Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir
27.02.2020 [09:28]
Prezident İlham Əliyev: Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq
Azərbaycanın milli maraqlar üzərində qurulan və ardıcıl səciyyə daşıyan xarici siyasətində regional əməkdaşlığın möhkəmləndirilməsi xətti xüsusi yer tutur. Respublikamız davamlı şəkildə öz imkanlarını təqdim edərək Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzələri regionunun inkişaf və təhlükəsizlik məkanına çevrilməsinə böyük səy göstərir. Son vaxtlarda ölkəmizin təşəbbüsü ilə yaradılan və region dövlətlərini bir araya gətirən ikitərəfli və çoxtərəfli əməkdaşlıq platformaları uğurla fəaliyyət göstərir. Bütövlükdə, respublikamız işğalçı Ermənistandan başqa bütün qonşu dövlətlərlə çox müsbət əlaqələr qurmağa nail olub. Münasibətlərin yüksələn xətlə inkişafının nəticəsidir ki, Azərbaycan Prezidentinin qonşu dövlətlərin yüksək səviyyəli rəsmiləri ilə həm ölkəmizdə, həm də qonşu dövlətlərdə müntəzəm görüşləri baş tutur. Bu görüşlərdə regional inkişaf və təhlükəsizlik məsələləri müzakirə edilərək ümumi mənafeyə, qarşılıqlı maraqların təmin olunmasına hesablanan qərarlar qəbul edilir.
Deyilənlər baxımından strateji tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Türkiyə münasibətləri xüsusilə xarakterikdir. Azərbaycanla qardaş Türkiyə arasında siyasi həmrəylik yüksək səviyyədədir. Ölkələrimizin liderləri həm ikitərəfli, həm də çoxtərəfli platformalarda sıx təmaslar qururlar. Elə bu günlərdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın respublikamıza səfəri baş tutub.
Azərbaycan-Türkiyə əlaqələri bu gün ən yüksək zirvədədir
Qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan həmişə olduğu kimi, bu dəfə də ölkəmizdə əziz qonaq qismində qarşılanıb. Ona və başçılıq etdiyi nümayəndə heyətinə böyük hörmət göstərilib. Siyasi dialoqun belə yüksək səviyyədə olması öz növbəsində iki ölkə arasında hərtərəfli əməkdaşlığın inkişafına güclü impuls verir. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev mətbuata verdiyi Bəyanatında Türkiyənin dövlət başçısının Azərbaycana növbəti səfərinin böyük önəm daşıdığını xüsusi olaraq nəzərə çatdırıb. “Sizin səfəriniz çox böyük önəm daşıyır. Bizim səfərlərimiz müntəzəm olaraq keçirilir və hər bir görüşümüz böyük məna daşıyır. Hər bir görüşdən sonra Türkiyə-Azərbaycan əlaqələrinə yeni təkan verilir və bu əlaqələr bu gün ən yüksək zirvədədir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Bu gün yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri zəngin tarixi ənənələrə söykənir. Dünyada elə bir güc yoxdur ki, iki qardaş xalqın və ölkənin dostluğuna xələl gətirə bilsin. Azərbaycanla Türkiyənin dostluq, qardaşlıq münasibətlərinin mahiyyəti hələ XX əsrin əvvəllərində Türkiyənin böyük dövlət xadimi Mustafa Kamal Atatürkün ifadə etdiyi “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, XX əsrin sonlarında isə bütün Türk dünyasının daha bir görkəmli şəxsiyyəti, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dilə gətirdiyi “Bir millət, iki dövlət” kəlamında ifadə olunub. Prezident İlham Əliyev isə Azərbaycan və Türkiyənin bir-birlərinə arxa, dayaq olduqlarını bildirərək “Biz siyasi əlaqələrimiz haqqında geniş fikir mübadiləsi apardıq və bir daha gördük ki, bu əlaqələr iki xalqın iradəsini əks etdirir. Biz bütün beynəlxalq təşkilatlar çərçivəsində vahid mövqedən çıxış edirik. Bir-birimizə arxayıq, bir-birimizə dayağıq. BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər təşkilatlarda biz fəal işbirliyi apararaq bir-birimizin gücünü artırırıq”, - deyə vurğulayıb.
Azərbaycan və Türkiyə bu gün beynəlxalq münasibətlər müstəvisində daim bir-birini dəstəkləyir, eyni siyasi platformadan çıxış edir, birgə səylərlə ermənilərin təxribatlarının qarşısını almağa çalışırlar. Türkiyə Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətdir. Qardaş Türkiyə Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə cavab olaraq Ermənistanla bütün siyasi-iqtisadi əlaqələri dayandırıb, eyni zamanda, 1993-cü ildən etibarən bu ölkə ilə sərhədlərini bağlayıb. Prezident İlham Əliyev qardaş Türkiyənin beynəlxalq arenada həmişə Azərbaycanın haqq işinə dəstək verdiyini minnətdarlıq hissi ilə vurğulayıb. “Türkiyə hər zaman Azərbaycanın, Azərbaycan xalqının yanındadır. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi münaqişənin həlli üçün əsas maneədir. Ermənistan rəhbərliyinin çox ziddiyyətli və bir-birini inkar edən bəyanatları danışıqlar prosesinə böyük zərbədir. Onlar gah deyirlər ki, Dağlıq Qarabağ Ermənistandır, gah deyirlər ki, Dağlıq Qarabağ müstəqil dövlətdir. Belə çıxır ki, onlar özləri də bilmirlər Dağlıq Qarabağ nədir? Bilmirlərsə, biz deyə bilərik: Dağlıq Qarabağ Azərbaycandır. Bunu biz deyirik, bunu bütün dünya deyir. Bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir və heç bir ölkə Dağlıq Qarabağ adlı qanunsuz qurumu tanımır. Əlbəttə ki, münaqişə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı çərçivəsində öz həllini tapmalıdır”, - deyə Prezident İlham Əliyev bildirib.
