Ana səhifə »  Siyasət »  Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
A+   Yenilə  A-
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

Prezident İlham Əliyev: Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir
Bu günlərdə müstəqil Azərbaycanın paytaxtı Bakı daha bir mötəbər beynəlxalq tədbirə - Dünya dini liderlərinin II Sammitinə ev sahibliyi edib. İki gün davam edən Sammitdə “Multikulturalizm, tolerantlıq və dinlərarası həmrəyliyin təşviqində Azərbaycan dövlətinin nümunəvi rolu”, “Şeyxülislam Allahşükür Paşazadənin dini rəhbər və ictimai xadim kimi sivilizasiyalararası və dinlərarası əməkdaşlığın inkişafına töhfəsi”, “Dini liderlər terrorizm, təcavüzkarlıq, ksenofobiya, islamofobiya, antisemitizm və xristianofobiya əleyhinə”, “Qadın və uşaq haqlarının qorunması, gənclərin maarifləndirilməsində dini liderlərin, dövlət, elm və ictimai xadimlərin birgə fəaliyyətinin əhəmiyyəti” mövzuları ətrafında geniş müzakirələr aparılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitin açılış mərasiminə qatılaraq dərinməzmunlu nitq söyləyib. Dövlətimizin başçısı nitqində ölkəmizin müsbət reallıqlarını, o cümlədən də xalqımızın tarixdən gələn ənənələri davam etdirərək bu gün də özünün milli-dini və multikultural dəyərlərinə sadiq qaldığını, Azərbaycan dövlətinin qlobal miqyasda dinlərarası dialoqun möhkəmlənməsinə daim töhfə vermək əzmi nümayiş etdirdiyini qonaqların diqqətinə çatdırıb. “Bu beynəlxalq tədbirin çox böyük əhəmiyyəti var. Biz fəxr edirik ki, Azərbaycan bu mötəbər tədbirə ikinci dəfə ev sahibliyi edir. Bu, bir daha onu göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında öz önəmli rolunu oynayır və bundan sonra da oynayacaqdır”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Azərbaycan öz inkişafını, gələcəyini milli köklər üzərində quran ölkədir
Qloballaşma şəraitində ölkəmizi fərqləndirən və respublikamızı daha güclü edən amillərdən söhbət açarkən ilk növbədə onu vurğulamaq lazımdır ki, Azərbaycan tarixdən gələn milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verən dövlətdir. Dünya birliyinin suveren aktoru olan respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətin prioritetləri məhz milli dəyərlər və milli maraqlar üzərində formalaşıb. Prezident İlham Əliyev Azərbaycan cəmiyyətinin müxtəlif təbəqələri ilə keçirdiyi görüşlərdə zəngin tariximizin, milli-mənəvi dəyərlərimizin qürur mənbəyimiz olduğunu dəfələrlə bəyan edib. Dövlət başçısı Dünya dini liderlərinin II Sammitinin açılış mərasimindəki nitqində bu məsələyə yenə də xüsusi diqqət çəkib: “Azərbaycan o ölkədir ki, öz inkişafını, öz gələcəyini milli köklər üzərində qurubdur. Ənənəvi dəyərlər bizim üçün ən böyük sərvətdir. Biz çox şadıq ki, Azərbaycanda yetişən gənc nəsil milli ruhda, vətənpərvərlik ruhunda və eyni zamanda, ənənəvi dəyərlər ruhunda tərbiyə alır. Hesab edirəm ki, Bakıda keçirilən Zirvə görüşünün mövzularından biri də məhz bu, olacaq. Çünki biz görürük ki, dünyada, dünyanın müxtəlif yerlərində ənənəvi dəyərlərə qarşı kampaniya aparılır, onlar gözdən salınır, bizim üçün yad olan, bizim milli təfəkkürümüzə uyğun olmayan yeni “dəyərlər” aşılanır. Biz özümüzü və xüsusilə gənc nəslimizi bu yad və bəd təsirdən qorumalıyıq. Ona görə hesab edirəm ki, ənənəvi dəyərlərin, ailə dəyərlərinin təbliğ edilməsi hamımızın işi olmalıdır. Yenə də deyirəm, Azərbaycanda bu istiqamətdə aparılan siyasət - həm dövlət, həm dini liderlər tərəfindən aparılan siyasət, hesab edirəm ki, çox böyük qiymətə layiqdir”.
