Ana səhifə »  Siyasət »  Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
A+   Yenilə  A-
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Sentyabrın 13-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Kürdəxanı qəsəbəsində Hüseynbala Ağaverdiyev adına 113 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezident əvvəlcə sıralarında məktəbin məzunlarının da olduğu şəhid Kürdəxanı sakinlərinin xatirəsinə ucaldılan abidəyə baxıb.
Qeyd edək ki, 1971-ci ildən fəaliyyətə başlayan bu məktəbin binasında cari təmir işləri 2006-cı ildə aparılıb. İki il sonra - 2008-ci ildə şagird sıxlığı nəzərə alınaraq 300 yerlik əlavə korpus tikilib.
Bu ilin mayında Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi ilə təhsil ocağı yenidən qurulub.
Əvvəllər fənn kabinetləri yararsız vəziyyətdə idi, bu isə tədris prosesinin keyfiyyətinə maneçilik törədirdi. Ancaq yeni tədris ilində bu problem aradan qaldırıldı.
Təhsil ocağının sinif otaqları, fənn kabinetləri, informatika-linqafon otağı, kitabxana, akt və idman zalları ilə tanış olan Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verilib ki, hər iki korpusda 47 sinif otağı, 2 informatika və 1 linqafon otağı, kimya, biologiya, fizika fənn kabinetləri, akt, idman və musiqi zalları istifadəyə verilib.
Təmirdən əvvəl məktəb 1150 şagird yerlik olub. Hazırda əlavə sinif otaqlarının artırılması hesabına burada 1200 şagirdin təhsil alması üçün şərait yaradılıb. Təhsil ocağının həyətində yaşıllıq sahəsi salınıb, abadlıq-quruculuq işləri aparılıb. Məktəbin həyətində müasir tələblərə cavab verən qaçış və futbol meydançası da yaradılıb.
Məktəbin kollektivi ilə görüşüb, onlara yeni dərs ilində uğurlar arzulayan Birinci vitse-prezident Mehriban Əliyeva deyib: “Mən bu gün burada olmaqdan çox şadam. Yəqin bilirsiniz ki, cari ilin may ayında hörmətli Telman Əliyev məni öz evinə dəvət etmişdi və həmin ay qızımla Kürdəxanı qəsəbəsində oldum. Çay süfrəsi ətrafında qəsəbədə olan problemlər haqqında geniş söhbət etdik. Həmin vaxt bu məktəbə də baxdım və sakinləri narahat edən məsələlərin aradan qaldırılması üçün lazımi tapşırıqlar verildi. Mən çox şadam ki, 113 nömrəli məktəb qısa bir zamanda, yəni, üç ay ərzində, təmir edilib, amma demək olar ki, müasir səviyyədə yenidən qurulub. Əminəm ki, bu məktəb yeni tədris ilində həm şagirdlərə, həm də onların valideynlərinə xoş bir hədiyyə olacaq.
Məktəb 1971-ci ildə inşa olunub, 2008-ci ildə əlavə korpus tikilib və bu vaxt ərzində bir neçə dəfə təmir də olunub. Amma buna baxmayaraq, çox yararsız vəziyyətdə idi. İndi isə çox gözəl, müasir, bütün lazımi avadanlıqla təmin olunmuş yeni bir məktəbdir. Burada 1200 şagird təhsil ala bilər. Amma mən yenə də sakinlərin xahişini və şagirdlərin 2000-dən çox olduğunu nəzərə alaraq hesab edirəm ki, Kürdəxanı qəsəbəsində yeni bir məktəbin tikintisinə ehtiyac var. Tapşırıqlar verilib və qısa bir zamanda yeni məktəbin tikintisinə başlanılacaq.
Bundan əvvəl gözəl bir parkın açılışında iştirak etdim. Ümumi sahəsi 2,6 hektar olan park vaxtilə Zeytunluq adlanan ərazidə yerləşir. Sakinlərin belə bir xahişi var idi ki, asudə vaxtı keçirmək üçün bu cür bir yer olsa, çox gözəl olar. Artıq müasir, gözəl, tamamilə yenidən qurulmuş park sakinlərin istifadəsinə verilib. Ən vacibi isə odur ki, bütün ağaclar saxlanılıb, heç bir ağac kəsilməyib. Eyni zamanda, müasir işıqlandırma sistemi, uşaqlar üçün oyun meydançası, müasir kafe qurulub. Mən çox şadam ki, biz belə qısa zamanda bu işlərin nəticəsini görürük.
Bu, Azərbaycan Respublikasının Prezidenti tərəfindən aparılan siyasətin nəticələridir. Paytaxtımız Bakı da bu gün dünyanın ən gözəl şəhərlərindən biridir.
Mən çox şadam və sizi təbrik edirəm. Mənim salamlarımı, hörmətimi Kürdəxanı qəsəbəsində yaşayan bütün insanlara çatdırın. Çox sağ olun”.
