Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İndiyədək 4 min 600-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib

İndiyədək 4 min 600-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib

11.02.2016 [12:47]

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 4 min 600-dən çox gənc sahibkara 307,9 milyon manat güzəştli kredit verilib ki, bu da 14 min 200-dən çox yeni iş yerinin açılmasına imkan yaradıb.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov fevralın 11-də Bakı Biznes Mərkəzində "İdeyadan biznesə doğru" mövzusunda keçirilən tədbirdə bildirib.
Qeyd edilib ki, gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında müəyyən edilmiş əsas vəzifələrdəndir. Ölkədə sahibkarlıq fəaliyyətinə, gənclərin məşğulluğunun artırılmasına dəstək mexanizmlərindən biri güzəştli maliyyə dəstəyinin göstərilməsidir.
Biznes inkubatorların yaradılmasının gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdən olduğunu deyən nazir müavini İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun fəaliyyətinin gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, iqtisadi rayonun inkişafına xüsusi töhfə verdiyini deyib. Diqqətə çatdırılıb ki, bir il ərzində biznes inkubatorda müxtəlif tədbirlər, o cümlədən beynəlxalq ekspertlərin iştirakı ilə seminarlar, treninqlər, biznes ideyalar müsabiqəsi və digər tədbirlər keçirilib.
Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov, "ASAN xidmət" mərkəzinin əməkdaşı Fariz Cəfərov, Azərbaycan Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov və digər natiqlər gənclərə göstərilən diqqət və qayğının daha da artdığını, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin genişləndiyini qeyd edib, dövlət proqramları çərçivəsində gənclərin təhsili və məşğulluğu sahəsində həyata keçirilmiş tədbirlər, onların sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi istiqamətində görüləcək işlər barədə məlumat veriblər.
Çıxış edən gənclər ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan söz açıb, onların inkişafı üçün daha yaxşı şəraitin yaradılmasına dair təkliflər səsləndiriblər.
Tədbirdə İqtisadiyyat Nazirliyinin, "ASAN xidmət" mərkəzinin, Yüksək Texnologiyalar Parkının, Azərbaycan Gənclər Fondunun, ali təhsil müəssisələrinin nümayəndələri, o cümlədən 150-yə yaxın gənc iştirak edib

Paylaş:
Baxılıb: 372 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Ədəbiyyat

Maraqlı

Mədəniyyət

Sosial

İqtisadiyyat

MEDİA

Siyasət

ABŞ izi azdırır

19 Aprel 10:23

Xəbər lenti

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30