Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qulamhüseyn Əlibəyli: İşğal altında olan ərazilərimizin azad edilməsindən sonra Qarabağın dirçəldilməsi mərhələsinə start verilib

Qulamhüseyn Əlibəyli: İşğal altında olan ərazilərimizin azad edilməsindən sonra Qarabağın dirçəldilməsi mərhələsinə start verilib

12.01.2021 [09:12]

“2020-ci il bütün dünya ölkələri kimi, Azərbaycan üçün də çətin keçsə də, 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən müharibəsinin nəticəsi xalqımız üçün tarixi əhəmiyyətə malikdir”. Bu fikirləri qəzetimizə açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.
Partiya sədri deyib ki, işğal altında olan ərazilərimizin azad edilməsindən sonra Qarabağın dirçəldilməsi mərhələsinə start verilib: “2021-ci ildə işğaldan azad edilən yurd yerlərimizin bərpası və yenidən qurulması üçün mühüm işlərin görüləcəyi şəksizdir. İlk növbədə, Şuşanın bərpa olunması, o cümlədən infrastrukturun yenidən qurulması, şəhərə yeni yolun çəkilməsi üçün müəyyən işlər görülüb. Sözsüz ki, dövlət başçısı tərəfindən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi doğma şəhərimizin bərpa prosesini daha da sürətləndirəcək”.
Q.Əlibəyli onu da əlavə edib ki, 2020-ci ildə hakimiyyət tərəfindən siyasi dialoq mühitinin inkişafına xidmət edən səmərəli addımlar atılması milli birliyin və həmrəyliyin əldə edilməsində təkanverici amil olub: “2020-ci ilin əvvəllərindən başlayan və siyasi partiyalarla əməkdaşlığın yeni mərhələsi kimi qiymətləndirə biləcəyimiz proses ona gətirib çıxardı ki, siyasi mənsubiyyətindən asılı olmayaraq, hər kəs birmənalı olaraq öz dövlətini, ordusunu və Ali Baş Komandanını müdafiə etdi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti də son çıxışlarında Vətən müharibəsi dövründə mövcud olan birliyi və siyasi qüvvələrin həmrəyliyini olduqca müsbət qiymətləndirib”.
Qaşqay

Paylaş:
Baxılıb: 434 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Gündəm

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30