* * *
Ümumiyyətlə, bu gün Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində quruculuq-abadlıq işləri sürətlə gedir. 12 min 200 nəfər əhalinin yaşadığı qəsəbədə qazlaşma uğurla davam edir, yol infrastrukturunun inkişafı ilə bağlı işlər görülür, küçələrin bərpası həyata keçirilir, yeni işıqlandırma sistemi quraşdırılır.
Kürdəxanı sakini Telman Əliyev və məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Şirinxanım Abbasova Birinci vitse-prezidentə göstərdikləri diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Telman Əliyev: Çox sağ olun ki, təşrif buyurub gəldiniz. Böyük işlər görmüsünüz. Yollarımız çox gözəldir. Çox sağ olun. Allah Sizə, ailənizə cansağlığı versin.
Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun. Yollar barədə deyə bilərəm ki, qəsəbədaxili 115 küçə, ümumilikdə 70 kilometr uzunluğunda yollar tamamilə yenidən qurulub. Bu da əlbəttə, burada yaşayan insanlar üçün böyük rahatlıqdır.
Şirinxanım Abbasova: Hörmətli Mehriban xanım, məktəbimizin kollektivi adından Sizi salamlayırıq, Sizə minnətdarlığımızı bildiririk. Həm sakinlər adından, həm məktəbin pedaqoji kollektivi adından Sizə “Çox sağ olun!” deyirik. Sizin bu böyük işinizi yüksək qiymətləndiririk. Çox sağ olun.
Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun, mənim borcumdur. Bilirsiniz, mən hər zaman insanlarla ünsiyyətdə olmağa və onların problemlərini eşitməyə çalışıram. Bilirsiniz, mən də, cənab Prezident də hər zaman sizin yanınızdayıq. Siz bizim güc mənbəyimizsiniz.
Şirinxanım Abbasova: Məktəbin kollektivi adından Sizi əmin edirik ki, Sizin, bax, bu qədər gördüyünüz işlər qarşısında biz də daha böyük səylə çalışacağıq, bütün qüvvə və bacarığımızı gənc nəslin təlim-tərbiyəsinə həsr edəcəyik. Bir daha qəsəbə sakinləri, məktəbin pedaqoji kollektivi adından Sizə öz minnətdarlığımızı bildiririk. Sağ olun, var olun.
Birinci vitse-prezident Mehriban Əliyeva: Çox sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirilib.

 
  • Oxunub:  4320  |  
  • Tarix:  14-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

20 Oktyabr 17:38
Əli Əhmədov: İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək
20 Oktyabr 16:41
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20 Oktyabr 16:31
Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır
20 Oktyabr 14:55
Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb
20 Oktyabr 14:38
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur
20 Oktyabr 13:31
Sabah əksər bölgələrdə hava əsasən yağmursuz olacaq
20 Oktyabr 11:45
Polşada ixracatçılar üçün seminar keçirilib
20 Oktyabr 11:18
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20 Oktyabr 10:53
Filarmoniyada Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib
20 Oktyabr 10:50
Oktyabrın 20-si Energetiklər Günüdür
19 Oktyabr 18:17
Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 17:54
On dörd müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb
19 Oktyabr 17:40
BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb
19 Oktyabr 17:29
Azərbaycanın Xarici İşlə Nazirliyi Fransanın Lion inzibati məhkəməsinin qərarını alqışlayır
19 Oktyabr 17:05
Səfir Kestutis Yankauskas: Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq
19 Oktyabr 17:03
Səfir: Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü alqışa layiqdir
19 Oktyabr 16:58
Əli Əhmədov: Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər
19 Oktyabr 14:57
Çin Azərbaycanı etibarlı dost və mühüm tərəfdaş hesab edir
19 Oktyabr 14:04
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub
19 Oktyabr 13:59
Dövlət Miqrasiya Xidmətinin rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
19 Oktyabr 13:55
ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür
19 Oktyabr 13:39
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
19 Oktyabr 13:34
Vüsal Hüseynov: Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər
19 Oktyabr 13:29
Şahin İsmayılov: Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır
19 Oktyabr 13:23
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib
19 Oktyabr 13:20
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19 Oktyabr 13:12
Sevinc Hüseynova: Dünyanın donorlar ailəsinə qoşulan Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və mövqeyini daha da gücləndirəcək
19 Oktyabr 13:01
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
19 Oktyabr 12:55
Prezident Mun Ce-in: Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözləyirəm
19 Oktyabr 12:22
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
19 Oktyabr 12:19
Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb
19 Oktyabr 12:17
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatıb
19 Oktyabr 12:16
Aktiv məşğulluq tədbirləri nəticəsində gələn il 130 min nəfər işlə təmin olunacaq
19 Oktyabr 12:03
Necdət Ünüvar: Bakıdakı yüksək təşkilatçılıq Türk Şurasının siyasi nüfuzunu daha da yüksəltdi
19 Oktyabr 11:55
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri var
19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA