Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanın yunan-Roma güləşçisi beynəlxalq reytinq cədvəlində liderliyini davam etdirir

Azərbaycanın yunan-Roma güləşçisi beynəlxalq reytinq cədvəlində liderliyini davam etdirir

08.02.2016 [16:57]

Dünya Güləş Birliyi (DGB) 2016-cı ilin yanvarında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyasını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi üzrə reytinq siyahısında ötən ay yer alan 12 güləşçimizin mövqeyində dəyişiklik baş verməyib. Avropa Oyunlarının qızıl medalçısı, Las-Veqasda keçirilən dünya çempionluğuna yiyələnən Rəsul Çunayev (71 kq) reytinqdəki liderliyini saxlayıb. Mövqeyini dəyişməyən daha bir güləşçimiz son dünya çempionatının gümüş medalçısı Rövşən Bayramov (59 kq) olub. O reytinqdə ikinci sıradadır. Öz çəkisində reytinqin ikincisi olan digər bir güləşçimiz isə Saman Təhmasibidir (85 kq). Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran-pri beynəlxalq turnirinin final mərhələsinin qalibi olan Sabah Şəriəti (130 kq, 4-cü yer) də reytinqdəki mövqeyini saxlayıb.
Bundan başqa, daha 4 yunan-Roma güləşçimiz ilk onluqda mövqelərini qoruyub. Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsinin mükafatçıları Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq) 6-cı, Həsən Əliyev (66 kq) 9-cu, İslam Abbasov (85 kq) isə 10-cu sıradadır.

Paylaş:
Baxılıb: 428 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31