Ana səhifə »  Siyasət »  Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi
A+   Yenilə  A-
Azərbaycan xalqının azadlıq mübarizəsinin unudulmaz qəhrəmanlıq səhifəsi

Bəşəriyyətə qarşı qatı və qanlı cinayət hadisəsi olan 20 Yanvar faciəsindən otuz bir il ötür
Tariximizə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən otuz bir il keçir. Sirr deyil ki, 20 yanvar 1990-cı il Azərbaycan xalqının məruz qaldığı ən dəhşətli faciələrdən birini əks etdirən tarixdir. Keçmiş SSRİ-nin çöküşü ərəfəsində xalqımıza qarşı törədilmiş 20 Yanvar faciəsi Azərbaycanın azadlıq mübarizəsinə vurulmağa cəhd edilən zərbə idi. SSRİ rəhbərliyinin xalqımıza, onun azadlıq mübarizəsinə qarşı həyata keçirdiyi bu qanlı əməliyyat Sovet imperiyasının siyasətinin gerçək mahiyyətini əks etdirən növbəti arqument oldu. Bu fakt, eyni zamanda, keçmiş SSRİ-nin rəhbərliyinin Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar siyasəti dəstəkləməsinə növbəti dəfə dəlalət edirdi.
Keçmiş sovet ordusu tərəfindən törədilən bu qanlı aksiyalar nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb, 841 nəfər isə həbs olunub. Bu, sözün əsl mənasında, öz hüquq və azadlığı uğrunda ayağa qalxan xalqın inam və iradəsini sıradan çıxarmaq, həmçinin Sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə həyata keçirilmiş qanlı cinayət idi. O da qeyd olunmalıdır ki, Sovet ordusunun vəhşilikləri təkcə həmin gecə ilə məhdudlaşmadı və hələ bir müddət müxtəlif yerlərdə dəhşətli qətliamlarla davam etdirildi. Məlumat üçün vurğulayaq ki, təxribat planına uyğun olaraq əvvəlcədən televiziyanın enerji bloku partladıldığından radio və televiziya verilişlərinin yayımı dayandırılmışdı, eyni zamanda, qəzetlər də nəşr olunmurdu. Mərkəzi mətbuat və Rusiyanın televiziya kanalları isə hadisəni təhrif edən yalan məlumatlar yaymaqda idi. Nəticədə görünməmiş zorakılıqla üzləşən, qanı küçələrə axıdılan insanlar informasiyasız və köməksiz durumda acınacaqlı vəziyyətdə qalmışdılar.
Bu hadisə BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. Eyni zamanda, 20 Yanvar faciəsi Beynəlxalq Cinayət Məhkəməsi Statutunun 7-ci maddəsinə əsasən, insanlıq əleyhinə cinayət kimi tövsif edilə bilər. Bütövlükdə, 20 Yanvar faciəsini törədən cinayətkarların ədalət mühakiməsinə cəlb olunması üçün kifayət qədər hüquqi əsaslar mövcuddur.
20 Yanvar faciəsinə laqeyd münasibət: Azərbaycan xalqına qarşı xəyanətkar mövqeyin bariz göstəricisi
Bu faciənin törədilməsindən sonra müşahidə olunan ən dəhşətli faktlardan biri isə ozamankı Azərbaycan rəhbərliyinin xəyanətkar, antimilli mövqeyi oldu. Daha dəqiq desək, o zaman respublikaya “rəhbərlik” edən səriştəsiz qüvvələrin bu məsələyə biganə qalması, hər vəchlə hadisənin mahiyyətini gizlətməyə çalışmaları bir daha sübut etdi ki, bəhs olunan qüvvələr Moskvanın kölgəsi altında, kölə psixologiyası ilə yaşayır və xalqın ali mənafeyini mərkəzin imperialist maraqlarına qurban verməkdən çəkinmirdilər. Törədilmiş cinayət və onun nəticələri aşkar olduğu halda, respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərirdi. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də 20 Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını bir daha təsdiq etdi. Bu, bir həqiqət idi ki, ozamankı respublika rəhbərliyi hətta şəhidlərin - 20 Yanvar qurbanlarının dəfn mərasiminə gəlməyi belə lazım bilməmişdi.
Bu hadisələrdən sonra xalqımız daha bir acınacaqlı gerçəkliyin şahidi oldu. Belə ki, xalqın mübarizəsini siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü ortaya çıxmışdı. Daha doğrusu, dəfələrlə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tələbi ilə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra nədənsə bu mövzunu “unutmağa” başladı. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi-hüquqi qiymət vermək üçün öz imkanlarından istifadə etmədilər.
Beləliklə, ilk illərdə SSRİ tərəfindən xalqa qarşı törədilmiş ağır cinayətə siyasi-hüquqi qiymət verilməmişdi. Hələ Azərbaycanda Sovet hakimiyyəti mövcud olduğu dövrdə 20 Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən yığılıb Dövlət İstintaq Komissiyasına təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən ölkəmizdən çıxarılmışdı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq-mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlükdə və ya qismən məhv edilmişdi.
1990-cı il yanvar ayının 22-də çağırılan Azərbaycan Ali Sovetinin fövqəladə sessiyası öz işini yarımçıq qoydu və sonrakı sessiyalarda bu məsələnin müzakirəsini davam etdirmədi. Ali Sovetin yanvar hadisələrini tədqiq etməli olan komissiyasının da işi başa çatdırılmamış qaldı.
Bir sözlə, 1990-cı ilin yanvarından sonra hakimiyyətdə olan qüvvələrin bu məsələdə ilk vəzifəsi faciəni təhlil etmək, günahkarları üzə çıxarmaq və buna dövlət səviyyəsində siyasi-hüquqi qiymət vermək olsa da, respublika əhalisinin təkidli tələblərinə baxmayaraq, bununla bağlı 1993-cü ilin iyununa qədər faktiki olaraq heç bir tədbir görülmədi. Çünki Azərbaycanı bu faciəyə gətirib çıxarmış səriştəsiz rəhbərlər vətənpərvərlik hislərindən məhrum olduqlarından, habelə öz şəxsi ambisiyalarının əsirinə çevrildiklərindən xalqın gözünə pərdə asmaq niyyətinə düşmüşdülər. 1993-cü ilə qədər Azərbaycana rəhbərlik edən şəxslərin heç biri bu faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı, əksinə, müxtəlif səthi qərarlar qəbul edə-edə faciənin müsibətlərini xalqımıza unutdurmağa çalışdı. Azadlıq mübarizəsinin yolu 20 Yanvar hadisələrindən keçmiş xalqımızın bu faciəsinə ilk üç il müddətində siyasi-hüquqi qiymət verilməməsi, əslində, Azərbaycanın o dövrdə hakimiyyətdə olmuş iqtidarlarının öz xalqına xəyanəti kimi səciyyələndirilməlidir.
20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verildi
Yalnız Ümummilli Lider Heydər Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşaraq hadisəyə siyasi-hüquqi qiymət verilməsi, cinayətkarların aşkarlanması istiqamətində yorulmaz fəaliyyət göstərdi. Belə ki, həmin qanlı hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn xalqımızın Ümummilli Lideri Heydər Əliyev qanlı faciənin təşkilatçılarını, SSRİ hakimiyyətini dünya ictimaiyyəti qarşısında şiddətli şəkildə qınadı və günahkarların cəzalandırılmasını tələb edən bəyanat verdi.
Daha sonra Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verdi. Bununla bağlı Naxçıvan MR Ali Məclisi 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Eyni zamanda, Azərbaycan SSR Ali Sovetinin 7 mart 1991-ci il tarixli sessiyasındakı çıxışı zamanı Ümummilli Lider Heydər Əliyev bəyan etdi ki, 1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edilmişdir: “Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür. Təəssüf ki, bu təcavüz indiyə qədər davam edir. Bir ildən artıqdır ki, Azərbaycanın paytaxtı fövqəladə vəziyyət şəraitində yaşayır. Bizim sessiyamız da bu şəraitdə keçirilir. Bir ildən artıqdır ki, Azərbaycan xalqı şəhidlərə matəm saxlayır. Respublikanın şəhərlərində, qəsəbələrində, kəndlərində şəhidlərin xatirəsinə abidələr ucaldılır. Fəqət qatillər indiyə qədər aşkar olunmayıb. Buna heç vəchlə bəraət qazandırmaq olmaz. Bu məsələ müzakirə olunmalıdır. 20 Yanvar faciəsinə Ali Sovetin sessiyası siyasi qiymət verməlidir, onun günahkarlarını müəyyən etməlidir”.
Bununla yanaşı, Ulu Öndər Heydər Əliyev 1991-ci il iyunun 19-da SSRİ Nazirlər Kabinetinə həmin qanlı hadisə ilə bağlı məktub göndərdi. Ulu Öndər 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələndən sonra isə ölkə rəhbəri kimi mühüm addımlar atdı. Belə ki, Ümummilli Lider Heydər Əliyev 1994-cü il yanvar ayının 5-də 20 Yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun ardınca isə 1994-cü il yanvarın 12-də Dövlət Komissiyasının geniş iclasındakı çıxışında Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin açıqlanmadığını, həqiqi günahkarların aşkar edilmədiyini, iki il ərzində həmin qərarın özünü doğrultmadığını diqqətə çatdırdı. Ulu Öndər Heydər Əliyev ötən dörd ildə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməməsini və ozamankı Milli Şura tərəfindən qəbul edilmiş qərarın səthi xarakterli olmasını diqqətə çatdırdı.
Beləliklə, Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin nəticəsi kimi, 1994-cü il mart ayının 29-da ölkə parlamenti tərəfindən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” adlı xüsusi qərar qəbul edildi. Bununla da vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə - 20 Yanvar hadisələrinə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmiş oldu.
20 Yanvar faciəsi unudulmur
Ulu Öndərimiz Heydər Əliyevin xalqımızın müstəqilliyi uğrunda mübarizə aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə həyata keçirilən diqqət və qayğı siyasəti bu gün də yüksək səviyyədə davam etdirilir. Belə ki, Azərbaycan xalqına qarşı törədilən müxtəlif xarakterli cinayətlərdən, xüsusən də son onilliklərdə yaşanan faciələrdən zərər çəkənlərə qayğı göstərilməsi Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Bu baxımdan, 20 Yanvar faciəsi istisna deyil. Ümumiyyətlə, bu gün Azərbaycanda 20 Yanvar faciəsinin qurbanları da daxil olmaqla, bütün şəhid ailələrinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Eyni zamanda, 20 Yanvar faciəsi zamanı əlil olmuş şəxslər də hər zaman dövlətin, şəxsən Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Digər tərəfdən, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinin problemlərinə daim böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondunun dəstəyi ilə 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanları ailələrinin problemlərinin həlli, əlillərin sağlamlıqlarının bərpası istiqamətində mühüm işlər görülür.
Dünya Azərbaycan xalqının iradəsinin sarsılmazlığını və qətiyyətli mübarizə əzmini bir daha gördü
Heç şübhəsiz, 20 Yanvar faciəsi Azərbaycan xalqının iradəsinin sarsılmazlığının, mətinliyinin göstəricisidir. Xalqımız hər il 20 Yanvar faciəsi qurbanlarını yad edir. Bütövlükdə, 20 Yanvar faciəsi unudulmur, xalqımız isə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladları ilə fəxr edir.
Yeri gəlmişkən, dünya Azərbaycan xalqının mübarizə əzminin təntənəsini, heç şübhəsiz, 44 günlük Vətən müharibəsi zamanı da gördü. Beynəlxalq hüquq normalarına əsaslanaraq əks-hücum əməliyyatlarını uğurla həyata keçirən müasir və qüdrətli Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyü bərpa etdi. Başqa sözlə, zəfər yürüşünü əzmlə və şücaətlə davam etdirən rəşadətli Ordumuz təxribatçı və işğalçı Ermənistanın silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirdi, torpaqlarımızı işğaldan azad etdi.
Əlbəttə, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsi çoxəsrlik dövlətçilik tariximizin şanlı qürur səhifəsidir. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirmiş oldu. Şübhəsiz ki, bu möhtəşəm qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılandı. Və Azərbaycan xalqı öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi!
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  3750  |  
  • Tarix:  20-01-2021  |  
  •    Çap et   |  
Prezident İlham Əliyev: Azad edilmiş torpaqlarda minatəmizləmə işləri birinci dərəcəli vəzifədir

01 Mart 21:32
BMT və Azərbaycan hökuməti arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi imzalanıb
01 Mart 21:26
Prezident İlham Əliyev dünya siyasi elitasının nüfuzlu nümayəndələrindən biri olduğunu bir daha sübut etdi
01 Mart 21:25
Mühsin Rezayi: Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq hərbi əməliyyatlar aparıb öz torpaqlarını geri qaytardı
01 Mart 21:21
“YAŞAT” Fondunun təşəbbüsü ilə İsraildən ölkəmizə humanitar həkim heyəti gəlib
01 Mart 21:18
Valentina Matviyenko: Rusiya Ermənistanın Dağlıq Qarabağla bağlı üçtərəfli Bəyanata əməl etməsinə ümid edir
01 Mart 20:55
Hulusi Kılıç: Azərbaycan Prezidentinin mətbuat konfransındakı fikirləri regionun inkişafı naminə edilmiş çağırışlardır
01 Mart 20:52
Azərbaycan Prezidenti mətbuat konfransında bir çox aktual məsələlərə aydınlıq gətirdi
01 Mart 20:44
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan reallıqlarının dünyaya çatdırılması baxımından mühüm önəm kəsb edir
01 Mart 19:26
Azərbaycan ilə Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
01 Mart 19:25
Şəhid ailələri və müharibə əlilləri ölkə rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunub
01 Mart 19:20
Azərbaycan nümayəndə heyəti Ankarada Heydər Əliyev Parkını ziyarət edib
01 Mart 18:56
Ceyhun Bayramov Özbəkistan səfiri ilə görüşüb
01 Mart 18:36
Gürcüstanlı jurnalist: Müharibənin izləri bizi çox təsirləndirdi
01 Mart 18:32
Alimlər ömrü uzatmağın və sağalmaz xəstəliyin qarşısını almağın yollarını tapıblar
01 Mart 18:10
Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin yeni inzibati binasının açılışında iştirak edib
01 Mart 17:59
Azərbaycan Milli Kitabxanasının direktoru Türkiyə Milli Kitabxanasında görüş keçirib
01 Mart 17:54
Bakıda “Suraxanı” tanker-muzeyin açılışı olub
01 Mart 17:52
Deputat: Dünya Azərbaycanı qalib ölkə olaraq qəbul etməyə məcburdur
01 Mart 17:52
Prezidentin son mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq
01 Mart 17:50
“Buta Airways” Tbilisiyə uçuşlara başlayır
01 Mart 17:43
Ukrayna mətbuatı Prezident İlham Əliyevin mətbuat konfransını geniş işıqlandırıb
01 Mart 17:38
İqor Korotçenko: Dövlət Dumasının yeni tərkibi Xocalı faciəsinin soyqırımı aktı kimi tanınması təşəbbüsünü irəli sürə bilər
01 Mart 17:23
Vüqar Seyidov: Prezident İlham Əliyev kimi Lideri olan xalq xoşbəxtdir
01 Mart 17:16
Azərbaycanda koronavirusdan 71 nəfər sağalıb, 125 yeni yoluxma faktı qeydə alınıb
01 Mart 17:10
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Ro-Pax” tipli “Akademik Zərifə Əliyeva” gəmi-bərəsinin suya salınması və eyni təyinatlı “Azərbaycan” gəmi-bərəsinin istismara verilməsi mərasimlərində iştirak ediblər
01 Mart 16:53
QDİƏT-nin Parlament Məclisinin reqlament üzrə işçi qrupunun iclas keçirilib
01 Mart 16:37
Malik Həsənov: Mətbuat konfransı Azərbaycanın Vətən müharibəsindən sonra beynəlxalq aləmdə artan rolunun təqdimatı oldu
01 Mart 16:24
YAP Ağdaş rayon təşkilatı İdarə Heyətinin iclası keçirilib
01 Mart 16:16
Əliabbas Salahzadə: Möhtərəm Prezidentimiz Ermənistana yeni reallıqlarla barışmaq mesajını ünvanladı
01 Mart 16:10
YAP Şəmkir rayon təşkilatı İdarə Heyətinin növbəti iclası keçirilib
01 Mart 16:03
Hikmət Babaoğlu: Prezident İlham Əliyevin mətbuat konfransı bir sıra ilklərlə yadda qaldı
01 Mart 15:55
KOBİA-nın ötənilki fəaliyyətinə dair brifinq keçirilib
01 Mart 15:55
Prezident İlham Əliyevin mətbuat konfransı informasiya cəbhəsində mövqelərimizin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir
01 Mart 15:52
Yerdə maqnit qasırğası başlayıb
01 Mart 15:45
Məhkəmə fəaliyyəti təkmilləşdirilir
01 Mart 15:44
Minaatan batareyaları döyüş atışlı təlim məşqlərinin növbəti mərhələsini icra edib
01 Mart 15:42
Gürcüstanda koronavirusla bağlı bəzi məhdudiyyətlər bu gündən aradan qaldırılıb
01 Mart 15:25
Yaz ağac əkininə start verilir
01 Mart 15:22
Məktəblilər Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı məlumatlandırılır
01 Mart 15:12
Respublika Veteranlar Təşkilatında Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüş keçirilib
01 Mart 14:57
“Xankəndiyə, Laçına, Xocalıya da gedəcəyik, səbrlə gözləyək” - MÜSAHİBƏ
01 Mart 14:53
İran-Azərbaycan əlaqələri yüksən səviyyədədir və bu münasibətlər daha da inkişaf etdiriləcək
01 Mart 14:39
YAP Suraxanı rayon təşkilatının nümayəndələri Vətən müharibəsi şəhidinin ailəsini ziyarət ediblər
01 Mart 14:35
Dünya mediasını heyran qoyan lider
01 Mart 14:19
Paşinyanın əleyhdarları hökumət binasına soxulublar
01 Mart 14:17
Ankara şəhərində Azərbaycan-Türkiyə birinci birgə Mədəniyyət Komissiyanın iclası keçirilib
01 Mart 14:02
Prezident İlham Əliyevin mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması baxımından çox uğurlu oldu
01 Mart 13:52
Azərbaycan dövləti öz sosial siyasətinin strateji prioritetlərinə sadiqdir
01 Mart 13:33
“Asiya-Avropa dəhlizində Azərbaycanın rolu” mövzusunda vebinar təşkil olunub
01 Mart 13:31
Martın ilk günlərində hava şəraitinin yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir
01 Mart 13:30
Qələbə əzmini tarixə yazmış Azərbaycan xalqı...
01 Mart 13:29
İki şahmatçımız FIDE-nin reytinq siyahısında ilk onluqda qərarlaşıb
01 Mart 13:22
Mənəvi normalara əsaslanan siyasət
01 Mart 13:03
İtaliyalı oxuculara Xocalı soyqırımı ilə bağlı məlumat verilib
01 Mart 12:42
“Ukrayna 24” telekanalı Azərbaycan Prezidentinin mətbuat konfransı və işğaldan azad olunan ərazilərimiz barədə xüsusi reportaj yayımlayıb
01 Mart 12:38
BTQ ilə Türkiyədən Çinə üçüncü ixrac qatarı yola salınıb
01 Mart 12:31
Azərbaycan qalib dövlət kimi yeni hədəflərə doğru inamlı addımlar atır
01 Mart 12:30
YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin üzvləri ağacəkmə aksiyasında iştirak ediblər
01 Mart 12:16
Azərbaycan Prezidenti mətbuat konfransında səsləndirdiyi fikirlərlə insan hüquqlarına prioritet istiqamət kimi yanaşdığını bütün dünyaya göstərdi
01 Mart 12:13
Şəhid ailələrinə qayğı dövlətimizin sosial siyasətinin mühüm istiqamətlərindən birini təşkil edir
01 Mart 12:09
Türkiyə səfirliyinin əməkdaşı Qəbələ Dövlət Tarix-Bədii Qoruğu ilə tanış olub
01 Mart 12:02
Tarix yazmış Azərbaycan xalqı
01 Mart 11:42
Orxan Məmmədov: Bu il ölkə üzrə “KOB Dostu” şəbəkəsinin genişləndirilməsi planlaşdırılır
01 Mart 11:40
Baş infeksionist immun sistemini gücləndirməyə kömək edəcək tövsiyələri açıqlayıb
01 Mart 11:33
Yaxın günlərdə Yevlaxda KOB evi açılacaq
01 Mart 11:30
DİN avtomobillərini tekniki baxışdan keçirməyən sürücülərə müraciət edib
01 Mart 11:26
“YAŞAT” daha 10 qazini Türkiyəyə müalicəyə göndərib
01 Mart 11:25
Ötən il KOBİA-ya 3187 vətəndaş müraciəti daxil olub
01 Mart 11:23
Gürcüstanlı jurnalist: İlk dəfədir yox edilmiş şəhərlər görürəm, bu, barbarlıqdır
01 Mart 11:22
Dünyada baş verən hadisələrin təhlili radikalizm, ekstremizm və terrorizmin qlobal təhlükəsizliyi təhdid edən amillərdən birinə çevrildiyini göstərir

Video

 
»»»
 

»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA