Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Sabir Rüstəmxanlı: Qazanılan qələbədə milli həmrəyliyimiz və birliyimiz mühüm rol oynayır

Sabir Rüstəmxanlı: Qazanılan qələbədə milli həmrəyliyimiz və birliyimiz mühüm rol oynayır

11.11.2020 [09:54]

“Bu gün xalqımızın taleyində şərəfli və uğurlu gündür. Vətən müharibəsində qazanılan qələbə münasibətilə xalqımızı, ordumuzu və Ali Baş Komandanımızı təbrik edirəm. Qazanılan qələbədə milli həmrəyliyimiz və birliyimiz mühüm rol oynayır”. Bu fikirləri Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.
Sabir Rüstəmxanlı bildirib ki, əldə edilən razılaşma Azərbaycanın qələbəsidir. Onun sözlərinə görə, bununla da torpaqlarımızın işğaldan azad olunmasına son qoyulur: “Bu razılaşmaya əsasən, hələ də işğal altında olan torpaqlarımız Azərbaycana qaytarılacaq, işğalçı erməni qoşunları torpaqlarımızdan çıxacaq. Bunun nəticəsində məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq. Ən əsas və vacib məqamlardan biri odur ki, Dağlıq Qarabağa hansısa status verilməyəcək. Bunu Prezident İlham Əliyev xalqa müraciətində bəyan etdi. Artıq ermənilərin məqsədləri puç oldu. Bu razılaşma göstərdi ki, bu savaşın qalibi Azərbaycan Ordusu, Ali Baş Komandanımız oldu. Qazanılan qələbə məhz ordumuzun, Ali Baş Komandanımızın, xalqımızın qəhrəmanlığının nəticəsidir”.
Vətən müharibəsində Türkiyənin Azərbaycana mənəvi və siyasi dəstəyini yüksək dəyərləndirən partiya sədri qeyd edib ki, bu dəstək ölkəmizin gücünü xeyli dərəcədə artırır. Onun sözlərinə görə, razılaşmaya əsasən, Naxçıvanla Azərbaycan arasında əlaqələrin bərpasının da nəzərdə tutulması çox mühüm hadisədir: “Hesab edirəm ki, bu qələbə ilə Prezident İlham Əliyev millətimizin başını ucaltdı”.
S.Rüstəmxanlı Vətən müharibəsinin davam etdiyi müddətdə ölkəmizdə milli birliyin və həmrəyliyin daha da gücləndiyini diqqətə çatdırıb: “Bu baxımdan, siyasi partiyaların həmrəyliyini xüsusi qeyd edə bilərik. Ölkəmizdə fəaliyyət göstərən 50 siyasi partiya sentyabrın 27-də birgə bəyanat imzalayaraq torpaqlarımızın işğaldan azad olunması işində ordumuzu və Ali Baş Komandanımızı birmənalı şəkildə dəstəklədiyini bəyan etdi. Bu müddət ərzində mövcud məsələlərlə bağlı vahid mövqeyimizi dəfələrlə ifadə etdik. Hesab edirəm ki, siyasi müstəvidə birlik və həmrəylik bundan sonra da davam etməlidir”.
N.BAYRAMLI

Paylaş:
Baxılıb: 324 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31