Ana səhifə »  Siyasət »  Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən biridir
A+   Yenilə  A-
Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm istiqamətlərindən biridir

Prezident İlham Əliyev: Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər
Gənclərin adı bir qayda olaraq yeniliklərlə, proqressiv dəyişikliklərlə assosiasiya olunur. Hər bir ölkənin gələcəyini, perspektiv inkişafını, sürətlə dəyişən dünyada özünün layiqli yerini tutmasını şərtləndirən amillər sırasında gənclərin rolunu xüsusi qeyd etmək lazımdır. Deyilənlər baxımından müstəqil Azərbaycanda gənclərin hərtərəfli qayğı ilə əhatə olunmaları, gənclər siyasətinin dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirilməsi təqdirəlayiq haldır. Gənclərin yüksək səviyyəli təhsil almaları, xalqımızın zəngin ənənələri, milli-mənəvi dəyərləri ruhunda yetişmələri, ölkənin ictimai-siyasi, mədəni həyatına, dövlət idarəçiliyinə cəlb olunmaları, fəal və sağlam həyat tərzi sürmələri, idmanla məşğul olmaları respublikamızda ardıcıllıqla həyata keçirilən məqsədyönlü dövlət gənclər siyasətinin əsas istiqamətlərini təşkil edir. Bu gün kreativ düşüncə tərzi ilə seçilən Azərbaycan gəncləri ölkədə yaradılan əlverişli mühitdən maksimum dərəcədə bəhrələnərək böyük fəallıq nümayiş etdirir və Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsinə, iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun daha da yüksəlməsinə öz layiqli töhfələrini verirlər. Prezident İlham Əliyev Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısındakı nitqində gənclərimizin cəmiyyətin fəal hissəsinə çevrildiyini qürur hissi ilə nəzərə çatdıraraq vurğulayıb: “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”.
Müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 1994-cü ildə qoyulub
Müstəqil Azərbaycanda uğurlu gənclər siyasətinin əsaslarının formalaşmasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin müstəsna xidmətləri vardır. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda Azərbaycanın siyasi rəhbərliyinə qayıdan Ulu Öndər sağlam düşüncəli yeni nəslin yetişdirilməsinin dövlətin və cəmiyyətin mühüm vəzifəsi olduğunu bəyan etdi. Məlumdur ki, həmin dövrdə respublikamızda vəziyyət heç də ürəkaçan deyildi. Ölkə iqtisadi tənəzzül yaşayırdı, müstəqilliyimizə daxildən və xaricdən böyük təhdidlər var idi. Bütün bu çətinliklərə baxmayaraq, Ulu Öndərin çox düzgün qərarı Azərbaycanda gənclər üçün yeni imkanlar açdı, yeni şərait yaratdı. Təlatümlü bir şəraitdə Öz xalqının çağırışına biganə qalmayaraq müstəqil Azərbaycanın idarəetmə sükanının arxasına keçən Ulu Öndər gənclərə olan böyük rəğbətinin və inamının ifadəsi olaraq ilk görüşlərindən birini məhz onlarla keçirdi.
Ümummilli Lider Heydər Əliyevin 1994-cü il iyulun 26-da imzaladığı müvafiq Fərmana əsasən, ölkəmizdə gənclər siyasətini həyata keçirən mərkəzi icra orqanı - Gənclər və İdman Nazirliyi yaradıldı. Ulu Öndər 1995-ci ildə Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürdü. 2 fevral 1996-cı il tarixində müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bundan bir il sonra isə Ümummilli Lider gənclərə böyük qayğısının daha bir təzahürü kimi, 2 fevralın Azərbaycanda Gənclər Günü elan edilməsi haqqında müvafiq Sərəncam imzaladı. Həmin vaxtdan etibarən hər il 2 fevral ölkəmizdə Azərbaycan gənclərinin bayramı kimi qeyd olunur.
