Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Qulamhüseyn Əlibəyli: İki ölkənin maraqları çərçivəsində İtaliya-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə davam etdirilməsi təqdirəlayiqdir

Qulamhüseyn Əlibəyli: İki ölkənin maraqları çərçivəsində İtaliya-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə davam etdirilməsi təqdirəlayiqdir

09.02.2021 [09:18]

“İtaliya dünyanın sənayecə ən inkişaf etmiş dövlətlərinin birləşdiyi “Böyük səkkizliyə” daxildir. Ona görə də İtaliya ilə Azərbaycan arasındakı münasibətlərin daha da inkişafı və ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlıq etməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan iki ölkənin maraqları çərçivəsində İtaliya-Azərbaycan əməkdaşlığının yüksək səviyyədə davam etdirilməsi təqdirəlayiqdir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib.
Partiya sədrinin sözlərinə görə, İtaliya şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpasında iştirakı həm yenidənqurma işlərinin dünya standartlarına uyğun görülməsini təmin edəcək, həm də iki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafına təkan verəcək.
Q.Əlibəyli deyib ki, İtaliya dövləti Azərbaycana qarşı həmişə obyektiv münasibət sərgiləyib: “İtaliyanın Vətən müharibəsi dövründə ədalətli mövqe tutması, İtaliya mətbuatının Qarabağ probleminin həllinə obyektiv yanaşması, eyni zamanda, bu ölkənin sonrakı proseslərdə də iştirak etmək niyyəti mühüm önəm kəsb edir. Həmçinin “Böyük səkkizliyə” daxil olan İtaliyanın ölkəmizə qarşı ədalətli mövqedən çıxış etməsini Azərbaycan diplomatiyasının uğuru kimi də qiymətləndirmək olar”.
Partiya sədri onu da əlavə edib ki, Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması təhsil sahəsində xarici ölkələrlə əməkdaşlığın inkişafı baxımından mühüm hadisədir: “Bu, mədəniyyət və humanitar əməkdaşlığın bir formasıdır. Məlum olduğu kimi, Azərbaycanda bir neçə ölkə ilə birgə əməkdaşlıq çərçivəsində universitetlər və digər təhsil ocaqları fəaliyyət göstərir. Bu baxımdan həmin universitetin fəaliyyətə başlaması ilə Azərbaycan təhsili mühüm uğurlar əldə edə bilər”.
Qaşqay

Paylaş:
Baxılıb: 440 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Milli Məclisdə...

24 Aprel 10:19

Siyasət

Gündəm

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30