Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və idmançılar ilə görüş keçirilib

Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və idmançılar ilə görüş keçirilib

25.02.2021 [09:11]

Fevralın 24-də Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçıları və bir qrup idmançı ilə xüsusi karantin rejimin tələblərinə uyğun olaraq növbəti görüş keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev ölkəmizin Vətən müharibəsi zamanı qazandığı tarixi Zəfərdən, bu Qələbənin nəticəsində uzun illər düşmən işğalında qalmış torpaqlarımızın azad edilməsindən və nəticədə ölkəmizin gücünün bütün dünyaya nümayiş etdirilməsindən danışıb.
Qeyd olunub ki, xalqımızın vətənpərvərliyi, Ali Baş Komandanımız Prezident İlham Əliyevin ətrafında sıx birliyi, müharibədə və diplomatik müstəvidə qazanılan uğurlar Vətən müharibəsindən Qələbə ilə çıxmağımızın əsasını təşkil edib.
Bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün qorunması zamanı qəhrəmancasına şəhid olmuş hərbi qulluqçuların ailə üzvləri, habelə qazilərimizin qayğıları daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə şəhid ailələri və qazilərin problemlərinin həlli ilə bağlı “YAŞAT” Fondunun təsis edilməsi, habelə icra hakimiyyətlərində onlarla işləmək üçün struktur bölmələrin yaradılması bu qayğının bariz nümunəsidir.
Görüşdə gənc nəslin milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar kimi yetişdirilməsinin vacibliyinə də toxunulub, idman və gənclər siyasətinin hər zaman ölkə başçısının diqqətində olmasından, ölkəmizin nüfuzlu beynəlxalq yarışlara ev sahibliyi etməsindən məmnunluq ifadə olunub.
Qeyd edilib ki, idmana diqqətin artırılması gənc nəslin zərərli vərdişlərdən uzaq olmasını və onların layiqli vətəndaşlar kimi yetişdirilməsini təmin edən mühüm amildir. Söhbət zamanı cəbhədə qazanılmış qələbələrin beynəlxalq idman yarışlarında uğurla davam etdirilməsi və idmançılarımızın ölkəmizi daha yaxşı təmsil etmələri üçün əzmlə çalışmalarının vacibliyi diqqətə çatdırılıb.
Görüşün sonunda Vətən müharibəsinin iştirakçılarına, arxa cəbhədə fəal xidmət göstərən şəxslərə və ölkəmizi beynəlxalq yarışlarda uğurla təmsil edən gənclərə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim olunub.

Paylaş:
Baxılıb: 396 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Maraqlı

Ədəbiyyat

Xəbər lenti

İqtisadiyyat

Siyasət

32 il sonra...

20 Aprel 10:20  

Gündəm

Siyasət

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30