Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mübariz Qurbanlı: “Nardarandakı məscidlər dövlət qeydiyyatından keçməyib”

Mübariz Qurbanlı: “Nardarandakı məscidlər dövlət qeydiyyatından keçməyib”

30.11.2015 [17:57]

“Nardaranda olan məscidlər dövlət qeydiyyatından keçməyib”.
APA-nın məlumatına görə, bunuDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
M. Qurbanlı bildirib ki, bu məscidlər də qeydiyyatdan keçməlidir: “Məscidlərin qeydiyyat üçün sənədləri hazırlanmalı, bu məscidlərin ətrafında dini icmalar yaradılmalı, həmin məscidlər rəsmi şəkildə fəaliyyət göstərməlidir. Dövlət qeydiyyatına alındıqdan sonra o məscidlərə Qafqaz Müsəlmanları İdarəsinin təyinatı ilə axundlar göndərilməlidir. Bundan sonra həmin məscidlərdə dini mərasimlər keçirilməsi tam qanuna uyğun olmalıdır. Çox təəssüf ki, indiyə qədər Nardaranda həmin məscidlərin qeydiyyatı, dini icmaların yaradılması ilə bağlı çağırışlarımıza, təşəbbüslərimizə adekvat cavablar verilməyib”.
M. Qurbanlı bildirib ki, Nardaranda müqəddəs ziyarətgah var: “Bu ziyarətgahın  təmiri, saxlanılması ilə bağlı dövlətin diqqəti olub, bundan sonra da olacaq. Amma söhbət ondan gedir ki, kimlərsə Nardaranda din adı altında sui-istifadə hallarına yol verməməlidir. Orada gənclərimiz var, gözəl məktəblər tikilib, gənclərin təhsili üçün şərait yaradılıb. Təəssüf ki, gənclərimizi təhsildən yayındıran valideynlər var. Buna da yol vermək olmaz. Çünki gənclərin təhsildən yayındırılması ümumi icbari təhsil haqqında qanuna ziddir. Belə halların qarşısı alınmalıdır”.

Paylaş:
Baxılıb: 377 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Tarix bəlli oldu...

16 Aprel 10:33

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30