Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / AŞPA komitəsinin iclasında Sərsəng su anbarı ilə bağlı məruzə qəbul edilib

AŞPA komitəsinin iclasında Sərsəng su anbarı ilə bağlı məruzə qəbul edilib

25.11.2015 [14:27]

AŞPA-nın sosial məsələlər komitəsinin noyabrın 23-də Parisdə keçirilən iclasında Bosniya və Herseqovinadan olan deputat xanım Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi müzakirə olunaraq qəbul edilib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib.
Müzakirələr zamanı Ermənistan nümayəndə heyətinin üzvü böyük müqavimət göstərərək, məruzənin AŞPA-nın iyun sessiyasına saxlanılması barədə təklif irəli sürüb. Bu təklif səsverməyə çıxarılıb və rədd edilib.
Məruzənin qətnamə layihəsinin 1-ci, 4-cü, 5-ci və 6-cı maddələrinə antiazərbaycan qüvvələr tərəfindən irəli sürülmüş düzəlişlərin heç biri qəbul edilməyib. Düzəlişlərin birində bu məruzənin Robert Volterin hazırladığı və noyabrın 4-də siyasi məsələlər komitəsi tərəfindən qəbul olunmuş “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artmasına dair” məruzəsi ilə birləşdirilməsi təklif edilmişdi. Aydın idi ki, onlar bununla nəinki Sərsəng su anbarına dair məruzəni, eyni zamanda, işğal edilmiş ərazilərə dair məruzəni də gündəmdən salmaq məqsədi güdürdülər. Lakin bu məkrli niyyət reallaşmadı və həmin cəfəngiyat xarakterli düzəliş də qəbul edilməyib.
Sonda Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” məruzəsi bütövlükdə səsverməyə qoyulub, 22 səs lehinə, 3 səs əleyhinə olmaqla qəbul edilib.

Paylaş:
Baxılıb: 387 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30