Ana səhifə »  Siyasət »  Naxçıvanda yaz-tarla işlərinə hazırlıqla əlaqədar müşavirə keçirilib
A+   Yenilə  A-
Naxçıvanda yaz-tarla işlərinə hazırlıqla əlaqədar müşavirə keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, martın 14-də “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində muxtar respublikada yaz-tarla işlərinə hazırlıqla əlaqədar səyyar müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, aqrar sahədə həyata keçirilən islahatlar və göstərilən dövlət dəstəyi muxtar respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsinə etibarlı zəmin yaradıb. İqtisadiyyatın real sektorunun əsas istiqamətlərini müəyyən edən dövlət proqramlarının həyata keçirilməsi, lizinq xidmətlərinin genişləndirilməsi, taxıl və soyuducu anbarların həcminin artırılması, istixana komplekslərinin, quşçuluq, balıqçılıq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması nəticəsində muxtar respublikanın kənd təsərrüfatında inkişaf təmin edilib. Artıq muxtar respublikada kənd təsərrüfatı məhsullarının intensiv amillər hesabına artırılması üçün yeni innovativ texnologiyalar tətbiq edilir, dünyanın aparıcı ölkələrində istehsal olunan kənd təsərrüfatı texnikaları istifadə olunur.
Qeyd olunub ki, 2018-ci ilin payızında cari ilin məhsulu üçün muxtar respublikada 31 min 667 hektar sahədə taxıl əkini aparılıb. Artıq muxtar respublikada yaz-tarla işlərinə başlanılıb. Bu ilin yazında 27 min hektardan artıq sahədə əkin aparılacaq. Eyni zamanda, 70 hektar sahədə yeni meyvə bağları, 6 hektar sahədə üzüm bağı, 106 hektar sahədə tinglə bərpa, 170 hektar sahədə isə toxumla bərpa olmaqla, ümumilikdə, 352 hektar sahədə yaşıllaşdırma tədbirlərinin aparılması nəzərdə tutulub. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunması və Tədbirlər Planının təsdiq edilməsi bu sahənin inkişafına səbəb olub. Hazırda muxtar respublikada 525 böyük ailə təsərrüfatı mövcuddur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: “Muxtar respublikada həyata keçirilən tədbirlər kənd təsərrüfatının inkişafını təmin etmiş, əkinəyararlı torpaqlar əkin dövriyyəsinə qatılmış, aqrar sahədə məhsul istehsalı artırılmışdır. Bu işlərin həyata keçirilməsində əsas məqsəd ondan ibarətdir ki, muxtar respublikada torpaqlardan səmərəli istifadə olunsun, insanların məşğulluğu və ərzaq təhlükəsizliyi təmin edilsin, məhsul ixracı yaransın. Artıq muxtar respublikada ərzaq təhlükəsizliyi təmin edilmiş, daxili tələbat ödənilməklə yanaşı, həm də kənd təsərrüfatı məhsullarının ixracına başlanılmışdır. Bütün bunlar isə yaradılan şəraitin, eyni zamanda, kənd təsərrüfatı sahəsində çalışanların səyləri hesabına olmuşdur”.
Ali Məclisin Sədri muxtar respublikada kənd təsərrüfatının inkişafında əməyi olanlara təşəkkürünü bildirərək deyib: “Bu gün ölkə Prezidenti kənd təsərrüfatının inkişafına və ərzaq təhlükəsizliyinin təmin olunmasına hərtərəfli diqqət və qayğı göstərir. Ölkəmizin hər yerində əkinəyararlı torpaqlardan səmərəli istifadə olunur. Göstərilən dövlət qayğısı nəticəsində əhalinin bu sahəyə marağı artıb. Torpaq mülkiyyətçilərinə subsidiyaların verilməsi, torpaqların vergidən azad olunması, kənd təsərrüfatı məhsullarının sərbəst satışı üçün şəraitin yaradılması, güzəştli şərtlərlə kreditlərin və texnikaların verilməsi aqrar sahənin inkişafına səbəb olmuşdur. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, muxtar respublikanın aqrolizinq xidmətində 300-dən artıq müasir kənd təsərrüfatı texnikası vardır”.
Ali Məclisin Sədri deyib: “Ümummilli Liderimiz Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində muxtar respublikaya rəhbərlik etdiyi zaman torpaqların özəlləşdirilməsinə başlanılmış və bu proses 1996-cı ildə başa çatdırılmışdır. Bu gün Naxçıvan Muxtar Respublikasının torpaq mülkiyyətçiləri arasında fermer təsərrüfatı yaradanlar və ailə təsərrüfatları quranlar da vardır. Qarşıda duran əsas vəzifə ailə təsərrüfatlarını və fermerləri müasir texnikalarla təmin etməkdən və fəaliyyətlərini genişləndirməkdən ibarətdir. Muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir. Dövlət tərəfindən güzəştli şərtlərlə kreditlərin verilməsi, kənd təsərrüfatı məhsullarının satış yarmarkaların təşkili və sərbəst ixracı bu sahənin inkişafına səbəb olmuşdur. Meliorativ tədbirlərin görülməsi, torpaqların su təminatının yaxşılaşdırılması, yeraltı suvarma şəbəkələrin qurulması, yeni subartezian quyularının qazılması, kəhrizlərin bərpası, suvarma kanallarının mütəmadi təmizlənməsi və anbarlara suyun yığılması əkilən torpaqlardan səmərəli istifadə olunmasına imkan verir. Eyni zamanda, kənd təsərrüfatı sahəsində çalışanlara dövlət dəstəyi ilə güzəştli şərtlərlə texnikaların verilməsi və əl əməyinin yüngülləşdirilməsi həm bu sahəyə marağı, həm də kənd təsərrüfatı məhsulları istehsalında rentabelliyi artırmışdır”.
Ali Məclisin Sədri deyib: “Bu il Naxçıvan Muxtar Respublikasında “Ailə təsərrüfatları ili” elan olunub. Bu, təsadüfən qəbul olunmuş qərar deyil. Artıq muxtar respublikada ixtisaslaşmış ailə təsərrüfatları fəaliyyət göstərir, müxtəlif çeşiddə məhsullar istehsal olunur. Ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların qablaşdırılması üçün tədbirlər görülür, yarmarka və festivallar keçirilir. Lakin buna baxmayaraq, rayon icra hakimiyyətləri və aid qurumlar ailə təsərrüfatlarının inkişafına bundan sonra da dəstək verməlidirlər. Ailə təsərrüfatları maarifləndirilməli, kreditlər verilməli, ailə təsərrüfatlarındakı mal-qaranın sayı artırılmalı, əkin atlaslarından səmərəli istifadə olunmalı, torpaqların xüsusiyyətlərinə uyğun əkinlər aparılmalı və meyvə bağları salınmalıdır. Hər bir ailə təsərrüfatı ilə fərdi iş aparılmalı, onlara istiqamət verilməli, istehsal etdikləri məhsullar daxili bazara çıxarılmalı və ixraca yönəldilməlidir. Rayonlar üzrə ailə təsərrüfatları qeydiyyata alınmalı, gələcəkdə ailə təsərrüfatlarının genişləndirilərək fermer təsərrüfatlarına çevrilməsinə şərait yaradılmalıdır. Gətirilən yeni texnikalar və aqrar sahədə həyata keçirilən digər tədbirlər də ailə təsərrüfatlarının inkişafına xidmət edir. Aid təşkilatlar ailə təsərrüfatlarının inkişafında təşəbbüskarlıq göstərməli, onların ehtiyacları ödənilməli və fəaliyyətləri genişləndirilməlidir. Dövlət bu işlərin görülməsi üçün lazımi şəraiti yaradıb. Çünki ailə təsərrüfatı həm ailə üzvlərinin məşğulluğunu təmin edir, həm də bazarın yerli məhsullarla təminatında mühüm rol oynayır. Ona görə də ailə təsərrüfatlarını inkişaf etdirməklə ərzaq təhlükəsizliyini və məşğulluğu təmin etmək qarşıda duran əsas vəzifədir”.
