Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Aydın Mirzəzadə: “Azərbaycan gəncliyi dövlət quruculuğunda inamlı yerini tutub”

Aydın Mirzəzadə: “Azərbaycan gəncliyi dövlət quruculuğunda inamlı yerini tutub”

01.02.2016 [11:25]

“Atılan hər bir addım ilk növbədə gənclərimizin bu həyatda özlərinə inamlı yer tutması üçündür”. Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
Millət vəkili bildirib ki, Azərbaycan dövləti gənclər siyasətinə oluqca böyük önəm verir: “1996-cı il 2 fevral tarixində Ulu Öndər Heydər Əliyevin gənclərlə görüşündən sonra həmin gün Gənclər Günü kimi qeyd olunmağa başladı. Hər il 2 fevral ərəfəsində cəmiyyət gənclərlə iş, gənclərin uğurları, gənclərə qayğı məsələlərinə bir daha qayıdır. Hesab edirəm ki, bu gün Azərbaycan gəncliyi ona diqqət edən, onun problemlərinin az olmasına çalışan, təhsilininin, işlə təminatının, sosial vəziyyətinin yüksək olmasına səy göstərən dövlətinin olması ilə fəxr etməlidir”.
Onun sözlərinə görə, son dövrlər ABŞ dollarının qiymətinin qalxması, neftin qiymətinin düşməsi müəyyən çətinliklər yaradır: “Ancaq aparılan işlər, yürüdülən siyasət bu çətinliklərin Azərbaycan üçün minimal olmasına gətirib çıxarır. Cənab Prezident bu məsələlərə dəfələrlə toxunaraq qiymətlərin artmaması, iş yerlərinin ixtisar olunmaması ilə bağlı öz tövsiyələrini verdi. Bu da öz nəticələrini verir”.
Azərbaycan gəncliyinin dövlət quruculuğunda inamlı yerini tutduğunu deyən Aydın Mirzəzadə, eyni zamanda  Azərbaycan gəncinin bu gün səngərdə əsgər, aparıcı klinikalarda həkim, ölkəsini dünyada layiqincə təmsil edən diplomat, sadə bir iş adamı olduğuna da bildirib: “Ümumilikdə gənclərimiz təhsil almaqda, öz kariyerasını və xoşbəxt ailəsini qurmaqda dövlətinin dəstəyini hiss edir. Bu siyasət var və bundan sonra da davam edəcək”.
Yeni Azərbaycan Partiyasının üzvlərinin böyük əksəriyyəti gənclərdən ibarətdir: “Bu gənclər gələcəkdə Azərbaycanın layiqli vətəndaşları olacaqlar. Onlarla aparılan işlər, onların partiya quruculuğuna verdiyi töhfə Azərbaycanın dövlət kimi qüdrətlənməsinə və daha böyük uğurlar qazanmasına böyük dəstək verir”.

Paylaş:
Baxılıb: 436 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30