Qeyd edək ki, son 16 ildə ölkəmizdə milli-mənəvi dəyərlərimizə qayğı siyasəti Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla davam etdirilib. Ümumiyyətlə, milli-mənəvi dəyərlərin qorunması, cəmiyyətdən gələn sosial sifarişlərin dövlət siyasətində prioritet istiqamətlər kimi müəyyənləşdirilməsi Prezident İlham Əliyevin fəaliyyətindən qırmızı xətt kimi keçir. Dövlət başçısı son 16 ildə qloballaşma şəraitində milli dilimizin inkişafına və yad təsirlərdən qorunmasına, Azərbaycan ədəbiyyatının latın qrafikası ilə nəşrinə, zəngin mədəniyyətimizin təbliğinə, tariximizin araşdırılmasına dair çoxsaylı Fərman və sərəncamlar imzalayıb. Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi dəyərlərinə böyük bağlılıq yaranıb. Ölkəmizdə bütün milli və dini bayramlar dövlət səviyyəsində qeyd edilir.
Ölkəmizdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyində Milli Dəyərlərin Təbliği Fondunun yaradılması bu sahəyə dövlət dəstəyinin növbəti təzahürüdür. Fond dövlət başçısının 10 oktyabr 2017-ci il tarixində imzaladığı müvafiq Fərmana əsasən yaradılıb. Mütəxəssislər Mənəvi Dəyərlərin Təbliği Fondunun yaradılmasını ölkədə mövcud dini konfessiyaların dəstəklənməsi, mənəvi dəyərlərin qorunması və inkişafı, habelə bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi sahəsində mühüm addım kimi dəyərləndirirlər. Fond fəaliyyət göstərdiyi qısa müddətdə paytaxt Bakıda, regionlarda və ölkə hüdudlarından kənarda milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı çoxsaylı tədbirlər keçirib.
O cümlədən İslam dəyərləri xalqımızın milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsini təşkil edir. İslam dini Azərbaycan xalqının həyatına VII əsrdən başlayaraq daxil olub və həmin dövrdən etibarən milli-mənəvi dəyərlərimizin formalaşmasında və zənginləşməsində mühüm rol oynayıb. Eyni zamanda, ölkə ərazisində mövcud olan Əshabi-Kəhf ziyarətgahı, Bibiheybət məscid-ziyarətgah kompleksi, Gəncə “İmamzadə” kompleksi və digər çoxsaylı abidələr Azərbaycanın İslam dini-mədəni dəyərlər sisteminə əhəmiyyətli töhfəsi kimi qiymətləndirilə bilər.
Dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir
Milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verən Azərbaycan, eyni zamanda, çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə malik olmasını özünün böyük sərvəti sayır. Hazırda Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər dinlərin nümayəndələri təşkil edirlər. Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq, ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə məxsus insanlar arasında heç bir fərq qoyulmur. Həmçinin Azərbaycan dövlətinin qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin II Bakı Sammiti Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı Prosesi”, “Multikulturalizm” və “İslam Həmrəyliyi” illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən Dünya dini liderlərinin I Bakı Sammitinin, habelə Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davamıdır. Prezident İlham Əliyev belə bir mötəbər tədbirin Bakıda keçirilməsinin tamamilə təbii olduğunu diqqətə çatdıraraq bildirib: “Bakıda belə mötəbər tədbirin keçirilməsi, hesab edirəm ki, təbiidir. Çünki Azərbaycanın qədim dinlərarası ənənələri vardır. Azərbaycan ictimai-siyasi quruluşundan asılı olmayaraq, bütün dövrlərdə bu istiqamətdə nümunəvi ölkə kimi özünü göstərmişdir. Əsrlər boyu ölkəmizdə bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi sülh, mehribanlıq, dostluq, qarşılıqlı anlaşma şəraitində yaşamışlar. Azərbaycan çoxkonfessiyalı, çoxmillətli bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Dini və etnik müxtəlifliyimiz bizim böyük sərvətimizdir. Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır”.
Məlumdur ki, Azərbaycan qədim tarixə malik ölkədir və bunu bir sıra amillər təsdiqləyir. O cümlədən zəngin tariximizin izləri respublikamızın ərazisindəki çoxsaylı abidələrdə də öz əksini tapıb. Diqqəti çəkən məqam həm də ondan ibarətdir ki, ölkə ərazisindəki bu günümüzədək gəlib çatan dini abidələr yalnız bir mədəniyyətə, deyək ki, hazırda əhalinin böyük əksəriyyətinin etiqad bəslədiyi İslam sivilizasiyasına aid deyil. Əksinə, paytaxt Bakıda və respublikanın bölgələrində mövcud olan dini abidələr müxtəlif sivilizasiyaların izlərini özlərində qoruyub saxlayır. Bu, o deməkdir ki, dini dözümlülük, multikultural dəyərlər Azərbaycanda tarixən mövcud olub və bu gün də yaşamaqdadır. Dövlət başçısının qeyd etdiyi kimi, bizim dini abidələrimiz, ilk növbədə, onu göstərir ki, Azərbaycan qədim diyardır. Digər tərəfdən onu göstərir ki, müxtəlif dövrlərdə müxtəlif dinlərin nümayəndələri Azərbaycanda yaşamış, yaratmış və gözəl tarixi miras qoymuşlar.
Aşağıdakı faktlar deyilənləri bir daha təsdiqləyir. Azərbaycan xalqı qürur duyur ki, İslam aləminin ən qədim məscidlərindən biri Azərbaycanda yerləşir. Söhbət Şamaxı Cümə məscidindən gedir. 743-cü ildə inşa olunan bu dini abidə Dərbənd məscidindən sonra Qafqazın ən qədim məscididir və hazırda tarixi abidə kimi qorunur. Xatırlatmaq yerinə düşər ki, bir neçə il bundan əvvəl burada əsaslı təmir işləri həyata keçirilib.
Bəhs olunan Şamaxı Cümə məscidi İslam sivilizasiyasını əks etdirir. Eyni zamanda, Sammitdə də bildirildiyi kimi, qədim dövlət olan Qafqaz Albaniyasının kilsəsi Azərbaycanın digər tarixi şəhəri - Şəkinin yaxınlığında yerləşir. Həmçinin bu kilsə də Qafqazın ən qədim tarixi abidələrindən biridir.
Digər bir nümunəyə diqqət yetirək. Bakının Suraxanı rayonunda Atəşgah yerləşir. Bu abidə də dövlət vəsaiti ilə yüksək səviyyədə təmir edilib. Bakıda atəşpərəstlik məbədinin mövcud olması ona dəlalət edir ki, zərdüştlük dininin Azərbaycanda qədim kökləri var. Sonrakı dövrlərdə respublikamızda rus pravoslav kilsələri, sinaqoqlar, katolik kilsəsi inşa edilib. Prezident İlham Əliyev bütün bunlara istinad edərək vurğulayıb ki, dinlərarası dialoqun Azərbaycanda qədim tarixi vardır və müasir Azərbaycan dövləti bu ənənələrə sadiqdir: “Biz İslam dininə sadiqik. Öz dinimizi təbliğ edirik, eyni zamanda, Azərbaycanda bütün dinlərin nümayəndələri sərbəst yaşayır, fəaliyyət göstərir, öz dini ayinlərini icra edirlər. Beləliklə, ölkəmizdə çox gözəl ictimai ab-hava vardır”.
Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir
Prezident İlham Əliyev nəzərə çatdırıb ki, Azərbaycan dövləti tarixi-dini abidələrimizin qorunması və yeni dini məbədlərin inşası istiqamətində səylərini əsirgəmir. Azərbaycan dövlətinin maliyyə dəstəyi ilə bütün dinlərin məbədləri əsaslı şəkildə təmir edilmiş və ya yenidən tikilmişdir. Son 16 ildə respublikamızda İslam dininə və digər dinlərə aid ibadət ocaqlarının tikintisi və yaxud əsaslı şəkildə yenidən qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Əgər SSRİ dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, indi onların sayı 2250-yə çatıb, həmçinin ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir. Hazırda respublikamızda 300-dən çox məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Son illərdə Şamaxı rayonunun Dəmirçi kəndindəki qədim məscidin bərpası başa çatdırılıb, Bakıda Hacı Cavad məscidi tikilib, Təzəpir məscidinin ətrafında böyük quruculuq işləri həyata keçirilib. Onu da qeyd edək ki, Cənubi Qafqazda ən böyük məscid Azərbaycanda istifadəyə verilib və Ulu Öndər Heydər Əliyevin adını daşıyır.
Ölkəmizdə katolik, pravoslav kilsələrinin, sinaqoqların təmiri və tikintisini də dövlət öz üzərinə götürür və bu sahədə heç bir ayrı-seçkilik yoxdur. Deyilənlərin təsdiqi olaraq qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycanda yeddi sinaqoq, iki yəhudi orta məktəbi, bir “İşiva” kolleci, üç uşaq bağçası və Yəhudi evi fəaliyyət göstərir. Paytaxt Bakıda yaşayan yəhudi uşaqlar üçün Heydər Əliyev Fondunun dəstəyi ilə “Xabad-Or-Avner” təhsil mərkəzi inşa edilib. Həmçinin Fond Azərbaycanda yerləşən katolik, pravoslav kilsələrinin, sinaqoqların təmirinə öz töhfəsini verir. Respublikamızda Pravoslav Dini-Mədəni Mərkəzi açılıb. Azərbaycanda qədim avtoxton etnos olan udilərə məxsus abidələr yüksək səviyyədə bərpa olunaraq inanclı insanların istifadəsinə verilib. Cəmi 500 nəfərlik katolik icmasının üzvləri üçün də öz dini etiqadlarını qorumaları üçün hər cür şərait yaradılıb, onların toplaşdıqları kilsə sərbəst şəkildə fəaliyyət göstərir. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan dünyada müxtəlif dini icmaların fəaliyyətinin təmin olunmasına dövlət tərəfindən maliyyə dəstəyi göstərilən azsaylı ölkələrdən biridir.
Azərbaycanın multikultural mühiti, əməkdaşlığın dərinləşməsinə verdiyi töhfələr qlobal miqyasda yüksək dəyərləndirilir
Azərbaycan dövlətinin həm İslam, həm də digər dinlərə aid abidələrin qorunmasına çox həssaslıqla yanaşması, həmçinin miltikultural dəyərlərin qorunub daha da zənginləşdirilməsinə, ölkələr, xalqlar və müxtəlif konfessiyalar arasında əməkdaşlığın dərinləşməsinə yüksək siyasi iradə göstərməsi bütün dünyada müsbət nümunə kimi dəyərləndirilir. Biz bunu Dünya dini liderlərinin ikinci Zirvə görüşü çərçivəsində aparılan müzakirələrdə bir daha müşahidə etdik. Sammitin açılış mərasimindəki çıxışında Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin də xüsusi olaraq vurğuladığı kimi, Azərbaycan dövlətinin başçısı Zati-aliləri Prezident İlham Əliyev qlobal miqyasda ümumbəşəri dəyərlərin carçısı, dünya miqyasında multikulturalizm, İslam həmrəyliyi ideyalarının fəal təbliğatçısı, mədəniyyətlərarası əməkdaşlığa dair “Bakı Prosesi”nin müəllifidir. Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycan Prezidentinin tövsiyəsi ilə 2017-ci ildə Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzi təsis edilib və dövlətimizin başçısının ideya müəllifi olduğu qlobal çağırışlar Mərkəzin İspaniyada, Almaniyada, Avstriyada keçirdiyi beynəlxalq tədbirlərdə böyük rəğbətlə qarşılanıb.
“Bu tədbiri hərtərəfli dəstəklədiyinə və söylədiyi fikirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə minnətdarlığımı bildirmək istərdim. 2010-cu ilin aprelində Dünya dini liderlərinin ilk Bakı Sammitinin keçirildiyi vaxtdan, demək olar ki, 10 il sonra dinlərarası münasibətlər sahəsində yeni meyillər meydana çıxıb və ənənəvi dinlər qarşısında yeni çağırışlar durub. Son illər Bakıda və bir çox ölkələrdə Azərbaycanın himayədarlığı altında müasirliyin çətin suallarına birlikdə cavab vermək məqsədilə çoxsaylı dinlərarası və mədəniyyətlərarası tədbirlər keçirilir. Əsasən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri möhtərəm Şeyxülislam Allahşükür Paşazadənin səyləri ilə məhz Bakı qlobal səviyyəli dinlərarası dialoq üçün mühüm meydana çevrilib”. Bu fikirləri isə Sammitdəki çıxışında Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill səsləndirib. Tədbirdə digər çıxış edənlər də Azərbaycanın dünyada multikulturalizm ideyalarının təbliğində nümunəvi ölkə kimi çıxış etdiyini dilə gətiriblər. Prezident İlham Əliyev Azərbaycanın dinlərarası dialoqun genişlənməsinə verdiyi töhfələrin qlobal miqyasda yüksək dəyərləndirilməsindən məmnunluğunu bildirərək “Beynəlxalq təşkilatlar, eyni zamanda, dünya dini liderləri Azərbaycanın bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirirlər. Azərbaycana bir neçə dəfə səfər etmiş Zati-müqəddəsləri Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, Azərbaycana səfər etmiş Roma Papası Fransisk, İslam Əməkdaşlıq Təşkilatına rəhbərlik etmiş şəxslər Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə təşkil edilməsi haqqında dəfələrlə öz sözlərini demişlər. Bu sözlər, bu yüksək qiymət bizim üçün çox dəyərlidir və bu, reallığı əks etdirir”, - deyə vurğulayıb.
Bakıda keçirilən Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq
Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycan özünün əlverişli coğrafi mövqeyindən bəhrələnməklə daim yeni qarşılıqlı faydalı əməkdaşlıq təşəbbüslərindən çıxış edir. 2008-ci ildə məhz Azərbaycanın təşəbbüsü ilə “Bakı prosesi”nə start verilib və bu uğurlu platforma çərçivəsində indiyədək Avropa Şurasına, eləcə də İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərinin çoxsaylı görüşləri baş tutub. Beləliklə, Azərbaycan tolerantlıq və humanizm dəyərlərinin təbliğinə özünün sanballı töhfələrini verir. Prezident İlham Əliyev müxtəlif sivilizasiyaların təmsilçilərini bir araya gətirən “Bakı Prosesi”nin önəmli bir platforma olduğunu vurğulayaraq deyib: “Keçən il biz “Bakı Prosesi”nin 10 illiyini qeyd etmişik. “Bakı Prosesi” bizim təşəbbüsümüzlə başlanmış prosesdir və bu gün bu, geniş beynəlxalq dəstəyə malikdir. O cümlədən BMT “Bakı Prosesi”ni dinlərarası, mədəniyyətlərarası dialoqun önəmli platforması kimi qəbul edir. 2008-ci ildə Bakıda Avropa Şurasının Mədəniyyət nazirlərinin toplantısı keçirilmişdir və biz qərara gəldik ki, bu toplantıya İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Mədəniyyət nazirlərini dəvət edək və beləliklə, birinci təmas yarandı. Ondan sonra 2009-cu ildə Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Mədəniyyət nazirlərinin toplantısına biz Avropadan nazirləri dəvət etdik. Azərbaycan nadir ölkələrdəndir ki, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa Şurasına üzvdür və biz bu imkandan istifadə edib “Bakı Prosesi”nə start verdik. Bayaq qeyd etdiyim kimi, bu gün beynəlxalq aləmdə “Bakı Prosesi” çox yüksək qiymətləndirilir və bu, doğrudan da nadir əməkdaşlıq formatıdır”.
Beləliklə, həm İslam Əməkdaşlıq Təşkilatına, həm də Avropa təsisatlarına eyni zamanda üzv olan nadir ölkələrdən biri olan Azərbaycan təmasların qurulması və dialoq üçün imkanların yaradılmasında özünün təbii və müsbət rolunu oynayır. Əlamətdar haldır ki, respublikamız bu istiqamətdə səylərini getdikcə genişləndirir. Deyilənlərin təsdiqi olaraq vurğulamaq yerinə düşər ki, Azərbaycan 2019-cu ilin əvvəlindən əməkdaşlıq və tolerantlıq məsələlərinin müzakirəyə çıxarıldığı çoxsaylı beynəlxalq tədbirlərə böyük uğurla ev sahibliyi edib. 2019-cu il 30 iyun-10 iyul tarixində paytaxtımızda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçirilib.
Bir sözlə, çox haqlı olaraq Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi Azərbaycanın qlobal miqyasda dinlərarası dialoqun möhkəmləndirilməsinə verdiyi növbəti töhfə kimi dəyərləndirilir. Prezident İlham Əliyev bəhs olunan Zirvə görüşünün böyük əhəmiyyət daşıdığını bildirərək “Mən əminəm ki, bu Zirvə görüşünün çox böyük əhəmiyyəti olacaq və Bakıdan səslənən mesajlar lazımi ünvana çatacaq. Hesab edirəm ki, əsas istiqamətlərdən biri dini ayrı-seçkiliyə yol verməmək, ksenofobiya, islamofobiya, antisemitizmə qarşı birgə mübarizə aparmaq, dindən siyasi məqsədlər üçün istifadə etməmək, münaqişələrə dini don geyindirməmək, münaqişə zamanı tarixi-dini abidələri dağıtmamaq və ənənəvi dəyərləri təbliğ etməkdir. Hesab edirəm ki, dediyim bu məsələlər Azərbaycanın bu istiqamətdəki siyasətini əks etdirir. Əminəm ki, Zirvə görüşünün nəticələri bu istiqamətdə atılmış növbəti addım olacaqdır”, - deyə vurğulayıb.
