz minlərlə insan tərəfindən şəhidlər ehtiramla yad edilir.
Faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verilib, habelə “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirilir, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verilir.
Hər il olduğu kimi, bu il də dünya ictimaiyyətinin diqqətini həmin qanlı hadisələrə yönəltmək məqsədilə müvafiq Sərəncamla “20 Yanvar faciəsinin 29-cu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib və icra olunur.
Həmin dəhşətli faciə dinc əhalinin qırılmasına səbəb olub. Nəticədə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlər kobud şəkildə pozulub. Lakin öz mahiyyətinə və miqyasına görə XX əsrdə törədilmiş ən dəhşətli cinayətlərdən olan 20 Yanvar hadisələrinə indiyədək beynəlxalq hüquqi qiymət verilməyib, qanlı aksiyanın sifarişçiləri və icraçıları cəzalandırılmayıb.
Beynəlxalq hüquqa əsasən, 20 Yanvar faciəsi insanlıq əleyhinə cinayət kimi tövsif edilməlidir. Belə ki, Beynəlxalq Cinayət Məhkəməsinin Statusunun 7-ci maddəsinə əsasən, insanların məhv edilməsi, məcburi yoxa çıxarılması, siyasi, irqi, etnik, mədəni və ya cinsi motivlərə görə təqib edilməsi, işgəncə, qəsdən güclü iztirablara səbəb olma və ya ağır bədən xəsarətləri, yaxud fiziki və ya psixi sağlamlığa mühüm ziyan vurmaqdan ibarət olan digər qeyri-insani hərəkətlər insanlıq əleyhinə cinayət kimi tövsif edilir.
O dövrdə Sovet dövlətinin rəhbərliyi beynəlxalq hüquq normalarını kobudcasına pozaraq, həmin cinayətlə Ermənistana dəstək verib, nəticədə Azərbaycana qarşı uzunmüddətli erməni təcavüzü, etnik təmizləmə, soyqırımı baş verib, respublikamızın torpaqlarının 20 faizi zəbt edilib, Ermənistan ərazisindən, ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və ətraf yeddi rayondan yerli azərbaycanlı əhali zorla qovulub. Bu hadisələr kütləvi şəkildə dinc əhalinin fundamental hüquqlarının pozulması ilə nəticələnib və indiyədək bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşayır.
Azərbaycan tərəfi bu münaqişənin sülh yolu ilə həllinə mütəmadi olaraq səylər göstərir, təşəbbüslər irəli sürür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev münaqişənin yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmasının, zəbt edilmiş Azərbaycan torpaqlarından işğalçı qüvvələrin çıxarılmasının zəruriliyini dəfələrlə və qətiyyətlə nüfuzlu beynəlxalq qurumların, o cümlədən BMT Baş Assambleyasının tribunalarından bəyan edib. Bu isə nüfuzlu beynəlxalq qurumların müvafiq qərarlarında, o cümlədən Avropa Parlamentinin 2018-ci il dekabrın 12-də qəbul etdiyi və Azərbaycanın ərazi bütövlüyünün bir daha vurğulandığı Qətnamədə öz əksini tapıb.
Qeyd olunmalıdır ki, 29 il əvvəl törədilmiş 20 Yanvar hadisələrinin beynəlxalq hüquqa əsasən, beynəlxalq cinayətlərin ən ağır növlərindən olan insanlıq əleyhinə cinayət kimi tövsif edilməsi üçün kifayət qədər hüquqi sənədlər, eyni zamanda, bu qətliamın icrasına əmr verənlərin və törədənlərin, ən əvvəl isə o vaxtki sovet dövləti rəhbərliyinin cinayət məsuliyyətinə cəlb olunması üçün yetərincə əsaslar mövcuddur.
Bu kimi halları törədənlərin cəzalandırılmaması dünyanın hədəflədiyi əsas prioritetlərə, BMT-nin prinsiplərinə, Dayanıqlı İnkişaf Məqsədlərinə ziddir.
