Ana səhifə »  Siyasət »  Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi
A+   Yenilə  A-
Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi

Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə bu mövzuda konfrans keçirilib
Avqustun 22-də Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, Azərbaycan XXI əsrdə özünün möhtəşəm inkişaf dövrünü yaşayır. Onun sözlərinə görə, bir çox xalqlar özlərinin qızıl əsrini keçmiş dövrdə axtarır: “Azərbaycan xalqı isə mübaliğəsiz demək olar ki, qızıl əsrini indiki günlərdə yaşamaqdadır. Azərbaycan heç zaman indiki qədər iqtisadi cəhətdən inkişaf etmiş, möhtəşəm, əzəmətli, qüdrətli olmayıb. Bütün bunların ən vacib ifadələrindən biri kimi, Azərbaycan xalqı heç zaman indiki kimi firəvan yaşamayıb, sabit olmayıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan dünyada sabitlik adasıdır. Müstəqilliyimizin bərpa olunmasından 30 ildən az vaxt keçib. Amma bu dövr ərzində sadaladığım faktlar göstərir ki, ölkəmiz möhtəşəm inkişaf yolu keçib”.
Əli Əhmədov deyib ki, Azərbaycan dünyanın ən uğurlu gənc dövlətlərindən biridir. Onun sözlərinə görə, hazırda Azərbaycan beynəlxalq müstəvidə böyük nüfuza malik olan ölkədir: “Azərbaycan dünyada baş verən prosesləri sadəcə müşahidə etmir, eyni zamanda bu proseslərin fəal iştirakçısıdır və bir sıra hallarda həmin proseslərə istiqamət verən, onu yönəldən dövlət kimi özünü tanıda bilib. Gənc olmasına baxmayaraq, BMT TŞ-yə üzv olması, nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi Azərbaycanın dünya birliyinə verdiyi töhfələrin bariz ifadələridir. Bunlardan biri də, mədəniyətlərarası dialoqa verilən töhfələrdir. Bir neçə ildir ki, ölkəmiz bu mövzunu ciddi şəkildə dünya miqyasında təqdim edir”.
“Azərbaycan mədəniyyətlərarası dialoqa böyük töhfələr verən ölkədir” deyən Baş Nazirin müavini söyləyib ki, Azərbaycanda mültikulturalizm dövlət siyasətinin tərkib hissəsidir. İndiki halda, dünyada sivilizasiyalar arasında toqquşmaların baş verdiyi zamanda mədəniyyətlərarası dialoqa töhfələr verilməsi, multikulturalizm ideyasının təbliğ edilməsi xüsusi önəm daşıyır.
“Azərbaycan dünyanın indiki narahat dövründə sivilizasiyaların dialoqunu təşviq və təşkil etməklə bütün dünyaya aydın şəkildə sivilizasiyaların savaşını deyil, onların birgə yaşamağının zəruriliyi mesajını çatdırmaqdadır. Güman edirəm ki, bu səylər təsirsiz ötüşmür. Avropanın bır sıra ölkələrində multikulturalizm ideyalarından kənarlaşma meylləri özünü göstərdiyi halda, Azərbaycan bu ideologiyanın zəruriliyini vurğulayır. Beləliklə, Azərbaycan dövləti özünün ideoloji prioritetlərini və dəyərlərini aydın şəkildə bütün dünyaya nümayiş etdirə bilib. Məmnunluq hissi ilə qeyd etmək lazımdır ki, dünya birliyi, beynəlxalq təşkilatlar da Azərbaycanın mədəniyyətlərarası dialoqa verdiyi töhfələri birmənalı şəkildə etiraf edirlər. Bunun aydın ifadələrindən biri də mütəmadi olaraq bu mövzuda nüfuzlu beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsindən ibarətdir”, - deyən Əli Əhmədov Azərbaycanda mədəniyyətlər arasında dialoqun təşviq edilməsində, dialoq mühitinin formalaşmasına töhfələrin verilməsində hökumətimiz və cəmiyyətimizin rolunu qeyd etməklə yanaşı Heydər Əliyev Fondunun rolunu xüsusi vurğulayıb.
YAP Sədrinin müavini bildirib ki, Azərbaycan dövlətinin bu sahədəki fəaliyyətinə Heydər Əliyev Fondu çox ciddi dəstək verir. Onun sözlərinə görə, Fond yarandığı vaxtdan bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir və bu sahədə ilk təşəbbüslərin və addımların atılmasında mühüm rol oynayıb: “Bir neçə ildir ki, Azərbaycanda bu mövzuda keçirilən diskussiyalar Heydər Əliyev Fondu tərəfindən təşkil edilib. Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sivilizasiyalar arasında dialoqun təşviqində böyük rol oynayır və bu istiqamətdə mühüm xidmətlər göstərir”.
Konfransın çox əlamətdar gün ərəfəsinə təsadüf etdiyini deyən Əli Əhmədov qeyd edib ki, avqustun 26-da Mehriban xanım Əliyevanın doğum günüdür. Əli Əhmədov Mehriban xanım Əliyevanı öz adından və YAP-ın çoxsaylı üzvləri adından təbrik edərək deyib ki, Azərbaycanın ictimai-siyasi həyatında Mehriban xanım Əliyevanın rolu və xidmətləri böyükdür. YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanın uğurlar qazanmasında, Prezident İlham Əliyevin siyasətinin nailiyyətlər əldə etməsində, Heydər Əliyev siyasətinin bugünkü şəraitdə uğurla həyata keçirilməsində Mehriban xanım Əliyevanın özünəməxsus rolu və əməyi var: “O, Azərbaycanda birinci xanım obrazının yaranmasında və bu missiyasının uğurla həyata keçirilməsində müstəsna xidmətlər göstərib. Eyni zamanda, Mehriban xanım Əliyeva Birinci vitse-prezident kimi vəzifəsini layiqincə yerinə yetirir və dövlət siyasətinin həyata keçirilməsində Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır. Bununla yanaşı, Mehriban xanım Əliyeva Azərbaycanın həyatında bir çox yeniliklərin əsasını qoyub. Müasir Azərbaycanın siyasi proseslərində iştirak edən qadın obrazı da Mehriban xanım Əliyevanın timsalında və fəaliyyətində özünün aydın şəkildə ifadəsini tapır. Mehriban xanım Əliyevanın ictimai, mədəni və idman tədbirlərinin ölkəmizdə keçirilməsində müstəsna xidmətləri var. “Evrovision 2012” mahnı müsabiqəsi, ilk Avropa Oyunları və digər nüfuzlu beynəlxalq tədbirlərin təşkilat komitəsinin sədri Mehriban xanım Əliyeva olub və bu tədbirlər özünün möhtəşəmliyi ilə yadda qalıb. O həmçinin Azərbaycanı dünyada layiqincə təmsil edir, həqiqətlərimizi təbliğ edir. Mehriban xanım Əliyeva bir sıra beynəlxalq təşkilatların sülhməramlı elçisi kimi bu missiyanı uğurla yerinə yetirir. Bir çox ölkələr tərəfindən Mehriban xanım Əliyevanın ən yüksək dövlət ordenləri ilə təltif olunması da onun xidmətlərinin nə qədər səmərəli, əhəmiyyətli olması və Azərbaycanın milli maraqlarını nə dərəcədə qoruması haqqında təsəvvürlərimizi formalaşdırır. Məmnunluqla demək istəyirəm ki, YAP-ın nailiyyətlərində də Mehriban xanım Əliyevanın fəaliyyəti əhəmiyyətli rol oynayır. Hesab edirəm ki, bundan sonra da Mehriban xanım Əliyeva Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr verəcək”.