Bəhs olunan Zirvə görüşünə qatılan qonaqların təmsil etdikləri ölkələrin coğrafiyası kifayət qədər genişdir. Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70 illiyi ilə bağlı yubiley tədbirləri çərçivəsində keçirilən Sammitdə dünyanın 5 qitəsindən 70-dən çox dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak ediblər.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  3690  |  
  • Tarix:  16-11-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir

11 Dekabr 13:24
Azərbaycan və Koreya statistika komitələri anlaşma memorandumu imzalayıblar
11 Dekabr 13:17
Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider
11 Dekabr 12:58
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti İslam Əməkdaşlıq Təşkilatının sosial inkişaf üzrə ilk Nazirlər Konfransında iştirak edib
11 Dekabr 12:48
Almanların Azərbaycanda məskunlaşmasının 200 illiyinə həsr olunan beynəlxalq konfrans keçirilib
11 Dekabr 12:12
Əli Əhmədov: Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır
11 Dekabr 12:00
Milli inkişaf strategiyasının müəllifi
11 Dekabr 11:51
Bələdiyyə seçkiləri ilə əlaqədar seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
11 Dekabr 11:27
Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
11 Dekabr 11:24
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə xalqımız həqiqi dövlət müstəqilliyinə qovuşub
11 Dekabr 11:17
Naxçıvanda Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə keçirilən bilik yarışının qalibləri müəyyənləşib
11 Dekabr 11:15
Ucar-Zərdab-Ağcabədi yolu II texniki dərəcəyə uyğun yenidən qurulur
11 Dekabr 11:04
Ulu Öndər Heydər Əliyev sözün həqiqi mənasında, Azərbaycanda möcüzələr yaratdı
11 Dekabr 11:01
Qaradağ rayonunda YAP-ın namizədləri yekdilliklə dəstəklənəcək
11 Dekabr 11:00
YAP Xətai rayon təşkilatında təbliğat-təşviqat kampaniyası çərçivəsində qadın seçicilərlə görüş keçirildi
11 Dekabr 10:56
Moldova parlamentinin spikeri: Dahi lider Heydər Əliyev hər zaman xalqının, dövlətinin mənafeyi uğrunda çalışıb
11 Dekabr 10:54
Hikmət Şikarov: Azərbaycan uğurlu islahatlar dövrünə qədəm qoyub
11 Dekabr 10:45
Azərbaycanın dinamik inkişaf strategiyasının əsasını qoymuş görkəmli dövlət xadimi
11 Dekabr 10:43
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib
11 Dekabr 10:20
Müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir
11 Dekabr 10:08
Ədliyyə Nazirliyində “İnsan hüquqlarının qorunması media müstəvisində” mövzusunda KİV-lərlə görüş keçirilib
11 Dekabr 09:54
Azərbaycanda müsbət biznes mühiti formalaşıb
11 Dekabr 09:48
Azərbaycan dövləti uşaq və gənclərin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atır
11 Dekabr 09:46
Azərbaycanda ekologiya və ətraf mühitin qorunması sahəsində görülən işlər bir çox ölkələr üçün örnək təşkil edir
11 Dekabr 09:43
“Azerbaijan Digital Hub” proqramı “İlin İnfrastruktur layihəsi” mükafatına layiq görülüb
11 Dekabr 09:37
İngilislərin Bakıda kommunal xidmət sahəsində apardıqları monitorinqlər davam edir
11 Dekabr 09:35
Regionlarda avtomobil yollarının tikintisi və yenidən qurulması üzrə işlər davamlı xarakter daşıyır
10 Dekabr 21:38
Ordubad rayonunda icbari tibbi sığortanın tətbiqinə başlanılıb
10 Dekabr 21:25
Azərbaycan Konqreslər Bürosunun “Səfirlər proqramı”nın təqdimatı olub
10 Dekabr 21:22
AMEA-da “Heydər Əliyev: Ümummilli Lider, zaman və müasir dövr” mövzusunda konfrans keçirilib
10 Dekabr 21:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
10 Dekabr 20:54
YAP Bərdə rayon təşkilatı təbliğat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 20:37
YAP Nərimanov rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib
10 Dekabr 20:25
Azərbaycanda mövcud seçki sistemi və radikal müxalifətin əsassız iddiaları
10 Dekabr 17:53
Ulu Öndər Heydər Əliyevin həyatı xalqa, Vətənə, dövlətə xidmət nümunəsidir
10 Dekabr 17:52
Qədirbilən Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərini çox yüksək qiymətləndirir, Onun əziz xatirəsini daim öz qəlbində yaşadır
10 Dekabr 17:46
İordaniyanın Kralı II Abdullahın Azərbaycana rəsmi səfəri başa çatıb
10 Dekabr 17:44
Baş Prokurorluqda ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:37
“Azərbaycan könüllülük həftəsi”nin yekunları ilə bağlı tədbir keçirilib
10 Dekabr 17:32
Şəmkir rayonunda qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 17:28
DSX-nin hərbi hissə və bölmələrində ulu öndər Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 17:20
Ağstafa rayonunun Köçəsgər, Eynallı və Həsənsu kəndlərində seçicilərlə görüş keçirilib
10 Dekabr 17:15
Məcburi köçkün gənclər kiçik sahibkarlıq fəaliyyətinə başlamaq üçün avadanlıqlarla təmin edilib
10 Dekabr 17:01
Azərbaycan Ordusunun komandir heyətinin toplanışı başa çatıb
10 Dekabr 16:23
Birinci Gənc Sahibkarlar Forumu keçirilib
10 Dekabr 16:15
Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar Arif Məlikovun xatirəsi anılıb
10 Dekabr 16:08
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətlər cəlb edir
10 Dekabr 16:07
Bakıda “Zorakı ekstremizm ilə mübarizə: birgə tərəfdaşlıqla dayanıqlığın gücləndirilməsi” mövzusunda konfrans keçirilib
10 Dekabr 16:03
Gəncə “YAP”çıları bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyasını uğurla davam etdirir
10 Dekabr 16:02
Moldovada Nəsimiyə həsr olunan silsilə tədbirlər xoş təəssüratlar yaradıb
10 Dekabr 15:54
“Azərişıq”: Bayram günlərində bütün mənzillərdə dayanıqlı və keyfiyyətli enerji təchizatının təmin olunması istiqamətində işlər görülür
10 Dekabr 15:43
Energetika naziri Yevlaxda vətəndaşları qəbul edib
10 Dekabr 15:42
“Port Baku Mall”da “Gingerbread City” adlı sərgisi açılıb
10 Dekabr 15:21
Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib
10 Dekabr 15:11
Azərbaycan Prezidentinin İordaniya Kralı ilə təkbətək görüşü olub
10 Dekabr 15:06
İmadəddin Nəsimin 650 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
10 Dekabr 15:02
İordaniyanın Kralı II Abdullahın rəsmi qarşılanma mərasimi olub
10 Dekabr 14:42
Müasir avadanlıqlarla təchiz edilmiş Su Laboratoriya Mərkəzinə baxış keçirilib
10 Dekabr 14:39
Dövlət İdarəçilik Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
10 Dekabr 14:36
Qətərdə keçirilən simpoziumda Ermənistanın işğalçılıq siyasətindən danışılıb
10 Dekabr 14:29
Ekosahibkarlığın inkişafına dəstək məqsədilə ağacəkmə aksiyası keçirilib
10 Dekabr 14:27
İordaniyanın Kralı II Abdullah Azərbaycana rəsmi səfərə gəlib
10 Dekabr 14:26
“The Jerusalem Post”: TANAP qaz kəməri Azərbaycanın geosiyasi əhəmiyyətini təsdiq edir
10 Dekabr 14:13
Bolqarıstan Bakı-Tbilisi-Qars ilə Avropaya yüklərin daşınmasında maraqlıdır
10 Dekabr 13:46
Yeni Azərbaycan Partiyası Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə iştirakı ilə bağlı qərar qəbul edib
10 Dekabr 12:51
Səbinə Əliyeva: "Ombudsman təsisatı öz işini aşkarlıq, şəffaflıq və qərəzsizlik prinsipləri əsasında həyata keçirir"
10 Dekabr 12:49
İranlı nazir: Azərbaycanla elektrik enerjisi mübadiləsini həyata keçirmək üçün proqram hazırlanıb
10 Dekabr 12:39
Parisdə AŞPA-nın komitə və Büro iclasları keçirilir
10 Dekabr 12:31
Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib
10 Dekabr 12:18
Bələdiyyə seçkiləri ilə əlaqədar dairə seçki komissiyalarının informasiya texnologiyaları üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb
10 Dekabr 12:01
Son bir ildə KOBİA-ya 200-dən çox gənc sahibkardan müraciətlər daxil olub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+4 +7