Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Leyla Əliyeva: Bakıdakı Qlobal Forum bütün dünyada qarşılıqlı anlayış və əməkdaşlığın inkişafına xidmət edəcək

Leyla Əliyeva: Bakıdakı Qlobal Forum bütün dünyada qarşılıqlı anlayış və əməkdaşlığın inkişafına xidmət edəcək

25.04.2016 [12:04]

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu bütün dünyada qarşılıqlı anlayış və əməkdaşlığın inkişafı üzrə birgə səylərə xidmət edəcək.
Trend-in məlumatına görə, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda Qlobal Forum çərçivəsində keçirilən gənclər forumu zamanı deyib.
Leyla Əliyevanın sözlərinə görə, ən maraqlı və zəkalı insanların burada, Azərbaycanda toplaşması xoş haldır.
Fondun vitse-prezidenti bildirib ki, Azərbaycan qədim ənənələri, zəngin tarixi olan ölkə, Şərqlə Qərbin kəsişməsində yerləşən məkandır: "Keçmişdə Azərbaycan tarixi İpək yolunda iri mərkəz olub".
Leyla Əliyeva əlavə edib ki, bu, ölkə mədəniyyətinə böyük təsir göstərməklə Azərbaycanı tolerantlığa, yeni ideya və dialoqa inanan ölkəyə çevrib.
Fondun vitse-prezidenti qeyd edib ki, Azərbaycanın unikal coğrafi mövqeyi də onun landşaftına təsir göstərib: "Azərbaycanda çoxlu dağ, meşə, çəmən və ovalıqlar var. Həqiqətən də Azərbaycanda 11 iqlim zonasından 9-u mövcuddur ki, bu da bizim üçün çox zəngin təbii mühiti və biomüxtəlifliyi təmin edir".

Paylaş:
Baxılıb: 479 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31