Ana səhifə »  Siyasət »  Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilib
A+   Yenilə  A-
Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilib

Oqtay Əsədov: Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması xalqı böyük fəlakətdən və qardaş qırğınından qurtardı
İyunun 14-də Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. O bildirib ki, 26 il əvvəl - 1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası başlayıb: “Zaman bizi 1990-cı illərin həyəcanlı günlərindən uzaqlaşdırdıqca tariximizin bu dönüş məqamında canlı şahidi olduğumuz siyasətçilərin qədir-qiymətini daha yaxşı bilməliyik. O dövrlərdə Azərbaycan dövləti ikinci dəfə əldə etdiyi müstəqilliyi itirmək ərəfəsində idi, qardaş qırğını təhlükəsi vardı. Bu çətin zamanlarda müdrik Azərbaycan xalqı üzünü dahi oğlu, böyük şəxsiyyət Heydər Əliyevə tərəf tutdu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması xalqı böyük fəlakətdən və qardaş qırğınından qurtardı. Azərbaycanın müasir dövlətinin istiqamətləri müəyyənləşdi. Ona görə də hər il iyun ayının 15-ni Milli Qurtuluş Günü kimi qeyd edirik”.
Milli Məclisin sədri 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan xalqına davamlı inkişaf arzulayıb.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanılıb.
“Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihə birinci oxunuşdan sonra Maliyyə Nazirliyinin və digər strukturların rəhbərlərinin iştirakı ilə komitədə geniş müzakirə edilib. Büdcənin icrasının uğurlu olduğu konkret faktlarla əsaslandırılıb, eyni zamanda, bir sıra təkliflər səsləndirilib. Həyata keçirilən bir sıra proqramların növbəti ildə də davam etdirilməsinin məqsədəuyğunluğu bildirilib. Ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üçün maliyyə təminatının yaradılması diqqətdə saxlanılıb.
Müzakirələr zamanı deputatlar Şəmsəddin Hacıyev və Rauf Əliyev fikirlərini bildiriblər, qeyd və təkliflərini veriblər.
İclasda çıxış edən vergilər naziri Mikayıl Cabbarov birinci oxunuşdan sonra səsləndirilən suallara və deyilən fikirlərə münasibət bildirərək deyib ki, nağdsız hesablaşmalar iqtisadiyyatın şəffaflaşmasına xidmət edir. Bu məsələdə Vergilər Nazirliyi müvafiq qurumlarla yaxından çalışır. Nazir diqqətə çatdırıb ki, nağd pul kütləsinin xüsusi çəkisi 2017-ci ilin dekabr ayı ilə müqayisədə 2018-ci ilin dekabrında 60,1 faizdən 51,9 faizə qədər azalıb. Bu rəqəm dinamikanın hansı istiqamətə yönəldiyini aydın şəkildə göstərir. Eyni zamanda, 2016-cı illə müqayisədə pos-terminalların sayında 16 faizədək azalma olub. 2016-cı ildə bu rəqəm 80301 ədəd idisə, cari il iyunun 1-nə 67032 pos-terminal qeydiyyatdadır. Eyni zamanda, hazırda ölkədə 6 milyon 721 min ədəd ödəniş kartı mövcuddur.
Mikayıl Cabbarov bildirib ki, nağdsız hesablaşmaların aparılmasında ən böyük sual budur ki, tərəflər (sahibkarlar, banklar, vətəndaşlar) nə qədər maraqlıdır. Buna cavab vermək üçün aşağıdakı məsələlərə diqqət yetirmək vacibdir: İlk olaraq komissiya haqları. Hazırda pos-terminallar üzrə ödənilən komissiya haqqı Azərbaycanda 1,29-2,37 faiz arası dəyişir. Müqayisə üçün Gürcüstanda 1,5-2 faiz, İngiltərədə 1,5-2 faiz, İtaliyada 2-2,75 faiz, Rusiyada 2-3 faiz arası dəyişir. Müqayisə üçün deyə bilərik ki, bizdə olan komissiya və tariflər xarici ölkələrdəkindən yüksək deyil. Dövlət bu tarif məsələsinə müdaxilə etmir.
Sonra “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
“Əhalinin sağlamlığının qorunması haqqında” qanuna dəyişiklik edilməsi haqqında qanun layihəsini ikinci oxunuşda təqdim edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, dəyişiklik tibb müəssisələrinin akkreditasiyası ilə bağlıdır və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin tələblərə uyğunluğunun müəyyən edilməsi məqsədi daşıyır. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda təsdiqlənib.
İclasda ikinci oxunuşda İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında və birinci oxunuşda Mülki Məcəlləyə dəyişiklik edilməsi haqqında qanun layihələri də təsdiqlənib.
Cinayət-Prosessual, Cinayət, Mülki məcəllələrə dəyişiklik edilməsi haqqında və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini birinci oxunuşda təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu dörd məsələ Milli Məclisə eyni zərfdə daxil olub. Bu dəyişikliklər ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Cinayət Məcəlləsinə edilmiş dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.
Sonra “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə təqdim edib. Bildirib ki, bu dəyişiklik müvafiq icra hakimiyyəti orqanının bələdiyyələrin fəaliyyətinin təşkilinə metodoloji yardım etməsini təmin etmək məqsədilə hazırlanıb. Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunub. Qanun layihəsini təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, qanunun hazırlanması zərurəti 2009-cu ildə ölkəmizdə referendum keçirildikdən sonra Konstitusiyaya edilmiş dəyişikliklərin nəticəsində meydana çıxıb və Konstitusiyanın tələbidir. Belə qanun dünyanın bir sıra ölkələrində, o cümlədən Avropa Şurasına üzv ölkələrdə mövcuddur. Qanun layihəsində vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsinə dair tələblər, bununla bağlı təşəbbüs qrupunun fəaliyyəti, layihənin dəstəklənməsi üçün imza toplanması qaydası, imza toplanmasının nəticələrinin təsdiqi və digər məsələlər öz əksini tapıb. Qanunun 6-cı maddəsinə əsasən, təşəbbüs qrupunun üzvləri Azərbaycan Respublikasının seçki hüququ olan ən azı 40 min vətəndaşının imzasını toplamalı, imzaların toplanması ən azı 60 seçki dairəsinin ərazisini əhatə etməli və hər seçki dairəsinin ərazisindən ən azı 500 imza toplanmalıdır.
Müzakirələr zamanı çıxış edən deputatlar Elmira Axundova, Əflatun Amaşov, Qənirə Paşayeva və digərləri bildiriblər ki, bu qanun layihəsi qəbul edildikdən sonra ölkəmizdə demokratik cəmiyyətin inkişaf prosesinə öz töhfəsini verəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Nardar BAYRAMLI

 
  • Oxunub:  7530  |  
  • Tarix:  15-06-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu

22 Yanvar 11:53
MSK Milli Məclisə seçkilərlə əlaqədar bülletenlərin çapına yaxın günlərdə başlayacaq
22 Yanvar 11:42
Əli Əhmədov: Azərbaycan islahatlara açıq ölkədir
22 Yanvar 11:38
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli mövzusunda layihəyə start verilib
22 Yanvar 11:31
Məzahir Pənahov: “İndiyə qədər MSK-ya 32 şikayət daxil olub”
22 Yanvar 11:25
Bu gün xalqımızın igid oğlu, general-mayor Həzi Aslanovun anadan olmasının 110 illik yubileyidir
22 Yanvar 11:23
Tieri Mariani: “Yeni tərkibli parlament ölkənin gələcək inkişafında mühüm rol oynayacaq”
22 Yanvar 11:16
19 saylı Nərimanov I seçki dairəsinin məntəqələri bütün zəruri avadanlıqlarla təmin olunub
22 Yanvar 11:13
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşların müraciətlərini dinləyib
22 Yanvar 10:07
IDEA İctimai Birliyi vətəndaşlara müraciət edib
21 Yanvar 22:58
Gürcüstan Parlamentinin sədri Azərbaycanın Müdafiə naziri ilə görüşüb
21 Yanvar 22:46
Arye Qut: Qanlı Qara Yanvar Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə tarixinin mərdlik və qəhrəmanlıq səhifəsidir
21 Yanvar 22:41
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda aparılan uğurlu islahatları yüksək qiymətləndirir
21 Yanvar 22:11
Prezident İlham Əliyev Davosda Xorvatiya Respublikasının Baş Naziri Andrey Plenkoviç ilə görüşüb
21 Yanvar 21:52
Prezident İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə görüşüb
21 Yanvar 21:33
Prezident İlham Əliyev Davosda Türkiyənin Xarici İşlər naziri ilə görüşüb
21 Yanvar 20:47
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
21 Yanvar 20:32
"Signify" şirkətinin baş icraçı direktoru ilə görüşdə Azərbaycana yeni texnologiyaların gətirilməsi məsələsi müzakirə olunub
21 Yanvar 18:56
Azərbaycanın Müdafiə naziri Tbilisidə Qəhrəmanlar meydanını ziyarət edib
21 Yanvar 18:31
70 saylı Masallı şəhər seçki dairəsindən deputatlığa namizəd Məşhur Məmmədovun qadın seçicilərlə görüşü keçirilib
21 Yanvar 18:27
13 saylı Xəzər - Pirallahı seçki dairəsindən namizədliyi irəli sürülmüş Rauf Əliyevin Pirallahı qəsəbəsində ağsaqqal və ziyalı seçiciləri ilə görüşü keçirildi
21 Yanvar 18:26
Mustafa Şəntop: Türkiyə Dağlıq Qarabağ münaqişəsini özünün də çox ciddi problemi hesab edir
21 Yanvar 18:19
38 saylı dairənin seçiciləri: Birmənalı olaraq Naqif Həmzəyevə səs verəcəyik
21 Yanvar 18:15
Mövlud Çavuşoğlu: Türkiyənin məqsədi Liviyada daimi atəşkəsi təmin etməkdir
21 Yanvar 18:14
Səhər yuxudan oyanan kimi su için!
21 Yanvar 18:11
Milli Məclisə seçkilərlə əlaqədar 112 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
21 Yanvar 18:09
MSK: "95 nəfər namizədliyini geri götürərək mübarizəsini dayandırıb"
21 Yanvar 17:59
Deputatlığa namizəd Vüqar İskəndərov Şəki şəhərində Qarabağ qaziləri və şəhid ailələri ilə görüşüb
21 Yanvar 17:51
MSK sədri: "1542 nəfərin namizədliyi qeydə alınıb"
21 Yanvar 17:20
YAP tərəfindən 48 saylı Yevlax seçki dairəsindən deputatlığa namizəd İlham Məmmədovun seçicilərlə görüşü keçirilib
21 Yanvar 17:01
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüş keçirib
21 Yanvar 17:00
Yol hərəkəti təhlükəsizliyinin vəziyyəti müzakirə olunub
21 Yanvar 16:47
Azərbaycan və Gürcüstanın Müdafiə nazirlikləri arasında 2020-ci il üçün ikitərəfli əməkdaşlıq Planı imzalanıb
21 Yanvar 16:44
Ağdaş seçiciləri: Hər zaman yanımızda olan YAP-ın namizədinə səs verəcəyik
21 Yanvar 16:40
Vüsal Qasımlı: Azərbaycan Davos platformasından səmərəli istifadə edir
21 Yanvar 16:35
YAP-ın namizədi Emin Hacıyev Sumqayıt şəhərində seçicilərlə görüşüb
21 Yanvar 16:34
Azərbaycan ilə Dubay aqroturizm sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib
21 Yanvar 16:30
91 saylı Ucar seçki dairəsi üzrə YAP tərəfindən namizədliyi irəli sürülmüş Ramil Həsənin seçicilərlə görüşləri keçirilib
21 Yanvar 16:28
Zakir Həsənov: Azərbaycan və Gürcüstan həm ikitərəfli, həm də üçtərəfli formatlarda səmərəli əməkdaşlıq edir
21 Yanvar 16:22
Türkiyəli politoloq: “Azərbaycanda demokratik seçki ənənəsi formalaşıb”
21 Yanvar 16:06
YAP-ın 103 saylı Gədəbəy seçki dairəsindən deputatlığa namizədi Sevinc Hüseynova Kiçik Qaramurad və Parakənd kəndlərinin seçiciləri ilə görüşüb
21 Yanvar 15:54
Anadolu Agentliyi 20 Yanvar faciəsi ilə bağlı infoqrafika hazırlayıb
21 Yanvar 15:50
ABŞ Konqresinin daha bir üzvü 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verib
21 Yanvar 15:34
MDB müşahidəçilər missiyası XİN, DİN və Baş Prokurorluqda görüş keçirəcək
21 Yanvar 15:21
68 saylı Cəlilabad kənd seçki dairəsində 74 müşahidəçi qeydiyyatdan keçib
21 Yanvar 15:02
Azərbaycanın Müdafiə naziri Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
21 Yanvar 14:58
Akademik Musiqili Teatrın səhnəsində “Fransızsayağı qarnir” təqdim olunacaq
21 Yanvar 14:54
Multikulturalizm Mərkəzi 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş konfrans keçirib
21 Yanvar 14:51
Bakıda “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda beynəlxalq simpozium keçiriləcək
21 Yanvar 14:46
AŞPA nümayəndə heyəti sabah Azərbaycana gələcək
21 Yanvar 14:39
Dünya Səhiyyə Təşkilatı yanvarın 22-də təcili iclas çağırır
21 Yanvar 14:30
WhatsApp-da reklam göstərilməyəcək
21 Yanvar 14:26
Somalidə törədilən partlayış zamanı yaralananlar Türkiyəyə gətirilib
21 Yanvar 14:18
Deputatlığa namizəd Aqiyə Naxçıvanlı Oğuz rayonunda seçicilərlə görüşüb
21 Yanvar 14:15
Şərqdə ilk opera yazan qadın bəstəkar Şəfiqə Axundovanın anadan olmasından 96 il ötür
21 Yanvar 14:07
Deputatlığa namizəd Ziyafət Əsgərov 20 Yanvar şəhidlərinin ailə üzvləri ilə görüşüb
21 Yanvar 14:03
Yeni Azərbaycan Partiyasının Milli Məclisə seçkilərlə əlaqədar yap2020.az seçki saytı fəaliyyətə başladı
21 Yanvar 12:51
“Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir
21 Yanvar 12:27
UNEC-də növbəti “Açıq qapı” günü
21 Yanvar 12:21
Elxan Şahinoğlu: “Formalaşacaq parlament ölkəmizdəki yeni çağırışlara cavab verməlidir”
21 Yanvar 12:11
Lev Spivak: Əminəm ki, formalaşacaq parlament ölkədəki yeniliklərə uyğun olacaq
21 Yanvar 12:09
Azərbaycanın Müdafiə nazirinin Gürcüstana səfəri başlayıb
21 Yanvar 12:03
Bakı Ali Neft Məktəbinin altı tələbəsi İspaniyada təhsil alacaq
21 Yanvar 11:59
Bu gün Davosda Dünya İqtisadi Forumu işə başlayır
21 Yanvar 11:47
Parlament seçkilərində heç bir siyasi təşkilat Yeni Azərbaycan Partiyasına rəqib ola bilməz
21 Yanvar 11:25
Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən Hicran Hüseynovanın seşicilərlə görüşləri davam edir
21 Yanvar 11:20
Sədaqət Vəliyeva ev görüşlərinə şəhid Zakir Cəfərovun ailəsinin mənzilindən başladı
21 Yanvar 11:16
YAP parlament seçkilərində növbəti möhtəşəm qələbəsini qazanacaq
21 Yanvar 10:52
“Formalaşacaq parlament ölkədə davamlı siyasi sabitliyin daha da möhkəmləndirilməsində mühüm rol oyanyacaq”
21 Yanvar 10:47
MSK parlament seçkiləri ilə bağlı yeni kitabçalar nəşr edib
21 Yanvar 10:44
Osman Gündüz: “Seçkilərdə texnologiyaların tətbiqi şəffaflığın təmin edilməsində mühüm rol oynayır”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+6 +10
gecə0 +3