Ana səhifə »  Siyasət »  Müasir infrastrukturun yaradılması Azərbaycan hökumətinin əsas məqsədlərindən biridir
A+   Yenilə  A-
Müasir infrastrukturun yaradılması Azərbaycan hökumətinin əsas məqsədlərindən biridir

Prezident İlham Əliyev: Biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük
Azərbaycan özünün geniş imkanlarını, müsbət reallıqlarını dünyaya təqdim etmək, eləcə də qabaqcıl beynəlxalq təcrübədən bəhrələnmək üçün müxtəlif əməkdaşlıq platformalarından maksimum səmərəli şəkildə istifadə etməyə böyük önəm verir. Bu baxımdan beynəlxalq nüfuzu kifayət qədər yüksək olan Davos Dünya İqtisadi Forumu ilə respublikamız arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi təqdirəlayiq haldır. Ölkəmiz qurumun tədbirlərində fəal şəkildə iştirak edir. Elə bu günlərdə Davosda Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev burada ayrı-ayrı ölkələrin yüksək səviyyəli rəsmiləri, transmilli şirkətlərin rəhbərləri, eləcə də Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə məhsuldar görüşlər keçirib. Azərbaycanın dövlət başçısı Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibə verib, həmçinin Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda sessiyada iştirak edib. Prezident İlham Əliyev keçirdiyi görüşlərdə, qatıldığı tətbirlərdə və mətbuata müsahibəsində dinamik inkişaf kursuna malik olan Azərbaycanın uğurlarını, müsbət mənzərəsini, ələlxüsus da respublikamızda infrastruktur quruculuğuna böyük diqqət göstərildiyini, ölkəmizin real sektora investisiya yatırmaq strategiyasını dolğun şəkildə təqdim edib.
Azərbaycan müasir infrastruktur yaradılmasına böyükhəcmli sərmayələr yönəldir
Son 15 ildə bütün ölkə üzrə intensiv şəkildə həyata keçirilən yüksəksəviyyəli infrastruktur quruculuğu Azərbaycanın dinamik iqtisadi inkişafını və insanların həyat səviyyəsinin yüksəlməsini şərtləndirən çox mühüm amil qismində çıxış edir. Bəhs olunan dövrdə paytaxt Bakıda və bölgələrdə reallaşdırılan çoxsaylı layihələr sayəsində respublikamız infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan müxtəlif təyinatlı infrastruktur obyektləri bundan sonra onilliklər boyu Azərbaycan xalqına və dövlətinə xidmət göstərəcək.
Əlamətdar haldır ki, respublikamızda infrastruktur quruculuğu Prezident İlham Əliyevin siyasi iradəsi əsasında davamlı səciyyə daşıyır. Belə ki, bu sahəyə yönəldilən dövlət əsaslı vəsait qoyuluşu ilbəil artır ki, bunun da sayəsində hər il ölkə miqyasında yeni infrastruktur layihələrinin uğurlu icrası təmin olunur. Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada aparıcının suallarını cavablandırarkən bildirib ki, müasir infrastrukturun yaradılması bizim hökumətin ən əsas məqsədlərindən biridir. “Biz coğrafi vəziyyətimizdən faydalanaraq əsasən infrastruktura, yəni daxili infrastruktura və Azərbaycanın beynəlxalq hablardan birinə çevrilməsinə imkan verəcək infrastruktura sərmayə yatırmaqla doğru iş görmüşük. Biz yolların, magistralların, hava limanlarının tikintisi, qazlaşdırmanın aparılması, elektrik enerjisinin generasiyası üçün ölkə daxilində infrastruktura sərmayə yatırırıq”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Son 15 ildə istifadəyə verilən generasiya obyektləri respublikamızda böyük iqtisadi və sosial önəm daşıyan infrastruktur quruculuğuna yaxşı nümunədir. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 15 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Hazırda respublikamız həm elektrik enerjisinə olan daxili tələbatını tam olaraq yerli istehsal hesabına ödəyir, həm də müəyyən həcmlərdə ixrac imkanlarımız yaranıb. Eyni zamanda, cari ildə ölkədə həm yeni generasiya güclərinin yaradılmasına, həm də ötürücü xətlərin, yarımstansiyaların tam dayanıqlılığını təmin etməyə lazımi qədər vəsait ayrılması nəzərdə tutulub. 2019-cu ildə ölkəmizdə 400 meqavat gücündə “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi də planlaşdırılıb.
