Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Aprel döyüşləri sübut etdi ki, Ermənistan cəmiyyətini miflərdən başqa birləşdirən heç bir dəyər yoxdur

Aprel döyüşləri sübut etdi ki, Ermənistan cəmiyyətini miflərdən başqa birləşdirən heç bir dəyər yoxdur

03.04.2019 [09:32]

Aprel döyüşləri Azərbaycan dövlətinin, xalqının və Ordusunun Ermənistan üzərində hərbi, siyasi, psixoloji, mənəvi qələbəsidir. İlk növbədə, onu qeyd etmək lazımdır ki, aprelin 1-dən 2-nə keçən gecə Ermənistan ordusunun növbəti təxribatına cavab verən Azərbaycan Silahlı Qüvvələrinin məhdud sayda şəxsi heyəti ermənilərin keçilməz hesab etdiyi istehkamı qısa müddət ərzində darmadağın etməklə Ermənistan cəmiyyətində uzun müddət idi ki, hakim olan məğlubedilməzlik mifini alt-üst etdi. Bəlli oldu ki, Ermənistan cəmiyyətini miflərdən başqa birləşdirən heç bir dəyər yoxdur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli söyləyib. O qeyd edib ki, Azərbaycan vətəndaşları hərbi xidmətə getmək, döyüşə atılmaq üçün qoşunların təmas xəttinə axışdığı zaman ermənilər nəinki səngəri, hətta döyüş bölgəsindən xeyli uzaqda olan evlərini belə tərk edərək qaçdılar.
Ekspert əlavə edib ki, Aprel döyüşlərində Azərbaycan əsgər və zabitlərinin yüksək döyüş ruhu və peşəkarlığı ilə yanaşı, Silahlı Qüvvələrimizin arsenalında olan hərbi texnika və silah-sursatın da Ermənistan ordusunun şəxsi heyətindən və hərbi-texniki potensialından dəfələrlə üstün olduğu bir daha öz təsdiqini tapdı. Aprel döyüşləri Ermənistan silahlı qüvvələrindən kütləvi istefalara səbəb oldu, cəmiyyətlə yanaşı, Ermənistanın siyasi hakimiyyəti də silkələndi. Nəticədə ölkə rəhbərliyi hakimiyyətdən qovuldu. Müəyyən bir zaman kəsiyindən sonra Ermənistan ordusunda korrupsiyanın, nizamsızlığın misli görünməyən bir səviyyədə olduğu ictimaiyyətə açıqlandı və bu da Ermənistan ordusunun real və acınacaqlı durumunu ortaya qoydu. Aprel döyüşləri Ermənistanda hakimiyyətin siyasi səhnədən gedişini stimullaşdırmaqla yanaşı, bu ölkədə tayfa-klan münasibətlərinin mövcud olduğunu sübuta yetirdi və ayrı-ayrı qüvvələrin əslində bir-birinə qarşı nifrət bəslədiyini nümayiş etdirdi. Məlum oldu ki, Ermənistanda milli birlik deyilən bir anlayış yoxdur. İllərdən bəri görünən birlik isə əslində həmin dövrdə hakimiyyətdə olan klanın yaratdığı və real əsası olmayan bir görüntüdür. Bu hadisədən 3 il keçməsinə baxmayaraq, Ermənistan cəmiyyəti bu gün də Aprel döyüşlərindən danışır, aparılan total ideoloji təbliğat bu hadisələrin yenidən təkrarlanması xofunu sıradan çıxara bilmir. Azərbaycan cəmiyyəti isə Aprel döyüşlərindən təkcə hərbi üstünlüklə çıxmadı, həm də monolitliyini, döyüş və qələbə əzmini, bütün keyfiyyətləri, gücü və potensialı ilə Ermənistandan və erməni cəmiyyətindən dəfələrlə üstün olduğunu sərgilədi.

Paylaş:
Baxılıb: 380 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31