Ana səhifə »  Siyasət »  Radikal müxalifətin rəzil durumu və bitməz inqilab arzuları
A+   Yenilə  A-
Radikal müxalifətin rəzil durumu və bitməz inqilab arzuları

Azərbaycanda və dünyada baş verən proseslərin arxasında hansı geosiyasi, geoiqtisadi, yaxud lokal siyasi-iqtisadi korporativ maraqların dayandığını siyasətlə yaxından uzağa əlaqəsi olmayan vətəndaşlarımızın çoxu başa düşür. Nəinki başa düşür, hətta bir zamanlar meydanlarda, küçələrdə qaldırdığı yumruğunu azadlığın təkrarsız simvolu kimi təqdim edənlərdən daha yaxşı təhlil etməyi bacarır. Amma illərdir ölkənin siyasi arenasında baş girləyib, aqressiv və təkrarçı ritorikalarını cəmiyyətə “siyasi intellekt nümunəsi” kimi sırımağa çalışan antimilli və dağıdıcı müxalifət təmsilçiləri ən adi reallıqları belə görmək istəmir, yaxud görə bilmirlər.
Fikrimizi arqumentləşdirmək üçün yaxın siyasi tariximizin dərinliklərinə dalmağa ehtiyac yoxdur, bəhs olunan müxalifət nümayəndələrinin son 15-16 il ərzində regionda və dünyada baş verən proseslərə münasibətini və nümayiş etdirdikləri davranışı yada salmaq yetərlidir.
16 il öncə Azərbaycanın radikal müxalifətinin də ilhamlandığı və az qala bayram kimi qeyd etdiyi Gürcüstandakı “qızılgül inqilabı”ndan sonra cərəyan edən prosesləri, yəqin ki, hər kəs yaxşı xatırlayır. Yaxud Ukraynada “narıncı inqilab” ssenarisinin reallaşdırıldığı dövrdə bizim radikalların orada baş verənlərin eynilə təkrarlanmasına çalışdıqlarını, Ukraynadakı ilə oxşar adda partiyalar bloku qurduqlarını, müəyyən şəxslərin Ukraynadan narıncı geyim və qalstuk idxalı biznesindən özünə güzəran düzəltdiyini də hamı bilir. Ukraynadan Qırğızıstana qədər postsovet məkanını bürümüş “rəngli inqilab”ların çox keçmədən narıncıdan sarıya doğru necə metamorfozaya uğradığının, əvvəl “narıncılaşmanın”, sonra da “saralmanın” bu ölkələr üçün hansı insani, maddi və ərazi itkiləri ilə yekunlaşmasının şahidi olduq.
Radikal müxalifət 2010-cu illərin başlanğıncında start götürmüş “ərəb baharı”ndan da vəcdə gəlmişdi. “İnqilab baharı” mövsümünün Yaxın Şərqdə yüz minlərlə günahsız insanın qətlinə, milyonlarla insanın qaçqın taleyi yaşamasına, bəşəriyyətin mədəni sərvəti olan unikal tarixi abidələrin dağıdılmasına, terrorizmə rəvac verməsinə laqeyd qalan azərbaycanlı “inqilab idxalçıları” bu dəfə də vaxtından əvvəl sevinməyə başlamışdılar. Onların hətta Tunisdə olduqca fəlakətli proseslərin katalizatoru olmuş faciəni andıran hadisənin 2013-cü ildə Bakıda təkrarlanmasından necə sevindiklərini, ekstaz keçirdiklərini təsvir etmək sözün imkanları xaricindədir. Sanki söhbət özünü yandıran insandan deyil, inqilabı körükləmək üçün tələb olunan adi bir əşyadan gedirdi.
Yaxın Şərqdə cərəyan edən proseslərin Azərbaycanın daxilinə daşınması üçün bizim radikal antimilli dairələr gecə-gündüz sosial şəbəkələrdə, internet resurslarında təbliğat aparırdı. Ölkəmizdə baş verən sıradan bir kriminal hadisəni, yaxud təməlində hansısa əhəmiyyətsiz sosial problemin dayandığı istənilən faktı “dəhşətli hüquq pozuntusu” kimi qələmə verir, müsəlman Şərqində ilk respublika quran, müasir, sivil, inkişaf etmiş Azərbaycan xalqını bu və ya digər səbəblərdən geridə qalmış cəmiyyətlərlə müqayisə etməkdən belə çəkinmirdilər. Amma bu gün onlardan heç biri özündə cəsarət tapıb vaxtilə “azadlıq uğrunda mübarizə” kimi təqdim etməyə çalışdıqları “ərəb baharı”nın göz önündə olan qanlı nəticələrindən danışmır və bətnindən terrorizm, İŞİD kimi ən dəhşətli terror bəlası doğuran prosesləri təbliğ etdiklərinə görə Azərbaycan cəmiyyətindən üzr istəmirlər.
Bəzi faktlara baxaq. “İnqilabi mövsüm” qurbanı olan ölkələrdən Liviyada yalnız 2011-ci ilin avqustuna olan göstəricilərə görə, 50 mindən çox insanın həyatına son qoyulub. Bəzi mənbələrdə isə daha 30 min insanın itkin, 750 minə yaxın şəxsin qaçqın düşdüyü bildirilir. Suriyada baş verənlər isə, 2015-ci ilin statistik göstəricilərinə görə, 300 min insanın həyatına son qoyub, 4 milyon nəfər isə öz evindən didərgin düşüb. 2011-ci ildən sonra Liviyada, 2015-ci ildən sonra isə Suriyada baş verən kütləvi insan ölümlərini artıq heç kim hesablamır. Çünki günahsız insanların qətlə yetirilməsi, terror bu ölkələr üçün adi hala çevrilib. Viranə qalmış, terror qruplarının meydan suladığı bu ölkələrdə insan həyatının heç bir dəyəri yoxdur. Liviyada tuareqlərin etnik, tarixi vilayətlərin regional separatizmi ölkəni real parçalanma təhlükəsi qarşısında qoyub, vətəndaş müharibəsi səngimək bilmir, hər gün yeni qüvvələr, geosiyasi maraqlar ölkədəki münaqişənin dərinləşməsinə xüsusi “töhfə” verirlər. Suriyada baş verənləri isə Azərbaycan mediası kifayət qədər geniş işıqlandırdığından burda yaşanan humanitar fəlakəti, XIX əsr suriyalı maarifçilərin “Böyük Suriya” idealının, XX əsrin əvvəllərində və ortalarında reallaşdırılmasına təşəbbüs göstərilən panərəbizm layihələrinin necə dəfn edildiyini, Suriyanın etnik və konfessional zəmində necə parçalandığını, xarici hərbi birləşmələrin ölkədə necə söz sahibi olduqlarını xatırlatmağa lüzum görmürük. Çünki bunları Azərbaycan inqilabçılarının ideoloqu “görkəmli tarixçi professor” Cəmil Həsənli və onun “müzəffər inqilabçı lideri” Əli Kərimli bilməmiş deyil.
Sonrakı illərdə - 2017-ci ilin sentyabrında Myanmanın Arakan vilayətində Rohinca müsəlman azlığına qarşı qətliamlarla əlaqədar alovlanan qarşıdurma Azərbaycanın radikal müxalifəti üçün növbəti analogiyalar üçün bəhanə açmışdı. Az qala xalqı ittiham edirdilər ki, nəyə görə Myanmada sabitliyin pozulacağına səbəb olan hadisələr baş verir, amma bizim ölkəmizdə xalq yatıb, sabitlik pozulmur ki, pozulmur. 2019-cu ilin aprelində Sudanda baş verən genişmiqyaslı nümayişlərdən sonra da bizim Cəmil Həsənli-Əli Kərimli düşərgəsinin əsas müzakirə mövzusu aksiyaları Xartumdan Bakıya necə transfer etməyin yolları ilə bağlı idi. Halbuki Sudanda baş verənlər Cənubi Sudanda guya soyqırımı törədilməsi haqda sübut edilməmiş, sonradan bəzi beynəlxalq ekspertlər tərəfindən də təkzib edilmiş iddialarla başlayıb, Cənubi Sudanın ölkədən qoparılması ilə nəticələnmiş hadisələrin davamı olduğu hər kəsə bəlli idi. Cənubi Sudan ayrılıb müstəqilliyini elan etsə də, əsas təbii sərvətlərin istismarına başlamaq üçün açar rolunu oynayan ərazilər uğrunda mübarizə hələ bitməyib.
Bütün bunlar xaricdən müxtəlif bər-bəzəkli adlar altında ixrac olunan inqilab “ssenari”lərinin nə qədər dəhşətli nəticələrə gətirib çıxardığının bariz nümunələridir. Amma Azərbaycanın dağıdıcı müxalifəti, adını çəkdiyim professor və onun rəzil lideri bütün bunlardan nəticə çıxarmaq, ölkəmizdə mövcud olan sabitliyin, vətəndaşlarımızın təhlükəsiz bir şəraitdə yaşamasının nə qədər vacib olduğunu dərk etmək istəmir.
Radikal antimilli müxalifət həmişə olduğu kimi, bu gün də bu və ya digər xarici ölkədəki zorakı hakimiyyət dəyişikliyini “İnqilabi təbliğat” məqsədilə istifadə edir, digər ölkələrdə daxili siyasi vəziyyət gərginləşəndə ruhlanır. Ölkələr arasında fərqləri nəzərə almadan “bunlar bizdə də baş verməlidir” kimi yanlış ümidlərə qapılır, sosial bazalarını da bu ovqata kökləmək istəyirlər. Radikalların başqa ölkələrin siyasi təcrübəsindən eyforiyaya düşməsinin ən başlıca səbəbi Azərbaycan xalqından dəstək ala bilmədikləri üçün xarici mərkəz və qüvvələr arasında gizli himayədarlar axtarışına çıxmasıdır.
Müşahidələr göstərir ki, beynəlxalq qlobal media şəbəkələrinin Azərbaycandilli resursları da həmin prosesləri müxtəlif aspektlərdən geniş işıqlandıraraq antimilli müxalif qrupları ideoloji baxımdan “təlimatlandırır” və təşviq edir. Sonradan “Azadlıq” qəzeti, “Azərbaycan saatı” kimi müxalif saytlar, müxalif Youtube kanalları və sosial səhifələr mövzunu Azərbaycan üzərində fokuslayır. Budur, müxalifətə başçılıq edənlər indi də öz təfəkkür səviyyələrinə uyğun olaraq siyasi kataklizmlər üçün analogiya axtarışlarının növbəti predmeti kimi hazırda qarşıdurma yaşanan Boliviyanı nümunə seçiblər. Bu həftənin əvvəllərində Boliviya prezidenti Evo Moralesin hakimiyyətdən devrilməsi bu kontekstdə təqdim edilməkdədir. Amerika qitəsində yerli qırmızıdərili əhalini təmsil edən ilk prezident olmuş Moralesin hakimiyyəti illərində Boliviyanın qısa müddətə ciddi iqtisadi nailiyyətlər əldə etməsi, “evonomika” adı verilən xüsusi iqtisadi konsepsiya tətbiq etməsi, sosial rifahın, orta aylıq əməkhaqqı göstəricilərinin dəfələrlə artması, 2017-ci ildə bu göstəriciyə görə bəzi Şərqi Avropa ölkələrini belə geridə qoyması, əhalinin 60 faizindən çoxunu təşkil edən qırmızıdərililərin dini-mədəni və sosial hüquqlarını qorumaq üçün hansı mühüm addımlar atmasından qətiyyən bəhs edilmir. O cümlədən də hazırda Boliviyada hakimiyyəti zəbt etmiş “inqilabi lider”in irqçi ağ liderlərdən biri olması, ona separatçı regionlar tərəfindən necə dəstək verilməsi Azərbaycan müxalifəti tərəfindən bilərəkdən gizlədilir. Bu uzaq ölkədə cərəyan etməkdə olan hadisələrin nəticəsi bir yana qalsın, özlərinin “demokratiya”, “hüquqi dövlət” tərəfdarı olduqlarını iddia edən Cəmil Həsənli-Əli Kərimli düşərgəsi, hətta baş verənlərin mahiyyətinə nəzər salmağı belə bacarmırlar. İnsan ölümləri və hərbçilərin siyasi proseslərə müdaxiləsi ilə müşayiət olunan dövlət çevrilişi “ərəb baharı”nda olduğu kimi, yenə də eyni entuziazmla təbliğ olunur. Çünki radikal müxalifət təmsilçiləri üçün öz korporativ maraqları və onları idarə edənlərin sifarişlərindən başqa müqəddəs heç nə yoxdur.
ABŞ Konqresinin Nümayəndələr Palatası “erməni soyqırımı” ilə bağlı sənəd qəbul edəndə “Vətən”, “Dövlət”, “Millət” hayqıran Cəmil Həsənli-Əli Kərimli düşərgəsindən səs çıxmadı. Dağlıq Qarabağdakı separatçı rejimin başçıları Konqresdə görüşlər keçirəndə onlar Vaşinqtonda Azərbaycanı hədəfə gətirməklə məşğul idilər - budur bunların “vətənpərvərliyi”, “milli təəssübkeşliyi”, dövlət və millət “qayğısı”.
Görünən odur ki, radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaq, sosial şəbəkələrdə boş və mənasız kampaniya təşkil etmək, qarayaxma ilə məşğul olmaqdan o yana keçmir, cılız, qorxaq olduqları qədər də ambisioz və hikkəli davranışdan başqa ortaya heç nə qoya bilmirlər.
Gözləyək görək, Boliviyadan sonra harada nə baş verəcək.
Əli Həsənov
Azərbaycan Respublikası
Prezidentinin İctimai-siyasi
məsələlər üzrə köməkçisi,
tarix elmləri doktoru, professor

 
  • Oxunub:  3390  |  
  • Tarix:  15-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 21:47
Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 ili tamam olur
11 Dekabr 21:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
11 Dekabr 21:13
Bu gün inkişaf edən dövlətimiz məhz Ulu Öndərin əsəridi
11 Dekabr 21:08
Leonid Yakuboviç: Heydər Əliyev tarixi şəxsiyyətdir
11 Dekabr 20:56
Dövlət Komitəsində müşavirə keçirilib
11 Dekabr 20:48
Ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir
11 Dekabr 20:44
Gəncədə YAP tərəfindən bələdiyyə üzvlüyünə irəli sürülən namizədlər seçicilərlə görüşüb
11 Dekabr 20:40
YAP Biləsuvar rayon təşkilatı bələdiyyə seçkilərinin təbliğat kampaniyasını uğurla davam etdirir
11 Dekabr 20:37
YAP Yevlax rayon təşkilatı “Xalq üçün” şuarı ilə bələdiyyə seçkilərində təbliğat-təşviqat kampaniyası uğurla davam etdirir
11 Dekabr 20:34
Vüqar Rəhimzadə: Ulu öndər Heydər Əliyevin yaratdığı milli dövlətçilik ən böyük sərvətimizdir
11 Dekabr 20:30
Heydər Əliyev irsi elmi ideyalara əsaslanan dövlətçilik məktəbidir
11 Dekabr 20:29
Nizami və Keşlə bələdiyyələri üzrə Yeni Azərbaycan Partiyasının namizədlərinin gənc seçicilərlə görüşü keçirilib
11 Dekabr 19:14
Bütün zamanların dahisi - ULU ÖNDƏR HEYDƏR ƏLİYEV
11 Dekabr 17:45
BDU-da ulu öndər Heydər Əliyevə həsr olunan silsilə mühazirələr dinləniləcək
11 Dekabr 17:41
SOCAR və BP “Azəri-Çıraq-Günəşli”də hasilatın təbii düşmə tempinin qarşısının alınmasını müzakirə edib
11 Dekabr 17:35
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib
11 Dekabr 17:33
Heydər Əliyev Mərkəzində Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı olub
11 Dekabr 17:28
Müdafiə Nazirliyində kollegiya iclası keçirilib
11 Dekabr 17:23
Texniki Universitetdə “Horizon 2020” proqramı üzrə maarifləndirici seminar
11 Dekabr 17:19
Ulu Öndərin elmin inkişafında xidmətləri heç zaman unudulmayacaq
11 Dekabr 17:17
Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına 5 milyon manat ayrılıb
11 Dekabr 17:06
Ölkəmizdə savadlı kadrların yetişməsi Ulu Öndərin siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir
11 Dekabr 17:02
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşüb
11 Dekabr 16:47
Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvarda EKTİS-in tətbiqi ilə bağlı görüş keçirib
11 Dekabr 16:46
Heydər Əliyev yolu Azərbaycanı daha böyük zirvələrə aparacaq
11 Dekabr 16:32
Səudiyyə Ərəbistanının İnformasiya naziri AZƏRTAC-ın İdarə Heyətinin sədri, UNA-nın İcraiyyə Şurasının üzvü Aslan Aslanov ilə görüşüb
11 Dekabr 16:24
Naqif Həmzəyev: Heydər Əliyev hər zaman gənclərin himayədarı olub
11 Dekabr 16:20
İlham Məmmədov: Ümummilli Liderimiz Heydər Əliyev böyük tarixi şəxsiyyətdir
11 Dekabr 16:18
YAP Xəzər rayon təşkilatında təhsil işçiləri ilə görüş keçirilib
11 Dekabr 16:16
Vergilər nazirinin birinci müavini Tovuzda vətəndaşları qəbul edib
11 Dekabr 16:11
Əli Əhmədov: Hər bir azərbaycanlı Heydər Əliyevin Azərbaycan xalqı üçün xidmətlərini unutmur və bu xidmətlərər görə Onun əziz xatirəsini daim uca tutur
11 Dekabr 16:08
Türkiyəli səfir: TANAP layihəsi Azərbaycanın və Türkiyənin birgə uğurlu fəaliyyətini dünyaya bir daha sübut etdi
11 Dekabr 16:04
Bəhruz Quliyev: Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası dövlətçiliyimizin möhkəmləndirilməsində önəmli rol oynayıb
11 Dekabr 16:03
YAP Xəzər rayon təşkilatında qadın seçicilərlə görüş keçirib
11 Dekabr 16:02
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib – Operativ məlumat
11 Dekabr 15:56
Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyi Qubada vətəndaş qəbulu keçirib
11 Dekabr 15:55
Prezident İlham Əliyev Koreya Respublikası Statistika Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
11 Dekabr 15:43
Ulu öndər Heydər Əliyev həyatının mənasını yalnız xalqa xidmətdə görüb, ömrünü onun firavan gələcəyinə həsr edib
11 Dekabr 15:40
Azərbaycan ilə Qətər arasında dini sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub
11 Dekabr 15:38
Azərbaycan Enerji Xartiyası Konfransının 30-cu iclasında təmsil olunub
11 Dekabr 15:32
Ümummilli lider Heydər Əliyevin qurduğu müasir Azərbaycan dövləti bu gün özünün möhtəşəm yüksəliş dövrünü yaşayır
11 Dekabr 15:28
Bakıda “UEFA GROW” layihəsi çərçivəsində ölkə üzrə keçirilmiş müstəqil araşdırmanın nəticələri təqdim olunub
11 Dekabr 15:08
Bakı Ali Neft Məktəbi “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb
11 Dekabr 14:49
YAP Binəqədi rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib
11 Dekabr 14:23
Naftalan şəhərinin turzim inkişaf planı təqdim olunub
11 Dekabr 14:16
Sakit Okean Alyansı – Azərbaycan məsləhətləşmələrinə start verilib
11 Dekabr 14:09
Bədən Tərbiyəsi və İdman Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
11 Dekabr 13:50
Azərbaycan Prezidenti İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib
11 Dekabr 13:45
Multikulturalizm Mərkəzi cari ili uğurla başa vurur
11 Dekabr 13:33
Trans-Sibir magistralının potensialı ilə Bakı-Tbilisi-Qarsın sinergiya layihəsi müzakirə edilib
11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA