Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyasında iştirak edəcək

Azərbaycan nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin 44-cü Baş Assambleyasında iştirak edəcək

17.11.2015 [16:23]

Noyabrın 18-21-də Praqada Avropa Olimpiya Komitəsinin (AOK) 44-cü Baş Assambleyası keçiriləcək.
Assambleyada Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov, MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva və digər şəxslər iştirak edəcəklər.
MOK-un mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, AOK-un İcraiyyə Komitəsinin üzvü olan Çingiz Hüseynzadə bu qurumun 4-cü iclasına da qatılacaq. Tədbirdə, həmçinin AOK-un İdmanda Qadın və Bərabərlik Komissiyasının üzvü olan Könül Nurullayevanın da iştirakı nəzərdə tutulub.
Baş Assambleyada 2016-cı il Rio-de-Janeyro Yay və 2020-ci il Pekin Qış Olimpiya oyunlarının Təşkilat komitələrinin hesabat məruzələri dinləniləcək. Habelə yeniyetmələr arasında 2016-cı il Lillehhammer Qış Olimpiya Oyunlarına hazırlıq məsələləri də müzakirə olunacaq. Bundan başqa, 2021-ci ildə keçiriləcək Avropa Yeniyetmələrinin Olimpiya Festivalına ev sahibliyinə namizəd ölkələrin siyahısı açıqlanacaq. Tədbirdə AOK-un 45-ci Baş Assambleyasının keçiriləcəyi ölkənin adı da elan ediləcək.

Paylaş:
Baxılıb: 365 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31