Azərbaycan-İtaliya əlaqələrinin müxtəlif sahələrdə inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb
10.09.2015 [14:52]
Sentyabrın 10-da Milli Məclis sədrinin müavini Valeh Ələsgərov İtaliya parlamentinin Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Valeh Ələsgərov ölkəmizdəki inkişaf proseslərindən, Azərbaycan-İtaliya əlaqələrindən, parlamentlərarası münasibətlərdən danışıb. Bildirib ki, Milli Məclisdə 50-yə yaxın parlamentlərarası dostluq qrupu var. Onların ən fəallarından biri Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupudur. Ölkələrimiz, xüsusilə parlamentlərimiz arasında əməkdaşlığın inkişafında bu dostluq qrupunun böyük rolu var. İki ölkə arasında əlaqələrin daha da genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Bizim hökumətlərarası komissiyamız var, onun fəaliyyəti də əməkdaşlığımızın genişlənməsinə təkan verir.
Milli Məclisin sədr müavini qonaqlara son illərdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal layihələr, o cümlədən TAP, TANAP barədə məlumat verib. Qeyd edib ki, bu gün Azərbaycan Avropa ölkələrinin qaz təminatını ödəməkdə önəmli rola malikdir. Azərbaycan ilə İtaliya arasında iqtisadi, ticari əlaqələr yüksək səviyyədədir. Azərbaycanın İtaliyaya ixracının əsas həcmi enerji daşıyıcıları, ilk növbədə neftdir. Neft və qaz ölkəsi olan Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlıqda enerji sahəsinə böyük önəm verir. Artıq bu səmərəli əməkdaşlıq öz bəhrəsini verir.
V. Ələsgərov Azərbaycanın ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün vəziyyəti barədə də məlumat verib. Qeyd olunub ki, bəzi beynəlxalq təşkilatlar bu münaqişəyə ikili standartlardan yanaşırlar. Münaqişələrin vaxtında həll edilməməsi yeni münaqişə ocaqları yaradır.
Milli Məclisin sədr müavini onu da əlavə edib ki, Azərbaycan etnik qrupların, müxtəlif dinlərin, ayrı-ayrı xalqların çox rahat, sülh şəraitində yaşadığı tolerant ölkədir.
İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina Azərbaycanda şahidi olduqları inkişaf proseslərindən, ölkələrimiz arasında münasibətlərin inkişafından, xalqımızın qonaqpərvərliyindən məmnunluğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 May 22:28
Xəbər lenti
01 May 19:23
YAP xəbərləri
01 May 18:24
Xəbər lenti
01 May 17:29
Sosial
01 May 16:54
Xəbər lenti
01 May 16:53
Xəbər lenti
01 May 16:37
Xəbər lenti
01 May 16:36
Xəbər lenti
01 May 16:19
Avropa
01 May 16:08
Xəbər lenti
01 May 15:44
Siyasət
01 May 15:22
Hadisə
01 May 15:12
Dünya
01 May 15:09
MEDİA
01 May 15:06
Xəbər lenti
01 May 15:03
Xəbər lenti
01 May 14:53
Xəbər lenti
01 May 14:51
Xəbər lenti
01 May 14:40
Xəbər lenti
01 May 14:35
Xəbər lenti
01 May 14:20
Xəbər lenti
01 May 14:08
Asiya
01 May 14:06
İqtisadiyyat
01 May 14:00
Xəbər lenti
01 May 13:41
Xəbər lenti
01 May 13:32
Xəbər lenti
01 May 13:04
Xəbər lenti
01 May 12:59
YAP xəbərləri
01 May 12:47
Xəbər lenti
01 May 12:45
Xəbər lenti
01 May 12:21
Siyasət
01 May 11:59
Xəbər lenti
01 May 11:57
Xəbər lenti
01 May 11:53
Xəbər lenti
01 May 11:49
Gündəm
01 May 11:45
Xəbər lenti
01 May 11:34
Xəbər lenti
01 May 11:33
Xəbər lenti
01 May 11:23
Xəbər lenti
01 May 11:21
Siyasət
01 May 11:19
Maraqlı
01 May 11:05
Gündəm
01 May 11:04
Sosial
01 May 11:01
Xəbər lenti
01 May 10:59
Xarici siyasət
01 May 10:54
Xəbər lenti
01 May 10:52
Xəbər lenti
01 May 10:51
Analitik
01 May 10:50
Ədəbiyyat
01 May 10:46
Siyasət
01 May 10:45
Siyasət
01 May 10:40
MEDİA
01 May 10:40
Siyasət
01 May 10:36
Xəbər lenti
01 May 10:36
Xəbər lenti
01 May 10:34
Xəbər lenti
01 May 10:33
İqtisadiyyat
01 May 10:30
Xəbər lenti
01 May 10:25
Siyasət
01 May 10:19
İqtisadiyyat
01 May 10:17
Siyasət
01 May 10:10
Gündəm
01 May 10:06
Gündəm
01 May 10:00
Gündəm
01 May 09:50
Xəbər lenti
01 May 09:28
Xəbər lenti
01 May 09:24
Xəbər lenti
01 May 00:38
Gündəm
30 Aprel 21:27
Xəbər lenti
30 Aprel 19:53