Əli Əhmədov əminliyini ifadə edib ki, Azərbaycanda bundan sonra da Heydər Əliyev siyasəti uzun illər həyata keçiriləcək və xalqımıza xidmət edəcək. “Uzun illər vətəndaşlar bu siyasətin faydasını görəcək, Azərbaycan illər ötdükcə bundan da əzəmətli iqtisadi potensiala malik olacaq, vətəndaşlarımız indiki həyat səviyyəsindən daha yüksək həyat səviyyəsinə gəlib çatacaq, Azərbaycan dünya miqyasında daha qətiyyətlə öz mövqeyini müdafiə edəcək. Bu baxımdan, Dağlıq Qarabağ problemi Azərbaycanın qüdrətinin, ordumuzun gücünün artması sayəsində, xalqın və Ali Baş Komandanın iradəsi nəticəsində öz ədalətli həllini tapacaq. Bizi böyük gələcək gözləyir. Azərbaycanın bu günü nə qədər parlaqdırsa, gələcəyi bundan da artıq dərəcədə ürəkaçan olacaq. Ölkəmiz düzgün yol seçib, Azərbaycanın inkişaf yolu Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilib, uzun illərdir ki, xalqımız bu siyasətin, ideologiyanın faydalarını görür və görməkdədir. İnanırıq ki, bundan sonra da Azərbaycan vətəndaşları bu yola sadiq qalacaqlar, bu yolu uğurla həyata keçirən Prezident İlham Əliyevin ətrafında daha sıx birləşəcəklər və ölkəmizə qara yaxmağa çalışan qüvvələrə layiqli cavab verəcəklər. Azərbaycanın inkişafına problemlər yaratmaq istəyənlər məqsədlərinə çata bilməyəcəklər. Çünki Azərbaycanın seçdiyi yol xalqımızın maraqlarına uyğundur. İnsanlar gələcəklə bağlı nigaran deyillər. Azərbaycan dövləti bu gün nə qədər əzəmətlidirsə, möhtəşəm dayaqlar üzərində qərar tutursa, bundan sonrakı tariximiz də o qədər möhtəşəm, əzəmətli olacaq, YAP-ın çoxminli üzvləri də daxil olmaqla bütün vətəndaşlar daha sıx birləşərək Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin daha böyük uğurlar qazanmasına töhfələr verəcək”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Tədbirdə daha sonra mədəniyyət nazirinin birinci müavini, YAP İdarə Heyətinin üzvü Vaqif Əliyev çıxış edərək bildirib ki, nümunəvi inkişaf yolu olan müasir Azərbaycanın bu gün dünya dövlətləri arasında yerini mökəmləndirməsi və qazanılan uğurların davamlılığı birbaşa həyata keçirilən uğurlu dövlət siyasətinin bəhrəsidir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə reallaşan qlobal və regional layihələr dövlətimizin dünyaya inteqrasiyasını sürətləndirir. Bu prosesdə mədəniyyətlərarası dialoqa verilən töhfələr böyük əhəmiyyət daşıyır. Nazir müavini bu istiqamətdə ölkəmizdə çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyini xatırladıb. Bunlar arasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu xüsusilə qeyd edilməlidir. “Birinci dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna 40 ölkə ilə başladıq. Bu il keçirilən V Forumda isə 135 ölkə təmsil olundu. Forum müddətində çoxsaylı məruzələr dinlənilib, 20-dən çox müxtəlif tədbir, o cümlədən sessiya, dəyirmi masa və s. təşkil edilib. Habelə 30-dan çox beynəlxalq təşkilatın rəhbərləri bir otaqda əyləşərək müzakirələr aparıblar. Bütün sessiyalarda keçirdiyimiz müzakirələr canlı şəkildə BMT veb-saytı vasitəsilə yayımlanıb”.
Natiq deyib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-nin illik hesabatında əsas platforma kimi qeyd olunub. Ötən müddət ərzində Forumun mövzusu xeyli dəyişib və tədbirin mövzusu mövcud dünyanı narahat edən məsələləri əhatə edir: “Biz təkcə Azərbaycanda deyil, ölkəmizdən kənarda da dialoqların qurulmasına çalışırıq. Biz inanırıq ki, mədəniyyətlərarası müxtəlifliyə öz töhfəmizi verə bilirik. Bizim görüşlər və təcrübələrin bölünməsi böyük təşəbbüslər verə bilər. Bu prosesdə Mehriban xanım Əliyevanın rolu və fəaliyyəti müstəsna əhəmiyyət kəsb edir”.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı da çıxışında ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfələrin əhəmiyyətini vurğulayıb. O bu prosesdə Heydər Əliyev Fondunun və Fondun prezidenti, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək dəyərləndirib: “Fondun ötən illərdə ortaya qoyduğu genişmiqyaslı fəaliyyət Azərbaycan xalqı tərəfindən dəstəklənir. Fond ölkənin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Respublikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etməyi, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi görür. Bununla yanaşı, Heydər Əliyev Fondu ölkəmizdə tolerantlıq ənənələrinin möhkəmlənməsinə, Azərbaycanın dünyaya multikulturalizm, tolerantlıq, dözümlülük məkanı kimi təqdim edilməsi yönündə həyata keçirilən işlərə də mühüm dəstək verir”.
