Ana səhifə »  Siyasət »  Bayrağımız - milli qürur mənbəyimiz
A+   Yenilə  A-
Bayrağımız - milli qürur mənbəyimiz

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Facebook” səhifəsində “Bayrağımız - milli qürur mənbəyimiz” adlı status paylaşıb.
AZƏRTAC xəbər verir ki, status Əhməd Cavadın “Azərbaycan bayrağına” şeirindən bir parça ilə başlayır:

Türküstan yelləri öpüb alnını
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngin əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!

Statusda deyilir ki, görkəmli istiqlalçı şair Əhməd Cavadın bir zamanlar bu misralarla qürbətdən oxşayıb əzizlədiyi, doğma yarına - Azərbaycanına ərməğan kimi yollamaq istədiyi üçrəngli bayraq bu gün bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının qürur mənbəyinə, milli-mənəvi kimliyinə, millətin siyasi vizit kartına, ölkə vətəndaşlarının qeyrət və dəyanət simvoluna çevrilib...
Hər bir ölkə kimi, Azərbaycanın da tarixi və dövlətçilik ənənələri onun dövlət rəmzlərində və atributlarında öz əksini tapır. Müstəqil dövlət olaraq, onun dünyada öz məxsusi dövlət rəmzləri - bayrağı, gerbi, himni mövcuddur. Üçrəngli bayrağımız hazırda bizim əsas dövlətçilik rəmzimiz olaraq xalqın müstəqillik və suverenlik iradəsini, milli azadlıq və istiqlal arzularını özündə əks etdirir və Azərbaycanın müstəqilliyinin simvolu kimi çıxış edir.
Məlum olduğu kimi, üçrəngli dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il noyabrın 9-da qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra yeni qurulan hökumət bu bayraqdan imtina etmişdir. İkinci dəfə üçrəngli dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasında Məclisin qərarı ilə bərpa olunmuş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Həmin sessiyada Muxtar Respublika Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında “üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında” vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və “üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi” haqqında qərar vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucu lideri, Ulu Öndər Heydər Əliyev bayrağımızı və digər dövlət rəmzlərimizi həmişə yüksək tutaraq onları xalqımızın, dövlətimizin müqəddəslik və əbədiliyinin, sarsılmazlıq və yenilməzliyinin simvolu kimi dəyərləndirmişdir. Ümummilli Lider söyləyirdi ki, “biz dövlət rəmzlərimizi - himnimizi, bayrağımızı, gerbimizi özümüz qədər sevməliyik, çünki onlar bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzləridir”.
Milli dövlət və istiqlal rəmzlərimizə hədsiz sevgi nümayiş etdirən Prezident İlham Əliyev Ümummilli Liderin siyasi kursuna sadiq qalaraq dövlət suverenliyinin rəmzləri sayılan bayrağımızı, gerbimizi və himnimizi həmişə yüksək tutmuş, onların təbliği ilə bağlı xüsusi tədbirlər həyata keçirmişdir. 2007-ci il noyabrın 17-də Prezidentin Sərəncamı ilə Bakı şəhərində Dövlət Bayrağı Meydanı təsis edilmiş, 2009-cu il 17 noyabr tarixli Fərmanı ilə hər il noyabr ayının 9-u Azərbaycanda Milli Bayraq Günü kimi rəsmi bayram olaraq qeyd olunmağa başlanmışdır. Şəxsən ölkə başçısının və rəhbərlik etdiyi hökumətin dövlət rəmzlərinə, rəsmi atributlara, suverenlik göstəricilərinə bu cür ehtiramla yanaşması, əlbəttə, müvafiq olaraq bütün Azərbaycan cəmiyyətinin, xarici ölkələrdə yaşayan soydaşlarımızın da dövlətçilik simvollarına sevgisini daha da artırmış, hər bir azərbaycanlıda öz dövləti ilə bağlı qürur hissini yüksəltmiş, xalqla dövlət arasındakı vəhdəti daha da gücləndirmişdir. Xüsusən, 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimindəki nitqində Prezident İlham Əliyevin səsləndirdiyi “Bayrağımız bizim qürur mənbəyimizdir, bayrağımız bizim canımızdır və ürəyimizdir. Bu gün Azərbaycanın hər yerində dövlət bayrağı dalğalanır. Azərbaycanın ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız hələ də işğal altında olan torpaqlarda qaldırılacaq. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” kimi duyğusal fikirlər hər bir azərbaycanlının və bütün soydaşlarımızın qəlbini riqqətə gətirmişdir.
Dövlət rəmzlərinə, xüsusən də bayrağımıza Azərbaycanda həmişə müqəddəs atribut kimi yanaşılmışdır. 2010-cu ildən başlayaraq Milli Bayraq Gününün ayrıca bayram kimi qeyd edilməsi ölkə başçısının və vətəndaşlarımızın öz dövlətçiliyinə və suverenliyinə, dövlət rəmzlərinə və müstəqillik simvollarına yüksək münasibətinin əyani təzahürüdür. İnsanlarımız Milli Bayraq Gününü millətimizin, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının, bəşər sivilizasiyasında özünəməxsus milli-mənəvi dəyərlərə malik olmasının təcəssümü kimi dəyərləndirir, bayrağımızı ölkəmizin ərazi bütövlüyü və suverenliyinin, dünya azərbaycanlılarının mənəvi birliyinin, doğma Vətənlə vahidliyinin simvolu kimi qəbul edirlər.

