Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müharibədə sarsıdıcı məğlubiyyətə uğramış işğalçı ölkədə Paşinyan iqtidarı kütləvi narazılığı və insanların qəzəbini söndürmək üçün repressiyalara başlayıb

Müharibədə sarsıdıcı məğlubiyyətə uğramış işğalçı ölkədə Paşinyan iqtidarı kütləvi narazılığı və insanların qəzəbini söndürmək üçün repressiyalara başlayıb

13.11.2020 [08:48]

Azərbaycanın qarşısında ağır məğlubiyyətə düçar olan işğalçı Ermənistanda ciddi siyasi qarşıdurma hakimiyyət böhranına gətirib çıxarıb. Ermənistan mətbuatının yazdığına görə, siyasi qüvvələr hökumətin istefasını tələb edir və bu məqsədlə etiraz aksiyalarını davam etdirirlər. Qeyd edək ki, baş nazir Nikol Paşinyan artıq qurduğu diktatura rejiminin “demokratikliyi”nə dair imitasiya imkanlarını da itirib. Belə ki, baş nazir ölkəsini fəlakətə məhkum etmiş bir şəxs kimi onu ittiham edən bütün müxalifət nümayəndələrini həbsə atdırır, onlara təzyiqlər və təhdidlər edilir.
İşğalçı ölkənin təslim olması ilə başa çatan müharibə dövründə gedən proseslər də sübut etdi ki, Ermənistan hakimiyyəti, o cümlədən baş nazir Paşinyan heç bir siyasi qabiliyyətə sahib deyil. İndi ölkədə yaranmış böhran vəziyyəti də hakimiyyətin səriştəsizliyinin nəticəsidir. Belə ki, hazırda işğalçı Ermənistan vətəndaş müharibəsi ərəfəsindədir. Erməni mediası yazır ki, yüksək çinli məmurlar varidatını tələsik ölkədən çıxarır, xarici ölkələrə qaçır. Eyni zamanda, Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Ermənistan iqtisadiyyatı tam çöküb və əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb.
Yeri gəlmişkən, artıq ölkədə parlament böhranı da baş verir. “News.am” yazır ki, parlamentdə təmsil olunan müxalifət partiyalarının tələbi ilə baş nazirin istefasını müzakirə etmək üçün deputatları bir araya gətirmək mümkün olmayıb. “İstənilən halda Paşinyan getməlidir” tələbi irəli sürən müxalifət nümayəndələri parlamentin iclasının baş tutmamasını parlament böhranı kimi qiymətləndiriblər.
Sabiq prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi “Erməni milli konqresi”nin açıqlamasında “Hakim “Mənim addımım” parlament fraksiyasının bəyanatı göstərdi ki, hazırkı hökumət Ermənistanın başına hansı fəlakəti gətirdiyini hələ anlamayıb”,-deyə qeyd edilib. “Aysor.am” saytının yazdığına görə, “Vətən” partiyasının nümayəndəsi Xaçik Qalustyan isə deyib ki, Ermənistanda qanuni hakimiyyət yoxdur. Ermənistanda hakimiyyəti indi xalqın qəzəb dalğasını yatırmaq üçün soyğunçu dəstələr yaradan bir ovuc quldur ələ keçirib. Bu quldur dəstələri cəmiyyətdə vətəndaş qarşıdurmalarına səbəb olmaq üçün açıq təlimat alıblar. Müharibədə biabırçı məğlubiyyətdən sonra xain Paşinyan qarşısına ölkənin daxilində də qan tökmək vəzifəsini qoyub.
Göründüyü kimi, Qərb dairələrinin uzun müddət 2018-ci ilin mayında Ermənistanda baş vermiş dövlət çevrilişini “demokratik inqilab”, hakimiyyəti ələ keçirmiş N.Paşinyanı “demokratik lider” kimi təqdim etməsinə baxmayaraq, Ermənistanda bu gün demokratiyanın işartıları belə yoxdur, ölkə kriminal şəxslərin neofaşizm yuvasına çevrilib.
Qeyd edək ki, müxalifət partiyalarının hökumətin fəaliyyəti ilə bağlı tənqidləri cəmiyyətə “milli xəyanət” kimi təqdim olunur. Müharibədə sarsıdıcı məğlubiyyətə uğramış Paşinyan ölkə daxilində baş qaldıran narazılıq və xalq qəzəbini söndürmək üçün amansız repressiyalara başlayıb. Noyabrın 11-də Ermənistanda N.Paşinyanın istefası tələbi ilə keçirilən kütləvi aksiyalarda 10 müxalifət lideri saxlanılıb. Belə ki, Təhlükəsizlik Xidmətinin (TX) əməkdaşları “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Çarukyan, “Vətən” partiyasının sədri, general-mayor Artur Vanetsyan, parlamentin sabiq vitse-spikerləri Eduard Şarmazanov və digərlərini saxlayıb. Müxalifətçilər hərbi vəziyyət zamanı mitinq təşkil etmək və dövlət sirrini açıqlamaqda təqsirləndirilir.
Bununla yanaşı, Ermənistanda vətəndaşların dinc etiraz aksiyalarını qeyri-mümkün edən yüksək cərimələr tətbiq olunur. Hətta Ermənistanda dövlət orqanlarının və vəzifəli şəxslərin hərəkətlərini (çıxışları da daxil olmaqla) tənqid edən, təkzib edən, şübhə altına alan və ya başqa bir şəkildə dəyərdən salan məlumatların dərc edilməsi və yayımlanması qadağan edilib. Ölkədə hakimiyyəti, hətta bələdiyyələri belə tənqidə görə 1200 avro cərimə tətbiq edilir. Buna görə sosial şəbəkə istifadəçiləri və jurnalistlər açıq şəkildə hakimiyyətin özbaşınalığı və cinayətlərini tənqid edə bilmirlər.
Göründüyü kimi, işğalçı Ermənistanda qarşıdurma və repressiyalarla müşayiət olunan xaos hökm sürür. Paşinyan hakimiyyəti ölkəni vətəndaş müharibəsinə sürükləyir. 17 partiyanın birləşdiyi müxalifətin paytaxt Yerevanın mərkəzində mitinq-yürüşləri isə davam edir.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 317 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30