Ana səhifə »  Siyasət »  Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu
A+   Yenilə  A-
Siyasi diletant Əli Kərimlinin London-Bakı paradoksu

Yaxud antiazərbaycançı mərkəzlər və erməni lobbisi ilə sinxron fəaliyyət göstərən bu şəxsin Avropa Liqasının final matçı ilə bağlı fikirləri onun antimilli mahiyyətini ifşa edir
Bir neçə gündən sonra paytaxtımız növbəti mühüm idman bayramına - Avropa Liqasının final görüşünə ev sahibliyi edəcək. Dünyanın hər yerindən finala çıxan bu məşhur idman klublarının milyonlarla azarkeşinin nəzər-diqqəti Bakı şəhərinə yönələcək. Əlbəttə, UEFA-nın belə mühüm bir görüşə ev sahibliyi etmək hüququnu məhz ölkəmizə həvalə etməsi çox ciddi əsaslara malikdir. Burada Azərbaycanın “Eurovision” mahnı yarışması, birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi, Formula 1, müxtəlif idman yarışları üzrə dünya və Avropa çempionatlarını ən yüksək səviyyədə təşkil etməsi və dünyada yeni standartlar müəyyənləşdirməsi, bu sahədə zəngin təcrübəyə malik olması mühüm rol oynayıb.
Eyni zamanda, Azərbaycanda mövcud olan əmin-amanlıq, etibarlı sabitlik və təhlükəsizlik mühiti, ölkəmizin son illərdə əldə etdiyi sürətli iqtisadi inkişaf Bakının ev sahibliyinə səs verənlərin kifayət qədər düzgün qərar qəbul etdiklərini təsdiqləyir. Bununla belə, Azərbaycanın əldə etdiyi möhtəşəm nailiyyətlərdən narahatlıq keçirən, ölkəmizə qarşı qısqanc münasibətini hər fürsətdə dilə gətirən azsaylı qruplar da var ki, onlar bu dəfə də ənənələrinə sadiq qalırlar. Azərbaycanda uğurla baş tutan digər mühüm tədbirlər ərəfəsində olduğu kimi, hazırda da dünyadakı antiazərbaycançı mərkəzlərin və onların Bakıdakı uzantılarının ölkəmizə qarşı “qara piar” kampaniyasını müşahidə etməkdəyik. Şübhə yoxdur ki, Azərbaycan cəmiyyəti, o cümlədən dünyadakı ədalətli, reallıqları düzgün dəyərləndirməyi bacaran çoxluq tərəfindən bu “çat səslər” ciddi qəbul olunmur və buradakı məqsəd də hər kəsə gün kimi aydındır.
İdmanın siyasiləşdirilməsi yolverilməzdir!
Qeyd etmək lazımdır ki, idmanın siyasiləşdirilməsinin yolverilməzliyi beynəlxalq futbol qurumlarının ən mühüm tələblərindən biridir. Bu, FİFA, o cümlədən də UEFA üçün qətiyyən güzəşt yeri olmayan məsələlər sırasında dayanır. Amma görünür, bu dairələr yenə də “məqsəd naminə hər şeyi qurban vermək olar” təfəkkürü ilə hərəkət edib öz maraqlarını təmin etmək üçün beynəlxalq hüququn prinsiplərini belə heçə saymaqdan çəkinmirlər. Əslində, bu, həmişə belə olub - Azərbaycanda mühüm beynəlxalq tədbirlər keçirilən ərəfədə xaricdəki bədnam şəbəkə işə düşür, dərhal ölkəmizdəki “beşinci kolon” təmsilçiləri isə onların səsinə səs verirlər. İndi də proseslər eyni ssenari üzrə davam edir. Xaricdən bir səs gəldi, sonra bu səs Azərbaycana qarşı “qara piar” kampaniyasının həlqələri tərəfindən daha geniş tezliklərə ötürüldü, nəhayət, onların ölkəmizdəki buyruq qulları da tutuquşu kimi eyni fikirləri təkrarlamağa başladılar. Faktiki olaraq bu şəbəkə dünya erməniliyinə xidmət edir. Prosesdə diqqətimizi çəkən nüanslardan biri də antiazərbaycançı şəbəkənin tapşırıqlarını icra edən AXCP sədri Əli Kərimlinin absurd iddiaları ilə xaricdəki ermənipərəst dairələrin tezislərinin üst-üstə düşməsidir.
Əli Kərimli reneqat və diletantların kölgəsinə sığınan autsayderdir
Ümumiyyətlə, biz Azərbaycan siyasi palitrasının qarınaltı yükünə çevrilmiş marginal, radikal siyasi qrupların ölkəmiz üçün mühüm əhəmiyyətli məqamlarda qarşı səngərdə sipər aldıqlarını ilk dəfə deyil ki, müşahidə edirik. Həmişə antixalq və antidövlət xarakterli çağırışlar səsləndirən bu marginal, antimilli dəstənin müxalifətçilik anlayışı milli məqsədlərə xidmət edən missiya deyil, tam əksinə, milli maraqlarımıza zərbə vuran alət kimi çıxış edir. Radikalizm ideyasını mənimsəmiş, radikal-ekstremist dünyagörüşünə malik olan Ə.Kərimli və ətrafındakı dağıdıcılar hər fürsətdə öz ölkəsini aşağılayır, xalqının milli mənafeyini şəxsi korporativ maraqlarına qurban verirlər. Bu dağıdıcı azlıq yalnız bir amal uğrunda mübarizə aparır ki, nə olursa olsun, təki Azərbaycan üçün yaxşı olmasın. Çünki bunlar hesab edirlər ki, Azərbaycan dövləti və Azərbaycan xalqı qazandıqca ölkəmizin düşmənləri ilə birgə hərəkət edən bu xəyanətkar dəstə itirir.
Vaxtilə müxtəlif oyunlarla, şarlatanlıqla AXCP-ni mənimsəyən Əli Kərimli bu gün heç öz qohum-əqrəbası tərəfindən belə qəbul olunmayan, yalnız reneqat və diletantların kölgəsinə sığınan autsayderdir. AXCP sədri həmçinin Azərbaycan cəmiyyətində ziddiyyətlərin və qütbləşmənin olmasını arzu edən, bunun üçün çalışan təxribatçıdır. O, bütün siyasi fəaliyyətini cəmiyyətdəki qarşıdurmalar üzərindən qurmağa çalışır. Çünki Azərbaycandakı vətəndaş həmrəyliyi, sabitlik Kərimlinin ilham və təlimat aldığı mərkəzlərin maraqlarına uyğun deyil.
Canasyanlar Mixitaryan və Kərimliyə qarşı...
Bütün siyasi fəaliyyəti boyu ətrafındakı hər kəsə xəyanət edən Əli Kərimli üçün heç bir milli dəyər, ictimai maraq anlayışı yoxdur. Bunu onun sosial şəbəkələrdə öz səhifəsində etdiyi paylaşımlarda yer alan fikirləri də aydın şəkildə göstərir. Məsələn, Əli Kərimli ermənilərin iddialarına dəstək verərək Bakıda “təhlükəsizliyinizə zəmanət yoxdur” deyə qeyd edir. Bununla o,üstüörtülü şəkildə həm də “Arsenal” komandasının erməni əsilli futbolçusu Henrix Mixitaryan üçün hansısa təhlükə olması yönündə bədnam iddianı müdafiə etmiş olmurmu?
Bu gün bütün dünya Azərbaycandakı sabitlik və təhlükəsizlik mühitini örnək göstərir, dünya mediasında final görüşü ilə bağlı yayımlanan xəbər və reportajlarda bu məqam xüsusi vurğulanır. Eləcə də Azərbaycan dövləti Mixitaryan və heyətin digər bütün üzvlərinin təhlükəsizliyinə zəmanət verib. Üstəlik, nəzərə alsaq ki, Londonda baş verən cinayətlər hər min nəfərə düşən rəqəmlərə görə Bakıdakından ən azı on dəfə çoxdur, onda kiminsə Bakını ittiham etməyə nə mənəvi, nə də hüquqi haqqı çatır. Bu iddialara elə ermənilərin özlərinin dilindən səslənən etiraflar da tutarlı cavabdır. Belə ki, bu günlərdə Bakıda keçirilən aerobika üzə Avropa çempionatında erməni əsilli idmançılar Qarsevan Canasyan və Duxik Canasyan da iştirak edirlər və onlar mətbuata açıqlamalarında Azərbaycanda hər şeyin yüksək səviyyədə təşkil olduğunu, insanların çox ünsiyyətcil və həyatsevər olduqlarını və təhlükəsizliklə bağlı hər hansı bir narahatlığa əsas olmadığını bildiriblər. Bu isə bir daha Əli Kərimli və ona xaricdən təlimat verənlərin Mixitaryanın hansısa təhlükə ilə üzləşə biləcəyi ilə bağlı mənasız arqumentinin sabun köpüyündən başqa bir şey olmadığını göstərir.
Londonda qiymətlərin Bakıdan daha ucuz olduğunu iddia etmək həqiqəti təhrif yox, təhqir etməkdir!
Qətiyyətlə qeyd edə bilərik ki, anti-azərbaycançı şəbəkə xoru və “beşinci kolon”un digər bəhanələri də ölkəmizin reallıqlarından uzaq, gülünc fikirlərdən ibarətdir. Necə olur ki, cəmi bir neçə ay əvvəl Bakıya gəlmiş və UEFA bayrağı altında keçirilən qrup mərhələsində iştirak etmiş “Arsenal” futbol komandası üçün bu gün yenidən Qrinviçi bəri adlamaq birdən-birə müşkül məsələyə çevrilir? Axı şəhərlər arasında məsafə uzanmayıb...
Riyakarlığın da, yalan və böhtanın da bir həddi olmalıdır. Amma söhbət Əli Kərimlidən gedirsə, tam məsuliyyətimizlə deyə bilərik ki, bu adam siyasi etikanın bütün hədlərini, riyakarlığın bütün sədlərini aşmağa vərdiş edib. İndi də utanmadan iddia edir ki, Bakıda qiymətlər Londondan daha bahadır və bu da hansısa monopoliya ilə bağlıdır.
Bir insan reallıq hissini nə qədər itirmiş olmalıdır ki, Londonda qiymətlərin Bakıdan daha ucuz olduğunu iddia etsin? Əlbəttə, ailə üzvlərinin Londonda ən lüks şəraitdə həyatını təmin edən Əli Kərimli Britaniya paytaxtında qiymətlərin hansı həddə olduğunu gözəl bilir. Hamı bilir ki, London Bakı ilə müqayisədə iki dəfə baha olan hotel qiymətləri, astronomik həddə çatan taksi, metro, avtobus, kafe, restoran və digər xidmətlər üzrə ödənən məbləğlərlə dünyanın ən bahalı şəhərləri sırasında yer alır. “British Airways” şirkətinin təqdim etdiyi qiymətlər AZAL-ın qiymətlərindən qat-qat bahadır. Paris, Brüssel, Berlin, Madrid və başqa Avropa paytaxtlarında da qiymətlər bu səviyyədədir. Görəsən, bəs bu ölkələrdə hotellər, aviaşirkətlər kimin əlindədir, hansı “korrupsionerin monopoliyası”na xidmət edirlər?
Paytaxtımız növbəti dəfə Avropanın idman tarixinə öz adını parlaq hərflərlə yazdıracaq
Ə.Kərimlinin ölkəmizdəki hava limanları ilə bağlı iddiaları da onun və sinxron fəaliyyət göstərdiyi şəbəkənin fantaziyasının məhsuludur. Azərbaycan son illərdə özünün nəqliyyat şəbəkəsini xeyli dərəcədə inkişaf etdirərək bu sahədə də dünyanın qabaqcıl ölkələri ilə rəqabət aparmaq əzmindədir. Azərbaycanda mövcud olan hava limanları qabaqcıl texnologiyalara cavab verir və beynəlxalq status daşıyır. Eləcə də Heydər Əliyev Beynəlxalq Aeroportu hər gün minlərlə sərnişin qəbul edir və bu zaman heç bir problem yaşanmır.
Əcnəbi vətəndaşlar üçün tətbiq olunan ASAN viza rejimi dünyanın bütün ölkələrindən ölkəmizə üz tutmuş turistlər üçün prosesləri asanlaşdırdığı və hər kəsin təqdirini qazandığı halda, Əli Kərimlini qane etməyən nədir? Deməli, yenə də Azərbaycanın uğurlar qazanması, inkişaf etməsi, dünyada nüfuzunun artması AXCP sədrinin dərisinə birə salır. Çünki Əli Kərimli başa düşür ki, Azərbaycanın bütün uğurlarının kökündə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasi kurs dayanır və Azərbaycan iqtidarının hər bir uğuru Kərimlinin və tərəfdarlarının sonunu yaxınlaşdırır. Onlar faktiki olaraq siyasi səhnədən birdəfəlik silinmək perspektivi ilə üz-üzə dayanıblar ki, bu da kifayət qədər ədalətli bir nəticə olardı. Çünki Əli Kərimli kimi xalqına, dövlətinə düşmən münasibət göstərən antimilli təfəkkürlü insanlar siyasətdə olmalı deyillər.
Beləliklə, ermənipərəst şəbəkənin, dağıdıcı antimilli ünsürlərin və Kərimli kimi natamamların məqsədli şəkildə irəli sürdükləri iddialara, apardıqları “qara piar” kampaniyalarına baxmayaraq, Azərbaycanın bu möhtəşəm tədbirə yüksək səviyyəli hazırlığı, ölkəmizin iqtisadi qüdrəti və təşkilatçılıq bacarığı bir daha o əminliyi yaradır ki, paytaxtımız növbəti dəfə Avropanın idman tarixinə öz adını parlaq hərflərlə yazacaq.

Hikmət BABAOĞLU

 
  • Oxunub:  6150  |  
  • Tarix:  25-05-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir

15 Noyabr 16:38
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar
15 Noyabr 16:24
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15 Noyabr 16:18
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib
15 Noyabr 16:15
Rob Sobhani: Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dini azadlıq nümunəsi olduğunu nümayiş etdirir
15 Noyabr 16:09
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15 Noyabr 15:59
Vüqar Rəhimzadə: Azərbaycan nadir qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib
15 Noyabr 15:34
Azərbaycan 13 milyard dollarlıq neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edib
15 Noyabr 15:26
Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlarla görüşüb
15 Noyabr 15:24
Azərbaycanla Gürcüstanın dəmir yollarının əməkdaşlığının perspektivləri müzakirə olunub
15 Noyabr 15:20
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı və Yardımlıda vətəndaşları qəbul edib
15 Noyabr 15:18
Zoltan Hernyeş: İnsan hüquqları ilə süni intellekt məsələlərin əlaqəsi mühüm məsələlərdən biridir
15 Noyabr 15:14
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
15 Noyabr 15:08
BDU-nun 100 illik yubileyi ilə bağlı yaradıcılıq müsabiqəsinə yekun vurulub
15 Noyabr 15:06
Avropa İnvestisiya Bankı 2021-ci ildən ənənəvi enerji mənbələri üzrə layihələri maliyyələşdirməyəcək
15 Noyabr 14:46
Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib
15 Noyabr 14:37
2025-ci ildən sonra neft tələbatındakı artım tempi yavaşlayacaq
15 Noyabr 14:35
Ravvin Eli Abadi: Azərbaycan dünyada multikulturalizm və dinlərarası əməkdaşlıq diyarı kimi tanınır
15 Noyabr 14:07
Bakı Dövlət Universitetində tədbir: Ozan sənəti milli sərvətimizdir
15 Noyabr 14:03
Azərbaycanın Energetika naziri Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxıstan sammitində iştirak edib
15 Noyabr 13:56
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib
15 Noyabr 13:22
Naybori Sammiti çərçivəsində Azərbaycanda qadın hüquqları sahəsində görülmüş işlərdən danışılıb
15 Noyabr 13:17
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
15 Noyabr 13:13
Dünya dini liderlərinin II Bakı Sammiti plenar iclasla işini davam etdirir
15 Noyabr 12:59
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb
15 Noyabr 12:55
Bakının Türkan qəsəbəsində sakinlərin problemləri dinlənilib
15 Noyabr 12:54
Senator Lindsi Qrem qondarma “erməni soyqırımı”nın tanınması haqqında qətnaməni ABŞ Senatında bloklayıb
15 Noyabr 12:50
Qadın kimyaçılara həsr olunan tədbir
15 Noyabr 12:46
2020-ci ilin dövlət büdcəsinin 39.5 faizi bilavasitə sosial məqsədlərə yönələcək
15 Noyabr 12:43
Azərbaycanın Xarici İşlər naziri 10-cu Sir Bani Yas Forumunda iştirak edəcək
15 Noyabr 12:42
Ümidlər və proqnozlar: Ərdoğanın Vaşinqton səfərinin nəticələri
15 Noyabr 12:06
Stanislav Zvolenski: Bakı Sammiti müxtəlif dinlər və təriqətlər arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verəcək
15 Noyabr 11:48
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bölmə katibləri hesabat veriblər
15 Noyabr 11:43
Azərbaycanda startaplar üçün “StartupFest 2019” keçiriləcək
15 Noyabr 11:39
Los Anceles sinaqoqunda Qarabağ həqiqətlərinə həsr olunmuş geniş tədbir keçirilib
15 Noyabr 11:27
“Avro 2020”: Bu gün 11-ci tur çərçivəsində səkkiz qarşılaşma oynanılacaq
15 Noyabr 11:26
Müxtəlif qoşun növlərinin cəlb olunduğu əməliyyat təlimi davam edir
15 Noyabr 11:23
Nazir Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
15 Noyabr 11:12
Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub
15 Noyabr 11:07
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub
15 Noyabr 10:51
“Euronews” televiziya kanalı Bakı Caz Festivalı haqqında reportaj yayımlayıb
15 Noyabr 10:48
Bakıda ilk dəfə olaraq “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans işə başlayıb
15 Noyabr 10:39
Daşkənddə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində 18-ci Nazirlər Konfransı keçirilib
15 Noyabr 10:29
Belarusda Azərbaycanın turizm imkanları təqdim olunub
15 Noyabr 10:17
Prezident İlham Əliyev: Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir
15 Noyabr 10:15
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb
15 Noyabr 10:13
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Bakıda “Jen Mironosits” pravoslav kafedral kilsəsini ziyarət edib
15 Noyabr 10:07
Beyləqanda tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşır
15 Noyabr 10:04
AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarıldı
15 Noyabr 10:03
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
15 Noyabr 09:57
Qaradağ rayonunda qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb
15 Noyabr 09:56
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir
15 Noyabr 09:50
Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib
15 Noyabr 09:48
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib olub
15 Noyabr 09:46
Azərbaycanın regionlarında payızlıq taxıl səpini uğurla davam etdirilir
14 Noyabr 22:19
Azərbaycanın Xarici İşlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14 Noyabr 22:14
Ali Erbaş: Terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq
14 Noyabr 22:12
Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
14 Noyabr 22:10
Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 21:20
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
14 Noyabr 21:13
Martin Pammer: Azərbaycan dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayır
14 Noyabr 21:11
Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib
14 Noyabr 21:01
İsrailin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
14 Noyabr 20:57
AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb
14 Noyabr 20:53
Prezident İlham Əliyevin təşəbbüsü xalqlar və dövlətlər arasında əməkdaşlığa böyük töhfədir
14 Noyabr 20:51
Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 20:49
Azərbaycan ilə Sinqapur arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 20:46
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətin Vyanada görüşləri davam etdirir
14 Noyabr 20:43
Milli Məclisin deputatları Belarusda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
14 Noyabr 20:37
Mirzəcan Xəlilov: Gələn ilin dövlət büdcəsində qeyri-neft sektoruna verilən üstünlük xüsusi olaraq nəzərə çarpır
14 Noyabr 20:33
Tahir Süleymanov: Ölkəmizin müsbət reallıqları, inkişaf meylləri gələn ilin büdcə proqnozlarının müəyyənləşdirilməsinə də öz müsbət təsirini göstərib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +14
gecə+9 +11