Ana səhifə »  Siyasət »  Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır
A+   Yenilə  A-
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Prezident İlham Əliyev: Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir
Müstəqil Azərbaycan dövləti özünün siyasətini qarşıda duran strateji məqsədlərə və zamanın dəyişən tələblərinə uyğun qurur. Bu kontekstdə ölkəmizdə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi əsasında ardıcıllıqla həyata keçirilən islahatların önəmini xüsusi qeyd etmək lazımdır.
Məlum olduğu kimi, Azərbaycanın dövlət başçısı respublikamızda ötən il prezident seçkilərindən sonra keçirilən andiçmə mərasimində söylədiyi proqram xarakterli nitqində diqqəti perspektiv inkişaf üçün müəyyənləşdirilən hədəflərə çəkmişdi. Dövlət başçısının diqqət çəkdiyi hədəflər ölkə həyatının bütün sahələrini əhatə edirdi. Son vaxtlarda biz mütəmadi olaraq respublikamızın qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədiyinin şahidi oluruq. Əsas məqamlardan biri ondan ibarətdir ki, ölkəmizdə müxtəlif istiqamətlərdə aparılan islahatlar dönməz xarakter alıb. Yeri gəlmişkən, bir neçə gün bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçımız bu məqamı xüsusi olaraq vurğulayıb. Prezident İlham Əliyev ölkəmizdə aparılan islahatların dərinləşməsindən məmnunluğunu bildirib və bu xüsusda Özünün yeni mesajlarını verib.
Perspektivdə ölkəmizdə iqtisadi sahədə islahatların daha da dərinləşdirilməsi nəzərdə tutulur
Güclü iqtisadiyyat hər bir ölkənin inkişafında, qarşıda duran məsələlərin həllində əsas amil qismində çıxış edir. Bu baxımdan Azərbaycanın seçdiyi yol çox haqlı olaraq bütün dünyada nümunəvi inkişaf modeli kimi qəbul edilir. Güclü iqtisadiyyat quruculuğu respublikamızda 2004-cü ildən bəri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin prioritet istiqaməti kimi müəyyənləşdirilib və bu sahədə yaxşı nəticələr qazanılıb. Belə ki, son 16 ildə milli iqtisadiyyatımız 3 dəfədən çox olmaqla genişlənib ki, bu da dünyada ən yaxşı göstəricilərdən biri hesab olunur.
Respublikamız iqtisadi inkişafın ardıcıllığını 2019-cu ilin arxada qalan 9 ayında da yüksək səviyyədə təmin edib. İlin əvvəlindən bəri iqtisadiyyatımızda istehsal artıb, yeni ixrac imkanları yaranıb. Bəhs olunan dövrdə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəricisi 15 faizdən çox olmaqla qeyri-neft sənayesində qeydə alınıb ki, bu da dünya miqyasında rekord göstərici hesab edilə bilər. Son 9 ayda ölkəmizin kənd təsərrüfatında da ciddi artım müşahidə edilib. Belə ki, bəhs olunan dövrdə aqrar sektor 7 faizdən çox artıb. Yeri gəlmişkən, Prezident İlham Əliyev yuxarıda xatırlatdığımız müşavirədə iqtisadiyyatımızdakı vəziyyəti geniş təhlil edərək müşahidə edilən müsbət dinamikanı məmnunluq hissi ilə nəzərə çatdırıb. “Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub”, - deyə dövlət başçısı bildirib.
Təbii ki, dünyadakı gərginliklər, ayrı-ayrı ölkələrin iqtisadi inkişafla bağlı ciddi çətliklərlə üzləşdiyi bir vaxtda Azərbaycan iqtisadiyyatının inamlı inkişafı heç də təsadüfi deyil. Ölkəmizdə davamlı iqtisadi inkişafı şərtləndirən amillər sırasında aparılan islahatların önəmini xüsusi qeyd edə bilərik. Uğurla reallaşdırılan islahatlar postneft dövründə milli iqtisadiyyatımızın inkişafı üçün münbit zəmin rolunda çıxış edərək onun qarşısında yeni perspektivlər açıb.
Yeni iqtisadi şəraitdə ölkəmizdə aparılan islahatlar kompleks səciyyə daşıyır və bir-birini tamamlayır. Dövlət başçısının 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb.
Yeni şəraitdə ölkədə aparılan islahatların böyük bir qismi biznes mühitinin daha da optimallaşdırılmasına istiqamətləndirilib. Belə ki, respublikada Prezident İlham Əliyevin siyasi iradəsi əsasında sahibkarlıq subyektlərində yoxlamaların dayandırılmasının müddəti 2021-ci ilədək uzadılıb, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz müəyyən edilib, dövlət rüsumunun məbləği Bakıda 2 dəfə, regionlarda isə 4 dəfə azaldılıb, lisenziyaların İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsinə başlanılıb.
Yeni şəraitdə reallaşdırılan islahat tədbirləri sırasında investisiyaların təşviqi mexanizminin işə salınması böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə 2016-cı il 18 yanvar tarixli “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub.
Ölkəmizin investisiya cəlbediciliyinin artırılmasına hesablanan sənədlərdən biri də “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2018-ci il tarixində imzaladığı müvafiq Sərəncamdır. Sənəddə ölkənin investisiya cəlbediciliyinin artırılması ilə bağlı müəyyənləşdirilən strateji məqsədlərə çatmaq, o cümlədən də ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsullar istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizminin, eləcə də ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi Qaydası” ilə bağlı mühüm müddəalar yer alıb.
Respublikamızda yeni nəsil iqtisadi islahatlar çərçivəsində ixracın səmərəli təşviqi mexanizmi işə salınıb. Prezident İlham Əliyevin ixracın təşviqinin stimullaşdırılması ilə bağlı imzaladığı müvafiq sənədlərə uyğun olaraq “İxrac təşviqinin ödənilməsi qaydası”, “İxrac təşviqi şamil olunacaq məhsulların siyahısı” və “İxrac təşviqi üzrə tətbiq olunacaq əmsallar” təsdiq olunub. İxrac təşviqi şamil olunan malların siyahısına bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, ipək parçalar və xalçalar kimi digər məhsullar daxil edilib. Həmin məhsulların növündən asılı olaraq sahibkarlara ixrac etdikləri qeyri-neft məhsullarının gömrük dəyərinin 3-6 faizi həcmində təşviq vəsaiti ödənilir.
Ölkəmizin ixrac imkanlarının genişləndirilməsi baxımından “Made in Azerbaijan” brendinin yaradılması da böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla təsdiqlənən Qayda xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsini və ödənilmə mexanizmini müəyyən edir.
Aparılan islahatlar indiki şəraitdə Azərbaycanın müqavimət gücünü artıran və ölkəmizin qarşısında yeni inkişaf perspektivləri açan fundamental faktorlar qismində çıxış edir. Qürur doğuran haldır ki, bu gün respublikamız yüksək rəqabət qabiliyyətinə malik iqtisadiyyata malikdir və heç bir kənar maliyyə mənbəyindən asılı deyil. Öz növbəsində iqtisadi müstəqillik Azərbaycanın özünəinam hissini artırır. Respublikamız özünün güclü iqtisadi dayaqlarına, geniş maliyyə imkanlarına əsaslanaraq milli maraqlara uyğun tam müstəqil siyasət həyata keçirir.
Eyni zamanda, Azərbaycan bundan sonra da islahatların ardıcıllığını təmin etmək əzmindədir. Prezident İlham Əliyev bu istiqamətdə qarşıya çox mühüm vəzifə qoyub. “Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir”, - deyə dövlət başçımız vurğulayıb.
Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verir
Yuxarıda qeyd etdiyimiz kimi, respublikamızda Prezident İlham Əliyevin siyasi qətiyyəti sayəsində aparılan islahatlar kompleks səciyyə daşıyır və həyatın bütün sahələrini əhatə edir. İslahatlar sayəsində bu gün Azərbaycan vətəndaşlara dövlət xidmətlərinin göstərilməsində nümunəvi modelə malik olan bir ölkəyə çevrilib. Xəbər verildiyi kimi, 2019-cu ilin iyun ayında Bakıda Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu keçirilib. Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi belə bir mötəbər forumun Bakıda keçirilməsi Azərbaycanın təcrübəsinin dünyada böyük maraqla izlənildiyini bir daha təsdiqləyir.
Yeri gəlmişkən, Azərbaycanda dövlət xidmətlərinin çox təkmil və yüksək səviyyədə həyata keçirildiyi BMT-nin Bakıda keçirilən Dövlət Xidmətləri Forumunda da xüsusi vurğulanıb. Forum çərçivəsində ölkəmiz BMT-nin xüsusi mükafatına layiq görülüb.
Ölkəmizdə dövlət orqanlarının səmərəli fəaliyyətinin təmin olunmasına, şəffaflığın artırılmasına hesablanan islahatlar həmçinin vergi və gömrük sahələrini də əhatə edir. Məlum olduğu kimi, ölkə Prezidenti yeni iqtisadi şəraitdə gömrük orqanları qarşısında gömrük sistemində şəffaflığın təmin olunması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük xidməti mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoyub. Qarşıya qoyulan vəzifələrin icrasını yüksək səviyyədə təmin etmək üçün gömrük sahəsində geniş islahatlar aparılır. Son vaxtlarda gömrük sistemində idarəetmənin keyfiyyətini artırmaq məqsədilə struktur islahatları həyata keçirilib. Müasir standartlar nəzərə alınmaqla, Komitə aparatının və Komitə sisteminə daxil olan yerli və ixtisaslaşdırılmış gömrük idarələrinin fəaliyyət istiqamətləri müəyyənləşdirilib, yerli və ixtisaslaşdırılmış gömrük idarələrinin bazasında 5 yeni baş idarə yaradılıb, fəaliyyət istiqamətlərinə uyğun olaraq Komitə aparatının struktur bölmələri yenidən formalaşdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli Fərmanına uyğun olaraq, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqinə başlanılıb. Bəzi ölkələrlə, o cümlədən Gürcüstan, Ukrayna, İran və Türkiyə ilə dövlət sərhədindən keçən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin aparılması təmin edilib. Bu isə dövlət sərhədindən keçən mallar və nəqliyyat vasitələrinə nəzarətin daha sürətli və daha keyfiyyətli həyata keçirilməsinə imkan verir. Ümumiyyətlə, hazırda gömrük-sərhəd buraxılış məntəqələrinin fəaliyyəti yeni tələblərə uyğun qurulur. Artıq ölkəmizin 9 gömrük-keçid məntəqəsində avtomobillərə, 2 dəmiryol-keçid məntəqəsində isə qatarlara gömrük nəzarəti dünyada ən müasir avadanlıq hesab edilən “Smith Detection” vasitəsilə həyata keçirilir.
Aparılan islahatlar çərçivəsində həmçinin elektron xidmətlərin əhatə dairəsinin genişləndirilməsi hədəflənib ki, bu da gömrük orqanlarının fəaliyyətində səmərəliliyin artmasına müsbət təsir göstərir. Prezident İlham Əliyevin 28 iyun 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”na əsasən, idxal olunan malların elektron formada əvvəlcədən bəyan edilməsi sisteminin tətbiq olunduğu icraçı orqanlardan biri də Dövlət Gömrük Komitəsidir.
Eyni zamanda, Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi (VAİS) layihəsi bugünkü elektron gömrük xidmətinin əsasını təşkil edir. Komitə elektron gömrük xidmətinin daha da genişləndirilməsi, gömrük rəsmiləşdirilməsi zamanı tələb olunan sənədlərin və prosedurların sayının minimuma endirilməsi istiqamətində görülən işləri sürətləndirməyi qarşıya əsas məqsəd qoyub.