 
  • Oxunub:  3150  |  
  • Tarix:  09-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün lazım olan bütün tədbirlər görülür

20 Noyabr 21:04
Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi münasibətilə konfrans keçirilib
20 Noyabr 20:56
Səfir: AZƏRTAC və Hindistanın xəbər agentlikləri arasında əlaqələrin genişlənməsini dəstəkləməyə hazırıq
20 Noyabr 20:54
Kiyevdə Azərbaycanın GUAM-a sədrliyi dövründəki prioritetləri müzakirə edilib
20 Noyabr 20:39
UNESKO-nun komissiya iclasında “Böyük İpək Yolu” proqramında Azərbaycanın rolundan danışılıb
20 Noyabr 20:18
Azərbaycan Texniki Universitetində YAP-ın yaradılmasının 27-ci ildönümü qeyd olunub
20 Noyabr 20:11
Qarabağ müharibəsi veteranına “Azərbaycan Bayrağı” ordeni təqdim olunub
20 Noyabr 20:06
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclası keçirilib
20 Noyabr 20:02
UEFA “Avro-2020”nin püşkatma səbətlərinin tərkibini təsdiq edib
20 Noyabr 19:57
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyaya rəsmi səfərə gəlib
20 Noyabr 17:55
Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü münasibəti ilə Pirallahı rayonunda tədbir keçirilib
20 Noyabr 17:35
AGF 2020-ci ildə Bakıda keçiriləcək beynəlxalq yarışların təşkili üçün könüllülərin qeydiyyatını elan edir
20 Noyabr 17:31
QMİ sədri: Erməni dini liderləri razılaşmalara əməl etmir
20 Noyabr 17:04
Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi münasibəti ilə YAP Hacıqabul rayon təşkilatında tədbir keçirildi
20 Noyabr 17:00
Yeni Azərbaycan Partiyasının yaranmasının 27 illiyi ilə bağlı YAP Laçın rayon təşkilatı Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində tədbir keçirmişdir
20 Noyabr 16:58
YAP Yevlax rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27 ci ildönümünə həsr edilmiş tədbir keçirib
20 Noyabr 16:55
Naqif Həmzəyev: 27 ildə YAP-ın uğurları, qələbələri hər kəsin gözü önündə olub
20 Noyabr 16:53
Ülvi Mehdiyev: ASAN Beynəlxalq Assosiasiyasının Nizamnaməsi hazırlanıb və təsisçi ölkələrə göndərilib
20 Noyabr 16:48
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibəti ilə YAP Qaradağ rayon təşkilatı tədbir keçirib
20 Noyabr 16:45
Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü ilə bağlı Saatlı rayonunda tədbir keçirildi
20 Noyabr 16:32
Vətəndaşlar 24 saat ərzində istədiyi şəxslərə avtomobil idarə edilməsinə dair etibarnamə verə biləcək
20 Noyabr 16:27
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müstəqillik tarixinin mühüm səhifəsidir
20 Noyabr 16:23
Məhəbbət İbrahimova: Yeni Azərbaycan Partiyası siyasi palitramızın ən güclü təşkilatıdır
20 Noyabr 16:22
Malik Həsənov: Azərbaycanda həyata keçirilən islahatlar beynəlxalq miyasda yüksək qiymətləndirilir
20 Noyabr 16:14
Sabunçuda yolların, su təchizatı və kanalizasiya sistemlərinin qurulması üçün vəsait ayrılıb
20 Noyabr 16:12
Eldəniz Səlimov: Yeni Azərbaycan Partiyası ötən 27 ildə böyük inkişaf yolu keçmiş partiyadır
20 Noyabr 16:10
Eldar İbrahimov: Bu gün ölkənin siyasi həyatında Yeni Azərbaycan Partiyası qədər geniş sosial bazaya malik, siyasi proseslərə həlledici təsir imkanı olan ikinci bir partiya yoxdur
20 Noyabr 15:57
Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan Prezidentinin fəaliyyəti barədə ictimai rəyi araşdırıb
20 Noyabr 15:39
Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib
20 Noyabr 15:37
Azərbaycanla Çinin nümayəndə heyətlərinin danışıqlarının yekunlarına dair Protokol imzalanıb
20 Noyabr 15:30
İqtisadi fəal əhalinin sayı 5 milyon 196,9 min nəfər olub
20 Noyabr 15:24
Azərbaycan Milli Elmlər Akademiyası İctimai və Humanitar Elmlər Bölməsinın Mətbuat xidmətinin məlumatı
20 Noyabr 15:09
Doqquz ayda ölkədə 20,2 milyard kubmetr əmtəəlik təbii qaz ehtiyatı olub
20 Noyabr 14:51
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi regionlarda vətəndaşları qəbul edib
20 Noyabr 14:49
Elçin Əhmədov: Ermənistanın faşist ideologiyası, etnik təmizləmə və dövlət terrorizmi siyasəti
20 Noyabr 14:31
Operativ məlumat: pambıq qəbulu məntəqələrinə 288 min tona yaxın məhsul təhvil verilib
20 Noyabr 14:26
Parisə səfəri çərçivəsində Azərbaycanın Mədəniyyət naziri bir sıra ölkələrdən olan həmkarları ilə görüşüb
20 Noyabr 14:23
“Əhməd bəy Ağaoğlu – XX əsr görkəmli Azərbaycan mütəfəkkiri” mövzusunda elmi konfrans keçirilib
20 Noyabr 14:08
Azərbaycanda əhalinin sayı 63 min 9 nəfər artaraq 10 milyon 44 min 466 nəfərə çatıb
20 Noyabr 14:03
Qubada altı kənddə 1000 yaxın abonentə ilk dəfə “mavi yanacağ”ın verilməsinə başlanılıb
20 Noyabr 14:02
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
20 Noyabr 13:54
Yeni Azərbaycan Partiyası niyə və necə yarandı?
20 Noyabr 13:42
Moskvada MDB ölkələri Təhlükəsizlik şuraları katiblərinin iclası keçirilir
20 Noyabr 13:27
Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük fenomendir
20 Noyabr 13:11
On ayda dəmir yolu ilə 3 milyon sərnişin daşınıb
20 Noyabr 13:08
Almaniya məhkəməsindən azərbaycanlı mühacir alverçiləri barədə ŞOK FAKTLAR
20 Noyabr 13:05
Yeni Azərbaycan Partiyası monolit siyasi qüvvədir
20 Noyabr 12:41
Azərbaycanın İqtisadiyyat naziri MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib
20 Noyabr 12:09
Bahar Muradova: 2020-ci ilin büdcə paketinə daxil olan sənədlər qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini təmin edəcək
20 Noyabr 12:02
“Jewish Journal” azərbaycanlı məcburi köçkünlərin Los-Ancelesə səfəri barədə məqalə dərc edib
20 Noyabr 11:51
Sofiyada QDİƏT Parlament Məclisinin iclasları keçirilir
20 Noyabr 11:37
Müdafiə Təhsilinin Genişlənməsi Proqramı çərçivəsində işçi görüşlər keçirilib
20 Noyabr 11:29
MSK aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb
20 Noyabr 11:15
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində YAP-ın 27 illiyi ilə bağlı tədbir keçirilib
20 Noyabr 11:13
Şəkidə Azərbaycan-Qazaxıstan beynəlxalq arxeoloji ekspedisiyası çöl tədqiqatları aparıb
20 Noyabr 11:09
“Emerging Europe” Azərbaycanda iqtisadi islahatlar modeli barədə yazıb
20 Noyabr 11:03
İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb
20 Noyabr 10:59
Əli Əhmədov: Ötən illər Heydər Əliyevin bir çox ideyaları kimi, Yeni Azərbaycan Partiyasının gələcəyin partiyası olacağı haqqında fikirlərinin də böyük uzaqgörənlik nümunəsi olduğunu sübuta yetirib
20 Noyabr 10:54
Akademik Ramiz Mehdiyev Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüşüb
20 Noyabr 10:41
Bakı Fotoqrafiya Evində “Bakı Foto” müsabiqəsinin qalibləri mükafatlandırılacaq
20 Noyabr 10:37
Milli Məclisin komitələrinin birgə iclasında 2020-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilir
20 Noyabr 10:31
Parisdə UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılmasının 25 illiyi təntənəli şəkildə qeyd olunub
20 Noyabr 10:29
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
20 Noyabr 10:19
IDEA İctimai Birliyi tərəfindən Bakıda tutuquşular məskunlaşdırılır
20 Noyabr 10:18
Naxçıvanın uğurlu və təhlükəsiz inkişafı üçün lazım olan bütün tədbirlər görülür
20 Noyabr 10:15
Tolerantlıq və multikulturalizm məkanı olan Azərbaycan dünyada dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına mühüm töhfələr verir
20 Noyabr 10:13
Milli Məclisin plenar iclası keçirilib
20 Noyabr 10:11
Siyavuş Novruzov: Məhkəmə qərarlarının icrası ilə bağlı yeni mexanizm işlənib hazırlanmalıdır
20 Noyabr 10:10
Dünya dini liderlərinin 2-ci Bakı Sammiti birgəyaşayışın və multikultural modelin parlaq nümayişi üçün növbəti imkan oldu
20 Noyabr 10:06
Abşeronda YAP-ın yaranmasının 27-ci ildönümü münasibəti ilə tədbir keçirilib
20 Noyabr 10:05
Rafael Hüseynov: “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması son dərəcə əlamətdar bir hadisədir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA