Ana səhifə »  Siyasət »  Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət edib
A+   Yenilə  A-
Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə öz xalqına sədaqətlə xidmət edib

İyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbər seçilməsinin 50 ili tamam olur
1969-cu ilin 14 iyulu Azərbaycan tarixində çox əlamətdar tarixlərdən biridir. Çünki həmin tarixdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunda Heydər Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın birinci katibi və büro üzvü seçilməsi respublikanın iqtisadi, mədəni yüksəlişində, xalqımızın rifahının yaxşılaşmasında, eləcə də müstəqil dövlətimizin təməlinin qoyulmasında həlledici oldu.
Məhz Ulu Öndər Heydər Əliyevin qısa zamanda həyata keçirdiyi tədbirlər, islahatlar nəticəsində 1969-cu ilə qədər keçmiş İttifaq miqyasında geridə qalmış aqrar respublika kimi xarakterizə olunan Azərbaycan inkişaf etmiş sənaye respublikasına çevrildi.
Azərbaycan xalqı Ulu Öndərə rəğbət bəsləyir, Onun gördüyü işləri dəstəkləyirdi. Onun ən çox diqqət yetirdiyi məsələlərdən biri işgüzar, xalqa sadiq, mənəvi cəhətdən saf olan kadrların seçilərək respublikada, şəhər və rayonlarda rəhbər vəzifələrə təyin edilməsi idi. Düzgün kadr siyasətinə xüsusi diqqət ayıran Ulu Öndər xüsusi olaraq rəhbər vəzifələrə azərbaycanlıları cəlb edirdi.
Sovet dövrünün ideoloji təbliğatına baxmayaraq, Azərbaycançılıq ideyasına sadiqliyini qoruyub saxlayan Ulu Öndər ölkədə ana dilindən istifadəni təşviq etdi. Məhz Ulu Öndər tərəfindən doğma dilə verilən önəmin nəticəsi idi ki, Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili ilk dəfə olaraq rus dili ilə yanaşı, rəsmi dövlət dili kimi öz əksini tapdı.
Xalqın milli şüurunun formalaşdırılması ilə yanaşı, Ulu Öndər ölkənin sosial-iqtisadi inkişafına da böyük diqqət ayırdı. Onun siyasi iradəsi və şəxsi nüfuzu sayəsində respublikada yüzlərlə yeni ictimai obyektlər, məktəb və xəstəxanalar, zavod və fabriklər tikilərək istifadəyə verildi. Bu dövrdə yaşayış binalarının sayında sürətli artım qeydə alındı, minlərlə ailəyə yeni mənzil verildi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə respublikada elmin inkişafına da böyük diqqət yetirdi. Ulu Öndər 1970-ci illərdə minlərlə azərbaycanlı gəncin Sovetlər Birliyinin ən qabaqcıl ali təhsil ocaqlarında biliyə yiyələnməsinə nail oldu. Məhz Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə SSRİ-nin müxtəlif respublikalarında oxumağa göndərilən azərbaycanlı gənclərin sayı dəfələrlə artdı. Təhsilini bitirdikdən sonra ölkəyə qayıdan həmin gənclərin böyük hissəsi müstəqil Azərbaycan Respublikasında elmin inkişafında mühüm rol oynadı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının hissə-hissə Ermənistana birləşdirilməsi ənənəsi qarşısına qətiyyətlə sədd çəkdi
Ulu Öndərin 1969-cu ildə respublika rəhbərliyinə gəlişinin Azərbaycanın taleyində nə qədər böyük hadisə olduğunu zaman göstərdi. Belə ki, Ümummilli Liderin Azərbaycan torpaqlarının hissə-hissə Ermənistana birləşdirilməsi ənənəsinin qarşısına qətiyyətlə sədd çəkməsi ermənilərin və imperiya rəhbərlərinin mənfur planlarına əngəl törədirdi. 1982-ci ildə SSRİ rəhbərliyində yüksək vəzifəyə təyin olunan Ulu Öndər Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifədən istefa verdi. Təsadüfi deyil ki, bundan sonra ermənilərin Azərbaycana qarşı ərazi iddialarını gerçəkləşdirmək uğrunda fəaliyyəti genişləndi, 1980-ci illərin sonlarından başlayaraq Ermənistandakı azərbaycanlılar etnik təmizlənməyə məruz qaldılar. 1990-cı illərin əvvəllərində isə yenicə müstəqillik əldə edən Azərbaycan ən çətin dövrlərini yaşayırdı. Bir tərəfdən, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq müharibəsi, digər tərəfdən, ölkədəki hakimiyyətdaxili çəkişmələr, siyasi, iqtisadi böhran nəticəsində dövlətin mövcudluğu təhlükə altına düşmüşdü. Belə bir çətin məqamda Azərbaycanı xilas edə biləcək yeganə şəxsin məhz Heydər Əliyev olduğunu xalq yaxşı bilirdi. Ulu Öndər də bu məqamda üzərinə olduqca ağır və məsuliyyətli işi götürməyin vacibliyini anlayırdı. Beləliklə, xalqın təkidli çağırışı sayəsində Ulu Öndər 1993-cü ilin iyununda Azərbaycan rəhbərliyinə qayıtdı. Elə həmin dövrdən ölkənin müstəqil inkişafı yolunda yeni mərhələyə qədəm qoyuldu.
1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi
Ulu Öndər Heydər Əliyev qısa zaman kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi və Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan, parçalanmaqdan xilas etdi. Asayiş və qayda-qanun bərqərar edildi. Ən əsası, nizami ordu yaradıldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində atəşkəs əldə edildi, problemin dinc yolla nizama salınmasına dair danışıqlara başlanıldı. Eləcə də, idarəetmə sistemi formalaşdırıldı, insanların öz dövlətinə inamı qaytarıldı. Ölkə iqtisadiyyatının dirçəldilməsi, Azərbaycanın gələcəyi üçün ən mühüm addımlardan sayılan neft müqavilələri imzalandı və Azərbaycanın iqtisadi inkişafının əsası qoyuldu. Azərbaycanda qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son verildi, ilk parlament seçkiləri keçirildi və 1995-ci ildə referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Ulu Öndər Heydər Əliyevin səyi ilə qısa zamanda Azərbaycanın beynəlxalq əlaqələri formalaşdırıldı, ölkənin dünya birliyinə inteqrasiyası prosesi başlandı.
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin itirilməsindən xilas etməsi, güclü, dinamik inkişaf edən ölkəyə çevirməsi, təkcə bugünkü deyil, ümumən gələcək nəsillər, Azərbaycan amalını qəlbində yaşadan bütün insanlar üçün epoxal əhəmiyyət kəsb edən dövlətçilik təcrübəsi oldu.
Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarlanmasına - müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu.
Əsası Ümummilli Liderimiz tərəfindən qoyulan siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir
Bu məqamda qeyd edək ki, əsası Ulu Öndərimiz tərəfindən qoyulan və Azərbaycanın inkişafına xidmət edən siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyev bütün dövrlərdə Öz xalqına sədaqətlə xidmət edib: “O, bütün dövrlərdə Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasına və Azərbaycanın inkişafına böyük səylər qoymuşdur. 1970-1980-ci illərdə Onun rəhbərliyi altında Azərbaycan Sovet İttifaqında ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə qədər yol keçmişdir. Onun rəhbərliyi altında o illərdə güclü sənaye potensialı yaradılmışdır ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana xidmət göstərir”.
Həqiqətən də, həmin dövrlərdə Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində müasir Azərbaycanın təməli qoyuldu. Bu gün yerləşdiyi regionun lider dövlətinə çevrilən Azərbaycanın inkişafının əsasında məhz həmin dövrdə Ümummilli Liderimiz tərəfindən aparılan siyasi kurs dayanır. Prezident İlham Əliyev bildirib ki, Heydər Əliyevin fəaliyyəti uzunmüddətli inkişafa hesablanmışdı. Onun təşəbbüsü ilə başlanmış layihələr, tikilmiş müəssisələr bu gün də xalqımıza, dövlətimizə xidmət göstərir: “1987-ci ildə Heydər Əliyev Sovet İttifaqının siyasi rəhbərliyindən uzaqlaşdırılandan sonra Azərbaycanın problemləri başlamışdır. Ondan iki həftə sonra erməni lobbisi tərəfindən başlanmış kampaniya nəticəsində Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək ideyası ortaya qoyulmuşdur. Bu ideya ətrafında Ermənistan və onun havadarları Azərbaycana qarşı işğalçı siyasətini başlamışdır. Heydər Əliyev amili, Onun gücü imkan vermirdi ki, belə iddialar ortaya qoyulsun. Onun istefasından iki həftə sonra bu planlar reallaşmağa başlamışdır”.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri məhz Prezident İlham Əliyev kimi siyasi varisin hazırlanması oldu. Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetirməsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadi-siyasi sahələrdə təməli atılmış işləri daha da inkişaf etdirdi. Qısa müddət ərzində Azərbaycanın dövlət büdcəsi bir neçə dəfə artırıldı, ölkəmizdə ordu quruculuğu və digər sahələrdə yüksək inkişaf əldə olundu.