Son vaxtlar Azərbaycanda vergi siyasəti daim iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq təkmilləşdirilir. Vergilər Nazirliyinin fəaliyyətinin məhz bu tələblərə uyğun qurulması, həyata keçirilən vergi siyasətinin və vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni münasibətlərin formalaşdırılması hazırda vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir. Azərbaycan Respublikasının Vergilər naziri Mikayıl Cabbarov KİV-ə müsahibəsində bildirib ki, cari ildə respublikamızda qabaqcıl dünya praktikası ilə uzlaşdırılan yeni bir vergi sisteminə keçid istiqamətində müvafiq addımlar atılıb. Bu prosesin ölkədəki iqtisadi artıma, oturuşmuş biznes vərdişlərinə və işgüzar mühitə xələl gətirmədən həyata keçirilməsi üçün müvafiq tədbirlər həm inzibatçılıq mədəniyyəti, həm də qanunvericilikdə müvafiq dəyişikliklər vasitəsilə tətbiq olunub. Son vaxtlarda vergi orqanları tərəfindən aparılan səyyar vergi yoxlamalarının sayı təxminən üç dəfə azaldılıb. Vergilər Nazirliyinin praktikası və yanaşması imkan verir ki, bir çox vergidən yayınma halları nazirliyin texnoloji informasiya bazasının təkmilləşdirilməsi və zənginləşdirilməsi nəticəsində əldə edilmiş məlumatların təhlili vasitəsilə, yoxlamaya getmədən, subyektivlik amilini aradan qaldırmaq və insan amilinin rolunu minimuma endirməklə aşkara çıxarılsın. Vergi sistemində aparılan struktur islahatları barədə danışan nazir bu islahatların fəlsəfəsinin vergi orqanlarının əsas funksiyasının fiskal nəzarətdən vergi ödəyicilərinə xidmət prinsipinə keçirilməsi olduğunu bildirib.
Vergilər Nazirliyinin fəaliyyətində rəqəmsallaşma və elektron xidmətlərin tətbiqinin genişləndirilməsi prioritet istiqamət təşkil edir. Növbəti illərdə elektron xidmətlərin sayının genişləndirilməsi, bu xidmətlərin mobil cihazlar vasitəsilə əldə edilməsi imkanlarının yaradılması, Vergilər Nazirliyinin vebportalının funksionallığının genişləndirilməsi nəzərdə tutulur. Hazırda qeyd olunan istiqamətlərdə zəruri işlər həyata keçirilir.
Vergi ödəyiciləri islahatlar çərçivəsində Vergilər Nazirliyində apelyasiya sisteminin formalaşdırılmasından razılıq edirlər. Əlbəttə, heç bir fəaliyyət qüsursuz deyil və vergi orqanının qərarları ilə razılaşmayanların olması hər zaman mümkündür. Buna görə də Vergilər Nazirliyində apelyasiya sisteminin fəaliyyətinə çox böyük önəm verilir. Burada sahibkarın və vergi ödəyicisinin şikayətinə baxılarkən məsələyə “yalnız vergi toplamaq” prizmasından deyil, “qanun düzgün tətbiq edilməlidir” fəlsəfəsi ilə yanaşılır.
Əlbəttə, bir yazı daxilində gömrük və vergi sahələrində aparılan islahatları tam əhatə etmək mümkün deyil. Əsas məqam ondan ibarətdir ki, reallaşdırılan islahatlar artıq öz səmərəsini verir. Bunu hər iki qurumun xətti ilə büdcəyə əlavə vəsaitlərin cəlb olunması bir daha təsdiqləyir. “Vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini verməkdədir. Gömrük və vergi orqanları doqquz ayda büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil ediblər. Bu, bir daha onu göstərir ki, bizim nə qədər böyük ehtiyatlarımız var”, - deyə Prezident İlham Əliyev bildirib.
Eyni zamanda, Prezident İlham Əliyev sahibkarları vergiləri tam şəkildə ödəməyə çağırıb. Dövlət başçısı vurğulayıb ki, sahibkarlardan vergilərdən kənar digər ödənişlər tələb oluna bilməz: “Həmin sahibkarlar da bilməlidirlər ki, vergiləri ödəmək onların borcudur. Onlardan heç bir başqa ödəniş tələb oluna bilməz. Mən bütün qurumlar qarşısında bu vəzifəni qoydum, maksimum şəffaflıq, dürüstlük olmalıdır, rüşvətxorluğa, korrupsiyaya son qoyulmalıdır. Ancaq sahibkarlar dövlət vergisini tam şəkildə ödəməlidirlər. Biz bu vergilər hesabına sosial layihələri icra edirik, vergilər hesabına köçkünləri yerləşdiririk, vergilər hesabına ordumuzu gücləndiririk. Ona görə də vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir”.
Azərbaycanda aparılan islahatlar beynəlxalq səviyyədə yüksək dəyərləndirilir
Əlamətdar haldır ki, respublikamızın sosial-iqtisadi inkişaf sahəsində qazandığı uğurlar, ölkədə aparılan islahatların səmərəliliyi beynəlxalq səviyyədə də etiraf olunur. Son vaxtlarda Davos İqtisadi Forumunun, Avropa Yenidənqurma və İnkişaf Bankının və digər nüfuzlu beynəlxalq qurumların hesabatlarında respublikamızın müsbət reallıqları, uğurla reallaşdırılan yeni nəsil iqtisadi islahatlar və inkişaf perspektivləri ilə bağlı müsbət dəyərləndirmələr öz əksini tapıb. Bundan məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb: “Bütövlükdə Azərbaycanda iqtisadi sahədə islahatlar uğurla gedir. Beynəlxalq aparıcı maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirirlər. Mənim Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Valyuta Fondu və digər aparıcı beynəlxalq maliyyə qurumlarının rəhbərləri ilə çoxsaylı görüşlərim deməyə əsas verir ki, Azərbaycanda aparılan islahatlar yüksək qiymətləndirilir.
“Doing Business” hesabatında biz biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb”.
Yeri gəlmişkən onu da vurğulayaq ki, Azərbaycanın müsbət reallıqları Davos Ümumdünya İqtisadi Forumunun bu yaxınlarda yaydığı yeni hesabatında da yüksək dəyərləndirilib. Bəhs olunan hesabata əsasən, Azərbaycan mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə görə dünyada 18-ci yerdədir. Polis orqanlarına əhali tərəfindən inamın səviyyəsinə görə respublikamız 30-cu yeri bölüşür. Mülkiyyət hüquqlarının qorunması sahəsində bizim yerimiz 37-cidir. Dövlətin və rəhbərliyin uzunmüddətli strategiyasına görə ölkəmiz dünya miqyasında 10-cu yerdə qərarlaşıb. Bu, onu göstərir ki, düşünülmüş uzunmüddətli siyasət Azərbaycanda ən yüksək səviyyədə həyata keçirilir. Sənəddə göstərilir ki, Azərbaycan islahatlara meyillilik səviyyəsinə görə dünyada 5-ci yerdədir. Respublikamız nəqliyyat infrastrukturuna görə 31-ci, yol infrastrukturuna görə isə 27-ci yerdə gəlir və MDB-də lider mövqe tutur. Xatırladaq ki, ötən hesabatda ölkəmiz bu pozisiya üzrə 34-cü yeri bölüşürdü. Hesabata əsasən, Azərbaycan dəmir yollarının səviyyəsinə görə 34-cü, nəqliyyat xidmətlərinin səmərəliliyinə görə isə 12-ci yerdə qərarlaşıb. Elektrik enerjisinin əlçatanlıq əmsalına görə isə respublikamız dünyada ikinci yerdə qərarlaşıb ki, bu da böyük nailiyyətdir.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  6150  |  
  • Tarix:  22-10-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda sosial infrastruktur quruculuğu daimi prosesə çevrilib

12 Noyabr 14:35
Milli Kitabxanada “12 noyabr – Konstitusiya Günüdür” adlı kitab sərgisi açılıb
12 Noyabr 14:18
Mikayıl Cabbarov: Azərbaycanda “kölgə” iqtisadiyyatı ilə bağlı həyata keçirilən islahatlar sosial layihələrin maliyyələşməsinə imkan yaradıb
12 Noyabr 14:08
Noyabrın 14-15-də Bakıda Dünya dini liderlərinin II Sammiti keçiriləcək
12 Noyabr 13:54
Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində nəqliyyat sahəsində keçirilən tədbirlərə sədrlik edib
12 Noyabr 13:45
Samir Şərifov: Büdcənin ənənəvi olaraq sosialyönümlülüyü təmin ediləcək
12 Noyabr 13:43
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12 Noyabr 13:33
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində doqquz ayın nəticələri müzakirə olunub
12 Noyabr 13:27
Əli Nağıyev: Dini-ekstremist və terrorçu qrupların fəallaşmaq cəhdləri beynəlxalq təhlükəsizliyi hələ də ciddi təhdid edir
12 Noyabr 13:05
Milli Məclisin Sədri: 2020-ci ilin büdcə zərfləri ölkədəki müsbət dəyişiklikləri əks etdirir
12 Noyabr 12:59
Məzahir Pənahov: Bələdiyyə seçkilərini izləmək üçün 15 ölkəyə dəvət göndərilib
12 Noyabr 12:55
Fərid Şəfiyev: Öz müqəddəratını təyinetmə hüququnun icrası yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həyata keçirilməlidir
12 Noyabr 12:48
On ay üzrə istehlak bazarında qiymətlər açıqlanıb
12 Noyabr 12:31
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təlimi başlayıb
12 Noyabr 12:22
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlanılıb
12 Noyabr 11:50
Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
12 Noyabr 11:47
Oklahoma-Azərbaycan Kənd Təsərrüfatı Forumu keçirilib
12 Noyabr 11:41
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hökumətlərarası Komissiyanın 7-ci iclası keçiriləcək
12 Noyabr 11:39
Hirkan milli parkında ilk veloyürüş keçirilib
12 Noyabr 11:38
Noyabrın 12-si Dünya Pnevmoniya ilə Mübarizə Günüdür
12 Noyabr 11:28
Ağstafa-Yenigün-Xətai-Qaçaq Kərəm-Poylu-Xılxına avtomobil yolu yenidən qurulub
12 Noyabr 11:26
BMT-nin Baş katibi bəşəriyyətin üzləşdiyi beş təhlükə haqqında danışıb
12 Noyabr 11:25
YAP Gəncə şəhər təşkilatının qərargahında partiyanın Gəncə şəhər, Binəqədi və Pirallahı rayon təşkilatlarının konfransı keçirilib
12 Noyabr 11:20
Göyçayda XIV Nar festivalı keçirilib
12 Noyabr 11:18
YAP Gəncə şəhər təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
12 Noyabr 11:08
Bu gün Milli Məclisdə büdcə müzakirələri başlayır
12 Noyabr 11:07
BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsinə Azərbaycan Respublikası diplomatik xidmətinin 100 illiyi medalı təqdim edilib
12 Noyabr 11:03
12 noyabr - Konstitusiya Günüdür
12 Noyabr 10:05
Konstitusiyamız və milli ideologiyamız
12 Noyabr 10:02
Şanxay idxal sərgisində 71,13 milyard dollarlıq razılaşmalar əldə olunub
12 Noyabr 09:58
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
12 Noyabr 09:37
Moldova Paralimpiya Komitəsinin prezidenti Bakıya gəlib
12 Noyabr 09:35
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 23 dəfə pozub
11 Noyabr 22:51
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
11 Noyabr 22:32
Azərbaycanın Dövlət Bayrağı Günü Ankarada qeyd olunub
11 Noyabr 20:00
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
11 Noyabr 18:19
Azərbaycan XİN Lavrovun Yerevanda Ermənistan-Azərbaycan münaqişəsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib
11 Noyabr 17:55
Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi keçiriləcək
11 Noyabr 17:40
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
10 Noyabr 16:16
Düşənbədə MDB ölkələrinin səhiyyə sahəsində Əməkdaşlıq Şurasının XXX yubiley iclası keçirilib
10 Noyabr 16:06
“Modern Diplomacy” portalında Ermənistanda faşistlərin və terrorçuların qəhrəmanlaşdırılmasına dair məqalə yayılıb
10 Noyabr 16:01
Mustafa Kamal Atatürkün vəfatının 81-ci ildönümü Türkiyədə müxtəlif tədbirlərlə qeyd edilir
10 Noyabr 15:55
Naxçıvan Qarnizonu qoşunlarında Dövlət Bayrağı Günü silsilə tədbirlərlə qeyd edilib
10 Noyabr 13:57
Sabah ölkə ərazisində havanın temperaturu 23 dərəcəyə yüksələcək
10 Noyabr 11:58
Azərbaycanlı tələbələr Qars şəhərinin küçə və meydanlarında dövlət bayrağımızı dalğalandırıblar
10 Noyabr 11:25
Dövlət Bayrağı Günü Niderlandda da qeyd olunub
10 Noyabr 10:27
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
10 Noyabr 10:21
Bakı bütünlüklə Azərbaycan bayrağıyla bəzənib
09 Noyabr 20:51
Milli Məclis aparatının əməkdaşları Gürcüstan parlamentində olublar
09 Noyabr 20:11
"İlham Əliyev. İnkişaf - məqsədimizdir" çoxcildliyinin 91-ci kitabı çapdan çıxıb
09 Noyabr 20:10
Zaqatalada Bayraq yürüşündə üç mindən çox gənc iştirak edib
09 Noyabr 19:45
Dövlət Bayrağı günü Yevlaxda təntənə ilə qeyd edilib
09 Noyabr 19:32
Gəncədə ikinci “Fantaziya” Mədəni İrs Festivalı çərçivəsində silsilə tədbirlər keçirilir
09 Noyabr 19:20
İƏT Nazirlər Şurasının qəbul etdiyi Antalya Komünikesində Ermənistanın işğalçılıq siyasəti qətiyyətlə pislənib
09 Noyabr 19:14
Müdafiə naziri: Azərbaycan Ordusu sürətlə inkişaf edir
09 Noyabr 18:54
İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi – Gənclər Fondunun dəstəyi ilə - FOTOLAR
09 Noyabr 18:40
Naxçıvanda Dövlət Bayrağı Gününə həsr olunmuş iməcilik keçirilib
09 Noyabr 18:17
Mövlud Çavuşoğlu: Həqiqi soyqırımı ermənilər tərəfindən yaxın tariximizdə Xocalıda törədilib
09 Noyabr 17:00
İlahiyyat İnstitutu tərəfindən Cocuq Mərcanlıda “Qarabağ Azərbaycandır!” lövhəsi açılıb
09 Noyabr 16:05
Paytaxtda növbəti iməcilik keçirilib
09 Noyabr 15:54
Pensiya sistemi ilə bağlı qanunvericiliyə dair ictimai müzakirə keçirilib
09 Noyabr 15:37
Tbilisidə “Azərbaycan bayrağı” adlı fləşmob keçirilib
09 Noyabr 15:32
Mövlud Çavuşoğlu: Türkiyə bundan sonra da Azərbaycanın haqq işini müdafiə edəcək
09 Noyabr 14:50
DSX-nın gənc əsgərləri Vətənə sədaqət andı içiblər
09 Noyabr 14:41
İqtisadi Əməkdaşlıq Təşkilatına sədrlik Türkiyəyə keçib
09 Noyabr 14:39
Daun sindromlu və serebral iflicli uşaqların Dövlət Bayrağı Gününə töhfəsi
09 Noyabr 14:35
Üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir
09 Noyabr 14:30
Ölkə ərazisində mülayim hava şəraiti davam edəcək
09 Noyabr 14:26
Qazaxda “Qarabağ Azərbaycandır!” devizi ilə avtoyürüş start götürüb
09 Noyabr 14:23
Futbol üzrə Azərbaycan Premyer Liqasının 11-ci turuna start veriləcək
09 Noyabr 14:18
Azərbaycanın Xarici İşlər naziri İƏT-in Nazirlər Şurasının iclasında iştirak edəcək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA