Ana səhifə »  Siyasət »  Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür
A+   Yenilə  A-
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür

Mayın 17-də II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransı keçirilib. Konfrans Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi çərçivəsində təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AQTA-nın sədri Qoşqar Təhməzli konfransın keçirilməsində əsas məqsədlərdən birinin qida təhlükəsizliyi sahəsində xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirmək, onların Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə töhfə verə biləcək layihələrini səmərəli şəkildə əlaqələndirmək, həyata keçirmək və bu istiqamətdə mütəmadi olaraq fikir mübadiləsi aparmaqdan ibarət olduğunu qeyd edib. Agentliyin sədri bildirib ki, AQTA bu sahədə beynəlxalq təşkilatlarla hər cür əməkdaşlığa və birgə fəaliyyətə hazırdır. Qoşqar Təhməzli, ölkəmizdə ərzaq təhlükəsizliyinin təminatı sahəsində atılan addımlar barədə məlumat verərək deyib: “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülür. Ölkə başçısı bu il aprelin 29-da “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Qida təhlükəsizliyi mərhələli şəkildə həyata keçirilən prosesdir. Təsdiq olunmuş yeddi illik proqram yaxın zamanlarda mərhələli şəkildə həyata keçiriləcək”.
Q.Təhməzli rəhbərlik etdiyi qurumun müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.
Agentliyin sədri II Bakı Beynəlxalq Qida Təhlükəsizliyi Konfransının ölkəmizin etibarlı tərəfdaş kimi beynəlxalq təşkilatlarla əməkdaşlığını daha da genişləndirəcəyini, kənd təsərrüfatı və qida sənayesi sektorları üzrə ixracatın inkişafına mühüm töhfə verəcəyini, daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksəkkeyfiyyətli və təhlükəsiz məhsulların istehsalına kömək edəcəyini də xüsusi vurğulayıb.
Azərbaycan Respublikası baş nazirinin müavini Əli Əhmədov dünya əhalisinin sürətlə artdığını və insanların tələbatlarını ödəmək üçün resursların azaldığını deyib: “İnsanların tələbatlarının ödənilməsi üçün qidanın yeni üsullarla istehsalına ehtiyac yaranıb. Bu zaman qidanın, ərzaq məhsullarının keyfiyyəti, tərkibi, insan sağlamlığı üçün təhlükəsiz olması məsələsi ön plana çıxır. Hazırda qida təhlükəsizliyi problemi bəşəriyyət üçün vacibdir. Qida təhlükəsizliyi probleminin həlli üçün bundan sonra səylər daha da artırılacaq. Ona görə də hər bir ölkə öz strategiyasını və konsepsiyasını müəyyənləşdirməli və həyata keçirmək haqqında düşünməlidir. Azərbaycan dünyada ən çox islahat aparan ölkələrdən biridir. Ölkəmizdə həyata keçirilən islahatlar içərisində qida təhlükəsizliyi ilə əlaqədar müəyyənləşdirilmiş konsepsiya ayrıca qeyd olunmalıdır. İslahatlar çərçivəsində həyata keçirilmiş mühüm işlərdən biri də qida təhlükəsizliyinin təkmilləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması əhalinin sağlam və təhlükəsiz qida ilə təminatına və kənd təsərrüfatı məhsullarının ayrı-ayrı ölkələrə ixracına töhfə verilməsindən ibarətdir. Onu da qeyd edim ki, ölkəmizdə kifayət qədər münbit torpaqların bir qismi işğal altındadır. Bu o deməkdir ki, kənd təsərrüfatına yararlı torpaqların potensialı 20 faiz azalıb.
Ölkəmizdə daxili istehsal nəticəsində əldə edilən qida məhsulları ilə yanaşı, idxal edilən məhsulların da müvafiq standartlara uyğunlaşdırılması sağlam qida təminatına imkan yaradacaq. Azərbaycan qida təhlükəsizliyi sahəsində öz üzərinə düşən vəzifələri dərk edir. Ümid edirəm ki, həyata keçirilən tədbirlər və atılacaq addımlar nəticəsində əhalinin sağlam qida ilə təminatı bütövlükdə öz həllini tapacaq”.
Baş nazirin müavini tədbirin qida təhlükəsizliyi sahəsində ciddi müzakirə və fikir mübadiləsinə imkan verəcəyini bildirib və konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov qida təhlükəsizliyinin beynəlxalq dialoqların əsas müzakirə mövzusu olduğunu bildirib. İnam Kərimov qeyd edib ki, araşdırmalara görə, qidanın insan sağlamlığına mənfi təsiri iqtisadiyyata zərər vurur: “Qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi həm sosial, həm də iqtisadi inkişaf baxımından əhəmiyyətə malikdir. O həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq şərtlərindən biridir. Qlobal inkişafın bütün mərhələlərini innovasiyasız təsəvvür etmək mümkün deyil. Təhlükəsiz qidanın istehsalı üçün innovativ texnologiyaların tətbiqi vacibdir. Onu da qeyd edim ki, qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi nəticəsində ölkəmizdə kənd təsərrüfatı və ərzaq sənayesi məhsullarının keyfiyyət göstəriciləri yüksəlib. Kənd Təsərrüfatı Nazirliyi qida təhlükəsizliyinin təmin edilməsində maraqlı tərəflərdən biridir. Bu sahədə nazirliyin üzərinə vəzifələr düşür və müvafiq tədbirlər həyata keçirilir”.
Sonra çıxış edən Avropa İttifaqının Sağlamlıq və Qida Təhlükəsizliyi üzrə Baş Direktoratlığının siyasət məmuru Janr Bloumendal, Gürcüstanın Kənd Təsərrüfatı və Ətraf Mühitin Mühafizəsi Nazirliyi yanında Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Zurab Çekuraşvili, Türkiyə Cümhuriyyətinin Heyvandarlıq və Meşəçilik Nazirliyinin Qida və Nəzarət Müdirliyinin rəhbəri Mümtaz Sinan, Serbiya Respublikasının Kənd Təsərrüfatı, Meşə və Su Resurslarının İdarəedilməsi Nazirliyinin dövlət katibi Senad Mahmudoviç, Qazaxıstan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Nəzarəti Komitəsinin sədri Arman Utequlov, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin Azərbaycan üzrə missiyasının direktoru Jaidev Jay Sinq Azərbaycanda qida təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirib, təmsil etdiyi ölkə və qurumların bu sahədə həyata keçirdiyi tədbirlərdən danışıblar.
AQTA-nın sədr müavini Elxan Mikayılov ölkəmizdə qida təhlükəsizliyi sahəsində həyata keçirilən islahatlara dair məruzə ilə çıxış edib.
Sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, ABŞ-ın Merilend Universiteti və ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Türk Standartlar İnstitutu, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu və Türkiyə Akkreditasiya Qurumu arasında anlaşma memorandumları imzalanıb. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri Sadiq Məmmədov, ABŞ-Azərbaycan Ticarət Palatasının Direktorlar Şurasının həmsədri Reza Vəziri, ABŞ-ın Merilend Universitetinin Beynəlxalq Proqramlar rəhbəri Çengi Vei, Türk Standartlar İnstitutunun rəhbəri Adem Şahin, Türkiyə Akkreditasiya Qurumunun rəhbəri Orbay Evrensevdi çıxış edərək memorandumun qida təhlükəsizliyi sahəsində imkanları genişləndirəcəyini deyiblər.
Konfrans sessiyalarla davam etdirilib. Sessiyalar zamanı “Kodeks Alimentarius” standartları, yerli qanunvericilik və beynəlxalq harmonizasiya, risklərə əsaslanan idxal qaydaları, HACCP sisteminin tətbiqi və qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin vəzifələri, qida təhlükəsizliyinin təmin olunmasında heyvanların identifikasiya sistemi və izlənilməsi mövzularında məruzələr dinlənilib və müzakirələr aparılıb.

 
  • Oxunub:  5040  |  
  • Tarix:  18-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır
25 İyun 14:17
Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub
25 İyun 14:03
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək
25 İyun 14:01
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
25 İyun 13:55
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
25 İyun 13:53
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
25 İyun 13:46
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
25 İyun 12:19
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25 İyun 12:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb
25 İyun 12:11
Azərbaycanlı şagirdlərin daha bir uğuru
25 İyun 12:07
Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar
25 İyun 12:05
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 12:02
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25 İyun 11:29
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA