Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əsli Kazımova: Dövlətimiz qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq

Əsli Kazımova: Dövlətimiz qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq

02.03.2021 [09:26]

“Prezident İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycanın qlobal informasiya məkanında mövqeyinin möhkəmlənməsi baxımından əlamətdardır. İlk olaraq vurğulanmalıdır ki, cənab Prezidentin bütün sualları, hətta spekulyativ xarakterli sualları belə təmkinlə, ətraflı və dəqiq cavablandırması, Azərbaycana qarşı dezinformasiya yaymaq istəyənləri yerindəcə tərk-silah etməsi bir daha dövlət başçımızın fenomenal siyasi peşəkarlığını ortaya qoydu. Bu mətbuat konfransı Ermənistanın uzun illər ərzində ölkəmizə qarşı apardığı işğalçı siyasətin, onun nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında da böyük rol oynayacaq. Çünki bu ölkənin Azərbaycan torpaqlarında törətdiyi vəhşiliklər, vandalizm hərəkətləri də ifşa edildi”.
Bu fikirləri açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Onun sözlərinə görə, Azərbaycanın 44 günlük müharibədə qələbə qazanması regionun siyasi mənzərəsini dəyişməklə yanaşı, gələcək prioritetlərini də müəyyənləşdirmiş oldu. Adıçəkilən mətbuat konfransında Prezident İlham Əliyevin işğaldan azad olunmuş torpaqlarda aparılacaq bərpa, yenidənqurma işləri ilə bağlı geniş məlumat verdiyini diqqətə çatdıran Ə.Kazımova onu da vurğulayıb ki, Azərbaycan dövləti qısa zamanda bu regionun yenidən dirçəldilməsinə nail olacaq: “Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə mərhələli əsasda quruculuq və bərpa işlərinin, nəqliyyat-logistika planlarının reallaşdırılması və onların əhəmiyyəti barədə geniş məlumat verdi. Biz cəmiyyət olaraq bu fəaliyyətə yaxından dəstək verməli və hər birimiz səfərbər olmalıyıq. Bu gün hər bir azərbaycanlının əsas məqsədi ölkəmizin gələcək inkişafına töhfə vermək olmalıdır. İnanıram ki, dövlətimiz qarşısına qoyduğu bütün məqsədlərə nail olacaq”.
PƏRVİZ

Paylaş:
Baxılıb: 376 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31