Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ISESCO-nun yeni loqosunun təqdimatı olub

ISESCO-nun yeni loqosunun təqdimatı olub

27.11.2015 [17:06]

Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş Konfransının XII sessiyası noyabrın 27-də işini davam etdirir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə keçən yekun iclasın proqramı açıqlanıb.
Tədbirdə ISESCO-nun yeni loqosunun təqdimatı olub. Loqo ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin, təşkilatın İcraiyyə Şurasının sədri Bubakar Dukurenin, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə imzalanıb və qəbul edilib.
Sonra ISESCO-nun yeni elektron saytının, elektron xidmətlər üçün təşkilatın portalının təqdimatları olub.
Daha sonra Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov 2017-ci ildə Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunları ilə bağlı təqdimatla çıxış edib.

Paylaş:
Baxılıb: 394 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Xəbər lenti

Minorla major arasında

05 Oktyabr 14:40

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31