“Oxu!” sənədli filminin təqdimatı keçirilib
12.01.2019 [10:45]
Mübariz Qurbanlı: Bu film gənclərin maarifləndirilməsi, onların milli mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətlidir
Yanvarın 11-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Oxu!” sənədli filminin təqdimatı keçirilib. Film Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyilə “Sağlam gəncliyə doğru” İctimai Birliyi tərəfindən çəkilib.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Amil Cavadov film haqda məlumat verib. Tədbir iştirakçıları “Oxu!” sənədli filmini izləyiblər.
Daha sonra tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı “Oxu!” sənədli filminin gənclərin maarifləndirilməsi, onların milli mənəvi dəyərlərimizə bağlılığının gücləndirilməsi və təbliği baxımından əhəmiyyətli olduğunu bildirib. M.Qurbanlı qeyd edib ki, dinimizin radikalizm və ekstremizm kimi hallara alət olunması yolverilməzdir. Avropada islamofobiya meyillərinin genişlənməsinin və dinlərarası münasibətlərin gərgin müstəviyə keçidinin müşahidə olunduğunu diqqətə çatdıran Komitə sədri vurğulayıb ki, bu gün bir sıra ölkələrdə dinlərarası, məzhəblərarası münasibətlərdə gərginlik artsa da, respublikamızın tarixi ənənələri dinlərin, məzhəblərin dinc yanaşı yaşamasına imkan verir. Azərbaycanın dünya üçün tolerantlıq nümunəsi olduğunu qeyd edən M.Qurbanlı söyləyib ki, bu gün dünya dövlətləri ölkəmizin multikulturalizm və tolerantlıq modelinə böyük maraq göstərir. Dövlətimiz bütün dini konfessiyalar üçün eyni şərait və bərabər münasibət yaradır.
Dünyada dini zəmində, eləcə də məzhəblərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqlarının yaradıldığını diqqətə çatdıran M.Qurbanlı bildirib ki, Prezident İlham Əliyev Azərbaycanda 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi ilə bütün dünyaya həmrəylik mesajı verdi.
Respublikamızda dini maarifləndirmə tədbirlərinin əhəmiyyətinə də toxunan Komitə sədri deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini mühitdə cərəyan edən mənfi tendensiyaların qarşısının alınması, eləcə də radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə silsilə maarifləndirici tədbirlər həyata keçirilir. O, Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Fitnə”, “Şəhadət” və “Vəhdət” sənədli filmlərinin radikalizmə qarşı mübarizədə maarifləndirmə baxımından önəmli rola malik olduğunu vurğulayıb. “Oxu” filmi də məhz gəncləri xurafat deyilən bəladan uzaq tutmaq üçün hazırlanıb.
Tədbirdə çıxış edən “Oxu!” sənədli filminin ssenari müəllifi, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu bildirib ki, müasir gənclər elmli olmalıdr. Bunun sosial sifariş olduğunu deyən O.Fikrətoğlunun sözlərinə görə, belə olduğu halda gənclər xurafata qarşı milli dəyərlərimiz, ənənələrimiz və tariximizlə cavab verəcəklər. “Bu gün də “şeyx nəsrullahlar” var və onlar insanları yanlış yollara çəkmək istəyirlər. Onlara layiq olduqları cavabı vermək üçün gənclər hər zaman elmli, bilikli olmalıdır”, - deyə O.Fikrətoğlu qeyd edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında bildirib ki, Azərbaycanda dini etiqad azadlığı, əsrlərdən bəri xalq arasında mövcud olan dini dözümlülük və multikulturalizm ənənəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu baxımdan Azərbaycan İlahiyyat İnstitutunun və Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılması Prezident İlham Əliyevin azərbaycançılıq ideologiyasının inkişafını və milli-mənəvi dəyərlərin qorunmasını daim diqqət mərkəzində saxladığının göstəricisidir. Sədr müavini, eyni zamanda, onu da vurğulayıb ki, ibadətlə yanaşı, birliyə və həmrəyliyə böyük önəm verən İslamın vəhdət və qardaşlıq dini kimi xarakterizə olunması təsadüfi deyil. Çünki dinimizin əsas məqsədi həm də cəmiyyət, dövlət və ailə üçün faydalı olan, həmrəylik naminə toplumun ayrılmaz hissəsinə çevrilən nümunəvi vətəndaş formalaşdırmaqdır. G.İsmayılov deyib ki, İslam meydana çıxdığı gündən elmə böyük dəyər verib, elm öyrənməyi, təhsil almağı ibadət səviyyəsinə qədər yüksəldib.
Sədr müavini dinimizdə radikalizm və ekstremizmin olmadığını, tam əksinə, İslam dininin sülh, qardaşlıq, birlik dini olduğunu “Qurani-Kərim”dən ayələr kontekstində dinləyicilərin diqqətinə çatdırıb.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov isə qeyd edib ki, “Oxu!” filmində İslam dünyasının üzləşdiyi problemlər öz əksini tapıb. Onun sözlərinə görə, bu problemlərdən yalnız intellektual düşüncə, bu düşüncəni daşıyan cəmiyyətlər qurtula bilər. Qeyd edib ki, Azərbaycan bu baxımdan nümunəvi ölkədir. Ölkəmizdə hər zaman multikultural mühit hökm sürüb. Gənclərə dini sahədə geniş maariflənməyi tövsiyə edən S.Orucov söyləyib ki, maariflənmə olduğu şəraitdə dini radikalizmə qarşı mübarizə daha da güclənir.
Tədbirdə digər çıxış edənlər filmin əhəmiyyətindən danışıb, gəncləri İslam dininin dəyərlərini dərindən mənimsəməyə və dini xurafata və radikalizmə qarşı fəal olmağa çağırıblar.
Daha sonra tədbir diskussiya şəraitində davam edib və gəncləri maraqlandıran suallar cavablandırılıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 Aprel 21:00
Xəbər lenti
17 Aprel 20:15
Xəbər lenti
17 Aprel 18:15
Xəbər lenti
17 Aprel 17:08
Xəbər lenti
17 Aprel 16:40
Xəbər lenti
17 Aprel 15:34
Xəbər lenti
17 Aprel 15:31
Siyasət
17 Aprel 15:01
Xəbər lenti
17 Aprel 14:48
Siyasət
17 Aprel 14:34
Dünya
17 Aprel 14:26
Xəbər lenti
17 Aprel 14:17
Siyasət
17 Aprel 14:07
Xəbər lenti
17 Aprel 13:25
Xəbər lenti
17 Aprel 13:15
Sosial
17 Aprel 13:01
Xəbər lenti
17 Aprel 12:52
Xəbər lenti
17 Aprel 12:51
Xəbər lenti
17 Aprel 12:50
Xəbər lenti
17 Aprel 12:27
Xəbər lenti
17 Aprel 12:26
Xəbər lenti
17 Aprel 12:03
İdman
17 Aprel 11:38
Xəbər lenti
17 Aprel 11:20
Xəbər lenti
17 Aprel 11:00
Mədəniyyət
17 Aprel 10:57
Siyasət
17 Aprel 10:50
Siyasət
17 Aprel 10:48
Xəbər lenti
17 Aprel 10:47
İqtisadiyyat
17 Aprel 10:44
Siyasət
17 Aprel 10:43
Analitik
17 Aprel 10:42
Xəbər lenti
17 Aprel 10:36
İqtisadiyyat
17 Aprel 10:35
Siyasət
17 Aprel 10:32
MEDİA
17 Aprel 10:28
İqtisadiyyat
17 Aprel 10:26
Siyasət
17 Aprel 10:23
Gündəm
17 Aprel 10:20
Xəbər lenti
17 Aprel 10:15
Siyasət
17 Aprel 10:13
Gündəm
17 Aprel 10:00
Xəbər lenti
17 Aprel 09:50
Xəbər lenti
17 Aprel 09:47
İqtisadiyyat
17 Aprel 09:45
Xəbər lenti
17 Aprel 09:34
Xəbər lenti
17 Aprel 09:31
Xəbər lenti
16 Aprel 23:11
Dünya
16 Aprel 22:19
Gündəm
16 Aprel 20:50
Sosial
16 Aprel 19:50
Xəbər lenti
16 Aprel 19:43
Xəbər lenti
16 Aprel 19:10
Xəbər lenti
16 Aprel 18:59
İqtisadiyyat
16 Aprel 18:55
Xəbər lenti
16 Aprel 18:06
Xəbər lenti
16 Aprel 17:07
Xəbər lenti
16 Aprel 16:38
Xəbər lenti
16 Aprel 16:24
Dünya
16 Aprel 16:06
Dünya
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 16:03
Xəbər lenti
16 Aprel 15:39
Avropa
16 Aprel 15:30
Xəbər lenti
16 Aprel 15:19
Dünya
16 Aprel 15:15
Xəbər lenti
16 Aprel 15:11
Xəbər lenti
16 Aprel 14:55
Xəbər lenti
16 Aprel 14:43
Xəbər lenti
16 Aprel 14:39