N.Vəlixanlı Azərbaycan mədəniyyətinin və tarixinin dünyada təbliğ olunmasında da Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu baxımdan “Ədəbiyyat xəzinəsi” və “Tarixin şah əsərləri” sərgilərinin təşkil olunması böyük əhəmiyyət kəsb edir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbəri Rəvan Həsənov isə bildirib ki, Azərbaycan Respublikasında müasir dövrdə millətlərarası münasibətlər və din sahəsində həyata keçirilən dövlət siyasəti beynəlxalq hüquq normalarına və zəngin tarixi köklərə əsaslanır: “Dünyanın multikulturalizm mərkəzlərindən biri kimi tanınan Azərbaycanda sivilizasiyalararası və dinlərarası dialoqa töhfə verən bir sıra nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib. Beynəlxalq ictimaiyyəti narahat edən humanitar problemlər 2008-ci ildən etibarən, mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsini nəzərdə tutan “Bakı prosesi” çərçivəsində müzakirə olunur, dünyanın tanınmış dini liderləri, ictimai-siyasi xadimləri, dövlət rəsmiləri, nüfuzlu alim və ziyalıları arasında səmərəli fikir mübadiləsi aparılır. Azərbaycanda tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması dövlətimizin başçısının apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir”.
R.Həsənov bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir. Onun sözlərinə görə, Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunədir. “Azərbaycan dövlətinin həyata keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə zəmin yaradır. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin uğurlu davamının nəticəsidir. Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək, eləcə də Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq və mövcud multikultural modelləri tədqiq və təşviq etmək bizim əsas məqsədimizdir”, - deyə, R.Həsənov vurğulayıb.
Azərbaycanın Xalq artisti, professor Mənsum İbrahimov çıxış edərək Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən danışıb, onun sivilizasiyalararası dialoqa, eləcə də, milli-mənəvi dəyərlərimizin qorunmasına və dünyada təbliğ olunmasına verdiyi töhfələri xüsusi vurğulayıb. O qeyd edib ki, Azərbaycan muğamının dünyada təbliğ olunması da xalqımız tərəfindən yüksək qiymətləndirilir.
Sonda Yeni Azərbaycan Partiyasının Mehriban xanım Əliyevaya təbrik videoçarxı təqdim olunub.
Nardar BAYRAMLI

 
  • Oxunub:  4350  |  
  • Tarix:  23-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub

05 Dekabr 21:50
Heydər Əliyev Fondu Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonuna görə xüsusi mükafata layiq görülüb
05 Dekabr 21:45
Növbəti illərdə ATƏT-ə sədrlik edəcək ölkələrin adları müəyyənləşib
05 Dekabr 21:37
DİN vakant post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
05 Dekabr 21:34
Azərbaycanın Xarici İşlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05 Dekabr 21:31
Azərbaycanla Asiya İnkişaf Bankının əməkdaşlığının 20 illiyi qeyd olunub
05 Dekabr 21:28
“Rossiya-24” telekanalı “Bakutel-2019” sərgisi ilə bağlı reportaj yayımlayıb
05 Dekabr 21:19
ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bəyanat yayıblar
05 Dekabr 20:45
Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq müzakirə olunub
05 Dekabr 19:37
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05 Dekabr 19:07
Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq
05 Dekabr 19:00
Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib
05 Dekabr 18:55
Şamaxıda "ASAN Həyat" kompleksinin açılışı olub
05 Dekabr 18:15
Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib
05 Dekabr 17:54
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq
05 Dekabr 17:45
Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişaf perspektivləri barədə müzakirələr aparılıb
05 Dekabr 17:34
Görkəmli xanəndə Əlibaba Məmmədovun anadan olmasının 90 illiyi qeyd olunacaq
05 Dekabr 17:15
Dövlət Komitəsində gənc könüllülərlə görüş olub
05 Dekabr 17:05
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka, öz gücünü sınamağa, xalqla səmimi dialoq şansından faydalanmağa çağırır
05 Dekabr 16:47
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib - SƏRƏNCAM
05 Dekabr 16:47
Madriddə İmadəddin Nəsiminin 650, Aşıq Veysəlin isə 125 illiyi qeyd olunub
05 Dekabr 16:31
Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi müzakirə olunub
05 Dekabr 16:10
Türkiyə qəzetləri Azərbaycanda həyata keçirilən islahatlardan yazır
05 Dekabr 16:07
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
05 Dekabr 16:01
Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib
05 Dekabr 16:00
YAP Nərimanov rayon təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
05 Dekabr 15:48
YAP İcra Katibliyində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfransı keçirib
05 Dekabr 15:41
Bakıda Gənc Sahibkarlar Forumu keçiriləcək
05 Dekabr 15:37
Zakir Həsənov Pakistan səfiri ilə görüşüb
05 Dekabr 15:30
Çavuşoğlu: "Ərazi bütövlüyünə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq”
05 Dekabr 15:14
Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb
05 Dekabr 15:09
Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına başlanıb
05 Dekabr 15:08
Nizami rayonunun qadın seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
05 Dekabr 15:04
Bakıda “Dövlət idarəçiliyində səriştə modeli: çətinliklər və həll yolları” mövzusunda seminar keçirilir
05 Dekabr 15:01
Nazir Zakir Həsənov cəbhəboyu zonadakı hərbi hissələrdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub
05 Dekabr 14:58
Fuad Muradov: Bu günədək 88 diaspor təşkilatı 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib
05 Dekabr 14:56
Nazirlər Kabinetinin Qərarı ilə Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib
05 Dekabr 14:53
Elçin Əhmədov: Azərbaycanın dinamik inkişafı Prezident İlham Əliyev tərəfindən uğurla və novatorcasına aparılan siyasətin nəticəsidir
05 Dekabr 14:50
Bakıda dövlət qulluğunda insan resurslarının idarə olunması mövzusunda beynəlxalq konfrans keçirilir
05 Dekabr 14:48
Komitə sədri: “Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi demək olar ki, hazırdır
05 Dekabr 14:46
Pərvin Kərimzadə: Azərbaycanın Birinci vitse-prezidentinin humanist addımı sənətə, sənətkara hörmətin təsdiqidir
05 Dekabr 14:44
Yüz milyon oxucusu olan "China Daily" Azərbaycandakı islahatlardan yazır
05 Dekabr 14:43
Argentina səfiri: AZƏRTAC–ın ispan dilində xəbər yayması təqdirəlayiqdir
05 Dekabr 14:39
AzTU-da Belarus Dövlət Rabitə Akademiyası ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
05 Dekabr 13:10
Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir
05 Dekabr 09:55
5 dekabr – Beynəlxalq Könüllülər Günüdür
05 Dekabr 09:37
Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları birmənalı şəkildə dəstəkləyir
05 Dekabr 09:35
Regionlarda heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni təsərrüfatlar yaradılır
05 Dekabr 09:32
Pambıq qəbulu məntəqələrinə bu günədək 293 min tondan çox məhsul təhvil verilib
05 Dekabr 09:31
Bakcell Bakutel - 2019 sərgisində: ən üstün şəbəkə və müştəri təcrübəsi
05 Dekabr 09:29
Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı
04 Dekabr 21:29
Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub
04 Dekabr 21:26
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
04 Dekabr 21:25
İzmir şəhərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib
04 Dekabr 21:09
Azərbaycan nümayəndə heyəti İran Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb
04 Dekabr 21:04
Prezident İlham Əliyev: Azərbaycanda aparılan köklü islahatlar bütün sahələri əhatə edir
04 Dekabr 20:57
Rufiz Qonaqov: Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır
04 Dekabr 20:55
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı regional təşəbbüs layihəsi imzalayıb
04 Dekabr 20:49
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir
04 Dekabr 20:47
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
04 Dekabr 20:46
Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
04 Dekabr 20:41
Azərbaycan Prezidenti: Kadr islahatları davam etdiriləcək
04 Dekabr 20:30
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
04 Dekabr 20:25
Səfa Mirzəyev: Konstitusiya Məhkəməsi Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılmasını nəzərə alıb
04 Dekabr 20:23
Mədəniyyət naziri Əbülfəs Qarayev Bəhreyn Krallığının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb
04 Dekabr 20:22
BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüş keçirilib
04 Dekabr 20:17
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək
04 Dekabr 20:13
“Könüllülük sərhəd tanımır!” devizi altında silsilə tədbirlərin təşkilinə 500 gənc cəlb olunub
04 Dekabr 20:10
YAP Qaradağ rayon təşkilatında seçicilərlə görüş keçirilib
04 Dekabr 20:10
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub
04 Dekabr 17:50
Bratislavada Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA