Ana səhifə »  Siyasət »  Qurtuluşun fəlsəfəsi
A+   Yenilə  A-
Qurtuluşun fəlsəfəsi

Siyavuş Novruzov,

Milli Məclisin İctimai birliklər və

dini qurumlar komitəsinin sədri,

Yeni Azərbaycan Partiyası

İcra katibinin müavini

 

Yalnız yüksək amallara xidmət edən cahanşümul bir ideya, qloballaşan dünyada gedən proseslərin obyektiv dərkinə əsaslanan hərtərəfli işlənib hazırlanmış elmi konsepsiya bu gün haqqında hər birimizin böyük qürur hissi ilə danışdığımız müstəqil, dinamik inkişaf edən Azərbaycan reallığını ərsəyə gətirə bilərdi. Yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə, millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab oluna bilər. 15 İyun - Milli Qurtuluş Gününün yaranma fəlsəfəsi də məhz yuxarıda qeyd etdiyimiz ali və uca missiyaya xidmət edən bir ideologiya ilə silahlanmış qüdrətli rəhbərin düşüncə və fəaliyyəti prizmasında dəyərləndirilməlidir. 

Ümummilli Lider Heydər Əliyevin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ona görə ki, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı, lakin əsl milli dəyər mahiyyətini bugünkü uğurlarımızda daha real dərk etdiyi müstəqillik idealında cəmiyyətimizin qarşılaşdığı məşəqqət, faciəli anlar ağrılı günlər öz izini qoymuşdur. Ulu Öndərin bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, çünki bu optimizmdə Onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapmışdır. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir.

Ulu Öndər Özünün bütün siyasi karyerası boyu xalqımızın müstəqilliyə yetmək istəyini duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı Özünün fəaliyyət kredosuna çevirmişdir. O, istər dərin məzmunlu çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaratmışdır. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdətini görürük. Məhz bu məqamda, istər sovet imperiyasının ağır repressiya maşınının tam gücü ilə işlədiyi dövrdə, istərsə nisbi sabitlik və sülhün hakim olduğu vaxtlarda və nəhayət, yeni ictimai-siyasi, iqtisadi epoxa ilə şərtlənən mürəkkəb müstəqillik illərində doğma xalqına xidmətin ən müxtəlif forma və metodlarını müəyyənləşdirən, tapıb üzə çıxaran Heydər Əliyev Özünün zamana qalib gələn qüdrətli şəxsiyyəti ilə tarix səhnəsində olduqca əzəmətli görünür.  

Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz dörd illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. O, Vətəndaş, Şəxsiyyət, Lider kimi bütün bu illərdə Azərbaycanın məsuliyyətini Öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Onun adı ilə əlaqədardır.

Məlum olduğu kimi, insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. İnsan hüquqları ciddi elmi araşdırmaların predmetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkələrin konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur. Bununla yanaşı, insan hüquqları ideyasının həyata keçirilməsi hələ də bir çox anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili və beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır.

Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Ən əsası isə, Ulu Öndər dövlətçiliyimizi təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan, müstəqil Azərbaycanın ideoloji-iqtisadi əsaslarını (Azərbaycançılıq ideologiyası və “Əsrin müqaviləsi”) möhkəmləndirdikdən az sonra müəllifi olduğu 1995-ci il Konstitusiyasında insan hüquq və azadlıqlarını təsbit etdi və hüquqi təminat altına aldı. Beləliklə, olduqca qısa zaman kəsiyində müdrik rəhbərimizin dəmir məntiqi, silinməz dəst-xəttinin, zəngin həyat təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan, dünya standartlarının tələblərinə tam dolğunluğu ilə cavab verən konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu. Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olundu. Bu gün Əsas qanunu iftixar hissi ilə xalqımız haqlı olaraq “Heydər Əliyev Konstitusiyası” adlandırır, eyni zamanda, onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir. Bu, xalqın rəhbərinə olan sonsuz və ülvi məhəbbətin ifadəsi, Konstitusiyanın hazırlanmasında, müzakirəsində və qəbul edilməsində yorulmaz fəaliyyətinə verdiyi halal qiymətdir.

Siyasi sistem özündə müxtəlif profilli komponentləri cəmləşdirən çoxfunksiyalı strukturdur və bu sistemin hər bir komponenti özünün xüsusi strukturuna və ifadə xüsusiyyətlərinə malikdir. Belə çoxfunksiyalı strukturu təşkil edən ayrı-ayrı komponentlərin (institusional, funksional, requlyativ, kommunikativ, ideoloji profilli komponentlər) formalaşmasında Heydər Əliyev fenomeninin rolunu bir məqalə çərçivəsində şərh etmək çox çətindir. Lakin danılmaz həqiqətdir ki, Azərbaycanda siyasi sistemin təşəkkül tapmasında məhz Onun müstəsna xidməti vardır. Belə ki, Onun 30 ildən artıq bir müdətdə Azərbaycanda siyasi hakimiyyətin başında olması faktının özü çağdaş Azərbaycanın siyasi sisteminin formalaşmasında Heydər Əliyev fenomeninin hansı rola malik olmasını aydın şəkildə göstərir. Çünki məhz siyasi hakimiyyət siyasi sistemin elementlərinin təmərküzləşməsi və formalaşması baxımından ən vacib amildir. Siyasi sistemdə cəmiyyətin həyatının bütün yönləri - cəmiyyətin mövcudluğunun iqtisadi şərtləri, cəmiyyətin sosial və milli strukturu, ictimai şüurun vəziyyəti və səviyyəsi, mədəniyyət və s. - öz əksini tapır. Məhz siyasi sistem vasitəsilə cəmiyyətin əsas maraqları, sosial prioritetlər müəyyənləşdirilir ki, sonralar onlar siyasətdə möhkəmlənir.

XXI əsr tarixə sivilizasiyanı keyfiyyətcə yeni bir mərhələyə yüksəldən qloballaşma əsri kimi daxil olmuşdur. İnkişaf səviyyələrində, din və mədəniyyətlərində, tarixi ənənələrində mövcud olan fərqlərə baxmayaraq, qlobal proseslər dünya ölkələrinin və xalqlarının bir-birindən qarşılıqlı asılılığını getdikcə artırır. Bu proseslər xalqların və bütövlükdə sivilizasiyanın taleyini həlledici dərəcədə müəyyən etməyə başlamışdır. Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət bugünkü qlobal reallığın və fundamental tendensiyaların mükəmməl dərkinə əsaslanır və hazırkı planetar miqyaslı konyunktur dəyişikliklərə tamamilə cavab verir.

Müasir dövrdə ictimai həyatın bütün sahələri kimi, mədəniyyətlər də getdikcə qloballaşmaya məruz qalır, fərqli sivilizasiyaların Hantinqtonun deyimi ilə, sadəcə, “qarşıdurması” deyil, həm də inteqrasiyası baş verir. Bu prosesdən təcrid olunmaq, öz milli məhdudluğuna qapanıb qalmaq qeyri-mümkündür. Qloballaşmanın gedişi, təbii ki, sivilizasiyaların taleyindən yan keçə bilməz. Belə ki, qloballaşan sosio-mədəni məkanda ölkələrin və sivilizasiyaların qarşılıqlı asılılığı daha da artır, miqrasiya prosesinin genişlənməsi ilə onların bir-birinə yaxınlaşması daha da intensiv səciyyə daşımağa başlayır, digər tərəfdən isə, xalqların sivilizasion özünüdərki prosesi geniş vüsət alır, milli və dini zəmində ziddiyyətlər ortaya çıxır. Təbii ki, belə bir ortamda hər bir sivil dövlət qloballaşmanın ortaya çıxardığı ziddiyyətlərdən və fəsadlardan qaçaraq, bu axını xalqların iqtisadi, mədəni həyatının inkişafı üçün bir üstünlüyə çevirməlidir. Məhz bu amili nəzərə alaraq Ulu Öndər Heydər Əliyev uzaqgörənliklə demişdir ki, “Dünyanın inkişafının indiki mərhələsinin başlıca meyli qloballaşmadır. Bu mürəkkəb, heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşündürür. Bu zəruri axın dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir”. Beləliklə, Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin təməlinə yerləşdirdiyi azərbaycançılıq ideologiyasının birləşdirici və ehtivaedici xarakterinin aktuallığı günümüzdə daha artıq önəm və əhəmiyyət qazanır.

Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur. Bu baxımdan əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizmin Azərbaycan modeli sınanmış və optimal variant kimi qarşımıza çıxır.

Ulu Öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq” deyən Ulu Öndər bütün sonrakı siyasi fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.

Azərbaycanın ən yeni tarixi şəxsiyyətin və liderin ictimai-dövlət həyatındakı rolunun əsrlər dəyişdikcə nəinki azalmadığı, hətta effektiv çalarlar qazanaraq praqmatik məzmun və mahiyyət kəsb etdiyini bir daha təsdiqləyir. Təbii ki, politoloji anlamda lider dediyimiz şəxs tarixi inkişafın obyektiv qanunauyğunluqlarını dərindən dərk edən, cəmiyyətin dinamik güclərini vahid ideya ətrafında səfərbər edərək, addım-addım hədəfə çatmağı bacaran, strateji və proqressiv düşüncə tərzinə malik rəhbər modelini ehtiva edir. Belə rəhbərin fəaliyyəti möhkəm sosial-iqtisadi və ideoloji bazaya, elektoratın sonsuz inamına söykənən bir sistemə malikdirsə və bütün bu komponentlərin məcmusu yeni və qüdrətli liderə transformasiya edirsə, daha əzəmətli və uzunömürlü olur. Ümummilli Liderimiz Heydər Əliyevin layiqli varisi, möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında xalqımız öz taleyində məhz belə uğurlu fenomenə şahidlik etməkdədir.

Əsrimizin ilk prezident seçkilərində xalqımızın iradəsinə arxalanan, siyasətini milli maraqlarımızın tam təmin olunması üzərində quran, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını rəhbər tutan və regionda çox böyük nüfuza malik olan İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə köklü dəyişikliklərlə, xalqın rifah halının daim yaxşılaşdırılması, Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadlıq və quruculuq işləri və dünyada bənzəri olmayan sıçrayışlı iqtisadi inkişafla tariximizə qızıl hərflərlə yazılmaqdadır.

Qurtuluşun fəlsəfəsiSiyavuş Novruzov,Milli Məclisin İctimai birliklər vədini qurumlar komitəsinin sədri,Yeni Azərbaycan Partiyasıİcra katibinin müaviniYalnız yüksək amallara xidmət edən cahanşümul bir ideya, qloballaşan dünyada gedən proseslərin obyektiv dərkinə əsaslanan hərtərəfli işlənib hazırlanmış elmi konsepsiya bu gün haqqında hər birimizin böyük qürur hissi ilə danışdığımız müstəqil, dinamik inkişaf edən Azərbaycan reallığını ərsəyə gətirə bilərdi. Yaxın tarixi təcrübəmiz real şəkildə sübut etdi ki, əgər müstəqillik həqiqi mənada xalqa xidmət edirsə, millətə öz milli həyatını sərbəst, özünəməxsus şəkildə qurmaq imkanı verirsə, yalnız bu halda o, milli inkişafın ən müqəddəm şərti hesab oluna bilər. 15 İyun - Milli Qurtuluş Gününün yaranma fəlsəfəsi də məhz yuxarıda qeyd etdiyimiz ali və uca missiyaya xidmət edən bir ideologiya ilə silahlanmış qüdrətli rəhbərin düşüncə və fəaliyyəti prizmasında dəyərləndirilməlidir. Ümummilli Lider Heydər Əliyevin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harda olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” deyimini bu gün də həyəcansız xatırlamaq mümkün deyil. Ona görə ki, xalqımızın əsrlər boyu uğrunda mübarizə apardığı, lakin əsl milli dəyər mahiyyətini bugünkü uğurlarımızda daha real dərk etdiyi müstəqillik idealında cəmiyyətimizin qarşılaşdığı məşəqqət, faciəli anlar ağrılı günlər öz izini qoymuşdur. Ulu Öndərin bu həyat manifesti bizdə ölçüyəgəlməz qürur hissi doğurur, çünki bu optimizmdə Onun rəhbərliyi ilə milli varlığımızın taleyüklü problemlərinin həlli yolunda atılan uğurlu addımları, milli tərəqqiyə mane olan neqativ əyintiləri vaxtında təmkin və qətiyyətlə aradan qaldırmaq əzmi və bacarığı, elin qüdrətindən mayalanan milli təfəkkürün yaradıcı potensial təcəssümünü tapmışdır. Məhz buna görə Heydər Əliyevin müstəqillik konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar fonunda xüsusi aktuallıqla səslənir.Ulu Öndər Özünün bütün siyasi karyerası boyu xalqımızın müstəqilliyə yetmək istəyini duymuş və müdafiə etmiş, bu taleyüklü milli problemin məzmun və mahiyyətinə dərindən nüfuz etmiş, bu amalı Özünün fəaliyyət kredosuna çevirmişdir. O, istər dərin məzmunlu çıxışlarında, istərsə də xalqla keçirdiyi görüşlərdə səsləndirdiyi ideyalarla müstəqillik konsepsiyasının nəzəri-praktiki əsaslarını yaratmışdır. Bu konsepsiyada milli dövlətçilik ideyaları ilə həmin ideyaları həyata keçirən müdrik siyasətin obrazının dialektik vəhdətini görürük. Məhz bu məqamda, istər sovet imperiyasının ağır repressiya maşınının tam gücü ilə işlədiyi dövrdə, istərsə nisbi sabitlik və sülhün hakim olduğu vaxtlarda və nəhayət, yeni ictimai-siyasi, iqtisadi epoxa ilə şərtlənən mürəkkəb müstəqillik illərində doğma xalqına xidmətin ən müxtəlif forma və metodlarını müəyyənləşdirən, tapıb üzə çıxaran Heydər Əliyev Özünün zamana qalib gələn qüdrətli şəxsiyyəti ilə tarix səhnəsində olduqca əzəmətli görünür.  Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz dörd illik bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. O, Vətəndaş, Şəxsiyyət, Lider kimi bütün bu illərdə Azərbaycanın məsuliyyətini Öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkəti, onun bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz Onun adı ilə əlaqədardır.Məlum olduğu kimi, insan hüquqları və dövlət hakimiyyətinin məhdudlaşdırılması ideyası bu gün dünyada ictimai inkişaf prosesinə istiqamət verən mühüm ideyalardan biridir. İnsan hüquqları ciddi elmi araşdırmaların predmetinə, daxili siyasətlə bağlı qızğın müzakirə və mübahisələrin mövzusuna, əksər ölkələrin konstitusiyasının ana xəttinə, sülh və əməkdaşlıq haqqında beynəlxalq sazişlərin başlıca məğzinə çevrilmişdir. Dünyanın əksər ölkələrində insan haqları insanın mövcudluğunun və milli inkişafın ən vacib şərti kimi qəbul olunur. Bununla yanaşı, insan hüquqları ideyasının həyata keçirilməsi hələ də bir çox anlaşılmazlıqların, ziddiyyətlərin, ölkədaxili və beynəlxalq gərginliklərin mənbəyi olaraq qalır.Bütün digər sahələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqları sahəsində islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz Ümummilli Liderimiz Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Ən əsası isə, Ulu Öndər dövlətçiliyimizi təhdid edən təhlükəli tendensiyaları aradan qaldırdıqdan, müstəqil Azərbaycanın ideoloji-iqtisadi əsaslarını (Azərbaycançılıq ideologiyası və “Əsrin müqaviləsi”) möhkəmləndirdikdən az sonra müəllifi olduğu 1995-ci il Konstitusiyasında insan hüquq və azadlıqlarını təsbit etdi və hüquqi təminat altına aldı. Beləliklə, olduqca qısa zaman kəsiyində müdrik rəhbərimizin dəmir məntiqi, silinməz dəst-xəttinin, zəngin həyat təcrübəsi və işıqlı zəkasının ən böyük əsəri olan, dünya standartlarının tələblərinə tam dolğunluğu ilə cavab verən konstitusiya layihəsi hazırlanaraq ümumxalq səsverməsinə təqdim olundu. Həmin sənəd 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi - referendum yolu ilə qəbul olundu. Bu gün Əsas qanunu iftixar hissi ilə xalqımız haqlı olaraq “Heydər Əliyev Konstitusiyası” adlandırır, eyni zamanda, onu Heydər Əliyevin siyasi yaradıcılığının şah əsəri hesab edir. Bu, xalqın rəhbərinə olan sonsuz və ülvi məhəbbətin ifadəsi, Konstitusiyanın hazırlanmasında, müzakirəsində və qəbul edilməsində yorulmaz fəaliyyətinə verdiyi halal qiymətdir.Siyasi sistem özündə müxtəlif profilli komponentləri cəmləşdirən çoxfunksiyalı strukturdur və bu sistemin hər bir komponenti özünün xüsusi strukturuna və ifadə xüsusiyyətlərinə malikdir. Belə çoxfunksiyalı strukturu təşkil edən ayrı-ayrı komponentlərin (institusional, funksional, requlyativ, kommunikativ, ideoloji profilli komponentlər) formalaşmasında Heydər Əliyev fenomeninin rolunu bir məqalə çərçivəsində şərh etmək çox çətindir. Lakin danılmaz həqiqətdir ki, Azərbaycanda siyasi sistemin təşəkkül tapmasında məhz Onun müstəsna xidməti vardır. Belə ki, Onun 30 ildən artıq bir müdətdə Azərbaycanda siyasi hakimiyyətin başında olması faktının özü çağdaş Azərbaycanın siyasi sisteminin formalaşmasında Heydər Əliyev fenomeninin hansı rola malik olmasını aydın şəkildə göstərir. Çünki məhz siyasi hakimiyyət siyasi sistemin elementlərinin təmərküzləşməsi və formalaşması baxımından ən vacib amildir. Siyasi sistemdə cəmiyyətin həyatının bütün yönləri - cəmiyyətin mövcudluğunun iqtisadi şərtləri, cəmiyyətin sosial və milli strukturu, ictimai şüurun vəziyyəti və səviyyəsi, mədəniyyət və s. - öz əksini tapır. Məhz siyasi sistem vasitəsilə cəmiyyətin əsas maraqları, sosial prioritetlər müəyyənləşdirilir ki, sonralar onlar siyasətdə möhkəmlənir.XXI əsr tarixə sivilizasiyanı keyfiyyətcə yeni bir mərhələyə yüksəldən qloballaşma əsri kimi daxil olmuşdur. İnkişaf səviyyələrində, din və mədəniyyətlərində, tarixi ənənələrində mövcud olan fərqlərə baxmayaraq, qlobal proseslər dünya ölkələrinin və xalqlarının bir-birindən qarşılıqlı asılılığını getdikcə artırır. Bu proseslər xalqların və bütövlükdə sivilizasiyanın taleyini həlledici dərəcədə müəyyən etməyə başlamışdır. Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu, möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi daxili və xarici siyasət bugünkü qlobal reallığın və fundamental tendensiyaların mükəmməl dərkinə əsaslanır və hazırkı planetar miqyaslı konyunktur dəyişikliklərə tamamilə cavab verir.Müasir dövrdə ictimai həyatın bütün sahələri kimi, mədəniyyətlər də getdikcə qloballaşmaya məruz qalır, fərqli sivilizasiyaların Hantinqtonun deyimi ilə, sadəcə, “qarşıdurması” deyil, həm də inteqrasiyası baş verir. Bu prosesdən təcrid olunmaq, öz milli məhdudluğuna qapanıb qalmaq qeyri-mümkündür. Qloballaşmanın gedişi, təbii ki, sivilizasiyaların taleyindən yan keçə bilməz. Belə ki, qloballaşan sosio-mədəni məkanda ölkələrin və sivilizasiyaların qarşılıqlı asılılığı daha da artır, miqrasiya prosesinin genişlənməsi ilə onların bir-birinə yaxınlaşması daha da intensiv səciyyə daşımağa başlayır, digər tərəfdən isə, xalqların sivilizasion özünüdərki prosesi geniş vüsət alır, milli və dini zəmində ziddiyyətlər ortaya çıxır. Təbii ki, belə bir ortamda hər bir sivil dövlət qloballaşmanın ortaya çıxardığı ziddiyyətlərdən və fəsadlardan qaçaraq, bu axını xalqların iqtisadi, mədəni həyatının inkişafı üçün bir üstünlüyə çevirməlidir. Məhz bu amili nəzərə alaraq Ulu Öndər Heydər Əliyev uzaqgörənliklə demişdir ki, “Dünyanın inkişafının indiki mərhələsinin başlıca meyli qloballaşmadır. Bu mürəkkəb, heç də birmənalı olmayan prosesin perspektivləri bizim hamımızı düşündürür. Bu zəruri axın dövlətlərin sabit inkişafının, bütövlüyünün və idarəetmə sistemlərinin sabitliyinin təmin olunmasına, iqtisadi münasibətlərdə ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah halının yüksəldilməsinə kömək etməlidir”. Beləliklə, Ümummilli Liderin Azərbaycan dövlətçiliyinin təməlinə yerləşdirdiyi azərbaycançılıq ideologiyasının birləşdirici və ehtivaedici xarakterinin aktuallığı günümüzdə daha artıq önəm və əhəmiyyət qazanır.Müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyalara əsaslanan düşünülmüş multukulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun sübutlarından biri Azərbaycan Respublikasının inkişafıdır ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri harmonik inkişaf edirlər. Multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, təəssüf ki, bütün dünyada getdikcə artan anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur. Bu baxımdan əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizmin Azərbaycan modeli sınanmış və optimal variant kimi qarşımıza çıxır.Ulu Öndər Heydər Əliyev bununla ilk növbədə multikulturalizm siyasi modelinin assimilyasiya və izolyasiya kimi digər mümkün siyasi modellərdən üstün olduğunu bütün dünyaya nümayiş etdirdi. “Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymətəndiririk və qoruyub saxlayacağıq” deyən Ulu Öndər bütün sonrakı siyasi fəaliyyətini bu sərvətin əbədi olması istiqamətinə yönəltdi.Azərbaycanın ən yeni tarixi şəxsiyyətin və liderin ictimai-dövlət həyatındakı rolunun əsrlər dəyişdikcə nəinki azalmadığı, hətta effektiv çalarlar qazanaraq praqmatik məzmun və mahiyyət kəsb etdiyini bir daha təsdiqləyir. Təbii ki, politoloji anlamda lider dediyimiz şəxs tarixi inkişafın obyektiv qanunauyğunluqlarını dərindən dərk edən, cəmiyyətin dinamik güclərini vahid ideya ətrafında səfərbər edərək, addım-addım hədəfə çatmağı bacaran, strateji və proqressiv düşüncə tərzinə malik rəhbər modelini ehtiva edir. Belə rəhbərin fəaliyyəti möhkəm sosial-iqtisadi və ideoloji bazaya, elektoratın sonsuz inamına söykənən bir sistemə malikdirsə və bütün bu komponentlərin məcmusu yeni və qüdrətli liderə transformasiya edirsə, daha əzəmətli və uzunömürlü olur. Ümummilli Liderimiz Heydər Əliyevin layiqli varisi, möhtərəm Prezidentimiz İlham Əliyevin timsalında xalqımız öz taleyində məhz belə uğurlu fenomenə şahidlik etməkdədir.Əsrimizin ilk prezident seçkilərində xalqımızın iradəsinə arxalanan, siyasətini milli maraqlarımızın tam təmin olunması üzərində quran, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dinamik inkişaf strategiyasını rəhbər tutan və regionda çox böyük nüfuza malik olan İlham Əliyevin dövlətimizin başçısı seçilməsi ilə müasir tariximizdə keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Bütün sahələrdə köklü dəyişikliklərlə, xalqın rifah halının daim yaxşılaşdırılması, Azərbaycanın dünyadakı rolunun yüksəlməsi ilə müşayiət olunan bu mərhələ daxili və xarici siyasi kursumuzda möhtəşəm uğurlarla, nəhəng abadlıq və quruculuq işləri və dünyada bənzəri olmayan sıçrayışlı iqtisadi inkişafla tariximizə qızıl hərflərlə yazılmaqdadır.

 
  • Oxunub:  9450  |  
  • Tarix:  14-06-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
21 Yanvar 10:44
Osman Gündüz: “Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3