Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Siyavuş Novruzov: Protokolların dondurulması İrəvanın növbəti şousudur

Siyavuş Novruzov: Protokolların dondurulması İrəvanın növbəti şousudur

27.04.2010 [09:50]

Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair Sürix protokollarının Ermənistanın parlamentdə dondurulması İrəvanın növbəti şousudur. Bu barədə SİA-ya açıqlamasında millət vəkili Siyavuş Novruzov bildirib.
Onun sözlərinə görə, bütün təşkil olunan bu ssenarinin ömrü 24 aprelə qədərdir: “Onların bunu etməkdə məqsədi 24 apreldə Barak Obamanın çıxışında “qondarma” sözünü işlətmək istəmələrindən irəli gəlir. Onların fikrincə ABŞ prezidenti bu sözü işlədəcək və “soyqırımı” məsələsi həllini tapacaq. Amma bu yanlış xəyaldır. ABŞ Türkiyə kimi müttəfiqini itirmək istəməz”.
Azərbaycanın regionda tam sərbəst şəkildə siyasət apardığını bildirən millət vəkili qeyd edib ki, regionda hər hansı məsələ rəsmi Bakının razılığı olmadan öz həllini tapa bilməz.
Millət vəkili deyib ki, Azərbycan regionda aparıcı dövlətdir: “Həm Şərqlə, həm də Qərblə bağlı olan məsələlərdə Azərbaycan öz mövqeyini konkret qoymasa bunun reallaşması öz əksini tapa bilməz. Məsələn, Azərbaycan qəti şəkildə öz ərazilərində hərbi bazaların yerləşdirilməsinə etiraz etdi. Lakin bəzi ölkələr bu işdə bizi qınadırlar. Halbuki, onlar öz torpaqlarında başqa dövlətlərin hərbi bazalarını yerləşdirməyə başladırlar və hazırda da bu davam edir. Postsovet ölklərindən Ukrayna, Gürcüstan və digər ölkələrdə başqa dövlətlərin hərbi bazaları var. Belə hal isə regionda tək Azərbaycanda müşahidə olunmur. Bu isə bir başa tam siyasi asılılığın olmamasının göstəricisidir”.

Paylaş:
Baxılıb: 823 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30