Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycan ilə Əfqanıstan parlamentləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub

16.01.2021 [09:44]

Yanvarın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Amanullah Ceyhun ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Amanullah Ceyhuna səfir kimi fəaliyyətində uğurlar arzulayan spiker Sahibə Qafarova əmin olduğunu bildirib ki, o, ölkələrimiz arasında münasibətlərin inkişafı üçün səylərini əsirgəməyəcək.

Qeyd edilib ki, Azərbaycan onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri olan Əfqanıstanla müxtəlif sahələrdə əlaqələrin dərinləşməsində maraqlıdır. Xalqlarımız arasında dostluğun qədim tarixi kökləri var və bu münasibətlər bu gün də yüksək səviyyədə davam etdirilir.

Spiker Sahibə Qafarova bildirib ki, ölkə başçılarının görüşləri zamanı aparılan danışıqlar siyasi münasibətlərimizi keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Yüksək səviyyəli siyasi dialoq digər sahələrdə də əməkdaşlığın genişləndirilməsinə müsbət təsir edir.

Bu gün Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyinin uğurla fəaliyyət göstərdiyini bildirən Milli Məclisin sədri qeyd edib ki, bu ölkə ilə əlaqələri daha da dərinləşdirmək məqsədilə Azərbaycan parlamenti ötən sessiyada Kabildə səfirliyimizin açılması barədə qanun layihəsini qəbul edib. Cari il yanvarın 13-də isə həmin qanun layihəsi Prezident İlham Əliyev tərəfindən təsdiqlənib.

Əlaqələrimizin inkişafında hər iki ölkənin parlamentlərinin müsbət rolundan danışan spiker xatırladıb ki, Milli Məclisdə Əfqanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. O, təcrübə və informasiya mübadiləsi baxımından deputatların mütəmadi görüşlərinin vacibliyini vurğulayaraq, postpandemiya dövründə qarşılıqlı səfərlərin təşkilinin əhəmiyyətli olacağını qeyd edib.

Milli Məclisin sədri Ermənistan-Azərbaycan münaqişəsinin həllində Əfqanıstan dövlətinin mövqeyini yüksək qiymətləndirib. Bildirib ki, Əfqanıstan hər zaman Azərbaycanın ərazi bütövlüyü məsələsində açıq mövqe nümayiş etdirib, ölkəmizin ədalətli mövqeyinə dəstəyini göstərib. Bu dəstək özünü Qarabağda aparılan hərbi əməliyyatlar zamanı da aydın şəkildə büruzə verib. Belə ki, Əfqanıstan Xarici İşlər Nazirliyi, bu ölkənin Milli Assambleyasının Ağsaqqallar Şurası, Assambleyanın Xalq Palatası Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstək ifadə ediblər.

Sahibə Qafarova gələcəkdə də münasibətlərimizin yüksələn xətlə inkişaf edəcəyinə inamını bildirib.

Səmimi qəbula görə minnətdarlığını bildirən Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfiri Amanullah Ceyhun ölkələrimiz arasında münasibətlərin qədim tarixə malik olduğunu qeyd edib. O, ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi üçün səylərini əsirgəməyəcəyini deyib. Səfir Əfqanıstanın ölkəmizin haqq işinə həmişə dəstək verdiyini söyləyərək, Azərbaycan parlamentində ölkəmizin Kabildə səfirliyinin açılması ilə bağlı qəbul olunmuş qərarı rəsmi Bakının iki ölkə arasında dostluğa verdiyi yüksək dəyərin nümunəsi kimi qiymətləndirib.

Əfqanıstan parlamentinin fəaliyyəti barədə danışan diplomat hər iki ölkənin qanunvericilik orqanları arasında əməkdaşlığın daha da dərinləşməsinin əhəmiyyətini qeyd edib. Qonaq deyib ki, bu əlaqələrin müxtəlif platformalarda daha da genişləndirilməsi qarşıya qoyulan məqsədlərə çatmaqda əhəmiyyətli rol oynaya bilər.

Görüşdə, həmçinin iki ölkənin parlamentlərində təmsil olunan qadın deputatlar arasında mütəmadi görüşlərin təşkili, qadın və uşaq hüquqlarının müdafiəsi, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əməkdaşlığın dərinləşməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 408 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30