Ana səhifə »  Siyasət »  Azərbaycan Qoşulmama Hərəkatı ilə əməkdaşlığı uğurla inkişaf etdirir
A+   Yenilə  A-
Azərbaycan Qoşulmama Hərəkatı ilə əməkdaşlığı uğurla inkişaf etdirir

Ölkəmiz təşkilatın məqsəd və məramlarının təşviq olunmasına əsaslı töhfələr verir
Azərbaycanın milli maraqlar əsas götürülməklə həyata keçirdiyi ardıcıl xarici siyasət beynəlxalq miqyasda ölkəmizə böyük nüfuz qazandırıb. Bu gün respublikamız bütün dünyada regional və qlobal əməkdaşlığa sanballı töhfələr verən, xalqlar və ölkələr arasında etimad mühitinin möhkəmlənməsinə çalışan dövlət kimi tanınır. Qlobal miqyasda Azərbaycana inamın artmasının nəticəsidir ki, son illərdə respublikamız mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Əlamətdar haldır ki, Azərbaycan ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdə bir qayda olaraq özünün yüksək standartlarını müəyyənləşdirir.
Son illərdə ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər sırasında 2018-ci il aprelin 3-6-da Bakıda keçirilən Qoşulmama Hərəkatının “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda nazirlər konfransının önəmini də xüsusi qeyd etmək lazımdır. Konfransda dünyanın müasir mənzərəsinə nəzər salındı, ayrı-ayrı regionlarda müşahidə olunan proseslərdən, təhlükəsizliyə yaranan təhdidlərdən narahatlıq ifadə olundu, Yer kürəsində dialoq və həmrəylik mühitinin möhkəmləndirilməsinə çağırış edildi.
Müstəqil Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə sadiqdir
Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını getdikcə artırır. Hərəkat daxilində razılaşdırılmış mövqe BMT Baş Assambleyası çərçivəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rola malikdir. Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Qeyri-iyerarxik xarakter daşıyan, idarəçiliyi rotasiya əsasında dəyişən təşkilat hazırda 120 üzvü, 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. Prezident İlham Əliyev yuxarıda bəhs etdiyimiz konfransın açılış mərasimində söylədiyi nitqində Qoşulmama Hərəkatının dünyada sülh və təhlükəsizliyin bərqərar olmasında oynadığı mühüm rolu yüksək dəyərləndirib. “Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir”, - deyə Azərbaycanın dövlət başçısı vurğulayıb.
Respublikamız ilk vaxtlarda Qoşulmama Hərəkatında müşahidəçi statusunda iştirak edib. Azərbaycan hərəkata qəbulla bağlı prosedur qaydalarına uyğun olaraq 2011-ci ilin yanvar ayında təşkilata üzvlüklə bağlı müraciət edib. 16 mart 2011-ci il tarixində Qoşulmama Hərəkatının Nyu-Yorkda keçirilən Əlaqələndirmə Bürosunun iclasında ölkəmizin üzvlüyü ilə bağlı ilkin müzakirələr aparılıb. Bəhs olunan islasda Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü məsələsinin təşkilata üzv dövlətlərin nazirlərinin görüşünün gündəliyinə salınması razılaşdırılıb. Beləliklə, Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında təşkilata üzv olan dövlətlərin yekdil dəstəyini qazanaraq Qoşulmama Hərəkatına tamhüquqlu üzv qəbul edilib.
Həmin tarixdən etibarən Azərbaycan Qoşulmama Hərəkatı ilə əməkdaşlığı uğurla inkişaf etdirir. Respublikamız Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin yuxarıda bəhs olunan toplantısına və 2019-cu ildə Bakıda keçiriləcək Zirvə görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.
Qoşulmama Hərəkatının 2019-cu ildə Bakıda keçiriləcək 18-ci Sammitinin böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi edəcək. Bununla da Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiq olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək.
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirir
Qoşulmama Hərəkatı təşkilata qısa üzvlük tarixində Azərbaycana hərtərəfli dəstək göstərib. Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlərin 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi zamanı ölkəmizə böyük dəstək verdiklərini yüksək qiymətləndirərək deyib: “Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz bu ailəyə 2011-ci ildə qəbul olunduq, dərhal təşkilatın və onun üzvlərinin dəstəyini hiss etməyə başladıq. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı nümayiş olundu. Bu, 2011-ci ildə, ölkəmizin təşkilata qəbul olunduğu eyni ildə baş verdi və biz tərəfdaşlarımızın güclü dəstəyini hiss etdik. Bu, o qədər də asan məsələ deyildi, çünki bizim güclü rəqiblərimiz var idi və həmin rəqiblər təşkilatımıza üzv olmayan ölkələr idi. Seçilməyimiz üçün 16 raund tələb olundu və biz 155 dövlətin dəstəyi ilə qeyri-daimi üzv seçildik. Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi bizim ən mötəbər beynəlxalq quruma üzv seçilməyimizdə həlledici rol oynadı”.
Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı həmçinin Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirir. Məlumdur ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsinin bütün dünyada qəbul edilən hüquq normaları çərçivəsində, yəni ölkəmizin ərazi bütövlüyü prinsipi əsasında ədalətli həllinə nail olmaq üçün müxtəlif beynəlxalq platformalarda məqsədyönlü iş aparır. Belə məqsədyönlü fəaliyyətin nəticəsidir ki, indiyədək BMT TŞ-nin, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, GUAM-ın və digər təşkilatların qəbul etdikləri sənədlərdə Azərbaycanın ədalətli mövqeyinə dəstək ifadə olunub. Avropa İttifaqının 2018-ci ildə Brüsseldə imzalanan “Tərəfdaşlıq prioritetləri” sənədində ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyini, dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı prinsipini dəstəkləməsi və ilk dəfə olaraq “Tərəfdaşlıq prioritetləri” sənədində sərhədlərin toxunulmazlığı məsələsinin qurum tərəfindən xüsusi qeyd edilməsi strateji əhəmiyyətə malikdir. Bu, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olduqca mühüm məqamdır.
Eyni zamanda, Qoşulmama Hərəkatı da son vaxtlarda Azərbaycanın öz həqiqətlərini dünyaya çatdırması üçün əlverişli bir platformaya çevrilib. Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sərgilədiyi ədalətli yanaşma Qoşulmama Hərəkatının fundamental prinsipləri ilə üst-üstə düşür. Yeri gəlmişkən, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı özünün qəti mövqeyini Qoşulmama Hərəkatının ötən il aprelin 3-6-da Bakıda keçirilən konfransında bir daha nəzərə çatdırıb. Respublikamızın bu məsələdə mövqeyi birmənalıdır - Ermənistan ordusunun işğal etdiyi ərazilər BMT TŞ-nin qəbul etdiyi dörd qətnamənin tələblərinə uyğun olaraq qeyd-şərtsiz geri qaytarılmalı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Deyilənlər baxımından Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatının nazirlər konfransının yekununda qəbul olunan Bakı Bəyannaməsi də böyük aktuallıq daşıyır. Sənəddə beynəlxalq münasibətlər çərçivəsində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmə təhdidindən çəkinməyə çağırış yer alıb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  7530  |  
  • Tarix:  03-04-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
21 Yanvar 10:44
Osman Gündüz: “Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3