Öz növbəsində Azərbaycan da ermənilərin Türkiyəyə qarşı irəli sürdükləri ərazi və “soyqırımı” iddialarına layiqli cavab verilməsində daim qardaş ölkənin yanındadır. Bir neçə il bundan əvvəl Praqada Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən iclasda Azərbaycan Prezidentinin nümayiş etdirdiyi mövqe respublikamızın qardaş Türkiyənin mənafeyini öz mənafeyi sandığını bir daha bütün dünyaya nümayiş etdirdi. Həmin iclasda Azərbaycanın dövlət başçısı Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın sammitə Türkiyə təmsilçisinin qatılmamasından istifadə edərək rəsmi Ankaranın ünvanına hədyanlar söyləməsini və qondarma “soyqırımı” məsələsini qabardaraq heç bir tarixi fakta əsaslanmayan iddialar səsləndirməsini kifayət qədər sərt qarşılayaraq ona tutarlı cavab verdi. Təsadüfi deyil ki, Türkiyə ictimaiyyəti tərəfindən Prezident İlham Əliyevin sammitdə qardaş ölkəni müdafiə məqsədilə etdiyi çıxışı və Onun Sarkisyana ünvanladığı “Türkiyə burada yoxdur, mən buradayam və sizin cavabınızı da mən verəcəyəm” cavabı düşmən ölkənin rəhbərinin sifətinə vurulan tərs şapalaq kimi dəyərləndirildi. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının qardaş Türkiyəyə yüksək dəstəyini nəzərə çatdıraraq vurğulayıb: “Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm. Öz növbəmdə bildirməliyəm ki, bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb və əminəm olmayacaq ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Hazırda bölgədə gedən bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır”.
Yeri gəlmişkən vurğulamaq yerinə düşər ki, Azərbaycanın Türkiyəyə verdiyi dəstək qardaş ölkədə yüksək dəyərləndirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata Bəyanatında Azərbaycanın qardaş ölkə ilə həmrəyliyinə görə ölkəsi və milləti adından təşəkkürünü çatdıraraq deyib: “Həmrəyliyimiz terrorla mübarizədə də çiyin-çiyinə davam edir. 251 insanımızı şəhid edən FETÖ təşkilatı ilə mübarizədə bizə ən çox dəstək verən ölkə Azərbaycan olmuşdur. Yanvarın 24-də Elazığda yaşanan zəlzələ fəlakətindən sonra da Azərbaycanın dəstəyini hiss etdik. Kədərimizi bölüşdükləri və həmrəylik göstərdikləri üçün azərbaycanlı qardaşlarıma ölkəm və millətim adından təşəkkür edirəm”.
Strateji Əməkdaşlıq Şurasının 8-ci toplantısı iki ölkə arasındakı münasibətlərin perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyır
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri çərçivəsində bir sıra önəmli görüşlər və tədbirlər keçirilib. O cümlədən səfər çərçivəsində fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib. Dövlətimizin başçısı bəhs olunan iclasın önəmini dəyərləndirərək “Bizim birliyimiz əbədidir və təbii ki, biz öz gələcəyimizi bu möhkəm təməl üzərində qururuq. Ona görə, Strateji Əməkdaşlıq Şurasının bugünkü 8-ci toplantısı xüsusi əhəmiyyətə malik olan bir məsələdir”, - deyə vurğulayıb.
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasında ikitərəfli münasibətlərin geniş spektri müzakirə edilib. Bu gün siyasi maraqları bütün regional və qlobal miqyaslı məsələlərdə sıx uzlaşan iki qardaş ölkənin iqtisadi sahədə çoxşaxəli əməkdaşlığı da kifayət qədər yüksək səviyyədədir. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 33 faiz artaraq 4,5 milyard dollara çatıb. Türkiyənin dövlət başçısı qarşıdakı illərdə iki ölkə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması ilə bağlı hədəf qoyub və bu, tamamilə real məqsəddir. Hazırda Azərbaycanda 4 minə yaxın Türkiyə şirkəti fəaliyyət göstərir. Türkiyə şirkətləri 300-dən çox layihədə 16 milyard dollar həcmində iş görmüşlər və bu parametrlərə görə Türkiyə birinci yerdədir. Prezident İlham Əliyev bildirib ki, qarşılıqlı sərmayə qoyuluşu da çox yüksək səviyyədədir. “Bu günə qədər Azərbaycan Türkiyə iqtisadiyyatına 18 milyard, Türkiyə isə Azərbaycan iqtisadiyyatına 12,5 milyard dollar sərmayə qoyub. Bu, böyük ölçüdə sərmayənin qoyuluşu bir daha bizim qardaşlığımızı təsdiqləyir. Çünki ancaq qardaş ölkəyə bu qədər vəsait, bu qədər yatırım qoyula bilər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclasından sonra iki ölkənin müvafiq qurumları arasında çoxsaylı sənədlər imzalanıb. Şübhə yoxdur ki, imzalanmış sənədlər, o cümlədən preferensial ticarət anlaşması iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasına böyük təkan verəcək. İmzalanan sənədlərə istinadən deyə bilərik ki, həm Azərbaycan, həm də Türkiyə gömrük, kənd təsərrüfatı, enerji, nəqliyyat, texnologiyalar, turizm və digər sahələrdə əməkdaşlığı dərinləşdirmək niyyətindədirlər.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27