Ümummilli Lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı “Dövlət Gənclər Siyasəti haqqında” müvafiq Fərman isə gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, gənclərin hüquqlarının müdafiəsi, onların respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunması ilə bağlı məsələlərin geniş spektrini əhatə edir. Sözügedən Fərmana uyğun olaraq ölkəmizdə “Gənclər siyasəti haqqında” ayrıca qanun qəbul edilib. Prezident İlham Əliyev Ümummilli Liderimizin gənclərə həssas münasibətindən bəhs edərək vurğulayıb ki, Ulu Öndər gənclərə həmişə böyük qayğı, sevgi ilə yanaşırdı. Çox yaxşı bilirdi ki, ölkəmizin gələcəyi gənclərin əlində olacaq. “Azərbaycanda müasir gənclər siyasəti isə 1994-cü ildə başlamışdır. O il Ulu Öndər Gənclər və İdman Nazirliyini yaratdı. Gənclər və İdman Nazirliyinin yaradılması çox əlamətdar hadisə idi. Azərbaycanda gənclər siyasəti məhz 1994-cü ildən icra edilməyə başlanılmışdır”, - deyə dövlət başçısı vurğulayıb.
Bu gün Azərbaycan gənclərinin ölkəmizin hərtərəfli inkişafında böyük rolu var
Hazırda respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu məqsədyönlü gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı Fərman və sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə yeni impuls verib. Respublikamızda Azərbaycan gəncləri ilə bağlı Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən və 2005-2009-cu, eləcə də 2011-2015-ci illəri əhatə edən iki Dövlət Proqramı uğurla reallaşdırılıb. Hazırda respublikamızda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin edilir.
Ölkəmizdə gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənclərin yüksək səviyyəli təhsil almalarına, onların öz intellektual bacarıqlarını daha da artırmalarına dövlət səviyyəsində böyük qayğı göstərilməsi diqqətəlayiq haldır. Dövlət başçısı “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında”, “Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında” müvafiq Fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı” (2006-2010-cu illər) böyük müvəffəqiyyətlə reallaşdırılıb. Dövlət başçısının 2 iyul 2013-cü il tarixli Fərmanı ilə Gənclər üçün Prezident mükafatı təsis edilib. Mükafat elm, mədəniyyət, ədəbiyyat, təhsil və ictimai fəaliyyət sahələrində fərqlənən gənclərə ildə bir dəfə təqdim edilir. Ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənən “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi təmin edilib.
Dövlət başçısının müvafiq Fərmanı əsasında Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən qurulub. Ölkəmizdə gənclər siyasətinin inkişafına Prezident İlham Əliyevin müvafiq Fərmanı əsasında 2011-ci ildə yaradılan Gənclər Fondu yeni təkan verib. 2018-ci il 7 mart tarixində Prezident İlham Əliyev Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb və bu qurumun Nizamnaməsi təsdiq edilib. Gənclər Fondu tərəfindən gənclərin ictimai təşəbbüslərinə, yerli və beynəlxalq miqyaslı layihələrinə dəstək verilir.
Ümumiyyətlə, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq gənclərə göstərilən dövlət qayğısının əhatə dairəsi kifayət qədər genişdir. Gənclər isə öz növbələrində genişmiqyaslı dövlət qayğısından, onlar üçün yaradılan əlverişli şəraitdən maksimum dərəcədə bəhrələnərək müstəqil Azərbaycanın inkişafı naminə böyük fəallıq nümayiş etdirirlər. Prezident İlham Əliyev məmnunluq hissi ilə vurğulayıb ki, ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. “Bu gün Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar. Bu, böyük xoşbəxtlikdir. Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər”, - deyə dövlət başçısı bildirib.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkəmizin gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edir
Ölkəmizdə məqsədyönlü siyasət sayəsində gənclərin fəallığının artmasından söhbət açarkən Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çoxşaxəli fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Leyla Əliyeva vətənpərvər Azərbaycan gənclərinin ən yaxşı keyfiyyətlərini özündə birləşdirir və ölkəmizin gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak edir. Daim yeni təşəbbüslərlə çıxış edən Leyla Əliyeva Azərbaycan həqiqətlərini dünyaya çatdırmağı özünün həyat amalına çevirib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Leyla Əliyevanın ölkəmizin həm diaspor, həm də gənclər siyasətinin həyata keçirilməsində yaxından iştirakından danışarkən isə 10 il bundan əvvəl - 2009-cu il aprelin 18-də Moskvada təsis konfransı keçirilən Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) fəaliyyətini xüsusi vurğulamaq gərəkdir. Xatırladaq ki, Rusiyanın 60-dan çox regionunda fəaliyyət göstərən 83 Azərbaycan gənclər klubundan və təşəbbüs qruplarından 300-dək nümayəndənin, habelə Bakıdan dəvət olunmuş qonaqların və Rusiyanın rəsmi şəxslərinin iştirak etdiyi təsis konfransında Leyla Əliyeva yekdilliklə RAGT-nin sədri seçilib.