Bəli, bütün bu uğurlara əsası Ulu Öndər tərəfindən qoyulan siyasət nəticəsində nail olunub və Prezident İlham Əliyevin hər zaman bəyan etdiyi kimi, Heydər Əliyev sevgisi xalqımızın qəlbində əbədi yaşayacaq: “Azərbaycan xalqı Heydər Əliyev sevgisini qəlbində yaşadır və yaşadacaqdır. Biz - Ulu Öndərin davamçıları elə etməliyik ki, Onun siyasi xətti Azərbaycanda daim üstünlük təşkil etsin. Mən buna şübhə etmirəm”.
Pərviz SADAYOĞLU

 
  • Oxunub:  5190  |  
  • Tarix:  11-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir

19 İyul 15:46
Azərbaycan hərbçiləri “Beynəlxalq Ordu Oyunları 2019”da iştirak edəcəklər
19 İyul 15:31
DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tabeçiliyindəki orqanlarda vakant vəzifələrə müsabiqə elan edir
19 İyul 15:25
Prezident İlham Əliyev Qətərin Bələdiyyə və Ətraf Mühit nazirini qəbul edib
19 İyul 15:10
Milli Arxiv İdarəsində İmadəddin Nəsimin 650 illiyinə həsr edilmiş tədbir keçirilib
19 İyul 15:08
Eldəniz Səlimov: XV Avropa Gənclər Olimpiya Festivalının Bakıda keçirilməsi ölkəmiz üçün qürurvericidir
19 İyul 14:44
Rusiyalı qonaqlar Bakı Slavyan Universitetində
19 İyul 14:35
Avropa Gənclər Yay Olimpiya Festivalında Azərbaycan milli komandasının bayraqdarı müəyyənləşib
19 İyul 14:33
Nazirlər Kabinetində Əhalinin Siyahıyaalınmasına Yardım üzrə Mərkəzi Komissiyanın iclası keçirilib
19 İyul 13:50
Müdafiə Nazirliyinin nümayəndələri veteranlarla görüşüblər
19 İyul 13:38
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
19 İyul 13:33
İqtisadiyyat nazirinin müavinləri şimal bölgəsindən olan vətəndaşları qəbul ediblər
19 İyul 12:48
Bəhruz Həsənov: Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19 İyul 11:53
Muxtar respublikada hərbi infrastruktur quruculuğu uğurla davam etdirilir
19 İyul 11:39
Rezidenturaya qəbul olmaq üçün 100-dən çox namizəd ixtisas seçimi ərizəsini təsdiqləyib
19 İyul 11:33
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19 İyul 11:30
Hikmət Babaoğlu: Azərbaycan mətbuatı çətin və böyük inkişaf yolu keçib
19 İyul 11:29
Şamaxıda kənd təsərrüfatı sahəsində uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılmasına dair pilot layihənin təqdimatı olub
19 İyul 11:23
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19 İyul 11:12
XV Avropa Gənclər Yay Olimpiya Festivalı keçiriləcəyi dövrdə 41 təcili tibbi yardım briqadaları növbə çəkəcəklər
19 İyul 11:01
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19 İyul 10:54
Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul istehsalı 1 milyard 279 milyon manatı ötüb
19 İyul 10:51
Azərbaycan və İtaliya alimləri tibb sahəsində əməkdaşlıq edəcəklər
19 İyul 10:38
Bu gün riyaziyyat və fiziki tərbiyə müəllimliyi üzrə imtahanlar keçirilir
19 İyul 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 26 dəfə pozub
19 İyul 10:13
Loran Tardivel: Azərbaycanda xalçaçılıq sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi diqqətəlayiqdir
19 İyul 10:06
“Neftçi” avrokuboklarda ən böyük hesablı qələbəsini qazanmaqla ölkəmizin futbol tarixinə düşüb
19 İyul 09:57
Maliyyə Nazirliyi 6 ayda dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 İyul 09:54
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
19 İyul 09:52
Yarım ildə Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin əhatəsi 1 milyard manatdan çox olub
19 İyul 09:47
Sivilizasiyalararası və dinlərarası dialoqun inkişafında Şeyxülislam Allahşükür Paşazadənin mühüm rolu var
19 İyul 09:41
Bu ilin birinci yarımilində yaşa görə pensiya təyinatlarının 82 faizi avtomatlaşdırılmış qaydada həyata keçirilib
19 İyul 09:39
Regionlarda meyvəçiliyin və çayçılığın inkişafı ilə bağlı çoxşaxəli tədbirlər görülür
19 İyul 09:36
Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan ölkədir
18 İyul 20:36
ATƏT-in yeni qətnaməsi: ərazi bütövlüyünə və beynəlxalq hüquqa hörmətin ifadəsi
18 İyul 20:32
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti İranda səfərdədir
18 İyul 20:30
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək cüdo komandalarının heyəti açıqlanıb
18 İyul 20:28
BDU Braziliya universitetləri ilə əlaqələrin qurulmasında maraqlıdır
18 İyul 20:25
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
18 İyul 20:23
Kassa çeklərinin təqdim olunması ilə bağlı vergi nəzarəti tədbirlərinə başlanılıb
18 İyul 20:16
Con Love: Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir
18 İyul 20:08
Bakı Şəhər Prokurorluğunda geniş əməliyyat müşavirəsi keçirilib
18 İyul 20:06
Fermerlərə 23 milyondan çox subsidiya verilməsinə dair qərar qəbul edilib
18 İyul 20:03
Leyla Abdullayeva: Bu hadisə Minsk qrupu həmsədrlərinin xalqların sülhə hazırlanması ilə bağlı çağırışına tam şəkildə ziddir
18 İyul 17:52
Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
18 İyul 17:49
Dövlət Miqrasiya Xidmətində altı ayının yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
18 İyul 17:45
Azərbaycan və Qətər arasında ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparılıb
18 İyul 17:42
Sona Əliyeva: Gənclər üçün yay məktəbləri Yeni Azərbaycan Partiyasının ən uğurlu layihələrdən biridir
18 İyul 17:38
Səfir Cavad Cahangirzadə: Azərbaycan-İran əlaqələri heç zaman belə yüksək səviyyədə olmayıb
18 İyul 17:35
Dilarə Cəbrayılova: Yay məktəbləri gənclərimiz üçün yaddaqalan hadisələrlə zəngindir
18 İyul 17:32
Tahir Süleymanov: Ölkəmizin nəqliyyat mərkəzinə çevrilməsini təmin etmək üçün böyük işlər görülüb
18 İyul 17:29
Mirzə Əliyev: Aqrar sahədə lizinq fəaliyyəti tam olaraq liberallaşdırılıb
18 İyul 17:28
Azər Badamov: Azərbaycan dünyada müxtəlif xalqların, dini konfessiyaların mehriban şəraitdə yaşadığı ölkə kimi tanınır
18 İyul 17:23
Abraham Kuper: Azərbaycan tolerantlıq ənənələri və dinlərarası dialoqa dair nümunəvi modelə malikdir
18 İyul 16:51
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
18 İyul 16:46
Azərbaycanlı gənclər Çində təhsil almaq hüququ qazanıblar
18 İyul 16:34
Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır
18 İyul 16:29
Dövlət Miqrasiya Xidmətinə 50-yə yaxın şəxs qulluğa qəbul edilib
18 İyul 16:27
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək güləş komandalarının heyəti açıqlanıb
18 İyul 16:17
Bakıda “Dini qurumlar və müasir informasiya texnologiyalarından istifadə” mövzusunda konfrans keçirilib
18 İyul 16:08
Abşeron rayonundakı 15 sahibkara 2,5 milyon manat güzəştli kredit verilib
18 İyul 16:01
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini Göygöldə vətəndaşlarla görüşüb
18 İyul 15:49
Leri Xabelov: İnanırıq ki, XV Avropa Gənclər Olimpiya Festivalı yüksək səviyyədə təşkil olunacaq
18 İyul 15:43
“Əhalinin siyahıyaalınması: dayanıqlı inkişaf üçün mühüm informasiya mənbəyi” mövzusunda yazı müsabiqəsi elan edilib
18 İyul 15:41
Heydər Əliyev Beynəlxalq Aeroportu və AZAL Qazaxıstanda beynəlxalq aviasiya forumunda iştirak edib
18 İyul 15:30
Vüsal Hüseynov: Azərbaycanda yaşama icazələrinin alınması məsələsində yenilik edilib
18 İyul 15:27
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı sədrinin 2019-cu ilin I yarımilliyinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Hesabat iclası
18 İyul 15:08
Bu gün “Neftçi” və “Səbail” klubları UEFA Avropa Liqasının təsnifat mərhələsində cavab görüşləri keçirəcəklər
18 İyul 15:04
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yeni seçilmiş prezidentlərini təbrik edib
18 İyul 14:48
Kamal Abdulla: ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir
18 İyul 14:28
BMT Baş katibinin müşaviri Azərbaycanda aparılan sosial-iqtisadi islahatları yüksək qiymətləndirib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +35
gecə+22 +25