Biz dünya ictimaiyyətini və beynəlxalq qurumları Azərbaycan xalqının haqlı tələblərini dəstəkləməklə, insanlıq əleyhinə bu cinayəti törətmiş şəxslərin layiqincə cəzalandırılması naminə bu qanlı aksiyaya beynəlxalq hüquqi qiymət verməyə çağırırıq.

 
  • Oxunub:  3120  |  
  • Tarix:  12-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir

13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur
12:10
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin “The Boston Consulting Group” şirkətinin prezidenti ilə görüşü olub
11:58
23 Yanvar
Azərbaycandakı mövcud infrastruktur investorlar, biznes dairələri üçün böyük potensial və vətəndaşlar üçün rahatlıq yaradacaq
11:56
23 Yanvar
AMEA-nın Yer Elmləri Bölməsi hesabat verib
11:27
23 Yanvar
Ankarada TÜRKPA-nın ətraf mühit və təbii ehtiyatlar komissiyasının toplantısı keçirilir
11:20
23 Yanvar
Bakıda “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və prespektivlər” mövzusunda konfrans işə başlayıb
11:03
23 Yanvar
Son 15 ildə Azərbaycan 250 milyard dollar sərmayə cəlb edib
11:02
23 Yanvar
İlham Əliyev: Prezident kimi mənim üçün ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir
10:55
23 Yanvar
Prezident İlham Əliyev Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti ilə görüşüb
10:29
23 Yanvar
Prezident İlham Əliyev: Biz böyük enerji şirkətlərini Azərbaycana sərmayə yatırmaq üçün cəlb etdiyimizə görə çox böyük tərəqqiyə nail olmuşuq
10:21
23 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir
10:14
23 Yanvar
Şahin Mustafayev: Ötən il “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə 158 min ton yük daşınıb
10:04
23 Yanvar
Azərbaycanlı deputat: Azərbaycanda 100 il əvvəl qadınlara səsvermə hüququ verilib
10:02
23 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir
09:43
23 Yanvar
Sadə ermənilər Paşinyandan üz döndərir
09:42
23 Yanvar
Əli Kərimli və qondarma “Milli şura” üzvləri Ümumxalq hüzn günündə də təxribat törədiblər
21:37
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin Çinin CGTN televiziyasına müsahibəsi
21:17
22 Yanvar
Avropa Şurasının baş katibi təxribatçı deputatları Azərbaycanla bağlı məsələləri qəsdən siyasiləşdirməməyə çağırıb
20:40
22 Yanvar
Prezident İlham Əliyevin “Signify” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
20:37
22 Yanvar
Prezident İlham Əliyev “Microsoft” şirkətinin vitse-prezidenti ilə görüşüb
19:45
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və “Total” şirkətinin baş icraçı direktorunun görüşü olub
19:23
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsində 2018-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib
19:15
22 Yanvar
Prezident İlham Əliyev Davosda Rusiyanın “LUKoil” şirkətinin prezidenti ilə görüşüb
19:11
22 Yanvar
Prezident İlham Əliyev Davosda “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” adlı sessiyada iştirak edib
19:00
22 Yanvar
Təhsil naziri Ceyhun Bayramov Dünya Təhsil Forumunda çıxış edib
18:54
22 Yanvar
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
18:41
22 Yanvar
Prezident İlham Əliyev: Azərbaycan öz daxili imkanlarına arxalanaraq irəliyə gedir
18:34
22 Yanvar
Pirallahı Sənaye Parkında şpris zavodu istifadəyə veriləcək
18:30
22 Yanvar
Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub
18:26
22 Yanvar
Bu il 10 aqropark açılacaq
18:24
22 Yanvar
İlin sonunadək bütün avtobusların “BakıKart” sisteminə inteqrasiyası yekunlaşacaq
18:18
22 Yanvar
Müdafiə naziri mühəndis və kimya hərbi hissələrində yeni istifadəyə verilən obyektlərlə tanış olub
18:13
22 Yanvar
Misirli jurnalistin “Qanlı Yanvar...Sovet qoşunlarının Bakını işğal etməsi” adlı kitabının təqdimatı olub
18:09
22 Yanvar
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
18:05
22 Yanvar
Azərbaycan keçən il Gürcüstana 266,6 milyon dollarlıq təbii qaz göndərib
18:00
22 Yanvar
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək
17:55
22 Yanvar
Dünya İqtisadi Forumu işə başlayıb
17:47
22 Yanvar
Bu il 19 ölkəyə 25 ixrac missiyası təşkil ediləcək
17:44
22 Yanvar
Hazırda Bakıda 270 “BakuBus” avtobusları fəaliyyət göstərir
17:37
22 Yanvar
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
17:34
22 Yanvar
Azərbaycanlı deputat: Nazirlər Komitəsi Avropanın gələcəyi üçün nə etməyi planlaşdırır?
17:27
22 Yanvar
Azərbaycan ilə Monteneqro arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib
17:19
22 Yanvar
Mehman İsmayılov: Azərbaycanda milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dövlət səviyyəsində qayğı göstərilir
17:14
22 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin görüşü
17:10
22 Yanvar
Prezident İlham Əliyev Dünya Bankının baş icraçı direktoru ilə görüşüb
16:57
22 Yanvar
Avropa Şurasında Ermənistanın Azərbaycana qarşı xəritə işğalçılığına dair yeni sənəd
16:44
22 Yanvar
Azərbaycanlı deputat “EurActiv” portalına müsahibəsində Avropa Parlamentinin bəzi üzvlərinin qərəzli mövqelərindən danışıb
16:37
22 Yanvar
Bakı Şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğu paytaxtda keçirilmiş mitinqlə bağlı məlumat yayıb
16:24
22 Yanvar
YAP Səbail rayon təşkilatının 2019-cu il üçün iş planı təsdiqlənib
16:03
22 Yanvar
Nazir: Vergi orqanlarının məqsədi sahibkarların leqal şərtlərlə rahat işləmələrini təmin etməkdir
16:00
22 Yanvar
Norika Nikolai: Avropa Parlamentinin bəzi deputatları tərəfindən səsləndirilən bəyanatlar saxtadır
15:23
22 Yanvar
Azərbaycanda tolerantlıq mühitinin qorunub saxlanılması üçün hüquqi baza formalaşdırılıb
15:13
22 Yanvar
Ziyad Səmədzadə: İqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı daim diqqət mərkəzindədir
15:05
22 Yanvar
Təhsil nazirinin başçılıq etdiyi nümayəndə heyəti Dünya Təhsil Forumunda
14:54
22 Yanvar
Bakıda “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı rəsm sərgisi açılacaq
14:53
22 Yanvar
Mələk Çakmak: Məqsədimiz kiçik fermer qruplarına kömək etmək və kənd təsərrüfatında dayanıqlı inkişafa nail olmaqdır
14:26
22 Yanvar
Prezident İlham Əliyevin “SAP SE” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
14:14
22 Yanvar
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri şimal bölgəsindən olan sakinlərin müraciətlərini dinləyib
14:12
22 Yanvar
İnam Kərimov: FAO–Azərbaycan Tərəfdaşlıq Proqramı üzrə 5 layihənin icrası həyata keçirilir
14:08
22 Yanvar
“Sky Sports” telekanalı Formula 1 yarışlarının mövsümqabağı testlərini canlı yayımlayacaq
14:06
22 Yanvar
Milli Məclisin insan hüquqları komitəsinin iclası keçirilib
12:55
22 Yanvar
“Əl-İslah və Ət-Tənmiyə” qəzeti: “Prezident İlham Əliyev 2019-cu ili İmadəddin Nəsimi ili elan edib”
12:49
22 Yanvar
Prezident İlham Əliyev “CISCO” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +9
gecə+1 +4