Ötən 10 ildə Azərbaycan ictimaiyyəti gənclərdən ibarət RAGT komandasının Leyla Əliyevanın rəhbərliyi ilə çox səmərəli fəaliyyətinin şahidi olub. Leyla Əliyevanın özü cari il iyunun 24-də RAGT tərəfindən qurumun 10 illiyi münasibətilə Moskvada təşkil olunan Azərbaycan Mədəniyyəti Gününün təntənəli açılış mərasimində qürur hissi ilə vurğulayıb ki, təşkilat ötən dövrdə çox böyük işlər görüb.
Leyla Əliyevanın çoxşaxəli fəaliyyətinin mühüm bir istiqamətini isə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması təşkil edir. Məhz onun təşəbbüsü ilə 2008-ci ildə “Xocalıya Ədalət!” beynəlxalq kampaniyasına start verilib. “Xocalıya Ədalət!” kampaniyası erməni vəhşiliyini beynəlxalq miqyasda ifşa edir.
Leyla Əliyevanın gənclərin qüvvəsini cəmiyyəti narahat edən aktual məsələlərə, o cümlədən də ekoloji problemlərin həllinə yönəltməsi böyük önəm daşıyır. Onun təşəbbüsü ilə 12 iyul 2011-ci il tarixində ölkəmizdə İDEA (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) İctimai Birliyi fəaliyyətə başlayıb. İDEA ətraf mühit problemləri üçün optimal həll yolları tapır.
Azərbaycanda güclü vətənpərvər gənclər nəsli formalaşıb
Ardıcıllıqla həyata keçirilən gənclər siyasətinin uğurlu nəticələrindən bəhs edərkən ölkəmizdə vətənpərvər gənclər nəslinin formalaşmasını məmnunluq hissi ilə qeyd edə bilərik. Bu gün Azərbaycan gəncləri sərhədlərimizin qorunmasında, ölkənin ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüşlərdə böyük fədakarlıqlar göstərirlər. Gənclərimizin Vətən sevgisini qürur hissi ilə nəzərə çatdıran Prezident İlham Əliyev “Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşurlar. Bizim şəhidlərimizin böyük əksəriyyəti gənclərimiz olubdur”, - deyə vurğulayıb.
Deyilənlərin təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, Azərbaycan gəncləri öz məharətlərini və doğma Vətənə sonsuz bağlılıqlarını şanlı Aprel döyüşlərində növbəti dəfə nümayiş etdirdilər. Aprel döyüşlərində Ordumuz gənc əsgər və zabitlərin fədakarlığı sayəsində düşmən tərəfə sarsıdıcı zərbələr endirdi və torpaqlarımızın bir hissəsini işğaldan azad etməyə, strateji əhəmiyyətli yüksəkliklərdə möhkəmlənməyə nail oldu. Bu döyüşlər bir daha göstərdi ki, Azərbaycan xalqı işğal faktı ilə heç vaxt barışmayacaq. Sıralarında gənclərin birləşdiyi Silahlı Qüvvələrimiz ölkənin ərazi bütövlüyünü gec-tez bərpa edəcək!
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  10740  |  
  • Tarix:  27-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

14 Sentyabr 22:45
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14 Sentyabr 22:44
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14 Sentyabr 22:32
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14 Sentyabr 22:16
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14 Sentyabr 22:00
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14 Sentyabr 21:24
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14 Sentyabr 21:18
Şamaxıda Ulu Öndərin abidəsini ziyarət
14 Sentyabr 21:10
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14 Sentyabr 20:53
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14 Sentyabr 20:31
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
14 Sentyabr 20:28
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14 Sentyabr 19:05
İmişlidə yeni məktəb binalarının açılışı olub
14 Sentyabr 18:42
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14 Sentyabr 18:29
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
14 Sentyabr 17:48
Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
14 Sentyabr 17:28
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
14 Sentyabr 17:20
Azərbaycanla Türkiyə gömrük orqanları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
14 Sentyabr 17:10
Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
14 Sentyabr 17:06
Polis Akademiyasına qəbul edilmiş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi olub
14 Sentyabr 16:13
Akkan Suver: 1918-ci ildə Bakının işğaldan azad edilməsi bütün türk dünyası üçün böyük hadisədir
14 Sentyabr 15:52
Bədii gimnastika üzrə 37-ci dünya çempionatına halqa və topla hərəkətlərdə təsnifat yarışları ilə start veriləcək
14 Sentyabr 15:08
Azərbaycan Prezidenti meksikalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Sentyabr 14:56
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 14:36
Nizami Cəfərov: Yeni nəsillərin milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində olmalıdır
14 Sentyabr 14:19
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 14:08
YAP nümayəndə heyəti "Bir kəmər - bir yol təşəbbüsü"nün inkişafı mövzusunda Çin Mili Komitəsi yanında Makroiqtisadiyyat İnstitutunun ekəpertləri ilə müzakirələr aparıb
14 Sentyabr 14:05
Yaqub Mahmudov: Ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır
14 Sentyabr 13:52
Prezident İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 12:50
İdris İsayev: Bu il 84 məktəb binasının tikintisi başa çatdırılacaq
14 Sentyabr 12:39
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 12:34
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti DOST Agentliyində olub
14 Sentyabr 12:32
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir
14 Sentyabr 12:29
Sverdlovsk vilayətinin sahibkarları Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb
14 Sentyabr 10:59
Türkiyədəki soydaşlarımızın hüquqi statuslarının müəyyən edilməsi istiqamətində işlər görülür
14 Sentyabr 10:57
Sentyabrın 14-ü Ümumdünya İlk Tibbi Yardım Günüdür
14 Sentyabr 10:55
Muriel Peneveyre: Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir
14 Sentyabr 10:49
Milli Məclisin deputatı Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib
14 Sentyabr 10:29
Bakıda kölgə iqtisadiyyatına qarşı mübarizə məsələləri müzakirə olunub
14 Sentyabr 10:25
Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib
14 Sentyabr 10:24
UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib
14 Sentyabr 10:21
Universitetə yüksək balla daxil olan internat məzunu: Yüksək bal toplayacağıma əmin idim
14 Sentyabr 10:20
Mərkəzi Bank uçot dərəcəsini endirib
14 Sentyabr 10:19
Ermənistan 2 milyard dollar təzminat ödəmək məcburiyyətində qala bilər
14 Sentyabr 10:18
Radikal müxalifət Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edir
14 Sentyabr 10:14
Maksim Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
13 Sentyabr 21:21
İçərişəhərdə “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı sərgi açılıb
13 Sentyabr 21:17
Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
13 Sentyabr 21:15
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
13 Sentyabr 21:11
MDB ekspertləri ərazilərin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi üzərində işləri davam etdirəcəklər
13 Sentyabr 21:09
Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşların qəbulunu keçirib
13 Sentyabr 21:05
Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib
13 Sentyabr 21:03
Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda
13 Sentyabr 21:01
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir
13 Sentyabr 20:58
Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
13 Sentyabr 20:54
İtaliyanın Bolzano şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilir
13 Sentyabr 20:51
YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
13 Sentyabr 20:42
Hikmət Babaoğlu: Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib
13 Sentyabr 17:45
Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Sentyabr 17:41
Əli Əhmədov: Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır
13 Sentyabr 17:33
Azərbaycan təmsilçiləri 7-ci arena polo üzrə dünya kubokuna qələbə ilə başlayıblar
13 Sentyabr 17:32
Akademik Kamal Abdulla Macarıstanın “Zabit Xaçı” ali ordeni ilə təltif olunub
13 Sentyabr 17:24
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
13 Sentyabr 17:22
YAP-ın nümayəndə heyəti Çin səddinə ekskurs ediblər
13 Sentyabr 17:12
Dağlıq Qarabağdan olan gənclərimizlə görüş keçirilib
13 Sentyabr 17:05
Avropa Şurasına üzv ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişlənir
13 Sentyabr 16:56
Dövlət satınalmaları sahəsində aparılan islahatlar müzakirələr edilib
13 Sentyabr 16:42
Azərbaycan-Rusiya İşgüzar Şurasının qarşıdakı dövrdə fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılıb
13 Sentyabr 16:34
Baş prokuror Qəbələ rayonunda vətəndaşları qəbul edib
13 Sentyabr 16:28
Qax rayonunun kəndlərində iki məktəb binası istifadəyə verilib
13 Sentyabr 16:27
ADPU: elmi şuranın iclasında yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA