Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qabil Hüseynli: İşğaldan azad edilmiş rayonlarda başlanılan abadlıq-quruculuq prosesi qısa zamanda bölgənin iqtisadi potensialını artıracaq

Qabil Hüseynli: İşğaldan azad edilmiş rayonlarda başlanılan abadlıq-quruculuq prosesi qısa zamanda bölgənin iqtisadi potensialını artıracaq

02.02.2021 [09:41]

“44 günlük müharibədə qazanılmış qələbə çox mühüm əhəmiyyət daşımaqdadır. Təbii ki, burada ən əsas məsələ 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azad edilməsidirsə, əldə olunan zəfərin ölkəmizə qazandıracağı iqtisadi üstünlüklər də mütləq şəkildə qeyd edilməlidir. Prezident İlham Əliyev yeni Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirini videoformatda qəbul edən zaman çıxışında da bildirdi ki, ölkəmizin inkişafı üçün indi yeni imkanlar açılıb. Azərbaycan özünü dünyada ləyaqətli, güclü, məsuliyyətli ölkə kimi göstərib. Müharibə bir çoxlarına Azərbaycanın potensialının nədən ibarət olduğunu nümayiş etdirdi”. Bu fikirləri qəzetimizə açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, işğaldan azad edilmiş rayonlarda başlanılan abadlıq-quruculuq prosesi, o cümlədən yeni infrastrukturların yaradılması qısa zamanda bölgənin iqtisadi potensialını artıracaq. Politoloq vurğulayıb ki, nəqliyyat layihələrinin, Füzuli Hava Limanının inşası, Horadiz-Zəngilan dəmir yolu, daha sonra Zəngilan-Naxçıvan dəmir yolu və Naxçıvan-Türkiyə dəmir yolu layihələrinin həyata keçirilməsi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək: “Bu isə regionun gələcək inkişafını özündə əks etdirir. İqtisadi imkanların genişlənməsi, Azərbaycanın Şərq-Qərb tranzit xəttinin əsas logistika mərkəzinə çevrilməsi bütövlükdə müsbət dinamizm vəd edir”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 406 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30