Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub

Avropa Şurasının konfransında Azərbaycan uğurlu siyasət aparan ölkə kimi qeyd olunub

21.05.2019 [09:55]

Avropa Şurası tərəfindən həyata keçirilən “Uşaqların onlayn istismarı və zorakılığının qarşısının alınması” üzrə layihə çərçivəsində Azərbaycan pilot ölkələrdən biri olaraq 10 ölkə arasından seçilib. Layihənin açılış konfransı Strasburqda keçirilib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin layihə üzrə əlaqələndirici qurum olaraq iştirak etdiyi konfransda Azərbaycanı Milli Məclis, Xarici İşlər, Ədliyyə və Daxili İşlər nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti təmsil edib.
Bu barədə AZƏRTAC-a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Konfransda bu sahədə Azərbaycanda aparılan dövlət uşaq siyasəti, bu istiqamətdə həyata keçirilən layihələr, yaradılan qanunvericilik bazası barədə məlumat verilib, panellər üzrə təqdimatlar edilib.
İki gün davam edən konfransın sonunda Avropa Şurası Azərbaycanı üzv dövlət olaraq “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunun qəbuluna və həyata keçirilən preventiv tədbir və layihələrə görə uğurlu siyasət aparan müsbət ölkə adlandırıb. Layihə çərçivəsində Avropa Şurasından nümayəndə heyətinin Azərbaycana səfəri və aidiyyəti qurumlarla görüşlərin keçirilməsi də nəzərdə tutulub. İki il davam edəcək layihə müddətində bu sahədə qanunvericiliyin analizi, müxtəlif qurumların nümayəndələri üçün təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Azərbaycan Avropa Şurasının Uşaq hüquqları ilə bağlı Ad-Hoc və Lanzarota komitələrində təmsil olunaraq Avropa Şurasının bu sahədə qəbul etdiyi tövsiyələrin yerinə yetirilməsi və Avropa Şurasının müvafiq komitələrinin hazırladığı maarifləndirici materialların Azərbaycan dilinə tərcüməsi və yayımlanması sahəsində də uğurlu addım atan tərəfdaş ölkə kimi qeyd olunur. Avropa Şurasının Uşaq hüquqları üzrə Ad-Hoc komitəsinin növbəti iclası öz işini davam etdirir.
Qeyd edək ki, konfransda Azərbaycan nümayəndə heyətinin tərkibində Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva, şöbə müdiri Taliyə İbrahimova, Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Aynur Sabitova, Daxili İşlər Nazirliyinin nümayəndəsi Orxan Şabanov, Xarici İşlər Nazirliyinin nümayəndəsi Xuraman İsmayılova iştirak ediblər.

Paylaş:
Baxılıb: 375 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30