Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Razi Nurullayev: Bu qələbə müasir Azərbaycan tarixində mühüm bir hadisədir

Razi Nurullayev: Bu qələbə müasir Azərbaycan tarixində mühüm bir hadisədir

11.11.2020 [09:46]

“Bu qələbə müasir Azərbaycan tarixində mühüm bir hadisədir. Azərbaycan xalqı son yüz ildə ilk dəfədir ki, işğal altındakı torpaqlarını azad edir, ərazi bütövlüyümüz təmin olunur. İmzalanmış bəyanat faktiki olaraq özündə Dağlıq Qarabağın işğaldan azad olunduğunu ehtiva edir, eləcə də Ermənistan tərəfindən işğal edilmiş 7 rayonun Azərbaycana qaytarılmasını təmin edir. Bununla yanaşı, Azərbaycan ərazisi Naxçıvanın timsalında qurudan da birləşir. Bu bizim arzularımız idi və arzularımız reallaşır”.
Bunu qəzetimizə açıqlamasında Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyib. Onun sözlərinə görə, Azərbaycanın Ermənistan üzərindəki möhtəşəm qələbəsi işğalçı dövlətin hərbi-siyasi rəhbərliyinin acı biabırçılığı və alçaldılması ilə nəticələndi. R.Nurullayev bildirib ki, ötən 43 gün ərzində cəbhədə döyüşlər getdiyi zamanda dövlətimiz görünməmiş ağır siyasi təzyiqlərə sinə gərdi və çox ağrılı bir prosesə dözüm gətirdi. Sentyabrın 27-dən başlayaraq aparılan uğurlu əks-hücum əməliyyatları nəticəsində Azərbaycan dövlətinin öz istəyinə nail olduğunu söyləyən partiya sədri onu da vurğulayıb ki, biz bu mübarizədən əldə oluna biləcək ən maksimum nəticə ilə çıxmışıq. “Bəzi insanlar ola bilsin ki, tam olaraq bunun mənasını dərk edə bilmir. Amma anlamalıyıq ki, Azərbaycan öz hərbi gücü ilə işğal altındakı rayonlarımızı, Şuşamızı işğaldan azad etdi və nəticədə düşmən Ermənistanı digər işğal altındakı ərazilərimizi siyasi yolla azad etməyə məcbur elədi, əlavə olaraq Naxçıvana quru sərhədi açdırdı. Bu çox böyük bir nəticədir. Mən bu böyük qələbə münasibətilə Azərbaycan xalqını və Ali Baş Komandanımızı təbrik edirəm”, - deyən R.Nurullayev onu da əlavə edib ki, bu gün xalqımız küçələrdə bayram yaşayır, Ermənistanda isə yasdır. R.Nurullayev deyib ki, bir zamanlar az qala bütün Azərbaycan torpaqlarına iddia edənlər öz cəzalarını alırlar və bundan sonra onları daha böyük cəzalar gözləyir.
P.İSMAYILOV

Paylaş:
Baxılıb: 343 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30