Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletləri dekabrın 19-dan satışa çıxarılacaq

“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletləri dekabrın 19-dan satışa çıxarılacaq

18.12.2015 [11:40]

“Bakı Şəhər Halqası” şirkəti gələn il Bakıda keçiriləcək “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının biletlərini dekabrın 19-dan etibarən satışa çıxaracaq. Biletləri www.bakucitycircult.com saytı vasitəsilə onlayn qaydada almaq mümkün olacaq. Bilet satışına Dənizkənarı Milli Parkda start veriləcək və “Son 6 ay” tədbiri ilə eyni vaxta təsadüf edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Formula-1” Avropa Qran-pri yarışları ilə əlaqədar dekabrın 18-də keçirilən mətbuat konfransında məlumat verilib.
Mətbuat konfransında çıxış edən gənclər və idman naziri Azad Rəhimov “Formula-1” Avropa Qran-pri yarışları barədə təəssüratlarını bölüşərək deyib: “Bu, dünyanın ən böyük idman turnirlərindən olan “Formula-1”in Bakıya gəlişi prosesində ən vacib addımlardan biridir. Əminəm ki, yarış yüksək səviyyədə keçiriləcək. İdmansevərləri Bakıdakı Avropa Qran-pri yarışlarına baxmağa səsləyirəm”.
Mətbuat konfransından sonra “Bakı Şəhər Halqası” şirkətinin kommersiya üzrə direktoru Bülənt Özərdim bildirib ki, “Formula-1”in Azərbaycanda keçirilməsi çox önəmlidir. Bilet satışına başladığımız üçün çox sevincliyik. Gələn yay bizə qoşulmaq arzusunda olan azarkeşlərə bilet almağa tələsməyi tövsiyə edirəm.

Paylaş:
Baxılıb: 1072 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Xəbər lenti

Minorla major arasında

05 Oktyabr 14:40

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31