Ali Məclisin Sədri aid dövlət təşkilatları tərəfindən qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetiriləcəyinə və ailə təsərrüfatlarının formalaşmasında ciddi dönüşə nail olunacağına əminliyini bildirib, bu işdə hər kəsə uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınmış yeni kənd təsərrüfatı texnikalarına baxıb.
Bildirilib ki, fəaliyyəti dövründə Naxçıvan Aqrolizinq Açıq Səhmdar Cəmiyyəti tərəfindən 2667 kənd təsərrüfatı texnikası alınıb. Həmin texnikaların 2086-sı lizinq yolu ilə torpaq mülkiyyətçilərinə, ailə təsərrüfatlarına və fermerlərə verilib. Lizinqə verilmiş texnikalara görə 7 milyon 370 min manat güzəşt tətbiq edilib, 314 ədəd texnika və texnoloji avadanlığın dəyəri tam ödənildiyindən 207 sahibkara həmin texnikaların onların şəxsi mülkiyyətinə keçirilməsinə dair sənədlər təqdim olunub. 2019-cu ildə tələbata uyğun olaraq 292 texnika və texnoloji avadanlıq alınaraq muxtar respublikaya gətirilib. Alınan texnikalardan 10-u kombayn, 66-sı traktor, 54-ü kotan, 12-si çiləyici, 15-i rotorlu otbiçən, 13-ü dırmıq, 13-ü gübrəsəpən, 20-si kanalaçan, 15-i qırxım aparatı, 5-i taxılsəpən, 1-i toxumtəmizləyən, 4-ü çizel, 4-ü dərmansəpən, 25-i qüvvəli yem maşını, 10-u otdoğrayan maşın, 2-si əl ilə yer şumlayandır. Həmçinin alınmış avadanlıqlar içərisində 17 dəst çiləmə suvarma sistemi də vardır.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində və rayon bazalarında fəaliyyət göstərən baytarlıq aptekləri, ehtiyat hissə və gübrə anbarları, eləcə də təmir sexləri muxtar respublikada yaz-tarla işlərinin, becərmə və yığım proseslərinin uğurla həyata keçirilməsinə imkan verəcəkdir.
Ali Məclisin Sədri aqrar sahədə ailə təsərrüfatlarının formalaşdırılması, ailə təsərrüfatlarının tələbatına və sifarişlərinə uyğun texnikaların alınıb gətirilməsi, kənd təsərrüfatının inkişafında texnoloji yeniliklərin tətbiqi və səmərəli metodlardan istifadə ilə bağlı maarifləndirmə işlərinin aparılması, rayon icra hakimiyyətləri və İqtisadiyyat Nazirliyi tərəfindən ailə təsərrüfatlarının müraciətlərinin araşdırılması və kreditlərin verilməsinin davam etdirilməsi barədə tapşırıqlar verib.

 
  • Oxunub:  3570  |  
  • Tarix:  15-03-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

19 May 21:28
Rusiya telekanalı Formula 1 SOCAR Azərbaycan Qran Prisinə reportaj həsr edib
19 May 17:54
Avropada təhsil alan azərbaycanlı gənclərin Roma forumu keçirilib
19 May 16:06
Bədii gimnastika üzrə Avropa çempionatında top və halqa üzrə yarışların qalibləri müəyyənləşib
19 May 15:28
II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanı başa çatıb
19 May 15:25
Rusiya millisi Bakıda bədii gimnastika üzrə Avropa çempionatının qrup hərəkətləri yarışında iki qızıl medal qazanıb
19 May 14:56
Polşalı gimnast: Azarkeşlərin güclü dəstəyi mübarizəyə xüsusi rəng qatır
19 May 14:49
Sabaha olan hava proqnozu açıqlanıb
19 May 14:27
Milli Məclisin deputatı AŞPA-nın komitə iclasında iştirak edəcək
19 May 14:22
Pərvin Kərimzadə: Azərbaycan Avropa İttifaqı ilə bərabər hüquqlu tərəfdaşdır
19 May 14:19
Qazaxıstan sahibkarları Azərbaycanda investisiya yatırmaqda maraqlıdırlar
19 May 12:51
Bakıda bədii gimnastika üzrə Avropa çempionatı davam edir
19 May 12:05
Samsundan başlanan milli qurtuluş mübarizəsi Türkiyə vətəndaşının qürur mənbəyidir
19 May 11:54
İtaliya Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
18 May 19:09
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatının ilk qalibləri müəyyənləşib
18 May 19:06
İtaliyalı senator Azərbaycanın diaspor siyasəti barədə məlumatlandırılıb
18 May 19:01
Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsidir
18 May 17:14
Ölkə başçısının müvafiq Fərmanı üzrə 300-dək vətəndaşa mənzil üzərində çıxarışlar verilib
18 May 17:04
Türkiyənin Azərbaycandakı səfirliyində gənclik və idman bayramı qeyd olunub
18 May 16:45
Erməni vandalları Laçın rayonunun Hacılar və Sadınlar kəndlərindəki 65 hektar meşə sahəsini tamamilə məhv ediblər
18 May 16:21
Maliyyə Bazarlarına Nəzarət Palatası Avropa Banklar Federasiyası ilə əməkdaşlıqda maraqlıdır
18 May 15:57
“DOST” mərkəzləri əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə rahat şəkildə təminatı imkanlarını artıracaq
18 May 15:52
“Azərsu” ASC-nin sədri Beyləqanda vətəndaşları qəbul edib
18 May 15:49
Sevinc Hüseynova: Qadın məsələlərinə dair Bakıda keçiriləcək konfransda dünya ictimaiyyəti üçün aktual mövzular müzakirə ediləcək
18 May 15:45
“Gənclər təşkilatları Dayanıqlı İnkişaf Məqsədləri naminə” mövzusunda müzakirələr aparılır
18 May 15:40
Dövlət Komitəsində Laçın rayonunun işğalının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
18 May 15:34
Elşad Mirbəşiroğlu: Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır
18 May 13:52
Azərbaycan-Fransa parlamentlərarası əlaqələri müzakirə olunub
18 May 13:44
Əli Əhmədov: Azərbaycanın imkanları genişləndikcə insanların rifahının daha da yaxşılaşdırılması üçün bundan sonra da addımlar atılacaq
18 May 13:39
Azərbaycan-Çin elmi əməkdaşlığı iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfələr verir
18 May 13:30
Yeni Azərbaycan Partiyası rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib
18 May 13:26
Musa Qasımlı: Azərbaycanın təhsil müəssisələrində maddi-texniki baza yüksək səviyyədədir
18 May 13:19
Əli Əhmədov: Azərbaycanın iqtisadiyyatı inkişaf etdikcə əməkhaqqı, pensiya və müavinətlər də artırılacaq
18 May 12:54
Komitə sədri: Əhalinin yarısını təşkil edən qadınlar inkişaf etməsə, ölkənin demoqrafik inkişafından danışmaq olmaz
18 May 12:45
Dilarə Cəbrayılova: Azərbaycan hər bir beynəlxalq təşkilatla münasibətlərini dövlət və xalq maraqları çərçivəsində qurur
18 May 12:43
Bu gün “Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçiriləcək
18 May 12:40
Baş nazirin müavini: Gənclər Azərbaycanın inkişafına öz töhfələrini verməkdən kənarda qalmaq istəmirlər
18 May 11:08
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
18 May 10:58
Elman Nəsirov: Radikal müxalifətin heç bir niyyəti baş tutmayacaq
18 May 10:45
Bu gün Beynəlxalq Muzeylər Günüdür
18 May 10:42
Birinci rübdə ölkədə 53,9 min yeni iş yeri açılıb
18 May 10:39
Hikmət Babaoğlu: Aİ-nin dəstəyinə nail olmaq bizim üçün vacib əhəmiyyətli məsələdir
18 May 10:35
Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Baş Məclisinin iclası işə başlayıb
18 May 10:33
İspaniyalı gimnast: Bakının Milli Gimnastika Arenası çox möhtəşəmdir
18 May 10:31
Estoniya Azərbaycan ilə münasibətlərə önəm verir
18 May 10:11
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini pozmaqda davam edir
18 May 09:54
BDU-da Himayəçilər Şurasının ilk iclası keçirilib
18 May 09:52
Avropa Liqasının finalı: Bakı düzgün seçim oldu?
18 May 09:51
Azərbaycan Avropa İttifaqı üçün etibarlı və məsuliyyətli tərəfdaşdır
18 May 09:49
Həqiqət uğrunda mübarizə aparan şair
18 May 09:46
“Bakcell”dən eşitmə məhdudiyyətli gənclər arasında ənənəvi futzal turnirinə dəstək
18 May 09:44
Azərbaycan gəncləri beynəlxalq tədbirlərdə və yarışlarda ölkəmizi layiqincə təmsil edirlər
18 May 09:40
2019-cu ilin birinci rübündə cənub bölgəsinin sosial-iqtisadi inkişaf göstəriciləri uğurlu olub
17 May 21:11
Azərbaycan ilə Fransa arasında əməkdaşlığın inkişafı üçün geniş potensial mövcuddur
17 May 21:09
Estoniyalı idmançı: Azərbaycanda gimnastika yarışları yüksək səviyyədə təşkil olunub
17 May 20:43
Abşeron yarımadasında heyvan mənşəli bütün xəstəliklərin identifikasiya sistemi və izlənməsi həyata keçiriləcək
17 May 20:39
Avropa Şurasının Nazirlər Komitəsi bütün üzv dövlətlərin müstəqilliyinə və ərazi bütövlüyünə dəstəyini təsdiq edib
17 May 20:36
AZƏRTAC-ın əməkdaşı Çinin məşhur CGTN telekanalında Azərbaycan həqiqətlərindən danışıb
17 May 20:32
Erməni siyasətinin "söz taciri": Paşinyanın Pekin rəzaləti
17 May 17:57
Avrasiya Kitabxanalar Assambleyasının növbəti iclası Düşənbədə keçiriləcək
17 May 17:55
Vüqar Rəhimzadə: Azərbaycan Avropa İttifaqı üçün mühüm və etibarlı tərəfdaşdır
17 May 17:52
YAP Səbail rayon təşkilatı Cocuq Mərcanlı məktəblilərini Bakıya gətirib
17 May 17:48
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17 May 17:46
Yaz mövsümündə Qaxda 165,5 hektarda yeni fındıq bağları salınıb
17 May 17:43
Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib
17 May 17:35
Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 15 illiyi münasibətilə Həştərxanda bir sıra tədbirlər keçirilib
17 May 17:33
Avropa Gənclər Yay Olimpiya Festivalının biletləri iyunun 10-da satışa çıxarılacaq
17 May 17:30
Qəbələ rayonu üzrə tibbi müayinələrə 65 mindən çox sakin cəlb olunub
17 May 17:28
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirilib
17 May 17:23
Türk Şurasına üzv ölkələr “Ticarət evi”nin açılmasında Azərbaycan təcrübəsindən istifadə edəcəklər
17 May 17:21
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA