Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib

22.04.2016 [16:24]

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yeni tərkibdə ilk iclası keçirilib.
Şura Katibliyindən AZƏRTAC-a bildiriblər ki, iclasda təşkilati məsələlərə baxılıb. Azay Quliyev növbəti müddətə Şuranın sədri seçilib. Vüsal Quliyev Şuranın sədr müavini, Nərgiz Eyvazova isə katibi seçiliblər.
Azay Quliyev göstərilən yüksək etimada görə Şura üzvləri adından Prezident İlham Əliyevə təşəkkür edib.
Xatırladaq ki, Prezident İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Sərəncamı ilə Vüsal Quliyev, İlqar Məmmədov, Zakir Hacıyev, Sahib Məmmədov, Nərgiz Eyvazova, Emin Həsənli, Rufiz Qonaqov, Azay Quliyev, Şahin İsmayılov, Anar Xəlilov və Əliməmməd Nuriyev Şuraya üzv təyin olunublar.

Paylaş:
Baxılıb: 519 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Gündəm

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30