Bütün respublika üzrə aparılan müasir infrastruktur quruculuğu, həmçinin yaşayış məntəqələrinin qazlaşdırılmasında öz əksini tapıb. Son 15 ildə “mavi yanacaq” təminatında vəziyyətin əhəmiyyətli dərəcədə yaxşılaşması diqqətəlayiq haldır. Bəhs olunan dövrdə bütün ölkə üçün çox sayda qazlaşdırma layihələri reallaşdırılıb. Nəticədə, regionların “mavi yanacaq” təminatı yaxşılaşıb, hətta əvvəllər heç vaxt qazlaşdırılmamış yaşayış məntəqələrinə də yeni boru kəmərləri çəkilib və hazırda sakinlərin evlərində “mavi yanacaq” alovlanır. Uğurla həyata keçirilən layihələr sayəsində respublikamızda qazlaşdırmanın səviyyəsi 95 faizə çatdırılıb ki, bu da kifayət qədər yaxşı göstəricidir. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 185 460-a çatıb. O cümlədən 2018-ci ildə 41 798 yeni abonent qeydiyyata alınıb.
Son illərdə respublikamızda həmçinin böyük iqtisadi və sosial əhəmiyyət daşıyan su layihələrinin icrası da uğurla təmin edilir. Bura həm içməli su layihələri, həm də meliorativ tədbirlər daxildir. Ötən 15 ildə reallaşdırılan içməli su və kanalizasiya layihələri ölkənin bütün bölgələrini əhatə edib və nəticədə, respublika üzrə əhalinin yüksək keyfiyyətli su ilə təchizatında dönüş yaranıb. Əgər 2004-cü ildə ölkədə fasiləsiz içməli su ilə təminat 26 faiz səviyyəsində idisə, 2018-ci ildə bu göstərici 67 faizə çatdırılıb. Perspektivdə isə respublikada əhalinin su təchizatının daha yüksək səviyyəyə çatdırılması hədəflənib.
Respublikanın regionlarında hazırda istifadə olunan torpaqların su təminatının yaxşılaşdırılması və yeni torpaqların əkin dövriyyəsinə cəlb edilməsi üçün uğurla reallaşdırılan layihələrin statistikası da kifayət qədər zəngindir. Son 15 ildə ölkə üzrə 390 min hektar sahədə torpaqların su təminatı və 261 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 146 min hektar yeni suvarılan torpaqlar əkin dövriyyəsinə cəlb edilib.
Azərbaycanın nəqliyyat infrastrukturu yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək
Azərbaycanda geniş vüsət alan və ölkəmizin müasir simasını səciyyələndirən yüksəksəviyyəli infrastruktur quruculuğu prosesini, həmçinin bütün respublika üzrə avtomobil yollarının, yolayrıcıların, körpülərin inşasının və yenidən qurulmasının timsalında aydın şəkildə izləmək mümkündür. Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, 2004-cü ildən bəri respublikamızda 15 min kilometr yol çəkilib, 443 körpü tikilib.
Son illərdə respublikamızda yol infrastrukturu quruculuğundan söhbət açarkən ölkə ərazisindən keçən Şərq-Qərb və Şimal-Cənub dəhlizləri boyunca magistral yolların yüksək standartlar səviyyəsində yenidən qurulmasının önəmini xüsusi qeyd etmək lazımdır. Azərbaycanın magistral yolların yüksək səviyyədə yenidən qurulmasını diqqət mərkəzində saxlaması yalnız ölkədaxili amillərlə bağlı deyil. Respublikamızda magistral yolların yenilənməsini zəruri edən digər mühüm amil Azərbaycanın tranzit daşımaları üçün əlverişli coğrafi mövqeyə və bir sıra digər üstünlüklərə malik olması ilə bağlıdır. Azərbaycanın əlverişli coğrafi mövqeyi respublikamızın istər Şərq-Qərb, istərsə də Şimal-Cənub dəhlizlərində vacib rol oynamasını şərtləndirir. Respublikamız həm ölkədaxili ictimai-siyasi sabitlik baxımından, həm də quru və su sərhədlərinə malik olmasına, eləcə də iqtisadi resurslarına görə beynəlxalq tranzit daşımaları üçün kifayət qədər cəlbedici məkandır. Bütün bu deyilənlərə dövlət səviyyəsində yüksək siyasi iradə nümayiş etdirildiyini də əlavə etsək, onda Azərbaycanın müxtəlif istiqamətlərdə tranzit daşımaları üçün necə əlverişli ölkə olduğu barədə konkret təsəvvür yaranar.
Son illərdə qeyri-neft sektorunun inkişafına güclü siyasi iradə və maddi dəstək göstərən Azərbaycan, eyni zamanda, özünün əlverişli coğrafi mövqeyindən bəhrələnərək tranzit imkanlarını daha da genişləndirməyə və bu yolla ölkəmizin əlavə gəlirlər əldə etməsinə nail olmağa çalışır. Bu məqsədlə Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində ölkə ərazisində nəqliyyat xidmətləri inkişaf etdirilir, daşımaların idarə olunması mexanizmi təkmilləşdirilir və beynəlxalq nəqliyyat sisteminə inteqrasiya daha da genişləndirilir.
Azərbaycan qədim İpək Yolunun bərpasına yüksək siyasi iradə nümayiş etdirir. İndiyədək respublikamız qədim İpək Yolunun bərpası ilə bağlı müxtəlif məsələlərin müzakirə edildiyi bir sıra beynəlxalq səviyyəli tədbirə uğurla ev sahibliyi edib. Bu tədbirlərdə iştirakçı tərəflər ölkəmizin geniş tranzit imkanları barədə məlumat alıblar. Respublikamız, həmçinin Çin tərəfindən irəli sürülən “Bir kəmər, bir yol” layihəsinə də dəstək nümayiş etdirir. O cümlədən indiyədək respublikamızda İpək Yolunun Azərbaycandan keçən hissəsinin yenidən qurulması, bütövlükdə Şərq-Qərb marşrutu üzrə böyük iş həcmi yerinə yetirilib.
Respublikamızın ərazisində, həmçinin Şimal-Cənub dəhlizinin ayrı-ayrı seqmentlərini təşkil edən magistralların yenidən qurulması da uğurla həyata keçirilir. İndiyədək respublikamız istər Rusiya sərhədinə, istərsə də İran sərhədinədək olan magistralların yenidən qurulmasına böyük həcmlərdə maliyyə vəsaiti yönəldib. 2018-ci il sentyabrın 18-də Şimal-Cənub dəhlizinin mühüm seqmentlərindən biri olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub. Mövcud Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 kilometr idisə, yeni avtomobil yolunun ümumi uzunluğu 204 kilometrdir. Yol birinci texniki dərəcəyə aiddir.
Hazırda respublikamızın ərazisində bir sıra magistral yolların yüksək standartlar səviyyəsində yenidən qurulması uğurla davam etdirilir. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, H.Z.Tağıyev qəsəbəsindən başlayan 92 kilometr uzunluğundakı yol da bu qəbildəndir. Şimal-Cənub nəqliyyat dəhlizinin mühüm seqmentlərindən olan yol 1B texniki dərəcəyə uyğun inşa edilir.
Azərbaycanın moderatorluğu ilə inşa olunan Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur. Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur.
Bütövlükdə regionun tranzit imkanlarının genişləndirilməsi baxımından respublikamızın Ələtdə inşa etdiyi və 2018-ci ildə istifadəyə verilən Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının əhəmiyyəti kifayət qədər böyükdür. Çox haqlı olaraq Ələt limanının istifadəyə verilməsi Azərbaycanın regionda nəqliyyat-logistik infrastrukturun inkişafına növbəti sanballı töhfəsi kimi dəyərləndirilir. Yerləşdiyi ərazinin böyük üstünlüklərə malik olması sayəsində yeni liman Azərbaycanda nəqliyyatın təhlükəsizliyi məsələlərini uğurla həll etməyə, Bakını Xəzər hövzəsində çox müasir və böyük logistika, nəqliyyat mərkəzinə çevirməyə, Xəzəryanı ölkələr arasındakı əməkdaşlığı dərinləşdirməyə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin tam gücü ilə işləməsinə əlverişli imkanlar yaradır. Limanın illik yükaşırma qabiliyyəti 15 milyon tondur. Tranzit yüklərin həcmi artarsa, qısa müddət ərzində limanın yükaşırma imkanları 25 milyon tona çatdırıla bilər. Prezident İlham Əliyev yaradılan nəqliyyat infrastrukturunun ölkəmizə böyük üstünlüklər qazandırdığına diqqət çəkərək vurğulayıb: “Biz, həmçinin nəqliyyat infrastrukturuna da sərmayə yatırmışıq. Bu da bizə yüklərin Şərqdən Qərbə, Şimaldan Cənuba və Cənubdan Şimala nəqlinə imkan verəcək.
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür. Biz, əlbəttə ki, Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır. Biz artıq bunu müşahidə edirik. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir”.
Azərbaycan yüksək sərmayə cəlbediciliyini qoruyub saxlayır
Azərbaycanı fərqləndirən çox mühüm cəhət həm də ondan ibarətdir ki, ölkəmiz son 15 ildə genişmiqyaslı infrastruktur layihələrinə böyük həcmlərdə maliyyə vəsaiti yönəltməsinə baxmayaraq, borclanmaya getməyib. Əksinə, neft-qaz satışından əldə olunan gəlirlərin bir hissəsi məqsədli şəkildə Dövlət Neft Fondunda toplanaraq gələcək nəsillər üçün saxlanılır. Hazırda respublikamızın strateji valyuta ehtiyatları 45 milyard dollara çatıb ki, bu da kifayət qədər böyük vəsaitdir. Dünyada yaşanan çətinliklər fonunda öz maliyyə imkanlarını genişləndirmək, valyuta ehtiyatlarını artırmaq hər bir ölkə üçün strateji önəm daşıyır. Məlumdur ki, hazırda ayrı-ayrı dövlətlər getdikcə artan xərclərini qarşılamaqda ciddi çətinliklər çəkir və bu səbəbdən də nəzərdə tutulan sosial layihələrini belə ixtisar etmək məcburiyyətində qalır. Respublikamızın mənzərəsi isə tamamilə fərqli rakursdan diqqəti cəlb edir. Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, qlobal çətinliklər şəraitində özünün strateji valyuta ehtiyatlarını ilbəil artırmağa nail olub. Bu gün Azərbaycan üzərinə borc yığmayan ölkələr sırasında yer alır. Respublikamızın xarici borcu ümumi daxili məhsulun yalnız 19 faizinə bərabərdir. Eyni zamanda, respublikamız bu rəqəmi 10 faizə endirməklə bağlı qarşıya real hədəf qoyub. Məlum olduğu kimi, Prezident İlham Əliyev 24 avqust 2018-ci il tarixində “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın təsdiq edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Bəhs olunan Strategiya orta və uzunmüddətli dövrdə respublikanın maliyyə dayanıqlığını təmin etməyə və ölkəmizin borclanmasını optimal səviyyədə saxlamağa hesablanıb.
İqtisadi-maliyyə imkanlarının genişlənməsi Azərbaycanın qarşısında əlverişli perspektivlər açıb. Respublikamız qısa müddətdə beynəlxalq maliyyə qurumlarından borc alan ölkədən borc verən ölkəyə çevrilib. Bunu nəzərə çatdıran Prezident İlham Əliyev “İndi Azərbaycanın təkcə başqa ölkələrə investisiya yatırmaq yox, həm də infrastruktura, real iqtisadiyyata sərmayə yatırmaq strategiyası var. Eyni zamanda, biz digər ölkələrdə həyata keçirilən infrastruktur layihələri üçün borc pul veririk”, - deyə vurğulayıb.
Qeyd etmək yerinə düşər ki, respublikamızın xarici ölkələrdə investisiya siyasəti çoxşaxəlidir. Azərbaycan Gürcüstana sərmayə qoyan xarici ölkələrin arasında birinci yeri tutur. Respublikamız 2012-ci ildən bu birinciliyi qoruyub saxlayır. Bundan başqa, Azərbaycanın dünya brendinə çevrilən SOCAR şirkətinin Gürcüstanda çoxlu sayda pərakəndə yanacaqdoldurma məntəqəsi açılıb. SOCAR həmçinin dost ölkənin “mavi yanacaq”la təchizatında, o cümlədən də burada paylayıcı şəbəkənin qurulmasında və istismarında mühüm rol oynayır.
Respublikamız qonşu Rusiyada investisiya qoyuluşunu getdikcə artırır. Hazırda Azərbaycan Rusiyada müxtəlif investisiya layihələri reallaşdırır. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayələr yönəldilib. Azərbaycanlı sahibkarların investisiyaları hesabına Yessentukidə sanator-kurort mərkəzi inşa edilib. Hazırda Azərbaycandan yönəldilən sərmayələr hesabına Jeleznovodskda mehmanxana kompleksi ucaldılır. Belə misalların sayı kifayət qədər çoxdur.
2018-ci il 19 oktyabr tarixində əlamətdar hadisə baş verdi - Türkiyənin İzmir şəhərində Azərbaycanın investisiya qoyuluşu hesabına inşa edilən “Star” neft emalı zavodunun açılış mərasimi keçirildi. Bu, Azərbaycanın ölkə xaricində reallaşdırdığı ən iri investisiya layihəsidir. “Star Rafineri”nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar investisiya qoyuluşu nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycan yeni iqtisadi şəraitdə də daxili və xarici sərmayələr üçün yüksək cəlbediciliyini qoruyub saxlamaqdadır. Ayrı-ayrı ölkələrin sərmayə cəlbediciliyi baxımından ciddi problemlərlə üzləşdiyi bir vaxtda respublikamıza sərmayə cəlbediciliyinin yüksək olması ilk növbədə Azərbaycanın müsbət reallıqları ilə bağlıdır. Qeyd etmək yerinə düşər ki, yeni iqtisadi şəraitdə dövlət həmçinin investisiyaların təşviqinin hüquqi bazasının möhkəmləndirilməsinə böyük siyasi iradə nümayiş etdirir. Ölkədə reallaşdırılan islahatların bir qismi investisiya fəallığının artırılmasına hesablanıb. Prezident İlham Əliyevin son illərdə imzaladığı sənədlər əsasında respublikamızda investisiyaların təşviqi mexanizmi işə düşüb və öz müsbət nəticələrini verir. Bu kimi amilləri nəzərə alan Prezident İlham Əliyev deyib ki, biz sərmayələrə açığıq. Biz, həmçinin şirkətləri podratçı olmağa dəvət edirik.
Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik ölkə olduğunu respublikamıza yönəldilən sərmayələrin getdikcə artması bir daha təsdiqləyir. Son 15 ildə müxtəlif mənbələrdən respublikamıza 250 milyard dollar həcmində investisiya yönəldilib. Bunlar həm daxili, həm də xarici investisiyalardır. Ölkə üzrə sənaye parklarına 3,6 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur. İndiyədək müxtəlif layihələrin icrasına 2,6 milyard dollar vəsait yönəldilib. Neftçala Sənaye Məhəlləsinin yaradılmasına dövlət tərəfindən 20 milyon manatdan çox vəsait ayrılıb. Sumqayıt Kimya Sənaye Parkının ərazisində reallaşdırılan “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən müəssisələrə böyükhəcmli daxili və xarici investisiyalar yönəldilir. Bu zavodlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur. 2019-cu il yanvarın 16-da Sumqayıt Kimya Sənaye Parkının ərazisində istifadəyə verilən “SOCAR karbamid” zavodu hazırda ölkədə qeyri-neft sektorunda həyata keçirilmiş ən böyük layihədir və ümumi dəyəri təxminən 800 milyon avro təşkil edir. Layihənin maliyyələşdirilməsi ilkin dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilib. Zavodun inşası zamanı bir sıra beynəlxalq banklardan dövlət zəmanəti əsasında 500 milyon avro məbləğində vəsait cəlb edilib.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  4530  |  
  • Tarix:  24-01-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq
22 Fevral 12:21
Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır
22 Fevral 12:18
Avtomobil yolları işçiləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22 Fevral 12:15
Türkmənistan rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
22 Fevral 12:14
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
22 Fevral 12:10
Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir
22 Fevral 12:07
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib
22 Fevral 11:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib
22 Fevral 11:23
Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır
22 Fevral 11:14
Yaponiya səfiri Naxçıvanın tarixi abidələri, sənaye, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
22 Fevral 10:59
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib
22 Fevral 10:38
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb
22 Fevral 10:13
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
22 Fevral 10:09
ATƏT PA-nın iclasında korrupsiya ilə mübarizədə “ASAN xidmət” modelinin üstünlüklərindən bəhs edilib
22 Fevral 10:08
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
22 Fevral 10:01
Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır
22 Fevral 09:54
Bakıda Küveytin milli bayramı qeyd olunub
22 Fevral 09:52
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır
22 Fevral 09:49
Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycan xalqının və dövlətinin mənafeyinə xidmət edir
22 Fevral 09:46
DTX-nin arxiv fondlarında saxlanılan tarixi əhəmiyyətli sertifikatların təqdim olunması ilə əlaqədar tədbir keçirilib
22 Fevral 09:43
Azərbaycanın din xadimləri Xocalı soyqırımının ildönümü ilə əlaqədar dünya dini liderlərinə, beynəlxalq təşkilatlara müraciət ediblər
22 Fevral 09:42
“Yeni metodlardan istifadə etmək daha məqbul hesab edilə bilər”
22 Fevral 09:40
YAP Sədərək rayon təşkilatı Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı tədbir keçirib
22 Fevral 09:39
Radikal ünsürlər icazəli mitinqlərdən sonra nəqliyyatın normal fəaliyyətini, sakinlərin dincliyini pozan, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədirlər
22 Fevral 09:37
ÜTT rəsmisi: Azərbaycanın üzvlüyü ilə bağlı UNEC-də faydalı müzakirələr aparıldı
22 Fevral 09:35
“Nar” ölkə üçün əhəmiyyətli sosial layihələrini bu il də davam etdirəcək
22 Fevral 09:34
Ölkəmizdə yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı atılan addımlar davamlı xarakter daşıyır
21 Fevral 21:22
Dünya futbol ulduzları Bakıya gələcəklər
21 Fevral 21:20
Azərbaycan Gimnastika Federasiyası “Mükafatlandırılan federasiyalar" siyahısında birinci olub
21 Fevral 21:19
Erməni diasporu: Paşinyanın kabinetində "boşalacaq" yerlərdən biri
21 Fevral 21:04
KİV rəhbərləri Dövlət Miqrasiya Xidmətinin fəaliyyəti ilə yaxından tanış olublar
21 Fevral 21:00
Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
21 Fevral 20:46
Qətərin “The Peninsula” qəzeti Azərbaycan səfirliyinin Xocalı soyqırımı ilə bağlı bəyanatını dərc edib
21 Fevral 20:30
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun nümayəndələri ilə BDU-da görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+3 +6